Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə88/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   84   85   86   87   88   89   90   91   ...   133

 

275

♦  Avropa  Mərkəzi  Banklar  sistemi  çərçivəsində  birgə 

monetar siyasətin həyata keçirilməsi; 

♦  Bank  sisteminin  və  investisiya  təşkilatlarının  idarə  olun-

ması  və  onlara  nəzarət  edilməsi.  Bu  məqsədlə  Bankda  Bankçılıq 

və Maliyyə Tənzimlənməsi Komitəsi, Bankçılıq Komissiyası, Kre-

dit və qiymətli Kağızlar üzrə Milli Şura;  

♦  Pul əskinazlarının çap edilməsi;.  

♦  Ödəniş  və  hesablaşmalar  sistemlərinin  fasiləsiz  işinin 

təmin edilməsi.   

nflyasiyanın targetinq siyasəti bir neçə elementdən ibarətdir: 

1.  nflyasiyanın  konkret  göstəricilərinin  əldə  edilməsi  üzrə  orta-

müddətli  deklarasiya;  2.  nflyasiyanın  məqsədli  parametrlərinin 

ölkə  inkişafının  uzunmüddətli  konsepsiyasına  daxil  edilməsi;  3. 

nflyasiyanın optimal səviyyəsinin əldə edilməsi üzrə ümumi stra-

tegiyada  aralıq  göstəricilərin,  məsələn,  pul  kütləsi  artımının  rolu-

nun  azalması;  4.  Uzunmüddətli  monetal  siyasətin  şəffaflığı,  cari 

vəzifələrin və planların aşkarlığı; 5.  nflyasiyanın məqsədli səviy-

yələrinin əldə edilməsi üçün mərkəzi bankın hesabat verməsi.  

nflyasiyanın  məqsədli  səviyyələrinin  əldə  edilməsi  üçün 

Fransa Bankının istifadə etdiyi əsas alətlər aşağıdakılardır: 

* dinamikası bilavasitə frankın valyuta kursunun dinamikası-

na və dövriyyədəki pulların miqdarına təsir edən faiz dərəcələrinin 

tənzimlənməsi.  Faiz  dərəcələrinin  tənzimlənmə  mexanizmi 

banklararası bazarda kredit hərracları vasitədə və ya veksellərin 5-

10 günlük girovu altında kredit intervensiyalarına əsaslanır; 

*  valyuta  intervensiyaları.  Monetar  tənzimlənmə  orqanları 

valyuta  bazarlarında  intervensiyaları  müxtəlif  məqsədlərlə,  o 

cümlədən  mübadilə  kursunun  saxlanması  və  beynəlxalq 

ehtiyatların  arzuolunan  səviyyəsinin  əldə  edilməsi  üçün  apara 

bilər.  Milli  valyuta  kursunun  qaldırılması  üçün  xarici  valyutanı 

satmaq,  milli  valyuta  kursunun  aşağı  salınması  üçün  isə  xarici 

valyutanı almaq lazımdır. 

* məcburi ehtiyat normaları vasitəsilə manevr etmə (1971-ci 

ilin aprelindən tətbiq olunmuşdur; 



 

276

* açıq bazarda əməliyyatlar və başqaları. 

Fransanın  kredit-maliyyə  sisteminin  fəaliyyəti  1984-cü  ilin 

qanunu  ilə  tənzimlənir.  O,  üç  səviyyədən  ibarətdir:  mərkəzi  bank 

(Fransa Bankı); kommersiya bankları; ixtisaslaşmış kredit-maliyyə 

müəssisələri; investisiya, ipoteka, xarici ticarət bankları, sığorta və 

maliyyə şirkətləri, pensiya fondları və başqaları. 

Fransa  Bankı  96  regional,  21  iqtisadi  və  7  kreditvermə 

mərkəzindən ibarət strukturdur. Bankın şəbəkə strukturu aşağıdakı 

kimi  işləyir:  regionlarda  –  idarəçilik  səviyyəsində  -  bölgələrin 

paytaxtda yerləşən regional mərkəz.  Bu mərkəzlər bölgələrdə olan 

ə

məliyyat bölmələrinin fəaliyyətini idarə edir və nəzarətini aparır. 



Regional Müdirlər  Kollegiyası Baş Katibin və filliallar şəbəkələri 

üzrə menecerin rəhbərliyi altında iki aydan bir keçirilir.    

Bankın sərmayə qoyuluşu və bazar əməlliyatları  siyasətində 

iki həlledici qurum – Risklərin idarəedilməsi komitəsi və Aktiv və 

Passivlər  Komitəsi.  Aktiv  və  Passivlərin  darə  edilməsi  Komitəsi 

Sədrin  başçılıq  etdiyi  Bankın  investisiya  strategiyası  üzrə  öz 

məslələhtlərini  verir.  Sədr  müavininin  rəhbərlik  etdiyi  Risklərin 

darə  Edilməsi  Komitəsi  bazar  əməliyyatlarının  aparılması 

şə

rtlərini müəyyənləşdirir.   



Fransa  Bankının  Sədr  və  iki  sədr  müavini  Nazirlər  Şurası 

tərəfindən  6  il  müddətinə  seçilirlər.  Sədr  həmçinin  bütün 

departament rəhbərlərinin daxil olduğu  cra Komitəsinində və baş 

rəhbəlik  vəzifələrinə  təyinata  baxan  Peşəkarlıq  Komitəsi  başçılıq 

edir.  Həmçinin  o  Avropa  Mərkəzi  Bankının  darəetmə  Şurasının 

üzvüdür. Bankın Sədri Ümumi Şuranın başçısıdır. Monetar Siyasət 

Komitəsi  Sədr,  iki  müavini  və  Senat  və  Milli  Assambleyanın 

Bankın  Ali  Şurasına  daxil  olan  üzvlərdən  ibarətdir.  Komitə 

monetar  siyasətin  inkşaf  etdirilməsi  və  bu  sahədə  bankın 

fəaliyyətinin Avropa Mərkəzi Banklar Sisteminə uyğunlaşdırılması 

ilə məşğuldur. 

Fransa  Bankının  rəhbərliyi  fransız  dilli  Afrika  ölkələrinin 

maliyyə nazırləri və mərkəzi bank sədrləri ilə fəal şəkildə görüşlər 



 

277

keçirir. Bu növ görüşlər biri Fransada, digəri isə Afrika ölkələrində 

olmaqla ildə iki dəfə keçirilir.   

Avropa ölkələri texniki yardım proqram çərçivəsində Fransa 

Bankı və Bolqarıstan Milli Bankı ilə sıx əməkdaşlıq edir. Bundan 

ə

lavə,  Avropa  Mərkəzi  Bankının  texniki  yardım  layihəsi 



çərçivəsində  Fransa  Bankı  Bosniya  və  Herseqovina,  Misir  və 

Rusiya kimi dövlətlərə yardım göstərmişdir.  

 

Kredit  müəssisələrinin  daha  böyük  əhəmiyyət  kəsb  edən 



kateqoriyası  kommersiya  banklarıdır.  Onlar,  bir  qayda  olaraq, 

səhmdar müəssisələri formasında olurlar. Kommersiya banklarının 

fəaliyyəti  qısamüddətli  kreditlərin  verilməsi  üçün  müddətsiz 

ə

manətlərin  qəbulundan  ibarətdir.  Lakin  banklar  əmanətlər  və  ya 



borclar  şəklində  kapital  almaqla,  borcları  daha  uzun  müddətə 

təqdim  etməklə,  digər  müəsssələrin  kapitalında  iştirak  etməklə, 

qiymətli  kağızların  emissiyasını  və  yerləşdirilməsini  təşkil 

etməklə,  müştərilərin  əmlakının  idarəetməsini  həyata  keçirməklə 

öz  fəaliyyət  sferalarını  genişləndirə  də  bilərlər.  Kommersiya 

bankları beş əsas funksiyanı yerinə yetirirlər: 

* ehtiyatların formalaşdırılması; 

* xüsusi aktivlərin idarəetməsi; 

* ödəniş vasitələrinin idarəetməsi; 

* banklararası əməliyyatların yerinə yetirilməsi; 

* maliyyə və digər  xidmətlərin göstərilməsi. 

Fransız  banklarında  xüsusi  kapital  iki  hissədən  ibarət  olur: 

baza  vəsaitlərindən  və  əlavə  vəsaitlərdən.  Bankın  passivlərinə 

xüsusi kapitala yanaşı, cəlb edilmiş vəsaitlər də – depozit və qeyri 

depozit vəsaitlər daxil olur. Kredit əməliyyatları bank aktivlərinin 

ə

n  böyük  maddələr  qrupudur.  Kreditləşmənin  ən  geniş  yayılmış 



növləri: müəssisələrin cari ehtiyaclarının maliyyələşdirilməsi üçün, 

onların  investisiyaları,  şəxsi  adamların  istehlakı  və  investisiya 

xərcləri üçün. 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə