Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə74/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   70   71   72   73   74   75   76   77   ...   133

 

230

 

 

 

 

 

 

 

 

III H SSƏ.

  

XAR C  ÖLKƏLƏR N 

PUL-KRED T S STEM  

 

 

 


 

231

I FƏS L. AMER KA B RLƏŞŞ ŞTATLARININ 

PUL-KRED T S STEM  

 

Dollar sözü 1518-ci ildən etibarən uzun illər boyu Avropada 

geniş  dövriyyədə  olmuş  Joachimsthaler  (Bohemiyada  şəhər 

adından götürülüb) adlı sikkənin qısaltması olan “Taler” sözündən 

götürülmüşdür. 1775-ci ildən Birləşmiş Ştatlar və ayrı-ayrı ştatlar 

“Kontinental  dollar”ı  buraxmağa  başladı.  nflyasiyanın  meydana 

gəlməsi  səbəbindən  kontinental  dollar  “gümüş  dollar”la  əvəz 

olunmuşdur  (1  gümüş  dollar  =  1000  kontinental  dollar).  1792-ci 

ildə  Sikkə  haqqında  Qanunun  qüvvəyə  minməsi  ilə  dolların 

məzənnəsi  gümüş  dəyəri  əsasında  müəyyən  olunsa  da,  1934-cü 

ildən qızıl əsasında müəyyən olunmağa başlamışdır. 1862-ci ildən 

ə

skinas  dollar  buraxılmışdır.  1878-ci  ildən  əskinas  və  sikkə 



arasındakı əlaqə bərpa olundu.  

Amerikan  dolları  1785-ci  ildə  milli  pul  olaraq  qəbul 

edilmişdir.  2  aprel  1792-ci  ildə  dolların  dəyəri  gümüş  və  qızılı 

ağırlıq miqdarı ilə bağlanılmışdır. 1890-cı ildə tək işğal sisteminə 

keçilmiş, yəni qızıl pul sisteminin əsası qoyulmuşdur. 1913-cü ildə 

Amerika Mərkəzi Bankı qurulmuşdur. 1917-ci ildə dolların qızıla 

dəyişməsinə  son  qoyulmuş,  ancaq  1919-cu  ildə  bu  sistem  təkrar 

təsis edilmişdir.  

Qızıl  sikkələr  1933,  gümüş  sikkələr  isə  1969-cu  ilədək 

buraxılmışdır. 1971-ci ildən etibarən ABŞ dollaın qızıl ilə təminatı 

ləğv edilib.  

Dollar  əskinaslarının  baza  dizaynı  1928-ci  ildə  təsdiq 

olunub.  2002-ci  ildə  nağd  valyuta  olaraq  avronun  dövriyyəyə 

buraxılması ilə dollar dəyərini itirməyə başladı. 31 yanvar 1934-cü 

ildə  dollar  40,94%  dəyərindən  devalvasiya  edilmiş  və  təzədən 

dolların qızıl qarşılığı müəyyən edilmişdir. 18 dekabr 1971-ci ildə 

isə dolların qızıla çevrilməsinə son qoyulmuşdur. 1976-cı il yanvar 

ayında  Yamayka  sövdələşməsi  ilə  dolların  qızıla  olan  bağlılığı 

tamamilə ləğv edilmişdir. 



 

232

 ABŞ-ın  ticarət  və  büdcə  kəsirləri  davam  etdikcə  dolların 

dəyəri  də  buna  müvafiq  olaraq  azalmaqda  idi.  Federal  Ehtiyatlar 

Sisteminin faiz dərəcələri artırma siyasəti sayəsində 2004-cü ilin I 

rübündən  dollar  digər  valyutalar  qarşısında  əlavə  dayanıqlıq 

qazansa  da,  ilin  ikinci  yarısından  yenidən  dəyərini  itirmişdir.  18 

sentyabr  2007-ci  il  tarixində  Federal  Ehtiyatlar  Sisteminin  faiz 

dərəcəsini aşağı salması nəticəsində dollar öz dəyərini əhəmiyyətli 

dərəcədə  itirmişdir.  Lakin  2008-ci  ildə  qlobal  maliyyə  böhranı 

zamanı  ABŞ  dolları  və  Yaponiya  yeninin  dünyanın  əksər 

valyutaları ilə müqayisədə dəyəri artmışdır.  

Bu günədək etibarlılığını qoruyan və nümizmatik dəyəri real 

dəyərindən artıq olan 500, 1000, 5000, 10 000 və 100 000 dollarlıq 

ə

skinaslar  yalnız  Federal  Ehtiyatlar  Sisteminin  və  Xəzinədarlığın 



daxili hesablaşmalarında istifadə edilir. 

ABŞ  dolları  dünyada  əsas  ehtiyat  valyuta  kimi  çıxış  edir. 

Hal-hazırda  dünyanın  strateji  valyuta  ehtiyatlarının  ümumi 

həcminin 64%-i dollarda saxlanılır.  

Rəsmi  olaraq  dollarlaşma  kimi  tanınan  prosesinin  nəticəsi 

olaraq  ABŞ-dan  başqa  bir  sıra  başqa  ölkələr  də  ABŞ  dollarını  öz 

rəsmi  valyutaları  olaraq  istifadə  edirlər.  Bəzi  dövlətlər  isə  öz 

dollarla münasibətdə sabit məzənnə siyasəti tətbiq edirlər.  



ABŞ-ın Mərkəzi Bankı -  Federal Ehtiyat Sistemi. Federal 

Ehtiyat  Sistemi  ABŞ-ın  mərkəzi  bank  sistemidir.  Bankın  ilkin 

yaranma  məqsədi  bank  sektoru  üzrə  mümkün  təşvişlərin  aradan 

qaldırılması olmuşdur. 



 

Federal Ehtiyat Sistemi ABŞ tarixində sayca üçüncü mərkəzi 

bank  sistemidir.  Daha  əvvəl  Birləşmiş  Ştatların  Birinci  Bankı 

(1791-1811)  və  Birləşmiş  Ştatların  kinci  Bankı  (1816-1836) 

valyutanın  dövriyyəyə  buraxılması,  kommersiya  kreditlərinin 

verilməsi,  depozitlərin  qəbul  edilməsi  və  qiymətli  kağızların 

buraxılması  kimi  fəaliyyət  xidmətləri  göstərməklə  yanaşı  çox 

sayda  filiallara  malik  olmuş  və  ABŞ  Xəzinədarlığının  maliyyə 

agenti olaraq fəaliyyət göstərmişdir.  



 

233

1907-ci  ildə  Konqres  bank  işi  və  valyuta  islahatlarının 

öyrənilməsi  üçün  respublikaçıların  Senatdakı  lideri  Nelson 

Aldriçin  rəhbərlik  edəcəyi  Milli  Monetar  Komissiya  yaratmışdır. 

Amerikanın mövcud monetar sistemi və Avropanın mərkəzi bank 

sistemi  öyrənilmiş  və  nəticədə  “Aldriç  Planı”  hazırlanmışdır.  23 

dekabr  1913-cü  il  tarixində  Aldriç  Planı  “Federal  Ehtiyat  Planı” 

olaraq təsdiqlənmişdir. Federal Ehtiyat Sistemi 16 noyabr 1914-cü 

ildə fəaliyyətə başlamışdır.  

I  Dünya  Müharibəsi  zamanı  müharibə  istiqrazlarınin 

verilməsi  ilə  məşğul  olan  Federal  Ehtiyat  Sistemi,  1933-cü  ildə 

Franklin  Ruzveltin  hakimiyyətə  gəlməsi  ilə  subordinasiyalı  craçı 

Filial statusu almış və yalnız 1951-ci ildə öz müstəqilliyini əldə et-

mişdir. Həmin tarixdən bu günədək müxtəlif siyasi yanaşmalar qə-

bul etməsinə baxmayaraq, Federal Ehtiyat Sisteminin səlahiyyətlə-

rində əhəmiyyətli dəyişiklik olmamışdır.  

Federal Ehtiyat Sisteminin cari funksiyaları aşağıdakılardır:

 

1.

 Bank təşvişləri ilə bağlı problemlərin həlli; 



2.

 Bankların  özəl  maraqları  ilə  mərkəzləşdirilmiş  dövlət 

öhdəlikləri arasında tarazlığın qorunması; 

3.

 Monetar  siyasət  tədbirləri  nəticəsində  ölkənin  pul 



təchizatının təmin olunması; 

4.

 Maliyyə sisteminin sabitliyinin dəstəklənməsi; 



5.

 Depozit  qəbul  edən  təsisatlar,  ABŞ  hökuməti  və  xarici 

rəsmi müəssisələr üçün maliyyə xidmətinin təmin olunması; 

6.

 ABŞ-ın 



dünya 

iqtisadiyyatındakı 

mövqeyinin 

gücləndirilməsi.



 

Federal Ehtiyat Sisteminin təşkilati strukturu aşağıdakılardan 

ibarətdir: 

♦ 

Federal Ehtiyat Direktorlar Şurası – müstəqil federal 

hökumət təşkilatıdir. 7 üzvdən ibarət Direktorlar Şurasının hər biri 

üzvü  Prezident  tərəfindən  təyin  olunaraq  Senat  tərəfindən 

təsdiqlənsə  də,  əsas  etibarilə  müstəqil  şəkildə  fəaliyyət  göstərir. 

Fəaliyyət  müddəti  14  il  olan  hər  bir  üzv,  o  müddət  ərzində 

prezident  tərəfindən  vəzifəsindən  kənarlaşdırıla  bilər.  Şura 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə