Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə93/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   89   90   91   92   93   94   95   96   ...   133

 

291

sonra  Parlament  qarşısında  hesabat  verir.  Bundan  əlavə,  Komitə 

faiz  dərəcələrinin  dəyişdirilməsini,  kreditvermə  prosesində  girov-

ların  qiymətləndirilməsini,  veksellərin  növlərini  və  şərtlərini 

müəyyən edir.    

Yapon  bankları  ölkənin  iqtisadi  inkişafını  gücləndirmək  mə-

qsədi ilə kredit faiz dərəcələrini aşağı düşürmək siyasətini aparır.   

Yaponiya  1990-cı  illərdə  əmanətlərin  cəlb  edilməsi  üçün 

etibarlılığın zəruri səviyyəsini qazanaraq və zəruri yerlərdə iqtisadi 

subyektlərə kiçik faizlərlə vəsaitlərin verilməsini təmin edən kredit 

mexanizmini yaradaraq, kredit sisteminin inkişafının yüksək səviy-

yəsinə  çatdı.  Bank  nəzarəti  sisteminin  dəyişdirilməsi  nəticəsində 

müharibən  sonrakı  50  il  ərzində  Yaponiyada  əmanətlərin  kütləvi 

şə

kildə çıxardılması və ya bankların qəflətən müflisləşməsi halları-



nın  biri  də  baş  verməmişdir.  Problemli  bankların  aşkar  olunması 

zamanı  problemlərin  digər  banklara  yayılmasının  qarşısının  alın-

ması məqsədilə aşağıdakı üsullardan istifadə olunurdu. Bu, bir tə-

rəfdən, uyğun orqanların göstərişi ilə problemli bankların hər hansı 

bir iri bankla qovuşması, digər tərəfdən, psixoloji riskin (moral ha-

zard) azaldılması üçün bankların ictimai xarakterinin hər cür vur-

ğ

ulanması  (ictimai  məsuliyyət  prinsipi)  idi.  Korporativ  istiqraz-



ların  emissiyası  üçün  də  ciddi  normalar  müəyyənləşdirilmişdir. 

Emissiya hüququ yalnız maliyyə vəziyyəti dayanıqlı olan şirkətlərə 

verilir və  «dəyərsiz» istiqrazların buraxılmasına imkan verilmirdi. 

Məhz  buna  görə  də  korporativ  istiqrazlar  üzrə  defolt  halları  yox 

idi. Defolt təhlükəsinin yaranması zamanı problemli kağızlar agent 

–  banklar  tərəfindən  alınır  və  bu  da  mahiyyətcə  korporativ 

istiqrazların bank zəmanətini ifadə edirdi. 

Yapon iqtisadiyyatının kredit sferasında 1990-cı illərin orta-

larında əldə edilmiş nisbi stabillik bütün maliyyə-kredit müəssisə-

ləri sisteminin kollapsı ilə kəsildi. 1996-1997-ci illərdə müharibə-

dən sonrakı dövrdə ilk dəfə olaraq bankların müflisləşməsi başlan-

dı.  Bu  fakt  iqtisadiyyatın  maliyyə  sektorundakı  vəziyyətə  nəzarət 

etmək  və  onun  stabilliyinin  qarantı  kimi  çıxış  etmək  məsələsində 

Maliyyə  nazirliyinin  acizliyini  nümayiş  etdirdi  və  buna  görə  də 




 

292

stabilliyi  pozmaq  rolunu  oynadı. 

lk  növbədə  Vakayama 

prefekturasında işləyən  yerli  «Hanva qinko» (Hanva ginko) bankı 

və iri «Hokkaydo takseku qinko» (Hakkaido takuseku ginko) ban-

kı  bağlandı.  1997-ci  ilin  noyabrında  dörd  broker  şirkəti,  o  cüm-

lədən  qədim  şirkətlərdən  biri  olan  «Yamaiti  seken»  (Yamaiti  se-

kan) bağlandı.  lk dəfə olaraq onkol borclar bazarında (Yaponiya-

da banklararası kredit bazarı) defolt baş verdi. Yaponiyadakı bank 

böhranı zaman etibarilə Cənub – Şərqi Asiyada yayılan «Asiya vi-

rusu»  ilə  üst-üstə  düşdü.  Lakin  mahiyyət  etibarilə  onlar  tamamilə 

müxtəlif  maliyyə  sarsıntıları  idi.  Yaponiyanın  kredit-maliyyə 

müəssisələrinin  fəaliyyətinin  qeyri  stabillik  səbəbləri  arasında 

ikisini fərqləndirirlər: 

1.

 90-cı illərin birinci yarısında daşınmaz əmlak qiymətləri-



nin düşməsi əsasən daşınmaz əmlak obyektləirnin ibarət olan girov 

təminatının real dəyərini aşağı saldı; 

2.

 bank  fəaliyyətinin  beynəlmilləşdirilməsi  çatışmazlıqları 



üzə çıxartdı. Pon banklarının menecerlərinin aşağı səviyyəli peşə-

karlıdı,  Qəbrin  valyuta-fond  bazarlarında  sövdələşmələrin  aparıl-

ma təcrübəsinin kifayət qədər olmaması nəticə etibarilə şübhəli in-

vestisiya  layihələrinin  kreditləşdirilməsinə,  qiymətli  kağızlarla  və 

derivativlərlə bağlı riskli əməliyyatlara gətirib çıxartdı. Bütün bun-

lar yapon banklarının əksəriyyətində itkilərə və ABŞ-ın, Qərbi Av-

ropa  ölkələrinin  maliyyə  dairələri  tərəfindən  onlara  olan  etimadın 

azalmasına səbəb oldu. 

Vəziyyətdən çıxış yolu axtaran yapon hökuməti yenə də ölkə-

nin iqtisadi sisteminin qeyri stabilliyinə kömək etmiş üsul və alətlər 

toplusunu  hərəkətə  gətirdi.  Bank  menecmentinin  islahatı  əvəzinə 

Maliyyə  nazirliyinin  və  digər  dövlət  idarəetmə  orqanlarının 

protektoratı  gücləndirirldi.  Kommersiya  bankları  istiqrazlarının,  adi 

və  imtiyazlı  səhmlərin  dövlət  tərəfindən  alınma  formasında  büdcə 

vəsaitlərinin daxil olması gözlənilən nəticələrə gətirib çıxarmadı. 

1988-ci il aprelin 1-də Yaponiya Bankı haqqında yeni qanun 

qüvvəyə mindi. Bu qanuna görə, bank Maliyyə nazirliyindən asılı 

deyildi.  Yaponiya  Bankı  öz  statusuna  görə,  inzibati  orqan  yox, 




 

293

səhmdar  şirkətdir.  Onun  kapitalının  55%-i  hökumətə,  45%-i 

maliyyə  institutlarına,  sığorta  şirkətlərinə  və  digər  şəxsi 

səhmdarlara  məxsusdur.  Səhmdarlara  4%-lik  ölçüdə  dividentlərin 

verilməsi  təmin  edilir.  Bank  tərəfindən  yüksək  mənffətin  əldə 

edildiyi  halda  bu  dividendlər  5%-ə  qədər  artırıla  bilər.  Qalan 

mənfəət dövlət büdcəsinə toplanır. 

Yaponiya Bankının rəhbər orqanı Siyasi  şuranın funksiyala-

rı  və  strukturu  bir  qədər  dəyişmişdir.  1998-ci  1  aprelindən  1-dən 

başlayaraq, Siyasi şura doqquz üzvdən ibarətdir. Bunlar təyin olu-

nan  altı  şura  üzvü,  bankın  sədri  və  onun  iki  müavinidir.  Şuradan 

başqa, Bank idarəsinə üç icraçı auditor, üç icraçı direktor auditor, 

üç icraçı direktor və səkkiz məsləhətçi daxildir. 

Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir: 

* faizin uçot dərəcəsinin, digər faiz dərəcələrinin, veksellərin 

diskont edilmə şərtlərinin və tiplərinin müəyyənləşdirilməsi; 

* borclar üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi; 

* məcburi bank ehtiyatları normalarının müəyyənləşdirilməsi 

və ya ləğv edilməsi; 

*  pul  bazarına  nəzarətin  strateji  xəttinin  müəyyənləşdiril-

məsi. Tətbiq olunan nəzarət tədbirləri: əsasən açıq bazarda aparılan 

ə

məliyyatlar, istiqraz və veksellərin alqısı və satqısı; 



*  Yaponiya  Bankının  valyuta  nəzarəti  və  pul  bazarına 

nəzarət  məsələləri  üzrə  rəsmi  mövqeyinin  dəyişilməsi  barədə 

qanunun qəbul edilməsi; 

*  satış  obyektlərinin  müəyyənləşdirilməsi  və  maliyyə  bazarla-

rında satışın həyata keçirilmə müddəti barədə qərarın qəbul edilməsi; 

*  şöbələrin,  ofislərin,  agentliklərin  və  Bankın  birgə  daxili 

struktur obyektlərinin yaradılması, köçürülməsi və ləğv edilməsi. 

Yaponiya  bankı  mərkəzi  bank  kimi  aşağıdakı  funksiyaları 

yerinə yetirir. 

Banknotların buraxılması. Mərkəzi bank ölkədə pulları çap 

etmək  hüququna  malik  olan  yeganə  bankdır.  Mərkəzi  bank  hələ 

1889-cu ildə fidusiar banknot emissiya hüququna sahib olmuşdur. 

Dövriyyədəki  pulların  miqdarı  1999-cu  ildə  7,4%  artmışdır. 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə