Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə94/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   90   91   92   93   94   95   96   97   ...   133

 

294

Ölkədəki  pulların  miqdarı  ÜDM-dən  daha  sürətlə  artır.  Lakin 

pullar əmanətlərdə yatıb qalır. 

Yaponiya  bankının  növbəti  funksiyası  pul-kredit  siyasətinin 

reallaşdırılmasıdır.  Bu  siyasətin  üç  əsas  aləti  aşağıdakılardır: 

məcburi  bank  ehtiyatları  normasının  dəyişdirilməsi,  maliyyə 

bazarlarındakı əməliyyatlar, faizin uçot dərəcəsi. 

Məcburi  ehtiyat  saxlama  sistemi.  Yaponiyada  1957-ci  ildən 

başlayaraq fəaliyyət göstərir. Kredit müəssisələri ehtiyat depozitlə-

rin müəyyən məbləğini Yaponiya Bankında yerləşdirməyə borclu-

durlar. Yaponiya Bankı kommersiya banklarının öz hesablarındakı 

ehtiyatlarını  aşağı  sala  bilərdi  ki,  onlar  kredit  ekspansiyasına 

başlasınlar.  Kommersiya  bankları  kredit  ekspansiyasını  həyata 

keçirmək  iqtidarında  deyillər,  çünki  onların  kredit  portfellərində 

həddən çox qaytarılmayan borclar var. Onlar sərbəst pulları riskli, 

lakin mənfəət gətirən aktivlərə – fond bazarı alətlərinə yatırırlar. 

Mərkəzi bank maliyyə bazarlarındakı əməliyyatlardan (bank-

ların  borc  aldıqları  və  verdikləri  banklararası  bazarda,  şirkətlərin 

istiqrazlar və səhmlər aldığı və satdığı açıq bazarlarda) istifadə edir 

ki,  maliyyə  bazarlarındakı  vəziyyətə  təsir  göstərsin,  onları  iflasa 

uğramaqdan  və  möhtəkirçi  xarakteri  ifrat  tələbdər  («sabın  köpü-

yü») qorusun. 

Faizin  uçot  dərəcəsinin  tənzimlənməsi.  qtisadi  inkişafın 

yüksək sürəti üçün zəruri şərt müəssisənin ucuz maliyyə vəsaitlə-

rindən istifadə edə bilməsidir. Bunun üçün, birinci növbədə, Yapo-

niya  Bankının ucuz faiz  dərəcələri siyasətindən istifadə olunurdu. 

Bank konyunkturadan asılı olaraq, yenidən maliyyələşmə dərəcəsi 

ilə manipulyasiya etsə də, o, Maliyyə nazirliyi ilə qeyri rəsmi məs-

ləhətlər keçirərək faiz dərəcəsini daima aşağı səviyyədə saxlayırdı. 

kincisi, əmanətlə üzrə faizlərin yuxarı həddi müəyyənləşdirilmiş-

dir. Maliyyə naziri  «Faiz dərəcələrinin tənzimlənməsi barədə mü-

vəqqyəti qanun» əsasında Yaponiya Bankının yenidən maliyyələş-

mə dərəcəsinin səviyyəsinə uyğun olaraq depozitlər üzrə dərəcələ-

rin  yuxarı  həddini  müəyyənləşdirirdi.  Beləliklə,  banklar  aşağı 

cəlbetmək  qiymətli  ehtiyatları  özlərində  toplayır  və  real  sektoru 



 

295

aşağı  faizlə  maliyyələşdirirdilər.  Kredit  korporasiyaları  və  digər 

xırda,  orta  kredit  müəssisələri  kiçik  və  orta  biznesə  aşağı  faiz 

dərəcəli  borclar  verir,  onun  inkişafına  kömək  edirdilər.  Kiçik 

kredit  müəssisələrinin  əmantəçiləri  əmin  idilər  ki,  bu  kredit 

müəssisələri  müflisləşməyəcək.  Ona  görə  də  onlar  aşağı  faizli 

vəsaitləri cəlb edə bilirdilər. 

Kommersiya banklarının qarşılıqlı hesablaşmalarının hə-

yata  keçirilməsi.  Bankların  apardığı  transaksiyalar  (o  cümlədən 

pul  köçürmələri)  müxbir  hesablar  vasitəsilə  yerinə  yetirilir.  Qey-

diyyatdan keçmiş və Yaponiyada fəaliyyət göstərmək icazəsi olan 

bankların  Mərkəzi  bankda  müxbir  hesabları  olur.  Kommersiya 

banklarının  müxbir  hesablarından  hər  gün  300  trilyondan  çox  ien 

keçir.  Mərkəzi  bank  əməliyyatların  bu  həcmini  yerinə  yetirmək 

üçün elektron qarşılıqlı hesablaşma sistemi ilə işləyir. 

Maliyyə  müəssisələri  menecmentinin  maliyyə  vəziyyəti-

nin və mövqeyinin monitorinqi və yoxlanması. Yaponiya Bankı 

öz  müştərilərinin  hesablarında  və  depozitlərində  vəsaitlərin 

hərəkətini  izləyir  və  zəruri  hallarda  öz  müfəttişlərini  yerlərdə 

müfəssəl  yoxlamalara  göndərir.  Belə  yoxlamalar  Mərkəzi  banka 

imkan verir ki, maliyyə sistemindəki neqativ iqtisadi dəyişikliklərə 

ilkin  mərhələdə  reaksiya  göstərsin  və  müştərilərə  onların  cari 

problemlərinin  həllində  kömək  etsin.  Ölkənin  Mərkəzi  bankı 

Maliyyə nazirliyi ilə yanaşı istənilən vaxtda bütün şəxsi bankların 

fondlarının  təftişini  aparmaq  hüququna  malikdir.  Yoxlamaların 

nəticələri müntəzəm şəkildə Maliyyə nazirliyinə təqdim olunur və 

Maliyyə  nazirliyi  dövlət  qanunvericiliyin  pozulmasına  görə 

sanksiyalar  (lisenziyasından  məhrum  etməyə  qədər)  tətbiq  edə 

bilir. 

Son  mərhələnin  kreditoru  olan  Yaponiya  Bankı  bankların 



iflasının qarşısını alır və kredit sisteminin stabilliyinə təhlükə olan 

banklara böhrandan çıxmaqda kömək edir. 

Yaponiya  Bankı  dövlət  qiymətli  kağızları  ilə  əməliyyatlar 

aparır, həmçinin xəzinə fondlarını qəbul edir, qoruyub saxlayır və 




 

296

ödəyir  (vergilər,  təqaüdlər,  ictimai  işlərlə  bağlı  vəsaitlər  və 

başqaları). 

Yaponiya Bankı beynəlxalq fəaliyyəti həyata keçirir. 

* xarici ölkələrin dövlət institutlarına və mərkəzi banklarına 

ien hesabları təqdim edir; 

* BVF-na, Qiymətli kağızların Beynəlxalq bankına və digər 

beynəlxalq təşkilatlara kreditlər açır və vaxtını uzadır; 

*  ien  kursunun  arzuedilməz  dəyişmələri  zamanı  beynəlxalq 

valyuta  bazarlarında  Yaponiyanın  Maliyyə  nazirliyinin  agenti 

qismində valyuta intervensiyalarını həyata keçirir; 

*  digər  ölkələrin  mərkəzi  bankları  və  beynəlxalq  maliyyə 

təşkilatları  üçün  xarici  dövlətlərin  valyutasını  alı  rvə  satır, 

beynəlxalq  maliyyə  təşkilatlarına  kömək  və  kooperasiya  məqsədi 

daşıyır; 

*  bu  və  ya  digər  ölkələrin  iqtisadiyyatlarının  cari  vəziyyəti 

ilə  bağlı  məsələlər  üzrə  məsləhətləşmələr  aparır,  vəziyyətin 

proqnozlaşdırılmasını  həyata  keçirir,  birgə  nəzəri  araşdırmalar  və 

statistik tədqiqatlar təşkil edir. 

Yaponiya  Bankı  ölkə  bazarlarının  maliyyə  vəziyyətinin  və 

iqtisadi  mövqeyinin  proqnozlaşdırılması  və  başa  düşülməsi  üçün 

zəruri  olan  nəzəri  tədqiqatları  və  iqtisadi  təhlili  həyata  keçirir 

(uzunmüddətli dövrün iqtisadiyyatı və başqaları). 

Kommersiya bankları bir neçə kateqoriyaya bölünürlər. 

Şə

hər  bankları    və  ya  Citu  banks  Meydzi  dövründən 



başlayaraq qısamüddətli və uzunmüddətli kreditlərin ölkənin bütün 

ə

razisi  boyunca  iri  müəssisələrlə,  hər  şeydən  əvvəl,  onların  aid 



olduqları qrupların müəssisələrinə verilməsi ilə məşğul olur. Şəhər 

bankları ölkənin kredit sisteminin özəyini təşkil  edir. Yaponiyada 

olan bütün şəxsi banklardakı depozitlərin 20%-dən çoxu, həmçinin 

bank sisteminin kapitalının ümumi həcminin 36%-ə qədəri onların 

payına  düşür.  Şəhər  banklarının  sayı  11-dir.  Daha  dəqiq  desək, 

onların ikisi bank, doqquzu bank korporasiyasıdır. «Daiiti-Kanqe» 

(Daiti-Kange), 

«Mitsubisi» 

(Mitsubishi), 

«Sumitomo» 

(Sumitomo),  «Fudzi»  (Fuji),  «Sanva»  (Sana)  və  Yaponiya 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə