Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə80/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   76   77   78   79   80   81   82   83   ...   133

 

250

edilmiş  və  1979-cu  ilin  gömrük  əməliyyatlarında  istifadə 

olunmuşdur.  

Ekyünün  dəyəri  və  tərkibi  EUA-nın  dəyərinə  və  tərkibinə, 

onların  yenidən  nəzərdən  keçirilməsi  şərti  ilə  identik  idi.  Ekyü 

rəsmi valyuta kimi 1978-ci ildə dekabrın 18-də yaranmış, 1979-cu 

ildə  martın  13-də  isə  Avropa  valyuta  sisteminin  tərkib  elementi 

kimi qüvvəyə minmişdir. Ekyünün dəyəri valyuta zənbili üsulu ilə 

müəyyənləşdirilirdi. Zənbilə A B-yə üzv olan 12 ölkənin valyutası 

daxil  idi.  Hər  bir  valyutanın  bu  zənbildəki  payı  Birliyin  ümumi 

məhsulunda  ölkənin  xüsusi  çəkisindən,  onların  qarşılıqlı  ticarət 

dövriyyəsindən  və  AVS  çərçivəsində  qısamüddətli  müdafiə 

kreditlərində  iştirakından  asılı  idi.  Ona  görə  də  alman  markası 

ekyüdə  daha  böyük  paya  malik  idi 

–  təqribən  3%.  Fransız 

frankının  payına  təqribən  20%,  funt  sterlinqə 

–  11,5%,  italyan 

lirəsinə 8%, danimarka kronuna 

– təqribən 3% düşürdü. Ekyünün 

tərkibi  iki  dəfə  dəyişikliyə  uğramışdır.  Birincisi  1984-cü  ilin 

sentyabrında dirhəmin daxil olması zamanı və ikincisi 1989-cu ilin 

sentyabrında  ispan  pesetasının  və  Portuqaliya  eskudosunun  daxil 

edilməsi zamanı baş vermişdir.  

XX  əsrin  son  onilliyinin  əvvəlində  Avropa  monetar 

ittifaqının  təşəkkül  tapması  AVS-in  fəaliyyətinin  müsbət 

yekunlarını  təsdiq  etdi.  Lakin  monetar  ittifaqın  mərhələli  şəkildə 

yaranması inteqrasiyanın vahid bazar kimi pilləsini nəzərdə tutur. 

Bundan  başqa,  birliyə  üzv  ölkələrin  prinsipial  siyasi  öhdəlikləri 

zəruri idi. Delor Komitəsinin 1989-cu ilin aprelində tərtib olunmuş 

məruzəsi  belə  öhdəliklərin  texniki  əsasını  təmin  edirdi.  Avropa 

Ş

urasının  1985-ci  ilin  dekabrında  Brüsseldə  və  1986-cı  ilin 



fevralında  Haaqada  keçirilən  iclasları  nəticəsində  hazırlanmış  və 

1987-ci  ildə  iyulun  1-də  qüvvəyə  minmiş  Vahid  Avropa  Aktı 

iqtisadi və monetar ittifaqın tədriclə yaradılmasını məqsəd şəklində 

təsdiq  edirdi.  Avropa  Şurası  1988-ci  ilin  iyununda  Qannoverdəki 

iclasında  Jak  Delorun  sədrlik  etdiyi  Mərkəzi  bank  müdirləri  və 

ekspertlərinin  komitəsinə  tapşırmışdır  ki,  komitə  belə  ittifaqa 

gətirib çıxara biləcək konkret mərhələləri öyrənsin və təklif etsin. 



 

251

Komitənin  tərtib  etdiyi  məruzədə  əvvəlcə  Birliyin  iqtisadi  və 

monetar inteqrasiyasının vəziyyəti qısa şəkildə analiz edilir, sonra 

isə  iqtisadi  və  monetar  ittifaqın  yekun  vəziyyəti  və  onun  əldə 

olunma mərhələləri təsvir olunurdu.  

Avropa  birliklərinin  Avropa  ttifaqına  transformasiyası 

barədə  tarixi  Maastrixt  müqaviləsi  1991-ci  ilin  dekabrında 

imzalanmış, ratifikasiya edilmiş və çətinliklərə baxmayaraq, 1993-

cü ilin noyabr ayında qüvvəyə minmişdir.  

AVROPA  B RL Y   ÖLKƏLƏR N N  QT SAD   KON-

VERGENSIYASININ  MEYARLARI.  1995-ci  ilin  dekabrında 

Avropa  Şurasının  Madriddəki  iclasında  avronun  tətbiqi  proqramı 

qəbul olunmuş və elə həmin şuranın 1996-cı ilin dekabrında Dub-

lindəki  iclasında  bu  proqram  inkişaf  etdirilmiş  və  konkretləşdiril-

mişdir.  Bu  proqram  və  icraedici  orqan 

–  AB  Komissiyası  səviy-

yəsində qəbul edilmiş digər qərarlar iştirakçı ölkələr üçün iqtisadi 

və  monetar  ittifaqın  təkamül  prosesinin  meyarlarını,  o  cümlədən 

vahid  valyutanın  tətbiqinin  müddət  və  prinsiplərini  nəzərdə 

tuturdu.  Avronun  tətbiqini  nəzərdə  tutan  ölkələrin  uyğunlaşmalı 

olacağı iqtisadi konvergensiya meyarları xüsusi maraq doğurur. 

Avronun  fəaliyyəti  dövründə  göstərilən  meyarlara  riayət 

olunması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə 

tutulurdu. Belə ki, hədsiz büdcə kəsirinə yol vermiş ölkə (ÜDM-in 

3%-dən  çox)  birinci  ildə  AB  komissiyasının  xüsusi  hesabına  öz 

ÜDM-nin  0,2%-i  ölçüsündə  depozit  üstəgəl  müəyyənləşdirilmiş 

limiti aşan kəsirin hər faizinə 0,1% köçürməlidir. Əgər bu vəziyyət 

ikinci  ildə  də  qalmaqda  davam  edirsə,  depozitin  yalnız  əlavə 

hissəsi  ödənilir  (ÜDM-in  0,5%-dən  çox  olmayaraq).  Sonralar 

vəziyyət  düzəlmirsə,  depozit  cərimələrə  çevrilir  və  bu  cərimələr 

«intizamlı» iştirakçıların sərəncamına verilir. 

Avropa  Birliyi  ölkələrinin  vahid  pul  sistemini  tənzimləyən 

ilk  maliyyə  müəssisəsi  Avropa  valyuta  institutu  idi  (AV ).  AV  

1994-cü  ildə  yanvarın  1-də  fəaliyyətə  başlamışdır.  Maastrixt 

müqaviləsinə  uyğun  şəkildə  yaradılmış  Avropa  valyuta  institutu 

Frankfurt-Mayndakı  mənzil  qərargahı  ilə  Avropa  valyuta 




 

252

ə

məkdaşlıq fondunu əvəz etdi. AV -nin əsas vəzifələri aşağıdakılar 



idi:  

•  AB-yə  üzv  ölkələrin  mərkəzi  banklarının  monetar 

siyasətlərinin koordinasiyası; 

•  Avropa valyuta sisteminin fəaliyyətinə nəzarət; 

•  Avropa  mərkəzi  banklar  sisteminin  təşkilinə  və  vahid 

valyutaya 

– avroya keçidə hazırlıq; 

•  ümumavropa 

hesablaşma  sisteminin  effektivliyinin 

yüksəldilməsi;  

•  mərkəzi bankların statistikasının unifikasiyası; 

•  bankların arzusu ilə rəsmi valyuta rezervləri ilə idarəetmə.  

AV -nun  inzibati  orqanları  aşağıdakılar  idi:  prezident,  baş 

direktor, AV  prezidentindən və AB-ə üzv ölkələrin mərkəzi bank 

müdirlərindən ibarət olan şura. Şura AB-nin Nazirlər Sovetinə və 

milli hökumətlərə təkliflər və tövsiyələr hazırlayırdı.  



AVROPA B RL Y N N BÜDCƏS . Ümumi büdcə ilk dəfə 

1958-ci  ildə  Birliyin  maliyyə  xərcləri  planına  uyğun  şəkildə 

hazırlanmışdır. 

AB-nin  büdcə  sistemi  bir  sıra  prinsiplər  əsasında  qurulur. 

Vahidlik  prinsipi  o  deməkdir  ki,  AB-nin  gəlirləri  və  xərcləri  bir 

sənəddə  toplanmalıdır  və  bu,  ümumi  resursların  xərclənmə 

monitorinqinin  effektivliyi  barədə  mühakimə  yürütməyə  imkan 

verir.  Avropa  birliyinin  büdcə  münasibətlərinin  təşəkkül  tapma 

tarixi  bütün  gəlirlər  və  xərclər  maddələrinin  mərhələli 

unifikasiyasını  və  nəticədə  vahid  büdcədə  toplanmasını  göstərir. 

Universallıq  prinsipi  iki  qaydaya  əsaslanır:  büdcə  gəliri  xərclərin 

ayrı-ayrı maddələrinə bağlana bilməz, bütün gəlirlər və xərclər bir-

biri  ilə  uyğunlaşdırılmadan  bütövlükdə  büdcəyə  daxil  edilməlidir. 

llik  prinsip  büdcə  əməliyyatlarının  müəyyən  maliyyə  ilinə 

uyğunluğunu  nəzərdə  tutur.  Bu,  büdcənin  icrasına  nəzarət  üzrə 

Avropa  komissiyasının  fəaliyyətini  asanlaşdırır.  Bununla  belə, 

bəzən çoxillik büdcə xərclərinin müəyyənləşdirilməsi tələb olunur 

və  bu,  maliyyə  perspektivi  prinsipinə  uyğun  olaraq,  illik  prinsipə 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə