Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə87/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   83   84   85   86   87   88   89   90   ...   133

 

271

üzrə  öhdəliklərin  qəbul  edilməsi,  zəmanətlərin  təqdim  edilməsi, 

qeyri nağd hesablaşmaların həyata keçirilməsi. 

Universal  bank  sisteminin  birinci  pilləsində  üç  iri  bank  – 

qrossbanklar  (Grossbank)  durur.  Onlar  aşağıdakılardır:  «Doyçe 

bank» (Deutsche bank» (Dresdner Bank). 



ALMAN YA 

FEDERAL 

BANKI. 

kinci 


Dünya 

Müharibəsindən  sonra  Federal  Bankın  tarixi  alman  valyutasının 

tarixi  ilə  əlaqəlidir.  Hərbi  alyans  hökuməti  tərəfindən  aparılan 

valyuta  islahatları  nəticəsində  21  iyun  1948-ci  il  tarixində  alman 

markı reyxmarkla əvəz olunmuşdur. Qərb Qüvvələri ələ keçirilmiş 

ə

razilərdə  federal  strukturu  baxımından  ABŞ  Federal  Ehtiyat 



Sisteminə uyğun formada modelləşdirilmiş ikipilləli mərkəzi bank 

sistemini  təsis  etmişdir.  O,  Qərbi  Almaniyanın  işğal  altındakı 

ə

razilərindəki  ştatların  (Lənder)  mərkəzi  bankları  və  Bank  Doyçe 



Lənder-dən  ibarət  idi.  Mərkəzi  bankın  hökumətin  sifarişləri  əsa-

sında  fəaliyyət  göstərməsi  ilə  bağlı  neqativ  təcrübənin  yaranması 

səbəbindən,  müstəqil  mərkəzi  bank  prinsipi  meydana  gəldi  və 

Bank Doyçe Lənder 1951-ci ildən etibarən müstəqil fəaliyyət gös-

tərdi.      

1949-cü ildə qəbul olunan “Əsas Qanun” (müvəqqəti konsti-

tusiya)  Federal  hökumət  qanunvericiliyinin  qarşısında  valyutanın 

buraxılmasına  cavabdeh  olacaq  federal  bankın  təsis  olunması  öh-

dəliyini  qoymuşdur.  Qanunvericiliyin  bu  öhdəliyi  yerinə  yetirilə-

rək  1957-ci  ildə  Federal  Bank  haqqında  Qanunu  qəbul  edilmişdir 

ki,  bunun  nəticəsində  mərkəzi  bank  sisteminin  ikipilləli  strukturu 

ləğv  olunmuşdur.  Lənderin  mərkəzi  bankları  öz  müstəqilliklərini 

itirərək Federal Bankın regional ofislərinə çevrilmişlər (“ştat mər-

kəzi bankı” adını saxlamalarına baxmayaraq). 

Berlin Divarının dağıdılmasından sonra 18 may 1990-cı il ta-

rixində anlaşmasının imzalanması ilə hər iki alman respublikasının 

iqtisadi,  sosial  və  valyuta  ittifaqınn  yaranması  nəticəsində  alman 

frankı  vahid  valyutaya  çevrilmişdir.  1992-ci  ildə  Federal  Bank 

haqqında  Qanunda  dəyişikliklərin  edilməsi  nəticəsində  Lənderin 



 

272

11 mərkəzi bankı və Müvəqqəti  nzibati Orqan oxşar iqtisadi ölçü-

lərə malik 9 mərkəzi bank ilə əvəz olunmuşdur.  

1993-cü ildə imzalanan Maaştrixt Sazişi nəticəsində Avropa 

qtisadi və Valyuta  ttifaqı yaranmışdır. Monetar siyasətlə bağlı ca-

vabdehlik  Avropa  Mərkəzi  Bankı  və  Avropa  ttifaqı  dövlətlərinin 

milli  mərkəzi  banklarından  ibarət  olan  Avropa  Mərkəzi  Banklar 

Sisteminə  ötürülmüşdür.  2001-ci  ildən  etibarən  Avropa  Mərkəzi 

Bankı  valyuta  üzərində  tam  nəzarəti  ələ  keçirmişdir.  2002-ci  ildə 

Federal  Bank  haqqında  Qanunda  aparılan  düzəlişlər  nəticəsində 

Federal Bankın strukturu hazırkı vəziyyətə gətirilmişdir.  

Federal Bankın Avropa Mərkəzi Bankı ilə birgə idarə olunan 

4 fəaliyyət sahəsi aşağıdakılardır:  

• Pul buraxan bank olaraq – iqtisadiyyatın nağd pulla təmin 

edilməsi və nağd pulun fiziki dövriyyəsinin təşkili; 

• Bankların  bankı  olaraq  –  kommersiya  bankları  sistemi  ilə 

ə

laqadər  olaraq  iki  funksiyası  var:  kommersiya  bankları  üçün 



klirinq palatası və bank nəzarəti; 

• Dövlətin  bankı  olaraq  –  federal,  ştat  və  yerli  hakimiyyət 

orqanlarını və eləcə də  qanunla təsis olunmuş sosial təhlükəsizlik 

təşkilarını  hesabla  təmin  edir  və  onlar  üçün  adi  bank 

ə

məliyyatlarını yerinə yetirir;  



• Valyuta  ehtiyatlarını  saxlayan  orqan  olaraq  –  valyuta 

ehtiyatları  Federal  Bankın  qızıl  ehtiyatları,  xarici  valyutada  olan 

qiymətli kağızlar, xarici banklarda saxlanılan kredit, xarici valyuta 

və s. daxil olmaqla avroda ifadə olunmayan bütün aktivləridir.    

Federal  Bank  9  regional  ofis,  Lənderin  keçmiş  mərkəzi 

bankları və 66 filialdan ibarətdir.  

Federal  Bankın  ali  idarəetmə  orqanı  olan  darə  Heyətinin 

tərkibi aşağıdakı kimidir:  

• Almaniya  hökuməti  tərəfindən  namizədliyi  irəli  sürülən 

prezident, vitse-prezident və  darə Heyətinin 2 əlavə üzvü; 

•  darə  Heyətinin  Bundesrat  tərəfindən  namizədliyi  irəli 

sürülən 4 əlavə üzvü.   




 

273

darə  Heyətinin  hər  bir  üzvü  Federal  Prezident  tərəfindən 

ümumiyyətlə 8, minimal olaraq isə 5 illik müddətə təyin olunur.  

Beynəlxalq əlaqələr departamenti aşağıda qeyd olunan 1 ofis 

və 3 şöbədən ibarətdir: 

• Avropa ilə əlaqələr idarəsi; 

• Avropa  monetar  məsələləri,  BVF,  G7  və  Beynəlxalq 

inkişaf məsələləri üzrə şöbə; 

• Beynəlxalq 

monetar 


və 

iqtisadi 

məsələlər 

üzrə 


tendensiyalar şöbəsi; 

• Beynəlxalq maliyyə sistemi şöbəsi. 

Alman federal bankının əsas funksiyaları.  

Almaniyanın  bank  sisteminin  ikinci  həlqəsi  -  kommersiya 

bankları.  Universal  banklar.  Universal  bank  sisteminin  birinci 

pilləsində  üç  iri  bank  –  qrossbankların  fəaliyyəti.  Regional 

banklar.  xtisaslaşmış banklar. 

 

 




 

274

FƏS L V. FRANSANIN PUL-KRED T SISTEM  

 

Avropanın  ən  qədim  mərkəzi  banklarından  biri  olan  Fransa 



Bankı 1800-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. 

1803-cü ildə Banka təqdim edilmiş və 1806-cı ildə təsdiq olunmuş 

emissiya  hüququ  1945-ci  ilə  qədər  dörd  dəfə  təzələnmişdir. 

Doqquz  əyalət  emissiya  bankının  udulmasından  sonra  1848-ci 

ildən  başlayaraq  Fransa  Bankı  ölkənin  bütün  ərazisində  inhisarçı 

emissiya hüququnu əldə etdi. 

Fransanın mərkəzi bankı olan Fransa Bankının əsas vəzifəsi 

Avropa  Mərkəzi  Banklar  Sisteminin  (AMBS)  valyuta  siyasətini 

tətbiq  etməkdir.  AMBS-nin  qurumu  olan  Fransa  Bankı  mərkəzi 

bank  sisteminin  fəaliyyət  öhdəliklərini  Avropa  Mərkəzi  Bankı  ilə 

bölüşür.  Fransa  Mərkəzi  Bankı  daxili  iqtisadi  siyasətin  aparılma-

sında məsulləti Malliyyə Nazirliyi ilə bölüşür.



  

Bank Royalın xələfi olan Fransa Bankı 18 yanvar 1800-cü il 

tarixində  o  zaman  Fransa  Respublikasının  Birinci  Konsulu  olan 

Napoleon I Bonapart tərəfindən təsis edilmişdir.



 

Bankın  əsas  vəzifəsi  endirimli  kommersiya  istiqrazlarının 

mübadiləsi məqsədilə banknotların çap olunması idi. 1808-ci ildən 

1936-cı ilə qədər olan dövr ərzində Fransa Bankı əskinazların bu-

raxılması ilə məşğul olmuşdur  XIX əsrin ikinci yarısından etiba-

rən  Fransa  Bankı  özünün  filial  şəbəkəsini  sürətlə  genişləndirmiş-

dir.  1936-cı  ildə  Xalq  Cəbhəsi  Partiyasının  seçkilərdə  qalib 

gəlməsi  nəticəsində  Fransa  Bankının  milliləşdirilməsinə  qərar  ve-

rilmişdir. 1973-cü ildən  etibarən  Bankın statusuna dair islahatlara 

başlanmış və müvafiq işlərin həyata keçirilməsi məqsədilə Ümumi 

Ş

ura  yaradılmışdır.  4  avqust  1993-cü  il  tarixində  qəbul  edilmiş 



Fransa Bankı haqqında Qanun onun müstəqilliyinə zəmin hazırla-

mış  oldu.  1998-ci  il  tarixində  Avropa  Mərkəzi Banklar  Sisteminə 

daxil olan Fransa Bankının əsas vəzifəsi bu sisteminin fəaliyyətləri 

çərçivəsində vahid monetar siyasətin həyata keçirilməsidir.   

Fransa Bankının əsas funksiyaları aşağıdakılardır: 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə