Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə81/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   77   78   79   80   81   82   83   84   ...   133

 

253

ziddiyyət  təşkil  etmir,  çünki  çoxillik  xərclər  illik  büdcədə  nəzərə 

alınır.  Tarazlıq  prinsipi  tələb  edir  ki,  maliyyə  ilində 

proqnozlaşdırılan  gəlirlər  həmin  ilin  ödənişləri  üzrə  təxsisatlara 

uyğun  gəlsinlər.  Büdcənin  kəsiri  nəzərdə  tutulmamışdır.  Avropa 

komissiyasına  öz  xərclərinin  ödənilməsi  üçün  borcları  həyata 

keçirmək  qadağan  edilmişdir.  Kəsirin  yaranma  halında  (Avropa 

təcrübəsində bu, istisna haldır) onun ölçüsü növbəti ilin büdcəsinin 

məxaric  hissəsinə  keçirilir.  Bir  qayda  olaraq,  büdcə  profisitlə 

yekunlaşır  və  onun  aktiv  saldosu  gələn  ilin  büdcəsinin  gəlirinə 

daxil  edilir.  Xərclərin  spesifiklik  prinsipi  o  deməkdir  ki, 

təxsisatların  hər  bir  məbləği  konkret  təyinata  və  əsaslandırılmaya 

malik olmalıdır.  

Avropa  Birliyinin  büdcəsi  AB-nin  inkişaf  siyasətinin  və 

strategiyasının  reallaşdırılmasına  yardım  etməyə  yönəlmişdir  və 

aşağıdakıları nəzərdə tutur: 

•  valyuta stabilliyinin yaradılması; 

•  müasir və dinamik Avropa sənayesinin inkişafı; 

•  yeni texnologiyaların inkişafının stimullaşdırılması; 

•  müxtəlif regionların sosial və mədəni inkişaf səviyyələri-

nin bərabərləşdirilməsi. 

AB-nin büdcə gəlirlərinin formalaşdırılmasının əsas prinsip-

ləri aşağıdakılardır: birgə maliyyə məsuliyyəti prinsipi, AB-yə üzv 

dövlətlərin maliyyə həmrəyliyi prinsipi. Birgə maliyyə məsuliyyəti 

prinsipinə görə, AB-ə üzv olan bütün dövlətlər AB-nin büdcə gə-

lirlərinin formalaşdırılmasında iştirak etməyə borcludurlar. AB-yə 

üzv dövlətlərin maliyyə həmrəyliyi prinsipi o deməkdir ki, AB-yə 

üzv  dövlətlərin  üzvlük  haqları  onların  maliyyə  imkanlarına  mütə-

nasib olmalıdır. 

AB-də büdcə xərclərinin qurulma prinsipləri aşağıdakılardır: 

AB-yə  üzv  dövlətlərin  iqtisadi  və  sosial  həmrəyliyinin  möhkəm-

ləndirilməsi (büdcə maliyyələşməsi AB-yə üzv dövlətlərin iqtisadi 

vəziyyətlərinin  bərabərləşdirilməsinə,  sosial  ziddiyyətlərin  həllinə 

kömək etməlidir); həmrəylik prinsipi; hərçənd  yoxsul ölkələr ma-

liyyə  resurslarının  böyük  həcmlərinə  ehtiyac  duysalar  da,  AB-yə 



 

254

üzv digər dövlətlər də büdcənin maliyyələşdirilməsi hüququna ma-

likdirlər;  büdcə  intizamı  prinsipi  (vəsaitlərin  xərclənməsinin  iq-

tisadi effektivlik prinsipi). Əgər AB-yə üzv dövlətə maliyyə yardı-

mının həcmi onun ÜMM-i ilə müqayisədə nəzərəçarpacaq dərəcə-

də  çoxdursa,  belə  resurslardan  effektiv  şəkildə  istifadə  etmək  çə-

tinləşir və bu da iqtisadiyyatdakı dəyişikliklərə gətirib çıxara bilər. 

Avropa  Birliyində  büdcə  prosesi  və  ya  büdcə  proseduru  bir 

neçə mərhələdən ibarətdir. 

Maastrixt  müqaviləsinə  uyğun  olaraq  (maddə  203),  AB 

büdcə  layihəsinin  hazırlanma  işi  bilavasitə  üç  institutun 

vəzifəsidir.  Bunlar  Avropa  komissiyası,  AB  Nazirlər  Şurası  və 

Avropa  parlamentidir.  AB  institutlarının  rolları  aşağıdakı  kimi 

bölüşdürülmüşdür.  Avropa  komissiyası,  adətən,  oktyabrın  5-də 

yeni  qanunverici  aktın  qəbulunu  təklif  edir.  Avropa  parlamenti 

layihə barədə öz fikirlərini bildirir və ona düzəlişlər təklif edir. AB 

Ş

urası  isə  qəti  qərar  çıxarır.  Ona  görə  də  Avropa  Komissiyası 



büdcənin  ilkin  layihəsini  hazırlayır.  Avropa  Komissiyasının 

qərarları  səs  çoxluğu  ilə  qəbul  olunur.  Avropa  Komissiyasının 

üzvləri  şəxsən  səs  verirlər  və  onun  qərarları  üçün  kollektiv 

məsuliyyət daşıyırlar. Bu da kollegiallıq prinsipini vurğulayır. 

Daha  sonra  AB  büdcə  layihəsi  müzakirə  və  təsdiq  edilmək 

üçün  AB  Nazirlər  Şurasına  təqdim  edilir.  AB  Şurası,  bir  qayda 

olaraq,  ildə  iki  dəfə  yığışır.  Onun  tərkibinə  AB-ə  üzv  dövlətin 

hökumətindən  olan  iqtisadiyyat  naziri  və  ya  maliyyə  naziri, 

Avropa  Komissiyasının  uyğun  üzvü  daxildir.  AB  Şurası  Avropa 

Komissiyasının  təqdim  etdiyi  büdcə  layihəsini  nəzərdən  keçirir 

(məcburi xərclər hissəsində) və təsdiq ediləndən sonra onu Avropa 

Parlamentinə göndərir. Avropa Parlamenti layihəni 45 gün ərzində 

nəzərdən  keçirir.  Qərarların  qəbul  edilməsi  üzrə  səlahiyyətlər 

Avropa Şurası ilə Avropa Parlamenti arasında bölüşdürülür, çünki 

bütün xərclər AB büdcəsinin məcburi və qeyri-məcburi xərclərinə 

ayrılır  (şəkil).  Əgər  bu  dövr  ərzində  Avropa  Parlamenti  büdcə 

layihəsinə  «hə»  deyirsə  və  ya  düzəlişlər  daxil  etmirsə,  yaxud  heç 

bir  modifikasiya  təklif  etmirsə,  büdcə  qəti  şəkildə  qəbul  edilmiş 




 

255

hesab  olunur.  Əgər  bu  müddət  ərzində  Avropa  Parlamenti 

düzəlişlər  daxil  etsə  və  yaxud  modifikasiyalar  təklif  etsə, 

dəyişdirilmiş büdcə layihəsi AB Şurasına göndərilir və bununla da 

razılaşdırmaların növbəti, daha mürəkkəb mərhələsi başlayır. 

 

Büdcə  layihəsi  Avropa  Parlamentində  müzakirələrin  iki 



mərhələsindən  keçir  (iki  oxunuş).  Birinci  mərhələdə  hər  bir 

deputat  büdcə  layihəsinə  dəyişikliklərin  və  əlavələrin  daxil 

edilməsi  təklifi  ilə  çıxış  edə  bilər.  Layihə  təkcə  büdcə  üzrə 

ixtisaslaşdırılmış  komitədə  deyil,  həm  də  digər  komitələrdə 

müzakirə  olunur.  Büdcə  layihəsində  dəyişikliklər  barədə 

düzəlişlərin  qəbul  edilməsi  üçün  Avropa  Parlamentində  səs 

çoxluğunu almaq zəruridir. Planlaşdırılmış xərclərin artırılması ilə 

bağlı  dəyişikliklər  barədə  düzəlişləri  Avropa  Parlamenti  peşəkar 

ə

ksəriyyətlə həll edir (səslərin beşdə üç hissəsi). 



AB  qanunvericiliyi  ilə  birbaşa  qeyd  edilməmiş  qeyri-

məcburi  xərclərin  nəzərdən  keçirilməsi  zamanı  son  söz  Avropa 

Parlamentinə  məxsusdur.  Avropa  Parlamenti  maliyyə  resurslarını 

yenidən  bölüşdürməklə  yanaşı,  onların  həcmini  də  müəyyən 

hüdudda  artıra  bilir.  Artımın  maksimal  norması  Avropa 

Komissiyası  tərəfindən  müxtəlif  makroiqtisadi  göstəricilər 

ə

sasında  hesablanır  və  yalnız  AB  Nazirlər  Şurası  bu  təkliflə 



razılaşdığı halda yüksəldilə bilir.  

Məcburi  xərclər  büdcənin  əsas  hissəsini  təşkil  edir.  bunlar 

ə

sas  etibarilə  ümumi  aqrar  siyasətin  maliyyələşdirilməsi  ilə  bağlı 



xərclərdir  və  onların  böyük  hissəsi  qiymətlərin  saxlanmasına 

yönəldilir.  Avropa  Parlamenti  xərclərin  ümumi  məbləği 

artırılmadan,  xərclərin  bu  kateqoriyasının  dəyişməsini  təklif  edə 

bilər. Əgər təkliflər AB Şurası tərəfindən peşəkar əksəriyyətlə rədd 

edilmirsə, onlar qəbul olunur.  

Büdcənin  müzakirəsinin  ikinci  mərhələsində  Avropa 

Parlamentində  aşağıdakılar  baş  verir.  Əgər  AB  Şurası  15  gün 

ə

rzində  hər  hansı  bir  təklifi  dəyişdirirsə,  bu  halda  büdcə  layihəsi 



yenidən  uyğun  ixtisaslaşdırılmış  komitəyə  göndərilir.  Eyni 

zamanda  hər  bir  deputat  və  hər  bir  komitə  AB  şurasının  təqdim 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə