Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə82/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   78   79   80   81   82   83   84   85   ...   133

 

256

etdiyi  büdcə  layihəsinə  düzəlişlər  təklif  edə  bilər.  Birinci 

mərhələdə  olduğu  kimi,  ümumi  məruzə  uyğun  ixtisaslaşdırılmış 

komitə  tərəfindən  hazırlanır,  Avropa  Parlamenti  isə  peşəkar 

ə

ksəriyyətlə qərar qəbul edir. Əgər AB şurasının düzəlişləri qəbul 



olunursa,  büdcənin  uyğun  hissəsi  AB  Şurasının  redaksiyasında 

qəbul  edilmiş  hesab  olunur,  əks  halda  rədd  edilmiş  hesab  olunur. 

Avropa  Parlamenti  büdcə  layihəsini  peşəkar  əksəriyyətlə 

bütövlükdə  rədd  edə  də  bilər.  O,  bu  hüququndan  bir  neçə  dəfə 

istifadə etmişdir. Lakin Avropa Parlamentinin təklif edilmiş büdcə 

ilə razılaşmaması ciddi hüquqi nəticələrə gətirib çıxarmır. Avropa 

Parlamenti  yeni  büdcə  layihəsinin  təqdim  edilməsini  yalnız  tələb 

edə bilər (Avropa Parlamentinin özü büdcəni hazırlamaq hüququna 

malik deyil). 

Büdcənin  təsdiqindən  sonra  büdcə  prosesinin  növbəti 

mərhələsi 

–  büdcənin  icrası  gəlir.  Avropa  Birliyində  büdcə  ili 

təqvim  ili  ilə  üst-üstə  düşür  və  yanvarın  1-də  başlayıb,  dekabrın 

31-də  başa  çatır.  Büdcənin  icrası  ilə  Avropa  Komissiyası  məşğul 

olur.  Avropa  komissiyası  AB-nin  maliyyəsini  idarə  edir  (AB-nin 

büdcəsi,  fondları  və  proqramları,  AB-yə  üzv  olmayan  dövlətlərə 

yardım  göstərilməsinə  yönəlmiş  proqramlar  da  daxil  olmaqla). 

Avropa  Komissiyasının  nəzarət  funksiyası  onunla  təzahür  olunur 

ki,  Avropa  Komissiyası  AB-də  işlərin  vəziyyətini  analiz  edir,  bu 

məqsədlə məlumatları toplayır, yoxlamalar keçirir, analizlər aparır 

(o 

cümlədən 



büdcənin 

icrasının 

yoxlanması). 

Avropa 


Komissiyasının  icmalları  və  məruzələri  büdcənin  icrası  barədə 

hesabatda  sistemləşdirilərək,  Avropa  Parlamentinə,  AB  Nazirlər 

Ş

urasına,  AB-nin  digər  institutlarına  və  AB-yə  üzv  dövlətlərin 



hökumətlərinə göndərilir.  

AB Nazirlər Şurası, həmçinin mühüm nəzarət funksiyalarına 

malikdir  və  bu  funksiyaları  həm  müstəqil  şəkildə,  həm  də  digər 

institutlarla  əməkdaşlıq  şəraitində  yerinə  yetirir.  AB  Nazirlər 

Ş

urası  büdcənin  icrası  ilə  bağlı  öz  tövsiyələrini  Avropa 



Parlamentinə  göndərir  və  onunla  birgə  hesabları  və  maliyyə 

deklorasiyalarını,  illik  hesabatı  və  Auditorlar  Palatasının  istənilən 




 

257

digər xüsusi məruzələrini  yoxlayır. Avropa Komissiyasının təklifi 

ilə  və  Avropa  Parlamenti  ilə  məsləhətləşmədən  sonra,  həmçinin 

Auditorlar  Palatasının  rəyinin  alınması  üçün  AB  Nazirlər  Şurası 

aşağıdakı fəaliyyəti həyata keçirir: 

•  büdcənin  tərtib  edilmə  və  yerinə  yetirilmə  prosedurunu, 

həmçinin  hesabatın  təqdim  olunma  və  yoxlanma  prosedurunu 

müəyyənləşdirərək, maliyyə reqlamentlərini hazırlayır; 

•  AB-nin  xüsusi  resursları  barədə  razılaşmalarla  nəzərdə 

tutulmuş  büdcə  gəlirlərinin  Avropa  Komissiyasının  sərəncamına 

verilməsi  prosedurlarını  və  üsullarını  müəyyənləşdirir  və  onun 

nağd  vəsaitlərə  olan  tələbatını  təmin  etmək  üçün  zəruri  hallarda 

görüləcək tədbirləri müəyyənləşdirir; 

•  maliyyə 

nəzarətçilərinin, 

kredit 


sərəncamçılarının, 

mühasiblərin,  o  cümlədən  lazımi  müfəttiş  təşkilatının  məsuliyyəti 

ilə bağlı qaydaları müəyyənləşdirir. 

Maastrixt  müqaviləsi  Auditorlar  Palatasının  əhəmiyyətini 

gücləndirərək, ona AB-nin orqanı statusunu verdi və funksiyalarını 

genişləndirdi.  Auditorlar  Palatası  AB 

– üzv dövlətlərin, həmçinin 

AB-dən  maliyyə  yardımı  alan  üçüncü  ölkələrin  öz  ərazilərində 

yerinə  yetirdikləri  əməliyyatların  yoxlanmasını  (məsələn,  kənd 

təsərrüfatı  ilə  bağlı  xərclər,  gömrük,  rüsumlarından  gələn 

daxilolmalar) AB adından həyata keçirə bilərlər.  

Avropa  Parlamenti  büdcənin  icrası  prosesində  yaranan 

problemlərə  nəzarət  edir  və  nəzərdən  keçirir.  Onun  tapşırığı 

ə

sasında  bu  məsələ  ilə  Büdcəyə  nəzarət  üzrə  Komitə,  zəruri 



hallarda isə digər komitələr məşğul olur. Büdcənin istifadəsi üzrə 

xarici təftişlər Auditorlar Palatası və Avropa Parlamenti tərəfindən 

həyata  keçirilir.  Auditorlar  Palatası  büdcə  vəsaitlərinin  alınma  və 

istifadə  qaydalarına  riayət  olunmasını  yoxlayır,  maliyyə 

vəsaitlərinin  idarəetmə  vəziyyəti  barədə  rəy  verir.  Avropa 

Parlamenti  büdcənin  icrası  məsələlərində  Auditorlar  Palatasının 

hazırladığı  məruzələrə  əsaslanaraq,  AB  siyasətinin  Avropa 

Komissiyası  tərəfindən  reallaşdırılmasına  nəzarət  edir.  Avropa 

Palatası Auditorlar Palatasının məruzələrini öyrənəndən sonra AB 



 

258

ş

urasının  tövsiyələrini  rəhbər  tutaraq,  büdcənin  reallaşdırılması 



üzrə Avropa Komissiyasının işi barədə nəticə çıxarır. 

Avropa  Parlamenti  AB  xərcləri  üzərində  parlament 

nəzarətinin  gücləndirilməsi  üçün  və  büdcənin  icrası  barədə  hər  il 

qəbul  edilən  qərarlara  maksimal  çəki  vermək  üçün  tədqiqatlar 

aparmaq, rəy vermək, illik hesabatlar tərtib etmək üzrə Auditorlar 

Palatasının imkanlarından istifadə edir. 



AVRO  -  AVROPA  B RL Y N N  PUL  VAH D   K M .

 

Avropa  kontinentində  birgə  valyutanın  yaradılması  ideyası, 

beynəlxalq  valyuta  sisteminə  böyük  zərbə  vuran  II  Dünya 

Müharibəsindən sonra  yaranıb. Müharibədən sonrakı Bretton-Vud 

modelli  beynəlxalq  valyuta  sistemi  Britaniya  funt  sterlinqinin 

liderliyini  əlindən  alan  ABŞ  dollarına  əsaslanırdı.  Nəticə  olaraq, 

1950-ci  ildə  AFR,  Fransa,  Birləşmiş  Krallıq,  Belçika,  Niderland, 

Lüksemburq,  Danimarka,  sveçrə,  Norveç,  slandiya,  sveç, 

Avstriya,  taliya,  Yunanistan,  Portuqaliya  və  Türkiyənin  daxil 

olduğu  Avropa  Ödəniş  Birliyi  yaradılmışdır.  Sonradan  Birlik 

Avropa  Valyuta  Sazişinə  çevrilmişdir.  Lakin,  tamdəyərli  valyuta 

ə

məkdaşlığının ilk real addımı AFR, Fransa, Belçika, Niderland və 



Lüksemburq  tərəfindən  1957-ci  ildə  Roma  Sazişinin  imzalanması 

nəticəsində Avropa  qtisadi Birliyinin  yaradılmasıdır. Artıq 1962-

ci  ildə  A B-in  Komissiyası  üzv  ölkərin  birgə  valyuta  ideyasının 

səsləndirdi.  1969-cu  ildə  Fransa  frankına  qarşı  Almaniya 

markasının  revalvasiyası  bu  prosesi  daha  da  tezləşdirdi.  1970-ci 

ilin  oktyabr  ayında  milli  valyutaların  qarşılıqlı  konvertasiyası, 

kapital  hərəkətinin  liberallaşdırılması,  daimi  valyuta  kurslarının 

müəyyən  edilməsi  və  1980-ci  ilə  qədər  milli  valyutaların  birgə 

Avropa  valyutası  ilə  əvəz  edilməsini  nəzərdə  tutan  Verner  planı 

qəbul  edilmişdir.  Lakin  Verner  planını  həyata  kecirmək  mümkün 

olmadı. 

 

1975-ci  ilin  aprel  ayında  Avropa  ttifaqında  Avropa 

Hesablaşma Vahidi – AHV tətbiq edilmişdir. AHV-nın məzənnəsi 

dollardan  yox,  sırf  onu  tərtib  edən  Avropa  ölkələrinin  milli 

valyutalarının  bazar  məzənnələri  əsasında  müəyyən  edilirdi. 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə