Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə76/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   72   73   74   75   76   77   78   79   ...   133

 

237

II FƏS L. KANADANIN PUL - KRED T S STEM  

 

1841-ci  ildə  Kanada  Əyaləti  öz  dollarının  1/10  qızıl  qartal 

sikkəyə bərabər olduğunu elan etdi. 1 yanvar 1858-ci il tarixindən 

Kanada  bütün  hesabları  dollar  və  sentdə  saxlamağa  və  ilk  rəsmi 

sikkələrini  buraxmağa  başladı.  1871-ci  ildə  Federal  Parlament 

tərəfindən  Vahid  Valyuta  haqqında  Qanunun  qəbul  edilməsi  ilə 

bütün  əyalətlər  istifadə  etdikləri  valyutanın  əvəzində  Kanada 

dollarından  istifadəyə  başladılar.  I  Dünya  Müharibəsi  dövründə 

qızıl  standartından  istifadə  müvəqqəti  dayandırılmış  və  1933-cü 

ildən buna birdəfəlik son qoyulmuşdur. Bretton Vuds sistemindəki 

digər  valyutalardan  fərqli  olaraq  Kanada  dolları  1950-1962-ci 

illərdə üzən məzənnəli valyuta olmuşdur. 1962-1970-ci illərdə isə 

Kanada  sabit  məzənnə  siyasətinə  keçmişdir  (1  Kanada  dolları  = 

0,925 ABŞ dolları). Kanada dolları 1974-ci ilin 25 aprel tarixində 

özünün  ən  yüksək  həddinə  çatmışdır  (1  Kanada  dolları  =  1,0443 

ABŞ dolları). 1990-cı illərdə baş verən texnoloji bum nəticəsində 

Kanada dollarının dəyərində eniş baş vermiş və 21 yanvar 2002-ci 

il tarixində özünün ən aşağı həddinə çatmışdır (1 Kanada dolları = 

0,6179  ABŞ  dolları).  Bundan  sonra  isə,  Kanadanın  ixrac  etdiyi 

malların  (xüsusən  neftin)  qiymətinin  artması  nəticəsində  valyuta 

yenidən  dəyər  qazanmağa  başlamışdır.  2007-ci  il  ərzində  dəyər 

artımının  sürəti  daha  yüksək  olsa  da,  2008-ci  ilin  iyul-oktyabr 

aylarında Kanada dollarının dəyəri yenidən aşağı düşmüşdür.  

lk  əskinas  pul  1817-ci  ildə  Monreal  Bankı  tərəfindən 

buraxılmışdır.  Monreal  Bankı  1842-1862-ci  illərdə  1841-ci  ildə 

yaranan  Kanada  Əyaləti  üçün  əskinaslar  buraxmışdır.  1866-cı 

ildən  etibarən  Kanada  Əyaləti  öz  əskinaslarını  buraxmağa 

başlamışdır. Kanada Bankının 1935-ci ildən əskinasları buraxmağa 

başlamasın  nəticəsində  1944-ci  ildən  etibarən  10  səlahiyyətli 

bankdan pul çapetmə hüququ əlindən alındı.  

Kanada sikkələr 1858, 1870, 1912, 1920, 1922, 1935, 1942, 

1944,  1951,  1963,  1967,  1987,  1997  və  2000-ci  illərdə  tədavülə 

buraxılmışdır.  



 

238

Hazırda  Kanada  dolları  dönərliliyinə  görə  dünyada  7-ci 

yerdədir. 

Kanada  Mərkəzi  Bankı.  Kanadanın  Mərkəzi  Bankı    olan 

Kanada  Bankı  1934-cü  ildə  Kanada  Bankı  haqqında  Qanunun 

qəbul  olunması  ilə  təsis  olunmuşdur.  Bankın  yaranma  məqsədi 

“Kanadanın iqtisadi və maliyyə rifahının dəstəklənməsidir.  

Uzun  illər  Kanadanın  mərkəzi  bankı  olmamış  və  bank 

sistemi Kanada Banklar Assosiasiyası tərəfindən tənzimlənmişdir. 

Kanada  Bankı  1934-cü  ildə  qəbul  edilmiş  “Kanada  Bankı 

haqqında  Qanuna  əsasən  yaradılmışdır.  1938-ci  ildə  Qanuna 

dəyişiklik  olunmuş  və  Kanada  Bankı  milliləşdirilərək  Krallığın 

korporasiyası  olaraq  fəaliyyətə  başlamıışdır.  Kanada  Bankı 

günümüzdə də dövlətin bankı kimi fəaliyyət göstərir. 

Bank  yaradıldıqdan  sonra  pulların  buraxılması  hüququ 

Dövlət  Maliyyə  Departamentindən  alınaraq  Kanada  Bankına 

verilmiş  və  özəl  banklardan  öz  valyutalarını  dövriyyədən 

çıxarmaları tələb olunmuşdur.  

kinci  Dünya  Müharibəsi  dövründə  Kanadanın  müharibədə 

iştirakını  maliyyələşdirən  Kanada  Bankı  müharibədən  sonra 

fəaliyyətini  genişləndirərək  Kanadanın  iqtisadi  inkişafını 

dəstəkləmək  üçün  səlahiyyətləndirilmişdir.  Kanada  biznesinə 

investisiya  qoyuluşunu  stimullaşdırmaq  üçün  törəmə  Sənaye 

nkişaf  Bankı  təsis  olunmuşdur.  Bankın  monetar  siyasəti 

inflyasiyanın  azaldılmasından  daha  çox  faiz  dərəcələrinin  aşağı 

salınması  və  işsizliyin  aradan  qaldırılmasına  yönəlmişdi.  1960-cı 

illərdə  inflyasiyanın  artmağa  başladığını  görən  Ceyms  Koyn 

(Kanada  Bankının  Sədri)  pul  təchizatının  azaldılması  tapşırığını 

vermişdir.  Bununla  razılaşmayan  Baş  Nazir  Con  Difenbeyker 

işsizliyin  aradan  qaldırılması  strategiyasına  keçid  tapşırığını 

vermişdir. Kanada Bankı siyasi nəzarətdə olmayan dövlət təşkilatı 

olaraq  tanındığından  bu  hadisə  qısa  böhranın  (“Koyn  Böhranı”) 

baş  verməsinə  səbəb  olmuşdur.  Nəticədə  Bankın  Sədri  istefaya 

getmişdir.  Sonradan  Kanada  Bankı  tədricən  anti-inflyasiya 

siyasətinə  keçməyə  başlamışdır  və  artıq  1980-ci  illərdə 




 

239

inflyasiyanın  aşağı  həddə  saxlanması  onun  əsas  prioritetinə 

çevrilmişdir.  

Ölkənin mərkəzi bankı kimi Kanada Bankının 5 əsas vəzifəsi 

var: 

♦  Monetar  siyasətinin  həyata  keçirilməsi  (inflyasiya 



göstəricisinin tənzimlənməsi); 

♦  Pulların buraxılışı; 

♦  Təhlükəsiz, şəffaf və səmərəli maliyyə sisteminin təşkili; 

♦  Vəsaitlərin idarə edilməsi; 

♦  nsani,  maliyyə,  informasiya,  texnologiya  və  fiziki 

mənbələrin  sağlam  idarə  edilməsinə  dəstək  verən  korporativ 

inzibatçılığın həyata keçirilməsi. 

 Kanada Bankının ali idarəetmə orqanı Direktorlar Şurasıdır. 

Bankın Sədri və 4 sədr müavini federal hökumət tərərfindən deyil, 

Kabinetlə  məsləhətləşməklə  Bankın  Direktorlar  Şurası  tərəfindən 

seçilir.  Maliyyə  Nazirinin  müavini  darə  heyətinin  üzvü  olsa  da, 

onun  səs  hüququ  yoxdur.  Bankın  hesabatları  Kanadanın  Ümumi 

Auditorları tərəfindən deyil, Maliyyə Nazirliyi ilə məsləhətləşərək, 

Kabinet  tərəfindən  təyin  edilmiş  xarici  auditorlar  tərəfindən 

yoxlanılır. Bankda 16 departament fəaliyyət göstərir.  

Kanada  Bankı  kommersiya  banklarına  qiymətli  kağızların 

bəzi  növlərinin  girovu  ilə  altı  aydan  çox  olmayan  müddətə 

kreditlər  verə  bilir.  Kreditlər  konkret  şərtlərlə  və  məhdud  müddət 

üçün  hökumətə  və  ya  əyalətlərə  təqdim  oluna  bilər.  Bankın  uçot 

dərəcəsi  minimal  dərəcədir  və  Kanada  Bankı  kreditləri  bu  dərəcə 

üzrə təqdim etməyə hazırdır. 

Kanada  Bankının fəaliyyət istiqamətlərindən biri hökumətin 

monetar siyasətinin reallaşdırılmasıdır. 1980-ci illər ərzində Kana-

da  monetar  siyasətin  adıçəkilən  formasını  –  pul  kütləisnin  tarqet-

ləşdirilmə formasını əsas tuturdu. Pul kütləsinin targetləşdirmə si-

yasətinin reallaşdırılmasının effektivliyi bir sıra şərtlərdən asılı idi. 

Birincisi,  pulun  targetləşdirilməsi  üçün  dəyişən  göstərici  ilə 

(inflyasiya və ya nominal gəlir) məqsədli aqreqat arasında güclü və 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə