Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə91/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   87   88   89   90   91   92   93   94   ...   133

 

285

bunlar  valyuta  sisteminin  funksionallığını  mürəkkəbləşdirirdi.  Bu 

problemi  aradan  qaldırmaq  üçün  1848-ci  ildə  qəbul  olunmuş 

sveçrə  Federal  Konstitusiyasında  pul  buraxmaq  hüququna  malik 

olan  yeganə  təşkilat  olaraq  Federal  Hökumət  göstərilirdi.  7  may 

1850-ci  il  tarixində  Pul  Sistemi  haqqında  federal  qanun  qəbul 

edildi.  Bu  qanuna  əsasən  frank  sveçrənin  pul  vahidi  kimi 

tanınırdı. Beləliklə, 1850-ci ildə tədavülə buraxılan  sveçrə frankı 

kantonlarının  müxtəlif  valyutalarını  əvəz  etdi.  Dəyərinə  görə 

sveçrə  frankı  Fransa  frankına  bərabər  idi.  1866-cı  ildə  Fransa, 

Belçika,  taliya və  sveçrənin birlikdə təsis etdikləri Latın Valyuta 

Birliyinin  fəaliyyəti  1927-ci  ilədək  davam  etdi.  1945-ci  ildə 

Bretton-Vuds  Sisteminə  qoşulmaqla  frankın  məzənnəsini  ABŞ 

dolları  əsasında  müəyyən  edən  sveçrə  Sistemin  dağılmasından 

sonra üzən məzənnə siyasətinə keçdi.  

Frank  əskinasları  Orell  Füssli  Arts  Graphiques  SA  şirkəti 

tərəfindən, sikkələr isə  sveçrə Zərbxanasında buraxılır.  

sveçrə frankı öz dövriyyəsinə görə dünya valyuta bazarında 

5-ci  yerdədir. Hal-hazırda Avropada  yalnız  sveçrə frankı “frank” 

adlanır və qeyri rəsmi ehtiyat valyutassı kimi tanınır. 2000-ci ildə 

Konstitusiyaya  qəbul  edilmiş  düzəlişlərdən  sonra  qızıla  bağlılıq 

aradan  qaldırılmışdır.  Bu  günədək  cəmi  frankın  devalvasiyası 

(30%) yalnız bir dəfə - 27 sentyabr 1936-cı ildə Böyük Depressiya 

nəticəsində baş verib. 

sveçrə  Milli  Bankı  ( MB)  ölkənin  mərkəzi  bankı  kimi 

fəaliyyət  göstərir.  sveçrə  Milli  Bankının  səhmlərinin  55  faizi 

kanton və kanton bankları kimi dövlət qurumları tərəfindən alınıb. 

Səhmlərin fond birjasında qalan hissəsi isə əsasən özəl sahibkarlar 

tərəfindən alınmışdır.  sveçrə Konfederasiyası səhm paketina sahib 

deyil.   

Bankın xronoloji tarixi: 

1905 –  MB haqqında Qanunun qüvvəyə minməsi; 

1907 –  MB-nin fəaliyyətə başlaması; 

1909 –  MB qısa-müddətli öhdəliklərlə depozit cəlb etməyə 

başlayır; 



 

286

1910 – Pul çapına səlahiyyətli tək orqan olur;  

1926 –  sveçrənin üzvü olduğu və pul vahidlərinin  sveçrədə 

istifadə  olunduğu  Latın  Monetar  ttifaqının  fəaliyyətinə  xitam 

verilir; 

1934 –  sveçrə Klirinq Ofisinin açılması; 

1945  –  MB-nin  pul  çapı  səlahiyyətləri  ilə  bağlı  qanunun 

yenilənməsi; 

1950  –  sveçrənin  daxil  olduğu  Avropa  Ödənişləri  Birliyi 

haqqında Anlaşma; 

1960  –  sveçrənin  daxil  olduğu  Avropa  Azad  Ticarət 

Assosisiyasının yaranması; 

1975  –  MB  tərəfindən  kredit  limitinin  tam  aradan 

qaldırılması; 

1987  –  sveçrə  Banklarası  Klirinq  adlanan  elektron  ödəniş 

sisteminin fəaliyyətə başlaması; 

1989  –  Avropa  Valyuta  Korporasiyası  Fondu  MB-yə 

Avropa  Valyuta  Vahidinin  “digər  sahibi”  statusunu  təqdim 

etmişdir. 

Bank  Konstitusiya  və  qanun  vasitəsilə  ölkənin  maraqlarına 

uyğun  olaraq  iş  aparır.  Bankın  fəaliyyət  məqsədləri  aşağıdakılar-

dır: 


♦  Ölkənin monetar siyasətinin həyata keçirilməsi; 

♦  Qiymətlərin sabitliyinin təmin edilməsi; 

♦  Nağd pul dövriyyəsinin təşkili; 

♦  Pul bazarının likvidliyinin təmin edilməsi; 

♦  Nağdsız pul köçürmələrinin təşkili; 

♦  Beynəlxalq ehtiyatların idarə edilməsi; 

♦  Maliyyə sisteminin sabitləşdirlməsi; 

♦  Beynəlxalq  əməkdaşlıqda  iştirak  və  texniki  yardımın 

göstərilməsi. 

sveçrə  Milli  Bankının  iki  baş  ofisi  mövcuddur  –  Bern  və 

Surix  şəhərlərində.  Bundan  əlavə,  Cenevrədə  nağd  pulun 

dövriyyəsini təmin edən nümayəndəliyi və regionlarda beş təmsilçi 




 

287

ə

razi  idarəsi  mövcuddur.  Həmçinin  Bankın  kantonlar  üzrə  16 



agentliyi mövcuddur.  

Bankın baş idarəetmə orqanı  darə Heyətidir.  darə Heyətinin 

funksiyaları  –  monetar  siyasət,  sərmayə  qoyuluşu  strategiyası  və 

monetar  siyasət  sahəsində  beynəlxalq  əməkdaşlıqdan  ibarətdir. 

Idarə  Heyəti  3  daimi  üzv  və  3  nümayəndədən  ibarətdir.  Onlar 

dövlətin  Federal  Şurası  tərəfindən  Bank  Şurasının  tövsiyəsi 

ə

sasında seçilirlər.  



Bankın Baş Şurası nəzarət funksiyalarını həyata keçirir. Şura 

11 üzvdən ibarətdir. 6 üzvü Şuranın Prezidenti və vitse-prezidenti 

daxil  olmaqla  Federal  Şura  tərəfindən  seçilir.    Digər  5  üzvü 

səhmdarların  yığıncağında  təyin  olunurlar.  Bankın  Şurasıında  5 

komitə fəaliyyət göstərir.  

sveçrə  səmərəli  və  sabit  beynəlxalq  monetar  sistemdən 

faydalanır.  sveçrə  Milli  Bankı  müxtəlif  beynəlxalq  institut, 

təşkilat  və  qruplarda  təmsil  olunmaqla  beynəlxalq  monetar 

səviyyədə  əməkdaşlıq  edir  və  eyni  zamanda  Beynəlxalq 

Hesablaşmalar  Bankının  üzvüdür.  Bundan  əlavə,  sveçrə  Milli 

Bankı  Federal  departamentlə  birlikdə  Beynəlxalq  Valyuta 

Fondunda və Böyük Onluqda  sveçrəni təmsil edir. 

MB-nin  beynəlxalq  əməkdaşlığında  texniki  yardım  sahəsi 

mühüm  yer  tutur.  Bankın  bu  sahədə,  xüsusilə  monetar  siyasət, 

nağd  əməliyyatlar  və  ya  ehtiyatların  idarə  edilməsi  üzrə  spesifik 

bacarıq  və  təcrübəsi  vardır.  Texniki  yardımların  köməyi  ilə, 

sveçrə Milli Bankı digər ölkələrin mərkəzi banklarına treyninq və 

seminarlar təşkil edir. 

 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə