Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə86/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   82   83   84   85   86   87   88   89   ...   133

 

268

göstərilməsindən  cavabdehdir.  l  ərzində  ən  azı  10  dəfə  toplanan 

Ş

uranın toplantılarında üzvlər, Şura Prezidenti və Komissiya Pre-



zidenti iştirak edir. Hər üzvü bir səs hüququna malik olduğu (Şura 

və Komissiya Prezidentləri səs vermir) səsvermə nəticəsində qərar-

lar çoxluq prinsipi əsasında verilir; 

♦  darə  Heyəti  –  Rəhbər  Şura  tərəfindən  müəyyən  olunan 

monetar siyasətin icrası  və bankın gündəlik fəaliyyətindən  cavab-

dehdir. Heyət Prezident, vitse-prezident və dörd başqa üzvdən iba-

rətdir. Onların hamısı avrozona hökumətlərinin ümumi razılığı əsa-

sında  8  illik  (yenilənməyən)  müddətə  seçilir.  Yazılmayan  qanuna 

görə 2005-ci ildən etibarən qeyd olunan altı vəzifədən dördü Fransa, 

Almaniya,  taliya və  spaniya mərkəzi bankları üçün saxlanılır; 

♦ Ümumi  Şura  –  Avronun  qəbul  edilməsi  ilə  bağlı  keçid 

dövrü  qarşıya  çıxan  məsələlərlə  məşğuldur  (daha  əvvəl  Avropa 

Monetar  nstitutunun gördüyü işlər). Bütün dövlətlərin qəbul edil-

məsinədək  mövcudluğunu  davam  etdirəcəkdir.  Prezident,  vitse-

prezident  və  Avropa  ttifaqının  bütün  milli  mərkəzi  banklarının 

sədrlərindən ibarətdir.  

Beynəlxalq və Avropa əlaqələri üzrə Baş direktoruluq aşağı-

dakı şöbələrdən ibarətdir: 

♦ Avropa  ttifaqı  nstitutları və Forumları şöbəsi; 

♦ Avropa  ttifaqı ilə Qonşu Regionlar şöbəsi;  

♦ Beynəlxalq Siyasi Təhlillər və Mövcud  qtisadiyyatlar şöbəsi.  



 

269

FƏS L IV. ALMAN YANIN BANK S STEM  

   


 

Almaniyanın  vahid  pul-kredit  sistemi  1870-ci  illərdə 

təşəkkül  tapmışdır.  Həmin  dövrdə  imperiyanın  elan  edilməsindən 

sonra pul vahidi – qızıl tərkibi 0,358423 q olan reyxsmarka tətbiq 

olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı demək idi. 

1875-ci  ildə  mərkəzi  emissiya  bankı  –  Reyxsban 

(Reichsbank) fəaliyyətə başladı. 

1957-ci  ilin  iyulun  30-da  bundestaq  tərəfindən  federal  bank 

haqqında  qanunun  qəbulundan  və  avqustun  1-də  həmin  qanunun 

qüvvəyə  minməsindən  sonra  vahid  struktur  –  Admaq  Federal 

bankı  (Deutshe  Bundesbank)  yaradılmışdır.  Alman  federal  bankı 

torpaqların  mərkəzi  banklarını  və  Alman  torpaqları  Baknını 

birləşdirdi  və  uyğun  olaraq,  onların  fəaliyyətini  tənzimləyən 

qanunlar  da  öz  qüvvəsini  itirdi.  Torpaqların  mərkəzi  bankları 

«Doyçe  Bundesbank»ın  baş  idarələri  adlandırılmağa  başladı, 

hərçənd  onların  əvvəlki  adı  da  –  torpaqların  mərkəzi  bankları  adı 

da qalmaqda idi. 

Pul–kredit sisteminin fəaliyyətinə nəzarəti «Bundesbank»dan 

başqa,  Nəzarət  üzrə  federal  bank  xidməti  (NFBX)  həyata  keçirir. 

Nəzayərt üzrə federal bank xidməti Maliyyə nazirliyinə tabe olur. 

Bankların  itkilərdən  müdafiəsi  və  hədsiz  borcların  xəbərdar 

edilməsi  üçün  Almaniyada  kredit-maliyyə  müəssisələrinin 

müştərək  təşkilatları  yaradılmışdır.  Hal-hazırda  doqquz  müstəqil 

cəmiyyət fəaliyyət göstərir. Onlar kreditlərin təminatı üzrə federal 

cəmiyyətdə birləmişlər. 

AFR  və  ADR-in  valyuta,  iqtisadi  və  sosial  ittifaqının 

yaradılması barədə 1990-cı il 18 may tarixli Dövlət müqaviləsi ilə 

AFR  və  ADR  pul-kredit  sistemlərinin  birləşməsindən  sonra  AFR 

markası 1990-cı il iyulun 1-dən bütün Almaniya ərazisində yeganə 

qanuni ödəniş vasitəsi oldu. 

1991-ci  ilin  dekabrında  Maastrixt  şəhərində  avronun  mər-

hələli  şəkildə  tətbiq  edilməsi  barədə  Müqavilənin  imzalanma-

sından  sonra  alman  pul  sistemində  radikal  dəyişikliklər  başladı. 



 

270

Avropa  birliyi  ölkələri  öz  valyuta-iqtisadi  siyasətlərini 

konverqensiya  kriteriyalarının  yerinə  yetirilməsinə  yönəltməyə 

başladılar. 1994-cü ildə yanvarın 1-də Avropa valyuta institutunun 

ə

sası  qoyuldu.  1999-cu  il  yanvarın  1-də  Avropa  ittifaqının  15 



ölkəsindən 11-i qeyri-nağd avronu tətbiq edərək, öz valyutalarının 

kurslarını yeni vahid valyutaya nəzərən qeyd etdilər. Artıq 2002-ci 

ilin birinci yarısında 12 ölkə avronu nağd dövriyyəyə tətbiq edərək 

öz milli pul vahidlərindən imtina etdi. Beləliklə, 2002-ci ildə AFR 

markadan imtina edərək vahid Avropa valyutasına keçdi. 

1999-cu  ildən  sonra  «Bundesbank»  artıq  monetar  siyasətdə 

aparıcı  rol  oynamırdı.  O,  bu  rolu  Avropanın  mərkəzi  bankına 

verərək, özü mərkəzi bankların Avropa sisteminin sistem  yaradan 

elementi  oldu.  Nağd  avronun  tətbiqindən  sonra  «Bundesbank»ın 

yeni  funksiyası  markanın  yox,  avronun  emissiyasıdır.  Qalan 

məsələlərdə  isə  Alman  federal  bankı  yenə  də  alman  və  Avropa 

monetar siyasətinin lokomotivi olaraq qalır. 

Almaniyanın  bank  sisteminin  ikinci  hissəsi  kommersiya 

bankları ilə təmsil olunmuşdur. 

Sənaye cəhətdən inkişaf etmiş digər ölkələrin bank sistemləri 

ilə  müqayisədə  alman  bank  sisteminin  özünəməxsus  xüsusiyyəti 

universail  kredit  müəssisələrinin  üstünlük  təşkil  etməsidir. 

Təşkilati-hüquqi  formalardan,  mülkiyyət  münasibətlərindən, 

ölçülərdən asılı olmayaraq kredit müəssisələrinin əksəriyyəti bütün 

bank əməliyyatlarını yerinə yetirirlər. 

Bank  sisteminin  belə  universallığı  onunla  izah  olunur  ki, 

Almaniya  sənayenin  inkişafının  əvvəlindən  özünün  kifayət  qədər 

kapitalına  malik  deyildi.  Bu  isə  bank  kreditlərinin  böyük 

həcmlərdə  istifadəsini  zəruri  etmişdi.  Universal  banklar  aşağıdakı 

depozit-borc  və  investisiya  əməliyyatlarını  həyata  keçirirlər: 

depozitlərin  qəbulu,  kreditlərin  və  akseptlərin  tədqim  edilməsi, 

veksellərn  uçotu  və  çeklərin  ödənilməsi,  qiymətli  kağızların 

tapşırıqla alınması və satılması, qiymətli kağızların saxlanması və 

idarəetməsi,  qiymətli  kağızlara  və  digər  uzunmüddətli  aktivlərə 

investisiya  qoyuluşları,  vaxtı  qurtarana  qədər  tələbnamələrin  alışı 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə