Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə9/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   5   6   7   8   9   10   11   12   ...   133

 

26

Tədiyyə  balansı,  bütövlükdə,  daim  formal  tarazlıq    ilə 

bərabərləşdirilir, buna baxmayaraq, bütün sözləşmələrin tam əhatə 

olunması  çətinliyi,  qiymətlərin  eyni  olmaması,  sövdələşmələrin 

qeydiyyatı vaxtında fərqlərin olması və digər səbəblərdən müxtəlif 

yanlışlıqların  meydana  çıxması  qaçılmaz  haldır.  Bu  isə  ödəniş 

balansına  «Səhvlər  və  buraxılışlar»  adlı  xüsusi  bölmənin  daxil 

edilməsinə səbəb olur.  

Ölkənin  tədiyə  balansı  başqa  ölkələrdən  daxil  olan 

valyutanın ümumi məbləği ilə digər ölkələrə ödənilən valyutaların 

məbləği  arasındakı  nisbətdir.  Tədiyə  balansı  prinsipcə  illik 

hazırlanır.  Bundan  başqa  tədiyə  balansı  o  ölkədə  yerləşən  fiziki 

şə

xs, firma və ya qurumların xarici ölkələrlə apardığı iqtisadi əmə-



liyyatların  sistematik  qeydiyyatıdır.  Bununla  yanaşı,  məsələn, 

ABŞ-da  tədiyə  balansı  statistikaları  mövsümlük  (üç  aylıq)  olaraq 

dərc  edilir.  Tədiyə  balansında  qeyd  edilən  əməliyyatlar  ölkədə 

yerləşən  fərd  və  qurumlarla  xaricdə  yerləşən    iqtisadi  vahidlər 

arasında  aparılır.  Ölkədə  yerləşmiş  olanlar  əsasən  o  ölkənin 

vətəndaşıdırlar. Amma tədiyə balansı baxımından vətəndaş olmaq 

vacib  deyildir.  Ölkədə  yerləşmiş  olmaq  dedikdə,  o  ölkədə  daima 

oturmaq,  şirkətlərin  öz  fəaliyyətlərini  normal  olaraq  o  ölkədən 

idarə  etməsi  anlaşılır.  Yəni  bunların  xarici  ölkələrdə    apardığı 

ə

məliyyatlar  yerləşdikləri  ölkələr  baxımından  xarici  iqtisadi 



ə

məliyyat olaraq qiymətləndirilməlidir. 

Beynəlxalq  iqtisadi  əməliyyat  termini  geniş  anlayışdır. 

Maliyyə  və  xidmətlərlə  yanaşı,  istehsalat  faktorları  üzrə 

ə

məliyyatlar  da  bu  qrupa  daxildir.  Buna  görə  beynəlxalq  maliyyə 



və  mal  və  ya  xidmət  ticarəti,  ölkələrarası  qısa  və  uzunmüddətli 

maliyyə vəsaiti və birbaşa sərmayə investisiyaları, beynəlxalq işçi 

miqrasiyaları  və    texnologiya  hərəkətləri  də  bu  anlayışın 

çərçivəsində  qiymətləndirilir.  Beynəlxalq  iqtisadi  əməliyyatların 

qarşılığında  bir  qayda  olaraq  bir  ödəmə  vardır.  Beynəlxalq 

tədiyələrin  yerinə  yetirilməsində  ənənəvi  olaraq  Amerika  dolları, 

sterlinq,  Avro  və  qızıl  kimi  pul  vahidlərindən    istifadə  edilir. 

Ancaq,  son  vaxtlar    Amerika  dollarının  payı  müəyyən  bir  ölçüdə 




 

27 

azalır  ikən,  Avro  və    Yapon  iyeni  kimi  valyutalar  Beynəlxalq 

hesablaşmalarda  geniş  şəkildə  istifadəyə  açıldı.  Qızılın  da  rəsmi 

ödəniş  vasitəsi  kimi  rolu  azalır.  CDR  isə  olduqca  sağlam  və 

etibarlı bir ödəniş vasitəsi olmasına baxmayaraq, istifadəsi olduqca 

məhdud olub.  

Bir çox iqtisadi əməliyyatlar nəticəsində xaricdən ölkəyə və 

ya ölkədən xaricə doğru bir tədiyə axını meydana gəlir. Lakin bəzi 

iqtisadi  əməliyyatlar  tədiyə  balansına  qeyd  edilməklə  yanaşı,  hər 

hansı  bir  tədiyə  meydana  gətirmir.  Bunun  bəzi  nümunələrini 

sıralayaq:  Malın  mala  dəyişdirilməsi,  yəni  barter  və  klirinqə 

ə

saslanan ticarət, investisiya malı, texnologiya və ya menedcment 



biliyi  formasındakı  xarici  sərmayə  formasındakı    qarşılıqsız  ödə-

mələr  və  s.  Bu  onu  göstərir  ki,  tədiyə  balansına  qeyd  edilən 

ə

məliyyatlar,    ölkənin  valyuta  giriş  və  çıxışlarına  təsir  etməklə 



yanaşı, bir qismi üçün də nəticə yaranmır. 

Ölkənin  xarici  aləmlə  etdiyi  əməliyyatlar    kredit  vəya  da 

debet  xarakterli  olur.  Nominal  tədiyə  meydana  gətirib-

gətirməməsindən  asılı  olmayaraq,  bütün  əməliyyatlar  bu  qaydada 

kredit və debet olmaqla iki yerə ayrılırlar.  

Kredit  əməliyyatları  ölkəyə  valyuta  girişin,  debet 

ə

məliyyatları isə valyuta çıxışını təmin edir. Amma bir tədiyə axını 



meydana  gətirməyən  əməliyyatları  da  əhatə  edəcək  şəkildə  tərif 

verə bilərik: ölkədə yerləşən şəxs və qurumlar lehinə xarici ticarət 

üzrə  bir  alacaq  haqı  yaradan  əməliyyatlar  kredit  əməliyyatlarıdır. 

Bunun əksinə, ölkədə yerləmiş olanlar baxımından xaricə qarşı bir 

borc  yaradan  əməliyyatlar  da  debet  əməliyyatlarıdır.  Buna  görə, 

məsələn,  ixracat  ölkəyə  gələn  xarici  turistlərin  xərcləmələri,  qısa 

və uzunmüddətli maliyyə vəsaiti və ölkəyə qoyulan birbaşa kapital 

qoyuluşları  kredit  əməliyyatlarına  (alacaqlı  qrupuna)  girər. 

Bunların  əksinə,  yəni  idxalat,  xarici  ölkələrə  səyahət  sırasında 

xərclənən  vəsaitlər,  maliyyə  və  birbaşa  sərmayə  çıxışları  kimi 

ə

məliyyatlar  debet  (borclu)  əməliyyatlarına  daxil  edilir.  Bu 



xüsusiyyətlərini  gördükdən  sonra  qeyd  edək  ki,  tədiyə 

balansındakı  qeydlər  əslində  mühasib  əməliyyatı  xarakterindədir. 




 

28

Praktikada  tədiyə  balansına  qeydlər  «iki  tərəfli  qeyd»  sisteminə 

görə  aparılır.  Bu  sistemdə  xarici  aləmlə  aparılan  hesab  ya  kredit 

vəya da debet əməliyyatı olaraq yazılır. 

Beləliklə,  mühasibat  sisteminin  bir  zəruriliyi  olaraq  eyni 

ə

məliyyt  bir  hesabla  kredit,  digər  hesabla  debet  olaraq  qeyd 



edildiyi  üçün  tədiyə  balansının  kredit  tərəfi  debet  tərəfininin  

cəminə  bərabər  olar.  Digər  bir  sözlə,  mühasibat  qeydləri 

baxımından tədiyə balansı hər zaman tarazlıq içindədir. Amma, bu 

ölkənin xarici iqtisadi münasibətlərində həqiqi bir qeyri-tarazlığın 

olmaması mənasını vermir.  qtisadi mənada tədiyə balansındakı bir 

açıq (kəsir), artıq və ya müvazinatı müəyyən edə bilmək üçün bəzi 

xüsusi məlumatlar olmalıdır.  

 

 



2.2. TƏD YƏ BALANSININ STRUKTURU 

 

Beynəlxalq  iqtisadi  əməliyyatların  qeydiyyatı  tədiyə 

balansına  təsadüfi  deyil,  bir-birlərinə  olan  bənzərliklərinə  və 

iqtisadi  təsirlərinə  görə  qruplaşdırılır.  Belə  əsas  hesab  qrupları 

bunlardır:  cari  əməliyyatlar  hesabı,  kapital  hərəkətləri  hesabı  və 

ehtiyat aktivləri hesabı. 



Cari  əməliyyatlar  hesabı.  Ölkənin  beynəlxalq  iqtisadi 

ə

məliyyatlarının  çox  əhəmiyyətli  bir  qrupu  cari  əməliyyatlar 



hesabına  qeyd  edilir.  Bu  hesab  eyni  zamanda  ölkənin  ümumi 

məhsulunun  bir  hissəsini  meydana  gətirir.  Cari  əməliyyatlar 

hesabına  girən  əməliyyatların  bir  qismi  mal  ticarətini  əhatə  edir. 

Bir  çox  ölkələrin  xarici  iqtisadi  əlaqələrində  mal  ticarəti 

ə

həmiyyətli  yer  tutur.  xracat  krediti  (alacaqlı),  idxalat  isə  debet 



(borc)  əməliyyatıdır.  Mal  ixracatı  ilə  mal  idxalatının  meydana 

gətirdiyi fərqə «xarici ticarət balansı» adı verilir. Bu termin tədiyə 

balansı  termini  ilə  qarışdırılmamalıdır.  Xarici  ticarət  balansı, 

ümumiyyətlə,  iqtisadiyyatdakı  uzunmüddətli  struktur  də-

yişikliklərinin,  ya  da  rəqabət  gücünün  bir  göstəricisi  olaraq  təhlil 

edilir. 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə