Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə84/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   80   81   82   83   84   85   86   87   ...   133

 

262

AMBS-nin  funksiyaları  istənilən  digər  mərkəzi  bankın 

funksiyaları kimidir. Lakin bu funksiyalar bir dövlətə deyil, ölkələr 

qrupuna tətbiq olunur. Onlar aşağıdakılardır: 

•  Avropa  Birliyinin  monetar  siyasətinin  müəyyənləşdiril-

məsi və həyata keçirilməsi; 

•  valyuta əməliyyatlarının idarəetməsi; 

•  AB-yə  üzv  ölkələrin  rəsmi  valyuta  ehtiyatlarının 

saxlanması  və  idarə  edilməsi  (bu  halda  valyuta  ehtiyatlarının 

müəyyən hissəsi 

– «cari balanslar» – iştirakçı ölkə hökumətlərinin 

sərəncamında qalır); 

•  ödəniş sisteminin normal fəaliyyətinin təmin edilməsi. 

Bundan  başqa,  Avropa  mərkəzi  bankı  (öz  səlahiyyətləri 

çərçivəsində)  məsləhətçi  funksiyaları  yerinə  yetirir,  statistik 

məlumatları toplayır və əsasən də beynəlxalq əməkdaşlıqda iştirak 

edir, xüsusi halda, AB-ni beynəlxalq maliyyə təşkilatlarında təmsil 

edir.  Maraqlıdır  ki,  AMB-nin  razılığı  və  istəyi  ilə  bu  təşkilatların 

işində milli mərkəzi banklar da iştirak edə bilər.  

AMB-nin  əsas  funksional  vəzifəsi  Avropa  Birliyinin  vahid 

monetar siyasətinin həyata keçirilməsidir. Bu vəzifə birlik ölkələ-

rində  qiymətlərin  stabilliyinin  təmin  edilməsinə  istiqamətlənmiş-

dir. Avropa mərkəzi bankı inflyasiya məqsədi qismində «avro zo-

nası»  üçün  stehlak  qiymətlərinin  harmonizasiyalaşmış  indeksin-

dən  ( QH )  istifadə  edir.  Fərdi  milli  inflyasiya  göstəriciləri  «avro 

zonasında» monetar siyasət üçün əhəmiyyət kəsb etmirlər. Məsələ 

bundadır ki, AMB valyuta zonasındakı qiymətlərin orta inkişafına 

yalnız  bərabərləşdirilə  bilir.  QH   hər  il  2%-dən  çox  olmayaraq 

arta  bilir.  Bununla  da  Avropa  mərkəzi  bankı  QH   zənbilindəki 

məhsulların keyfiyyətinin yüksəlməsi səbəbindən qiymət artımının 

qaçılmazlığını  mümkün  hesab  edir  və  bununla  da  real  qiymət 

artımının yüksəlmə effektinə gətirib çıxarır. 

Avropa  Mərkəzi  Bankı  avro  zonasında  vahid  monetar 

siyasətinin tətbiqi üçün aşağıdakı vasitələrdən istifadə edir. 




 

263

Birincisi,  inflyasiya  səviyyəsinə  nəzarət  ilə  bağlı  əsas  pul 

aqreqatları üçün məqsədyönlü cari qiymətlərin müəyyən olunması 

nəzərdə tutulur. 

kincisi,  baza  faiz  dərəcələrinin,  o  cümlədən,  onların  bütün 

avro  zonası  üzrə  yayılması  müəyyən  olunur.  AMB  bütün  avro 

zonası ölkələri üçün vahid sayılan yenidən maliyyələşmə qiymətini 

müəyyən  edir.  Faiz  dərəcələrinin  xarakteri  və  dəyişilməsi  həcmi 

onların həcmindən asılıdır.    

Üçüncüsü,  kommersiya  bankları  üçün,  eləcə  də,  faiz 

mükafatına  nisbətdə  minimal  ehtiyat  tələbləri  müəyyən  olunur. 

Öhdəliklərin  vahid  siyahısı  müəyyən  edilmişdir  və  bunun  üçün 

normativ,  həmçinin  vəsaitlərin  ehtiyatda  saxlanması  müddətinə 

ə

məl  edilməməsi  üçün  cərimə  sanksiyaları  tətbiq  edilir.  Bu 



vəzifələrdən  biri  kimi  minimal  ehtiyat  tələblərinin  müəyyən 

olunması AV

 

ölkələrində faiz dərəcələri bərabərləşdirilməlidir. 



Dördüncüsü,  daim  fəaliyyətdə  olan  mexanizmlər  adlanan 

avro  pul  bazarında  likvidliyin  tənzimlənməsi  üzrə  qısamüddətli 

ə

məliyyatların  məcmusu  müəyyən  olunur.  Onlar  bütövlükdə 



AMB-nin  kredit  və  depozit  mexanizmlərinə  bölünür.  Beləliklə, 

depozit mexanizminə kredit institutlarının müvəqqəti əldə olan pul 

vəsaitlərinin  bir  günlük  AMB-nin  depozitlərinə  (overnight 

depozitləri) yerləşdirilməsi aid edilir. Bu depozitlər üzrə müəyyən 

olunan  dərəcə  (norma)  avro  bazarının  birgünlük  banklararası 

kreditlərinin  aşağı  həddini  təşkil  edir  və  AMB  faiz  dərəcələri 

sistemində  minimal  baza  dərəcəsi  hesab  olunur.  Analoji  olaraq 

kredit  mexanizmlərinə  Avrosistemin  istənilən  mərkəzi  bankı 

tərəfindən  birgünlük  kreditlərin  verilməsi  aid  edilr.  Müvafiq  faiz 

dərəcəsi  birgünlük  banklararası  avro  kreditləri  bazar  qiymətinin 

yüksək həddini müəyyən edir.  

AMB  AV   mərkəzi  banklarına  birgünlük  kreditlərin 

verilməsi  formasını  müstəqil  seçmək  hüququ  vermişdir  və  girov 

(lombard)  kreditləri  və  birbaşa  birgünlük  repo  sövdələşmələri 

onların içərisində ən əsası hesab olunur. 



 

264

Birgünlük  kreditlər  üzrə  AMB  tərəfindən  müəyyən  olunan 

və iki kateqoriyaya bölünən aktivlər girov kimi istifadə edilə bilər. 

Hər  iki  kateqoriyadan  olan  aktivlər  üzrə  kriteriyalar  da  həmçinin 

AMB  tərəfindən  müəyyən  olunmuşdur.  Kredit  institutu  özünün 

milli  mərkəzi  bankında  yenidən  maliyyələşmə  kreditlərinin 

alınması  zamanı  bu  kateqoriyalardan  birindən  olan  aktivləri  AB  

ə

razisində  hər  hansı  depozitara  yerləşdirir.  AMB  girov  qoyulmuş 



aktivlərin  bazar  qiymətindən  asılı  olaraq  verilən  kreditlərin 

həcmini,  eləcə  də,  qeyd  olunan  bazar  qiymətinin  dəyişdiyi  halda, 

ə

lavə ödəmələrə dair normativləri müəyyən etmişdir. 



Beşincisi,  açıq  bazarda  əməliyyatlar  aparılır  və  bununla 

AV -də,  bir  qayda  olaraq,  yalnız  qiymətli  kağızlar  bazarında 

aparılan  əməliyyatlar  deyil,  mərkəzi  bankların  bazarda  bərabər 

hüquqlu  kontragentlər  kimi  çıxış  etdiyi  hər  hansı  sövdələşmə 

nəzərdə  tutulur.  Qeyd  olunan  əməliyyatlar  arasında  başlıca  və 

uzunmüddətli  yenidən  maliyyələşmə  vasitəsi,  o  cümlədən, 

ehtiyatla təşkil edilən və struktur əməliyyatlar daha çox əhəmiyyət 

kəsb  edir.  Əsas  yenidən  maliyyələşmə  vasitəsinə  əsasən  kedit 

institutları  arasında  14  gün  müddətinə  sabit  faiz  dərəcəsi  üzrə 

həftəlik  auksionların  keçirilməsi  tələb  edilir.  Uzunmüddətli 

yenidən  maliyyələşmə  vasitəsi  əsas  maliyyələşmə  vasitəsi  ilə 

oxşardır, amma burada üçaylıq kreditlərlə aylıq auksion ticarətinin 

təşkil  olunması  tələb  olunur.  O,  avroya  keçid  etməzdən  əvvəl, 

təkrar  hesaba  alınan  veksellər  vasitəsilə  bir  sıra  AV   ölkələrində 

qüvvədə  olan  uzunmüddətli  yenidən  maliyyələşmə  formasını 

dəyişdirmişdir.  Hər  iki  yenidən  maliyyələşmə  vasitələri  üzrə 

auksionlar  qeyri-mərkəzləşmiş  şəkildə,  yəni,  Avrosistemin 

mərkəzi bankları tərəfindən keçirilir, amma satışa qoyulmuş kredit 

vəsaitlərinin ümumi həcmi AMB vasitəsilə təyin olunur. Ehtiyatla 

təşkil edilən və struktur əməliyyatlar, AV  bazarlarında likvidliyin 

və  faiz  dərəcələrinin  tənzimlənməsi  üçün  təcili  müdaxilə  lazım 

olduqda, qısa müddət ərzində müntəzəm və tez-tez aparılır. Bura, 

xüsusi  olaraq,  “sürətli”  kredit  və  depozit  tenderləri,  valyuta 

mübadilə svopları (yəni, hər hansı valyutanın alqı-satqısı üzrə spot 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə