Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə98/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   94   95   96   97   98   99   100   101   ...   133

 

306

keçici  likvidlik  problemlərini  və  maliyyə  bazarlarının  fəal 

işləməsinə  mane  olacaq  texniki  mənbəli  ödəniş  problemlərini 

aradan  qaldırmaq  məqsədilə  Mərkəzi  Bankı  "sistemə  təminat 

qarşılığında" gün daxili və ya gün sonu kredit vermə imkanı təmin 

edilmişdir. 

2.

  Maliyyə  sisteminin  və  ödəmə  sisteminin  nəzarəti. 



Maliyyə  sistemində  davamlılığı  təmin  etmə  vəzifə  və  səlahiyyəti 

daxilində  Banka  sistemin  bazisinin  gücləndirilməsi  və  sistemin 

risklərinin  müəyyənləşməsi  məqsədilə  sistemi  izləmə  və 

dəyərləndirmə,  sistemdəki  risklərin  bütün  sektora  yayılmasının 

qarşısını  almaq  üçün  lazımi  tədbirləri  görmək  səlahiyyətləri 

verilmişdir.  Bu  səbəbdən  də  banklar,  özəl  maliyyə  təşkilatları  və 

başqa  maliyyə  orqanlarından  doğru  və  qanuni  məlumat 

verilməsinin təmini barədə banka vəzifələr verilmişdir. 

3.

  Vəzifə  müddətləri  və  etibarlılığı.  Bankın  vəzifə 



müddətinə paralel olaraq müdir müavinlərinin vəzifə müddətləri 3 

ildən 5 ilə qədər artırılmışdır. Bu baxımdan sədrin vəzifə müddəti 

müavinlərin  müddətləri  bitmədən  önjə  dəyişdirilə  bilməzdi. 

Bununla  da  vəzifələrin  etibarlılığı  və  təhlükəsizliyinə  zəmanət 

verilmişdir. 

4.

  Məlumat  toplama  və  risklərin  jəmlənməsi.  Bankın 



statistik  məlumatların  toplanmasında,  dövlət  təşkilatları,  xəzinə 

müşavirliyi,  Dövlət  Statistika  idarəsi,  digər  ölkələrin  statistik 

məlumat  toplamaqda  məsul  olan  orqanları  və  beynəlxalq 

təşkilatlarla iş birliyi aparması mümkün olmuşdur. 

Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı  pulların  buraxılması 

hüququna malik birgə səhmdar cəmiyyətdir.   

Osmanlı  mperiyası  dövründə  xəzinə  əməliyyatları,  pul  və 

kredit köçürmələri, qızıl və xarici valyuta ilə ticarət, xəzinədarlıq, 

kreditorlar,  müəssisə  və  təşkilatlar  tərəfindən  icra  olunurdu. 

Osmanlı  mperiyasının xarici köçürmələrini həyata keçirmək üçün 

ilk  dəfə  1847-ci  ildə  Osmanlı    Hökuməti  “Bank-ı  Dersaadet”in 

yaradılmasına  icazə  vermişdir.  1856-cı  ildə  isə  fransız  və  ingilis 

kapitalının iştirakı ilə Osmanlı Bankı yaradılmış və 1863-cü ildən 



 

307

etibarən  isə  mərkəzi  bankın  funksiyalarını  həyata  keçirməklə 

dövlət bankı statusunu almışdır 

1926-ci  ilədək  Osmanlı  Bankı  mərkəzi  bank  kimi  fəaliyyət 

göstərmiş, 1926-cı ildən isə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı 

adlandırılmışdır.  Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankına  dair 

Qanun  11  iyun  1930-cu  il  tarixində  qüvvəyə  minmişdır.  Bank  3 

oktyabr  1931-ci  il  tarixində  yaradılmış  və  1  yanvar  1932-ci  il 

tarixində  fəaliyyətə  başlamışdır.  Mərkəzi  Bank  haqqında  ən  son 

yenilənmiş qanun 14 yanvar 1970-ci il tarixində qəbul olunmuş və 

bankın  əsas  məqsədi  kimi  qiymət  sabitliyinə  nail  olunması  və 

saxlanılması göstərilmişdir. 

Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı  haqqında  Qanuna 

uyğun olaraq Bankın fundamental vəzifələri aşağıdakılardır: 

♦  Açıq bazar əməliyyatlarının həyata keçirilməsi; 

♦  Türk  Lirəsinin daxili və beynəlxalq dəyərinin qorunması 

məqsədilə  zəruri  tədbirlərin  görülməsi  və  Türk  Lirəsinin  qızıl  və 

xarici  valyutalara  qarşı  paritetinin  müəyyənləşdirilməsi  məqsədilə 

hökumətlə birlikdə valyuta siyasətinin həyata keçirilməsi; 

♦  Ölkənin qızıl və xarici valyuta ehtiyatlarının idarəedilməsi; 

♦  Türk  Lirəsinin  həcminin  və  tədavülünün  tənzimlənməsi, 

ödəniş,  qiymətli  kağızların  transferi  və  hesablaşmalar  sisteminin 

yaradılması; 

♦  Maliyyə  sistemində  sabitliyin  gücləndirilməsi,  pul  və 

xarici valyuta bazarlarına münasibətdə tədbirlərin görülməsi; 

♦  Maliyyə bazarlarının monitorinqinin aparılması; 

♦  Banklardakı depozitlərin şərtlərinin, növlərinin və xüsusi 

maliyyə qurumlarında iştirakla bağlı şərtlərin müəyyənləşdirilməsi. 

Bankın fundamental səlahiyyətləri aşağıdakılardır: 

♦ Türkiyədə pulların tədavülə buraxılması; 

♦ Hökumətlə birgə inflyasiya hədəfini və buna uyğun olaraq 

monetar siyasətin müəyyənləşdirilməsi; 




 

308

♦ Fövqəladə hallarda Əmanətlərin Sığortalanması Fondunun 

resursları  kifayət  etmədikdə  Fonda  müəyyənləşdirəcəyi  şərtlər  və 

qaydalara uyğun olaraq Fonda avansın verilməsi; 

♦ Kommersiya banklarına kreditin verilməsi; 

♦ Maliyyə  bazarlarının  monitorinqini  aparmaq  məqsədilə 

banklardan, digər maliyyə institutlarından və həmçinin qeyd edilən 

institutların  fəaliyyətini  tənzimləmək  və  nəzarət  etməkdə  səlahiy-

yətli olan idarələrdən lazımi məlumatların tələb edilməsi və statis-

tik informasiyanın toplanması. 

Türkiyyə Cümhuriyyəti Mərkəzi Bankının Sədri  darə Heyəti 

və  Monetar  Siyasət  Komitələrinə  başçılıq  edir.  Sayı  4  olan  sədr 

müavinləri Bankın Monetar Siyasət Komitəsinin üzvləridir.  

Hazırda  Bankda  15  departament  fəaliyyət  göstərir.  Bankın 

Nyu-York,  London,  Frankfurt,  Tokyo  və  Berlində  nümayəndilik-

ləri müvcuddur.  

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı beynəlxalq əlaqələrin-

də  əsas  yeri  Beynəlxalq  Valyuta  Fondu  (BVF)  ilə  əməkdaşlıq  tu-

tur. Türkiyə 1947-ci ildən bəri BVF-nin üzvüdür və ölkəni BVF-də 

maliyyə agenti kimi Mərkəzi Bank təmsil edir. Bundan başqa bank 

digər  beynəlxalq  maliyyə  təşkilatları  və  xarici  ölkələrin  mərkəzi 

bankları ilə əməkdaşlıq etməkdədir. 



TÜRK BANK S STEM NDƏ STRUKTUR DƏŞ KL -

Y     PROSES .  24  yanvar  1980-ci  il  qərarlarına  qədər  qapalı  bir 

iqtisadiyyatda  varlığını  sürdürən  türk  bank  sistemi  iqtisadiyyatın 

liberallaşmasına  paralel  olaraq  maliyyə  sektorunda  baş  verən 

yenidən qurma dövründəki tərəqqidən çox təsirlənmişdir. 

1982-сi ildə Sərmayə bazarının yaranmasından sonra 1986-сı 

ildə  stanbul  Qiymətli  Kağızlar  Birjası  fəaliyyətə  başlamış  və 

Banklararası  Pul  Bazarı  qurulmuşdur.  1989-сu  ildə  valyuta 

ə

məliyyatları  və  sərmayə  hərəkətləri  təmamilə  sərbəstləşdirilmiş 



və  qızıl  birjası  açılmışdır.  1990-сı  illərdə  beynəlxalq  bankçılıq 

ə

msallarına, xüsusilə, sərmayə yetərliliyi əmsalı ilə bağlı düzəlişlər 



aparılmış vahid hesablar planına keçilmiş, Əmanət Sığorta Fondu 

qurulmuş  və  bankların  hesablarının  müstəqil  audit  təşkilatları 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə