Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə90/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   86   87   88   89   90   91   92   93   ...   133

 

281

2.

  maliyyə sisteminin stabilliyinin təmin edilməsi; 



3.

  ölkə  daxilində  və  beynəlxalq  aləmdə  maliyyə 

sisteminin  effektivliyinin  və  rəqabətədavamlılığının  təmin 

edilməsi və yüksəldilməsi. 

ngiltərə Bankı aşağıdakı funksiyaları yerinə yetirir: 

1.

  kommersiya  və  digər  mərkəzi  banklar,  həmçinin 



hökumət üçün bank rolunu oynayır; 

2.

  pul siyasətini reallaşdırır; 



3.

  banknotların emitenti olur və başqaları. 

Birinci  funksiyanın  yerinə  yetirilməsi  zamanı  ngiltərə 

Bankında  hesabları  var.  Klirinq  əməliyyatlarda  klirinq  bankların 

ngiltərə  Bankındakı  hesablarından  istifadə  olunur.  Banklar 

hesabda  müəyyən  məbləğə  malik  olmalı  və  onu  aşmamalıdırlar. 

Fəaliyyətlərini  Böyük  Britaniyada  həyata  keçirən  bütün  banklar 

özlərinin bütün depozitlərinin cəminin 0,35%-ni  ngiltərə Bankının 

hesabında  (depozit)  saxlayırlar.  Ehtiyatların  bu  norması  ngiltərə 

bankının əsas gəlir mənbəyidir. 

kinci  qrup  –  digər  ölkələrin  mərkəzi  banklarıdır.  Xarici 

ölkələrin  mərkəzi  bankları  ngiltərə  Bankında  qızıl  saxlayır  və 

hesablara  malik  olur,  Londondakı  işləri  ngiltərə  Bankı  vasitəsilə 

apara bilirlər. 

Üçüncüsü  –  hökumətdir.  Hökumətin  ngiltərə  Bankında 

hesabları  olur.  Beləliklə,  büdcəyə  gedən  ödənişlər,  vergilər  və 

büdcədən  sosial  ehtiyaclara  gələn  ödənişlər  ngiltərə  Bankının 

hesabları vasitəsilə keçir. 

Böyük  Britaniyanın  pul  siyasətinin  əsas  məqsədi  qiymət 

stabililyinin  əldə  edilməsidir.  Qiymətlərin  optimal  səviyyəsinin 

saxlanması  indiki  zamanda  iki  istiqamətə  malikdir:  nflyasiya 

səviyyəsinin 2,5% və daha az olması, monetar siyasətin daha açıq 

(sərbəst)  rejimi.  ngiltərənin  pul  siyasətinin  mühüm  aləti  faiz 

dərəcələrinin səviyyəsinin tənzimlənməsidir. 

Monetar  siyasətin  alətlərindən  biri  ngiltərə  Bankının  açıq 

bazardakı  əməliyyatlarıdır.  O  ilk  dəfə  XX  əsrdə  30-cu  illərin 




 

282

ə

vvəllərində  tətbiq  olunmağa  başlamış  və  ngiltərə  Bankının  uçot 



dərəcələrinin payını tədriclə azaltmışdır. 

Böyük Britaniyanın kredit sisteminin ikinci hissəsi bank ida-

rələridir.  Bank  müəssisələri  tarixən  depozitlərin  cəlb  edilməsində 

ixtisaslaşdığına görə, bir çox hallarda depozit müəssələr adlandırı-

lır.  Kommersiya  bankları  depozit  fəaliyyətlərini  həyata  keçirmək-

dən əlavə, qısamüddətli kreditlər verir, xarici ticarəti maliyyələşdi-

rir, həmçinin əmanətçilərin vəsaitlərini idarə edirlər. Depozit bank-

ların müştəriləri müxtəlif cür həm iri müəssiələr və təşkilatlar, həm 

də şəxsi adamlar ola bilir. Ona görə də depozit bankları bəzən pə-

rakəndə banklar adlandırırlar. 

Böyük  Britaniyanın  kommersiya  banklarının  digər  hissəsi 

ticarət  banklarıdır.  Onlar  bank  əməliyyatlarını  tədriclə  mənimsə-

miş ticarət müəsssələrində yaranmışlar. Uzun müddət ticarət bank-

larının fəaliyyətinin əsasını aksert əməliyyatlar təşkil etmişdir. Bu 

da ticarət banklarını aksept evlər sırasına aid etməyə imkan verir. 

Bəzi  müasir  ticarət  bankları  bank  əməliyyatları  ilə  yanaşı  sənaye 

və ticarət funksiyalarını da yerinə yetirirlər. Belə ki, ticarət bankla-

rı əsl bank əməliyyatları ilə yanaşı, sahibkarlara xidmət göstərir və 

qiymətli  kağızlarla  idarəetməni  həyata  keçirirlər.  Bütövlükdə,  bu 

institutların fəaliyyəti çoxcəhətlidir. Onlar xarici ticarətin maliyyə-

ləşməsi, aksert biznesi ilə məşğul olur, korporativ borcalanları ak-

tiv şəkildə kreditləşdirir, investisiyaları idarə edir, investisiya mə-

sələləri üzrə məsləhətlər verir, maliyyə konsorsiumları təşkil edir, 

təsisçilik  fəaliyyətində,  şirkətlərin  birləşməsi  və  udulması 

kampaniyalarında iştirak edir və ya vasitəçi kimi çıxış edir, valyuta 

bazarında  və  qiymətli  metallar  bazarında  əməliyyatlar  keçirir, 

maliyyə  əməliyyatlarının  aparılması  məsələləri  üzrə  məsləhətlər 

verirlər.  

Konsorsial  banklar  –  heç  biri  səhmlərin  nəzarət  paketinə 

malik olmayan ən azı iki ölkə bankının iştirakları ilə olan maliyyə-

kredit  institutlarıdır.  Bunlar  əsasən  çoxmilli  borcalanların  xüsusi 

banklarıdır  və  onlara,  hər  şeydən  əvvəl,  transmilli  və  multimilli 

sənaye konsernləri aiddir. Bu növ iri banklara britaniyalı, kanadalı 



 

283

və avstraliyalı tərəfdaşlarla işləyən «Midlend and interneyşnl bakn 

Ltd»  (Midland  and  international  bank  Ltd),  britaniyalı,  amerikalı 

və  yapon  tərəfdaşlarla  işləyən  «Vestern  Ameriken  BenkYurop 

Ltd» (Western American bank Europe Ltd), yaponiyalı, britaniyalı 

( ndustrial  Commercial  Barle)  aiddir.  Məsələ  bundadır  ki,  bu 

banklar  aparıcı  ölkələrin  banklarının  pay  iştirakı  əsasında 

yaradılmışdır, ona görə də onlar avrobazarda çox böyük vəsaitləri 

ə

n  davamlı  müddət  üçün  səfərbər  etmək  iqtidarındadırlar. 



Bankların heç bir başqa növü buna qadir deyil. 


 

284

FƏS L VII.   SVEÇRƏ M LL  BANKI VƏ 

SVEÇRƏN N PUL VAH D  FRANK 

 

1850-ci ilə qədər  sveçrədə 75 müxtəlif təşkilat (o cümlədən 



25  kanton,  16  şəhər)  sikkələrin  buraxılışı  ilə  məşqul  olurdu. 

Dövriyədə  müxtəlif  dəyərli  və  nominallı    860  cür  sikkə  var  idi. 

Bununla yanaşı bir sıra xüsusi banklar ilk əskinasların buraxılışına 

başladı və ümumilikdə dövriyyədə olan sikkə və əskinasların sayı 

8000-ə yaxın idi. Bundan əlavə, dövriyyədə olan nəğd pulun cəmi 

15  %-ni  milli  valyutalar  təşkil  edirdi,  qalan  hissəsi  tacirlər 

tərəfindən istifadə olunan xarici valyutanın payına düşürdü. Bütün 

bunlar  valyuta  sisteminin  funksionallığını  mürəkkəbləşdirirdi.  Bu 

problemi  aradan  qaldırmaq  üçün  1848-ci  ildə  qəbul  olunmuş 

sveçrə  Federal  Konstitusiyasında  pul  buraxmaq  hüququna  malik 

olan  yeganə  təşkilat  olaraq  Federal  Hökumət  göstərilirdi.  7  may 

1850-ci  il  tarixində  Pul  Sistemi  haqqında  federal  qanun  qəbul 

edildi.  Bu  qanuna  əsasən  frank  sveçrənin  pul  vahidi  kimi 

tanınırdı. Beləliklə, 1850-ci ildə tədavülə buraxılan  sveçrə frankı 

kantonlarının  müxtəlif  valyutalarını  əvəz  etdi.  Dəyərinə  görə 

sveçrə  frankı  Fransa  frankına  bərabər  idi.  1866-cı  ildə  Fransa, 

Belçika,  taliya və  sveçrənin birlikdə təsis etdikləri Latın Valyuta 

Birliyinin  fəaliyyəti  1927-ci  ilədək  davam  etdi.  1945-ci  ildə 

Bretton-Vuds  Sisteminə  qoşulmaqla  frankın  məzənnəsini  ABŞ 

dolları  əsasında  müəyyən  edən  sveçrə  Sistemin  dağılmasından 

sonra üzən məzənnə siyasətinə keçdi.  

1850-ci ilə qədər  sveçrədə 75 müxtəlif təşkilat (o cümlədən 

25  kanton,  16  şəhər)  sikkələrin  buraxılışı  ilə  məşqul  olurdu. 

Dövriyədə  müxtəlif  dəyərli  və  nominallı    860  cür  sikkə  var  idi. 

Bununla yanaşı bir sıra xüsusi banklar ilk əskinasların buraxılışına 

başladı və ümumilikdə dövriyyədə olan sikkə və əskinasların sayı 

8000-ə yaxın idi. Bundan əlavə, dövriyyədə olan nəğd pulun cəmi 

15  %-ni  milli  valyutalar  təşkil  edirdi,  qalan  hissəsi  tacirlər 

tərəfindən istifadə olunan xarici valyutanın payına düşürdü. Bütün 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə