Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə85/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   81   82   83   84   85   86   87   88   ...   133

 

265

və forvard sövdələşmələrin eyni zamanda razılaşdırılması), AMB-

nin diskont borc öhdəlikləri aid edilir.  

Avropa  mərkəzi  bankı  M3  aqreqatını  tövsiyəçi  monetar 

yönəldicisi qismində nəzərdən keçirir. 1998-ci ilin dekabrında M3 

pul aqreqatının artımının 1999-cu il üçün baza yönəldicisi 1999-cu 

ilin  dekabrından  4,5%  səviyyəsində  müəyyənləşdirilmişdir.  Daha 

sonra  2000-ci  ilin  dekabrında  uyğun  olaraq  2000  və  2002-ci  illər 

üçün yenidən təsdiq edilmişdir. 

Pul  kütləsinin  ölçüsündən  başqa,  monetar  siyasətin  digər 

yönəldiciləri də və eyni zamanda potensial obyektləri mövcuddur: 

qısamüddətli  faiz  dərəcələri  və  valyuta  kursu.  Bu  iki  göstəricidən 

başqa, real iqtisadi aktivliyin parametrləri, əmək haqları, qiymət və 

dəyər  indeksləri,  qiymətli  kağızların  dəyərləri  və  büdcə-vergi 

siyasətini də xarakterizə edən bəzi digərləri həmçinin indikatorlara 

aid edilə bilər.  

Beləliklə, monetar siyasətin reallaşdırılması zamanı AMB üç 

ə

sas alətdən istifadə edir: 



1.

 açıq bazarda əməliyyatlar; 

2.

 sutkalıq borcların təqdim edilməsi («overnayt» kreditləri); 



3.

 minimal məcburi ehtiyat normativinin tənzimlənməsi. 

Açıq  bazardakı  əməliyyatlar  likvid  vəsaitlərin  tələb  və 

təkliflərinin tənzimlənməsinə istiqamətlənmişdir.  

AMB-də  açıq  bazardakı  əməliyyatların  dörd  növünü 

fərqləndirirlər. 

1.

 əsas  yenidən  maliyyələşdirilmə  əməliyyatları  bank 



sisteminə  likvid  vəsaitlərin  qaytarılmaq  şərti  ilə  verilməsi  üzrə 

AMB-nin  fəaliyyətini  təmsil  edir  və  bazar  faiz  dərəcələrinin 

dinamikasına təsir göstərir; 

2.

 uzunmüddətli maliyyələşdirmə əməliyyatları da həmçinin 



maliyyə sektoruna likvidliyin verilməsi üçün nəzərdə tutulmuşdur, 

lakin  əsas  əməliyyatlarla  müqayisədə  daha  uzun  müddəti  əhatə 

edir.  Bundan  başqa,  bu  əməliyyatların  həyata  keçirilməsi  zamanı 

AMB  bazarın  xəbərdar  edilmə  məqsədini  və  bazar  faiz 




 

266

dərəcələrinin  idarə  edilmə  məqsədini  daşımır.  Əksinə,  artıq 

təşəkkül tapmış faiz dərəcələrindən istifadə edir; 

3.

 «dəqiq tənzimləmə» əməliyyatları zəruri hallarda aparılır. 



Onların  məqsədi  faiz  dərəcələrinə  bazar  likvidliyi  ölçüsündə 

gözlənilməz  dəyişikliklərlə  bağlı  təsirlərin  hamarlaşdırılması, 

aradan qaldırılmasıdır; 

4.

 struktur  əməliyyatlar  bank  sisteminə  nəzərən  AMB-nin 



kifayət  qədər  uzun  müddət  üçün  struktur  mövqeyinin  təshih 

edilməsi  məqsədilə  aparılır.  Əməliyyatlar  aktivlərin  alışı  üzrə 

qaytarılan  və  qəti  sövdələşmələr  yolu  ilə,  aktivlərin  qəti  satışı  və 

AMB-nın  borc  sertifikatlarının  buraxılması  yolu  ilə  qeyri-

müntəzəm şəkildə həyata keçirilir.  

Sutkalıq  borclar  və  depozitlər  bazar  iştirakçılarının  ümumi 

vəziyyət  barədə  və  AMB-nin  kreditləri  və  depozitləri  üzrə 

«overnayt»  bazar  dərəcələrinin  yuxarı  və  aşağı  hüdudlarının 

müəyyənləşdirilməsi  yolu  ilə  monetar  siyasətin  istiqaməti  barədə 

xəbərdar  edilməsi  mexanizmi  vasitəsilə  bazarda  sutkalıq 

likvidliyin  doldurulması  və  ya  aradan  qaldırılması  üçün  nəzərdə 

tutulmuşdur.  

AMB-nin  varisi  olan  Avropa  Monetar  nstitutu  Avronu 

qəbul edən ölkələrin keçid dövrü məsələlərinin həyata keçirilməsi 

və  AMB  və  Avropa  Mərkəzi  Banklar  Sisteminin  təsis  olunması 

istiqamətində  hazırlıq  işlərinin  görülməsi  məqsədilə  Avropa 

ttifaqının  qtisadi  və  Monetar  ttifaqının  ikinci  mərhələsinin 

başlanğıcında təsis olunmuşdur. Avropa Monetar  nstitutunun özü 

Avropa Monetar Əməkdaşlıq Fondunun varisi hesab olunur. 

AMB  1998-ci  il  may  ayında  imzalanan  Maaştrixt  Sazişi 

ə

sasında Avropa Monetar  nstitutunu əvəz etsə də, 1 yanvar 1999-



ci  il  tarixində  qtisadi  və  Monetar  ttifaqının  üçüncü  mərhələsinə 

bir  işarə  olaraq  avronun  dövriyyəyə  buraxılması  ilə  tam  gücünə 

sahib olmuşdur. Yaranma tarixindən Yunanıstanın (1 yanvar 2001-

ci  il)  və  Sloveniyanın  (1  yanvar  2007-ci  il)  Avrozonaya  daxil 

olmasınadək 11 üzv ölkəni əhatə edirdi.      



 

267

AMB  və  Avropa  Mərkəzi  Banklar  Sisteminin  qarşısında 

duran  əsas  vəzifələr  avrozona  üzrə  monetar  siyasətin 

müəyyənləşdirilərək  icra  olunması,  üzv  ölkələrin  iqtisadi 

siyasətlərinin  dəstəklənməsi,  xarici  valyuta  əməliyyatlarının  idarə 

olunması və bank ödəniş sistemi üzrə əməliyyatların asan şəkildə 

həyata  keçirilməsidir.  Bundan  əlavə,  AMB  Avro  əskinazlarının 

buraxılması  ilə  bağlı  səlahiyyətləndirmə  hüququna  malikdir.  Üzv 

ölkələr  Avro  sikkələri  buraxmaq  hüququna  malik  olsa  da,  bunun 

üçün AMB tərəfindən əvvəlcədən səlahiyyətləndirilməlidir.  

AMB-nin monetar funksiyalarına aşağıdakılar daxildir:  

1.

 kredit  təşkilatları,  dövlət  və  digər  bazar  orqanları  üçün 



hesabların yaradılması; 

2.

 bazar və kredit əməliyyatlarının açılması; 



3.

 səmərəli  və  möhkəm  klirinq  və  ödəniş  sisteminin 

yaradılması  məqsədilə  kredit  təşkilatlarından  minimal  ehtiyat 

saxlamasının tələb edilməsi; 

4.

 üçüncü qrup ölkələrin mərkəzi bankları, kredit təşkilatları 



və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi.  

AMB-nin strukturu (xüsusən siyasi müstəqillik baxımından) 

Almaniya  Federal  Bankına  uyğun  olaraq  modelləşdirilmişdir. 

Bank  Avropa  və  ölkələrin  milli  institutları  ilə  münasibətdə 

müstəqil  fəaliyyət  göstərir  və  ayrı  büdcəsinin  olması  baxımından 

milli  mərkəzi  banklarla  münasibətdə  maliyyə  müstəqilliyini 

saxlayır.  AMB-nin  aşağıda  qeyd  olunan  idarəetmə  orqanları 

həmçinin  AMB-dən  və  Avropa  ttifaqının  bütün  milli  mərkəzi 

banklarından  ibarət  olan  Avropa  Mərkəzi  Bankları  Sistemini  də 

(“Avrosistem”  isə  AMB-dən  Avrozonanın  milli  mərkəzi 

banklarından ibarətdir) idarə edir:  

♦ RəhbəŞura – AMB-nin ali qərarverici orqanıdır. O, Av-

ronu  qəbul  edən  milli  mərkəzi  bankların  idarə  heyəti  üzvləri  və 

sədrlərindən  ibarətdir.  Şura  Avropa  Mərkəzi  Banklar  Sisteminin 

monetar  siyasəti,  faiz  dərəcələri  və  ehtiyatları  ilə  bağlı  qərarların 

qəbul edilməsi, bundan əlavə əskinazların buraxılması və qanunve-

riciliyin ilkin formaları ilə bağlı digər institutlara məsləhət xidməti 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə