Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə92/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   88   89   90   91   92   93   94   95   ...   133

 

288

FƏS L VIII. YAPON YANIN PUL –KRED T  

S STEM  

 

Dünya  valyuta  bazarlarında  ABŞ  dolları  və  avrodan  sonra 

dövriyyəsinə  görə  3-cü,  ehtiyyat  həcminə  görə  isə  ABŞ  dolları, 

avrodan  və  Britaniya  funtundan  sonra  4-cü  olan  yen  “Yen 

blokuna”  daxil  olan  bir  sıra  Asiya  ölkələrinin  ticarətində  əsas 

valyutası kimi çıxış edir.  

“Yumru”, “dəyirmi” mənasını verən “yen” sözü bir zamanlar 

Yaponiyada  istifadə  olunan  Çin  imperial  sikkələrinə  istinad  edir. 

1871-ci  ildə  qəbul  edilən  yeni  Valyuta  aktına  əsasən  onluq 

hesablaşma  sistemi  qəbul  edilmişdir.  Bu  sistem  tam  şəkildə 

Qərbdə  qəbul  edilən  standartlara  uyğun  olmaq  məqsədi  daşıyırdi. 

Sikkələrin forması dairəvi və qərb standartlarına uyğun buraxılırdı. 

Valyuta  aktına  əsasən  Yapon  yeninin  dəyəri  qızıl  standartına 

ə

saslanırdı.  



Yapon yeninin dəyəri əsasən II Dünya Müharibəsindən sonra 

aşağı  endi.  1949-cu  ildə  Bretton-Vuds  sisteminə  əsasən  Yapon 

iqtisadiyyatında qiymətlərin stabilləşdirilməsi məqsədi ilə 1971-ci 

ilədək  ABŞ  dollarına  qarşı  sabit  məzənnə  siyasəti  yürüdülməyə 

başladı.  1971-ci  ildə  ABŞ  dollarının  devalvasiyasından  sonra 

Yaponiya Smitson sazişinə qoşuldu. Lakin 1973-ci ildə Yaponiya 

hökuməti üzən məzənnə siyasətinə keçdi.  

1985-ci  ildə  Yaponiya  Plaza  sazişinə  imza  atdı.  Bu  sazişə 

ə

sasən  Yaponiya,  ABŞ,  ngiltərə,  Fransa  və  Almaniya  arasında 



valyuta  məzənnələrinin  sabit  saxlanılması  məqsədi  daşıyırdı. 

Nəticədə, yenin məzənnəsi sürətlə artmağa başladı.  

11  may  1953-ci  il  tarixində  Beynəlxalq  Valyuta  Fondu 

tərəfindən  qızıla  paritetliyi  təsdiqləyəndən  Yaponiya  yeni  sonra 

beynəlxalq  valyuta  statusunu  qazandı.  Həyata  keçirilən  bir  sıra 

revalvasiyaların  nəticəsində  ABŞ  dolları  və  digər  əsas  xarici 

valyutalara  qarşı  Yapon  yeninin  nüfuzu  xeyli  artdı.  Hal-hazırda 



 

289

dünyanın  strateji  valyuta  ehtiyatlarının  ümumi  həcminin  3.3%%-i 

yendə saxlanılır. 

1882-ci  ildə  Yaponiya  Bankı  yaradıldı  və  1885-ci  ildən 

ə

skinazlar  çap  etməyə  başladı.  Hazırda  bank  1942-ci  ildə  qəbul 



edilmiş  qanun  əsasında  fəaliyyət  göstərir.  Bu  qanun  Bankı 

hökumətin sərt nəzarəti altında saxlayırdı və Yaponiyanın Maliyyə 

Nazirliyinə Bankın siyasətini dəyişdirmək imkanı verirdi. 1998-ci 

il  aprelin  1-dən  Yaponiya  Mərkəzi  Bankı  haqqında  yeni  qanun 

qəbul  edilmişdir.  Bu  qanuna  əsasən  Bank  Maliyyə  Nazirliyindən 

müstəqillik qazandı.  

1978-ci  ildə  Yaponiyada  qızıl  standartı  sistemi  tətbiq  edilmiş-

dir. 1931-ci ildə Yaponiyada qızıl pul standartı ləğv edilmiş və 1937-

ci ildə pul kütləsinin tədavülü 1,6 dəfə artmış və inflyasiya tempi illik 

50%-dən  yuxarı  olmuşdur.  1945-1951-ci  illər  arasında  inflyasiya 

tempi  343  dəfə  artmış  və  yapon  pul  vahidi  olan  iyenin  dəyəri  99% 

azalmışdır. 1949-cu ildə iyenin dollara qarşı məzənnəsi 360 iyen = 1 

dollar olmuş və bu paritet 1971-ci ilə qədər qüvvədə qalmışdır. 1971-

ci  ildən  Yaponiya  Hökuməti  üzən  valyuta  kursu  tətbiq  etməyə  baş-

ladı. 1973-1980-ci illərdə illik qiymət artımı 9,5% olmuşdur. 1980-ci 

ildən sonra beynəlxalq ticarət münasibətlərində  yapon iyenin ödəniş 

vasitəsi olaraq Amerikan dolları və alman markasından sonra üçüncü 

yerə keçmişdir və Asiya regionu ölkələri üçün iyen ən sabit və güclü 

pul  və  bu  regionun  mərkəz  bankları  üçün  ehtiyat  pul  vahidi  olaraq 

qəbul edilməkdədir. 

Dünyada  beynəlxalq  valyuta  ehtiyatları  içində  Amerikan  dol-

larının payı 55 %,  yapon iyeninin payı 10 %-dir. Yapon mal və xid-

mət ticarət ixracatının 34%-i, idxalının 12%-i yapon iyeni tərəfindən 

aparılır.  Yapon  iyeninin  dollara  qarşı  məzənnəsinin  dinamikasını 

1970-ci ildən başlayaraq dollara qarşı dəyər qazanmaqdadır.  

1998-ci  il  aprelin  1-dən  Yaponiya  Mərkəzi  Bankı  haqqında 

yeni  qanun  qəbul  edilmişdir.  Bu  qanuna  əsasən  Bank  Maliyyə 

Nazirliyindən  müstəqillik  qazandı.  Yaponiya  Bankı  ölkənin 

mərkəzi  bankıdır.  Bank  administrativ  təşkilat  deyil,  səhmdar 



 

290

cəmiyyəti kimi fəaliyyət göstərir. Bankın səhmlərin 55%-i dövlətə 

məxsusdur.  

Yaponiyanın Bankın aşağıdakı funksiyaları var: 

1.

  Pul  əskinazlarının  çap  edilməsi  və  nağd  pul  təminatının 



idarəedilməsi;    

2.

  Monetar siyasətin idarə etməsi; 



3.

  Maliyyə  Sisteminin  sabitliyinin  qorunması  və  hesablaşma 

xidmətlərin təqdim edilməsi;  

4.

  Xəzinədarlıq funksiyaları.  



1949-cu ildə Bankın Siyasət Komitəsi yaradılmışdır. Komitə 

Bankın  siyasətinin  tərtib  edilməsi  və  dövlətin  maliyyə  və  pul-

kredit siyasətində maraqlarını müəyyənləşdirən qurumdur. Komitə 

7  üzvdən  ibarətdir.  Onlardan  beşi  səsvermə  hüququqna  malikdir-

lər: Komitənin Sədri hökumət tərəfindən 5 il müddətinə təyin edilir 

və şəhər bankları, regional banklar, kənd təsərrufatı və sənaye sek-

torunu təmsil edən dörd il müddətinə seçilən 4 üzv. Bundan əlavə 

Komitəyə Maliyyə Nazirliyinin və  qtisadi Planlaşdırma Komitəsi-

nin  səsvermə  hüququ  olmayan  iki  üzv  daxildir.  Komitə  Bankın 

büdcəsinə  aid  qərarları  Maliyyə  Nazirliyi  ilə  razılaşdıqdan  sonra 

qəbul  edir.  Həmçinin  Maliyyə  Nazirliyi  ilə  razılaşdıqdan  sonra 

Parlament qarşısında hesabat verir. Bundan əlavə, Komitə faiz də-

rəcələrinin dəyişdirilməsini, kreditvermə prosesində girovların qiy-

mətləndirilməsini, veksellərin növlərini və şərtlərini müəyyən edir.    

1949-cu ildə Bankın Siyasət Komitəsi yaradılmışdır. Komitə 

Bankın  siyasətinin  tərtib  edilməsi  və  dövlətin  maliyyə  və  pul-

kredit siyasətində maraqlarını müəyyənləşdirən qurumdur. Komitə 

7  üzvdən  ibarətdir.  Onlardan  beşi  səsvermə  hüququqna  malik-

dirlər:  Komitənin  Sədri  hökumət  tərəfindən  5  il  müddətinə  təyin 

edilir və şəhər bankları, regional banklar, kənd təsərrufatı və səna-

ye sektorunu təmsil edən dörd il müddətinə seçilən 4 üzv. Bundan 

ə

lavə  Komitəyə  Maliyyə  Nazirliyinin  və  qtisadi  Planlaşdırma 



Komitəsinin  səsvermə  hüququ  olmayan  iki  üzv  daxildir.  Komitə 

Bankın büdcəsinə aid qərarları Maliyyə Nazirliyi ilə razılaşdıqdan 

sonra  qəbul  edir.  Həmçinin  Maliyyə  Nazirliyi  ilə  razılaşdıqdan 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə