Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə75/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   71   72   73   74   75   76   77   78   ...   133

 

234

Nümayəndələr Palatasının Spikerinə illik fəaliyyətlə bağlı hesabat 

verir.  Ölkənin  monetar  siyasətin  yaradılması  öhdəliyi  daşıyan 

Ş

ura,  həmçinin  Federal  Ehtiyat  Banklarının  və  ümumilikdə  ABŞ 



bank sisteminin fəaliyyətlərinə nəzarət edərək tənzimləyir.    

♦ 

Federal Açıq Bazar Komitəsi – qısamüddətli fəaliyyət 

hədəfləri qoyaraq monetar siyasətini müəyyən edir. Bundan əlavə, 

xarici valyuta bazarına müdaxilənin ABŞ Xəzinədarlığı tərəfindən 

koordinasiya  edilməsinə  baxmayaraq,  Komitə  Federal  Ehtiyat 

Sistemi  tərəfindən  xarici  valyuta  bazarlarında  həyata  keçirilən 

ə

məliyyatların  yönəldilməsi  ilə  məşğuldur.  Komitənin  12 



üzvündən 7-si Direktorlar Şurasının üzvü, 5-i isə regional Federal 

Ehtiyat  Banklarının  nümayəndələridir.  kinci  ərazi  olan  Nyu 

Yorkdan  başqa  digər  regional  Banklardan  olan  nümayəndələr 

növbəli qaydada 2-3 illik müddətə seçilir.    



Federal Ehtiyat Bankları – özəl korporasiyaların və dövlət 

federal təşkilatların bir sıra xüsusiyyətlərini özündə cəmləyir. Üzv 

bankların  hər  biri  özünün  regional  Federal  Ehtiyat  Bankında 

müzakirə  olunmayan  səhm  payına  malik  olsa  da,  bu  pay  ona 

Federal  Ehtiyat  Banklarının  fəaliyyətinə  yalnız  məhdud  nəzarət 

verir  və  Federal  Ehtiyat  Bankının  nizamnaməsi  qanun  əsasında 

təsis  olunur  və  onun  üzv  banklar  tərəfindən  dəyişdirilməsi 

mümkün deyil. Hazırda 12 Federal Ehtiyat Bankı mövcuddur. 



Bank  və  digər  maliyyə-kredit  müəssisələri  sistemi.  ABŞ-

ın bank sisteminin müasir vəziyyəti qloballaşma və beynəlmiləlləş-

mə  proseslərinin  dərinləşməsi  və  transmilli  şirkətlərin  artımı  ilə 

xarakterizə  olunur.  Bütün  kommersiya  bankları  hüquqi  statusuna 

görə milli və ştat banklarına bölünürlər. Birincilər federal hökumət 

tərəfindən, ikincilər isə ştat hakimiyyətləri tərəfindən lisenziyalaş-

dırılır və nəzarət olunur. 

ABŞ-ın  bank  sistemində  xüsusi  rolu  investisiya  bankları 

oynayır.  Onlar  qiymətli  kağızlarla  bağlı  əməliyyatların  iki  əsas 

növünü  –  şirkətin  qiymətli  kağızlarının  emissiyasını  və 

yerləşdirilməsini həyata keçirirlər. 



 

235

ABŞ-da 


ə

manətlərin 

toplanması 

və 


ə

manətçilərin 

kreditləşdirilməsi  məqsədilə  yaradılan  şirkətlər  –  əmanət  maliyyə 

müəssisələri geniş yayılmışlar. Borc-əmanət assosiyasiyaları paylı 

(əgər  əmanətçilərə  məxsusdursa)  və  səhmdar  (əgər  səhmdarlara 

məxsusdurlarsa)  olurlar.  Səhmdar  borc  –  əmanət  assosiasiyaları 

ş

irkətlərə  məxsus  ola  bilər.  Bir  borc  –  əmanət  assosiasiyasına 



malik  olan  şirkətlərə  unitar,  bir  neçə  borc-əmanət  assosiasiyasına 

malik  olan  şirkətlərə  holdind  şirkətlər  deyilir.  Holdinq  şirkətlərlə 

müqayisədə,  unitar  şirkətlər  xidmət  və  fəaliyyətin  növ  seçimində 

böyük sərbəstliyə malikdirlər. Bu gün assosiasiyalar müasir bazara 

adaptasiya etmək üçün böyük cəhdlər göstərirlər. 

Amerikanın  kredit  ittifaqları  mahiyyət  etibarilə  demokratik 

kooperativ  təşkilatlardır.  ttifaqın  üzvləri  və  payçılar  əmanətləri 

yalnız o məqsədlə daxil edirlər ki, onlar istiqrazlar şəklində digər 

payçılara  verilsin. 

stiqrazların  təqdim  edilmə  şərtləri  və 

ə

manətlərə faizlərin hesablanma ardıcıllığı kredit ititfaqı tərəfindən 



müəyyənləşdirilir.  ttifaqın  ali  orqanı  onun  üzvlərinin  ümumi 

iclası, iclaslararası müddətlərdə isə idarəetmədir. 

Amerikan kommersiya bankları əmanət qəbul etmə haqqında 

lisenziyaya  sahib  olan  banklardır.  Bu  bankların  aktivləri  kassa 

likvid  aktivlər  və  sənəd  portfelindən  ibarətdir.  Kassa  likvid 

aktivləri  nağd  pul,  FEB-də  tutulan  pullar  və  digər  bankların 

hesablarında  tutulan  pullardır.  Bu  banklar  istehlak  və  sənaye 

sahələrinə  qısamüddətli  kredit  açırlar.  Portfelləri  isə  yerli  icra  və 

dövlət  orqanlarına  aid  sənədlərdən  ibarətdir.  Passivlərində  isə 

dövlət  və  özəl  sektorun  əmanətləri  saxlanılır.Amerikada 

kommersiya  banklarının  sayı  14500-ə  yaxındır.  Ancaq  bunlar 

içində  ən  böyük  banklar  Chase  Manhattan  Bank,  First  National 

Bank, Chase Manhattın Bank, Morıan Trust Company banklarıdır. 

Amerikanın  investisiya  bankları  şirkətlərə  orta  və  uzun  müddətli 

kredit  açırlar.  Bu  banklar  əmanət  qəbul  edir,  sənaye  quruluşları 

üçün hissə sənədi və istiqraz ixrac edirlər. Bu banklar pula olan eh-

tiyaclarını  kommersiya  banklarından  borc  olaraq  ödəyirlər. 

Amerikada 200-ə yaxın xarici ölkələrin bankları fəaliyyət göstərir. 




 

236

Bunların ümumi bank aktivləri içində payları 14 faizdir. Amerikan 

banklarının  ölkə  xaricində  800-dən  çox  şöbəsi  vardır.  Amerikan 

banklarının  xaricdəki  fəaliyyətinə  FEB,  Federal  Əmanət  Sığorta 

Fondu  və  Pul  Nəzarət  Komitəsinin  üzvlərindən  meydana  gələn 

komissiya nəzarət edir. 



 

 

 

Sərbəst mövzular  

 

1.

  ABŞ pul- kredit sisteminin tarixi inkişafı.  



2.

  ABŞ dolları dünyada əsas ehtiyat valyutası kimi.  

3.

  Federal  Ehtiyat  Sistemi  ABŞ-ın  mərkəzi  bank  sistemi 



kimi.  

4.

  Federal Ehtiyat Sisteminin məqsəd və funksiyaları  



5.

  Federal Ehtiyat Sisteminin təşkilati strukturu.  

6.

  ABŞ  kommersiya banklarının fəaliyyəti.  



7.

  ABŞ  investisiya banklarının fəaliyyəti.  

8.

  ABŞ- ın əmanət insitutlarının fəaliyyəti.  



 

 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə