Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə77/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   73   74   75   76   77   78   79   80   ...   133

 

240

etibarlı  əlaqənin  olması  zəruridir.  Asılılığın  zəif  olduğu  halda, 

məqsədli  göstəriciyə  olan  təsir  dəyişənin  planlaşdırılmış 

dəyişmələrinə  gətirib  çıxarmır.  Bu  növ  uyğunsuzluq  Kanadadad 

baş  vermiş  və  1991-ci  ildə  pul  siyasətinin  dəyişməsinə  gətirib 

çıxarmışdır.  kinci şərt Mərkəzi bank tərəfindən pul aqreqatlarının 

qeyd-şərtsiz nəzarətidir. Bu nəzarət yoxdursa, pul siyasətinin məhz 

bu  formasının  həyata  keçirilməsini  bildirən  dəqiq  siqnala 

avtomatik  şəkildə  yox  olur.  Əgər  pul  kütləsinin  məhdud 

aqreqatlarını tənzimləmək Kanada hakimiyyəti üçün mümkün olsa 

da, daha geniş M2 və M3 pul aqreqatlarına nəzarət etmək kifayət 

qədər müşkül məsələyə çevrildi. 

Kanadada  targetləşdirmə  siyasəti  gözlənilən  çox  müsbət 

nəticələrə gətirib çıxarmadı, çünki ona olan münasibət qeyri ciddi 

və hakimiyyətin uğur qazanmaq şansı yox idi. 

1991-ci ilin fevralında Kanada Bankı inflyasiya səviyyəsinin 

targetləşdirilməsinə  keçid  barədə  elan  etdi.  Qərara  alındı  ki, 

inflyasiyanın  məqsədli  göstəricisi  mərkəzi  bankın  və  hökumətin 

birgə qərarı ilə təyin ediləcək və müəyyənləşdiricələk. Göstəricinin 

ə

sasını  istehlak  qiymətlərinin  indeksi  təşkil  edirdi.  stehlak 



qiymətlərinin indeksi qida məhsullarını, enerjini və dolayı vergiləri 

nəzərdə tutmurdu. Məqsədi parametrin intervalları aşağıdakılar idi: 

* 1991-ci il: 3-5%; 

* 1992-ci il: 2-4%; 

* 1994-cü ilin iyunu: 1,5-3,5% 

* 1995-2001-ci illər: 1-3%. 

nflyasiya 

səviyyəsinin 

targetləşdirilməsi 

bir 


sıra 

üstünlüklərə  malikdir.  O,  valyuta  targetləşdirilməsindən  fərqli 

olaraq,  pul  targetləşdirilməsi  ilə  yanaşı  diqqətin  milli  maraqlarda 

mərkəzləşməsinə imkan verir və xarici təsirlərə meylliliyi azaldır. 

Mübadilə  kursunun  məqsədli  göstəricisinin  rejimi  kimi,  şəffafdır. 

nflyasiyanın  məqsədli  səviyyəsi  pul  aqreqatları  ilə  müqayisədə 

ə

hali üçün daha anlaşılandır. Pul aqreqatları isə dəyişən meyarlara 



daha sərt əlaqədə olmalıdır. 


 

241

Kanada  Bankı  daima  ÜDM  ölçülərində  dəyişmələrin 

azaldılması  və  məşğulluğun  artırılması  üzrə  tədbirləri  həyata 

keçirir.  Ölkə  stabil  ÜDM  siyasətini  və  inflyasiyanın  ortamüddətli 

göstəricilərinin  azalmasından  uzunmüddətli  göstəricilərə  tədrici 

keçid  siyasətini  yürüdür.  Ümumilikdə,  inflyasiya  səviyyəsinin 

targetləşdirmə  siyasəti  monetar  hakimiyyəti  daha  uzaqgörən 

olmağa və cari vəziyyətdə təmərküzlə birlikdə taktiki yox, strateji 

məqsədləri reallaşdırmağa vadar etdi. 

Kanada bankları. Kanada bankları   xarici bazarlarda aktiv 

şə

kildə  fəaliyyət  göstərirlər.  1986-cı  ildə  valyuta  aktivləri  bütün 



aktivlərin  45%-ni  təşkil  edirdi.  Bank  gəlirlərinin  əsas  hissəsi 

beynəlxalq  əməliyyatlar  hesabına  təmin  olunur.  Böyük  beşlik 

adlanan  qrupun  bankları  Kanadanın  iti  çarter  banklarıdır;  «Royal 

benk  of  Kenada»  (Royal  Bank  of  Canada),  «kenedian  imperial 

benk of kommers» (Canadian  mperial Bank of commerce), «Benk 

of Monreal» (Bank of Montreal), «Benk of Nova Skoşia» (Bank of 

Nova Skoshia), «Toronto – dominion benk» (Toronto – dominion 

Bank). 


Kanadanın  ən  gəlirli  və  iri  kommersiya  bankı  «Royal  benk 

of  Kanada»  1896-cı  ildə  yaradılmışdır.  Bankın  1700  şöbəsi  var. 

Onların 46-sı digər ölkələrdədir. Hal-hazırda bank maliyyə bazarı-

nın  qonşu  sektorlarına  ekspansiya  üçün  investisiya  –  bank  fəaliy-

yəti sferasında və ənənvi bank xidmətlərinin milli bazarında öz li-

derliyindən  istifadə  etməyə  cəhd  göstərir.  Onun  üstünlüklərindən 

biri sığorta biznesinin inkişafıdır. 1995-ci ildən sonra 5 il ərzində 

bank Kanadadakı üç sığorta şirkətini udmuş, özünün telekommuni-

kasiya mərkəzi vasitəsilə sığorta məhsullarının birbaşa satışını təş-

kil  etmiş,  bir  neçə  beynəlxalq  təkrar  sığorta  şirkətlərini  təsisi  et-

mişdir.  Bankın  digər  üstünlüyü  qiymətli  kağızlarla  əməliyyatların 

depozitar  xidmətinin  iriləşdirilməsi  oldu.  Xüsusi  halda,  1996-

1997-ci illərdə  «Toronto – dominian benk»,  «Benk of Nova Sko-

ş

ia»  və  «Monreal  trast»  (Montreal  Trust)  uyğun  şöbələri  alın-



mışdır.  1999-cu  ildə  Avstraliyada  «Permanent  trasti  Ko» 


 

242

(Permanent  Tresty  Co)  ilə  birlikdə  depozitar  şirkət  təsis 

olunmuşdur. 

Kanadanın  bank  sistemində  əsas  yeri  B  siyahısından  olan 

banklar, yəni xarici maliyyə-kredit müəssisələri tutur. 1980-ci ilin 

banklar  haqqında  qanunu  ilə  xarici  banklara  Kanadada  öz 

filiallarını açmaq icazəsi aşağıdakı şərtlərlə verilir. 

* Kanadadakı filialların fəaliyyəti üçün kifayət edən aktivlər, 

təcrübə, həmçinin gəlirlər; 

* bir qayda olaraq, səhmdarların geniş dairəsi; 

* lazımi nəzarət və yaxşı maliyyə vəziyyəti; 

*  özünün  Kanadada  rəqabətədavamlı  bank  işini  inkişaf 

etdirmək qabiliyyətinin sübuta yetirilməsi; 

* öz ölkəsinin yurisdiksiyasında qarşılıq prinsipinin olması; 

*  filialın  fəaliyyəti  üçün  cavab  verməyə  hazır  olduğunu 

təsdiq  edən  zəmanət  məktubun  (letter  of  comfort)  təqdim  edilmə 

imkanı. 

Kanadada  bank  işi  sərt  şəkildə  tənzimlənir.  Bankın 

tənzimlənmə  prinsipləri  banklar  haqqında  qanunla  müəyyənləşir. 

Maliyyə  naziri  bankların  fəaliyyətinə  müntəzəm  nəzarəti  həyata 

keçirir.  Hər  bir  bankda  baş  israçı  direktor  olur.  O,  Kanada 

Bankının  Direktorlar  şurası  qarşısında  bilavasitə  məsuliyyət 

daşıyır.  Monetar  siyasətin  həyata  keçirilməsi  məqsədilə  qanun 

Kanada  Bankında  ilkin  və  təkrar  ehtiyatların  saxlanması  barədə 

kommersiya  bankları  üzərinə  öhdəlik  qoyur.  Banklar  ilkin 

ehtiyatlar üzrə faiz almırlar.  

1980  ci  ilin  banklar  haqqında  qanununa  görə,  banklar 

səhmdarlara illik hesabat verməlidirlər. Bu hesabatda aşağıdakılar 

olmalıdır: 

* tələblər və öhdəliklər barədə birləşmiş hesabat; 

* xeyir və ziyanlar barədə birləşmiş hesabat; 

*  nəzərdə  tutulmamış  xərclərə  vəsaitlərin  ayrılması  barədə 

birləşmiş hesabat; 

* səhmdar kapitalında dəyişikliklər barədə birləşmiş hesabat. 



 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə