Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə99/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   95   96   97   98   99   100   101   102   ...   133

 

309

tərəfindən nəzarət edilməsi məjburiyyəti yaranmışdır. Türkiyədəki 

şə

xslərin  ölkə  daxilində  və  xarijində  valyuta  jinsindən  əmanət 



hesabı  məqsədlərinə  ijazə  verilmi,  Türkiyədən  olmayanların  da 

maliyyə  sektoruna  investisiya  qoymalarına  ijazə  verilmişdir. 

Banklar  1988-сi  ildə  faiz  nisbətlərini  və  1990-сı  ildə  də  valyuta 

kurslarını  müəyyən  etmədə  sərbəstlik  qazanmışdılar.  Türkiyəyə 

gələn  xariji  banklardan  mənbəyini  götürən  kəskin  rəqabət 

şə

raitində  türk  bankları  müasirləşmə  istiqamətində  önəmli 



addımlar atmışdılar. 

1990-сı  ildə  elektron  bankçılıq  xidmətləri  göstərilməyə 

başlanmışdır.  Banklararası  ödəmələrin  mübadilə  üsulu  ilə 

aparılmasını  təmin  edən  Elektron  Fond  Transferi  sistemi  1992-ji 

ildə tətbiq edilmişdir. 

1994-сü  il  iqtisadi  böhranı  xüsusilə  bank  sistemini  çox 

zəiflətmişdi.  Sistemdəki  3  bank  öhdəliklərini  vaxtında  yerinə 

yetirə  bilməmiş  və  bu  bankların  fəaliyyətləri  dondurulmuşdur. 

Bank  sistemində  inamın  qorunması  və  inkişafın  yenidən  təmin 

edilməsi  üçün  ehtiyat  əmanətlərin  hamısına  dövlətin  zəmanəti 

tətbiq  edilmişdir.  Mükafat  nisbətlərinin  yüksəldilməsi,  minimum 

ödənilmiş sərmayə həjminin artırılması, məjburi müddət nisbətinin 

20%-dən  25%-ə  yüksəldilməsi  kimi  bank  sisteminə  yönələn, 

bankların valyuta mövqeləri ilə sərmayə maksimumu arasında yeni 

izahlar  verilmiş  və  valyuta  mövqeyini  sərmayə  maksimumuna 

məhdudiyyət qoyulmuşdur. Bu nisbət 50% ikən 1999-сu ilin iyun 

ayında edilən düzəlişlər ilə mərtəbəli olaraq 20%-ə düşmüşdür. 

Türkiyədə  1980-сi  ildən  sonra  qurulan  xariji  bankların  da 

təsirilə türk bankları xidmət təklifində texnikadan daha çox istifadə 

edilməyə  başlanmışdır.  Bu  dövrdə  banklar  bir  tərəfdən  istehlak 

kreditləri,  kredit  kartları  və  internet  bankçılıq  kimi  yeni  fərdi 

bankçılıq  vəsaitlərini  gündəmə  çıxarırkən,  digər  tərəfdən  sərmayə 

bazarlarındakı fəaliyyətlərini artırmışdılar. Sərmayə hərəkətlərinin 

sərbəstləşdirilməsindən 

sonra 

türk 


bank 

sistemi 


xariji 

maliyyələşdirmə  imkanlarını  artırmış,  bundan  başqa  beynəlxalq 

aləmdə  getdikjə  artan  tijarət  həjminə  bağlı  olaraq  sektor  xariji 



 

310

tijarətin  maliyyələşdirilməsinə  daha  çox  önəm  verilmişdir.  Bu 

inkişaf  bankların  ölkə  daxili  mənbələrdəki  yüksək  real  faiz 

nisbətlərindən mənbəyini götürən fond məsrəflərini qismən də olsa 

azaltmalarını  təmin  etmiş  və  böyümələrinə  dəstəkləyiji  bir  faktor 

olmuşdur.  Bu  inkişaf  Türkiyədə  getdikjə  artan  pul  tədavülünün 

təsiri  ilə  bankların  xariji  pul  jinsindən  öhdəliklərini  artırmış  və 

xariji pulun açıq mövqeyinin yüksəldilməsinə səbəb olmuşdur. 

Türk  bank  sistemi  2  əsas  bank  qrupundan  ibarətdir.  Bunlar 

tijarət  bankları  və  inkişaf-investisiya  banklarıdır.  Bundan  başqa 

hər qrup sərmayə mənbəyinə görə özəl, dövlət və xariji olmaqla 3 

qrupa bölünür. 

Türkiyədə bankların mənbə məsrəflərini artıran və mənbələ-

rin  istifadəsini  məhdudlaşdıran  səbəblərin  birinjisi  əmanət  qarşı-

lıqları və disponibilitenin tətbiqidir. Qarşılıqların tətbiqinə təqdim 

edilən təşkilatlar topladıqları mənbələrin vajib bir hissəsini sərbəst 

olaraq istifadə edə bilməzlər. Bu vəziyyət istifadə edilməyən mən-

bələrin məsrəflərinin istifadə edilən mənbələrin üzərinə yüklənmə-

sinə yol açır. Beləliklə, mənbə məsrəfi ilə kredit məsrəfi arasındakı 

fərq  müəyyənləşmiş  olur.  Bu  da  iqtisadiyyatda  istehsal  edilən 

ə

mtəə  və  xidmətlərin  məsrəflərini  yüksəltmədə,  həm  də  daxildə, 



həm  də  xarijdə  rəqabəti  azaldır.  Mənbələrin  maliyyə  sistemində 

istifadəsi məhdudlaşır. 

Türkiyənin  rəqabət  apardığı  ölkələrdə  krediti  istifadə  edən 

bir firma sadəjə faiz ödəyərkən, Türkiyədə fəaliyyətdə olan bir fir-

ma faizə əlavə olaraq 5% nisbətində əlavə vergi ödəyir. Bu da kre-

dit  məsrəflərini  yüksəltməkdə,  beləliklə  də  həm  əsas  məsrəflərə, 

həm  də  iqtisadi  fəaliyyətə  mənfi  təsir  göstərir.  Banklararası  əmə-

liyyatlarda  tətbiq  edilən  kambiyo  və  məsrəf  vergisi,    beynəlxalq 

ə

məliyyatların  və  inteqrasiyanın  getdikjə  artması  ilə  bağlı  olaraq 



jiddi vəzifələr qarşısında qalmışdır. Bu vəziyyət konvertibl tətbiqi 

ilə  də  yaranır.  Bu  əməliyyyatlar  Türkiyədəki  təşkilatların  rəqabət 

güjünü zəiflədir, kəskin  rəqabətin nətijəsində vergidən daha aşağı 

nisbətlərdə əməliyyat aparılmasını məjbur edərək, ölkə xarijindəki 

banklarla aparılan əməliyyatlar da zərərlə nətijələnməkdədir. 



 

311

BANK SEKTORUNDA DƏYIŞMƏLƏR VƏ YENIDƏNQUR-

MA. Türkiyədə 1980 və 1990-cı illərdə bank sistemi, bank sayı və 

toplam  aktiv  həjmi  baxımından  sürətli  bir  artma  göstərmişdir. 

Xüsusi  vəsaitlərin  yetərsizliyi,  kiçik  ölçülü  və  hissəli  bank 

strukturu,  aktivin  keyfiyyətinəki  zəiflik,  yetərsiz  daxili  audit  və 

riskin idarə olunması və aktivlik baxımından çatışmazlıqları əhatə 

edən  yetərsiz  idarəetmə,  bank  sistemini  daxili  və  xariji  təsirlərə 

qarşı  dözümlü  və  dayanıqlı  vəziyyətə  gətirmişdir.  2000-ci  ilin 

noyabr  və  2001-ci  il  fevral  böhranlarının  ardından  gerçəkləşən 

kurs və faiz riskləri bank sisteminin maliyyə strukturunda jiddi bir 

pozulmaya  səbəb  olmuşdur.  1999  və  2000-ci  illərdə  müvafiq 

olaraq  133,5  və  155,2  milyard  dollar  olan  bank  sisteminin  aktiv 

böyüklüyü,  2001-ji  ilin  üçünjü  rübündə  110,8  milyard  dollara 

düşmüşdür.  Bu  dövrdə  tijarət  banklarının  aktiv  böyüklüyü  isə 

127,2; 148,3 və 106,4 milyard dollar olmuşdur. Böhranın təsirləri 

nəticəsində bank saylarında da əhəmiyyətli azalma olmuşdur. 1999 

və 2000-ji illərdə 62 və 61 ədəd olan tijarət banklarının sayı 2001-

ji ildə 46-ya və 2002-ji ilin sentyabrında 43-ə düşmüşdür. Böhran 

dövründə  dövlət  banklarının  bütün  bank  sistemi  içərisindəki 

payında da əhəmiyyətli nisbətdə azalma müşahidə edilmişdir. 1999 

və  2000-ci  illərdə  34%  olan  dövlət  banklarının  jəmi  bank  sistemi 

aktivləri  içərisindəki  payı  2001-ji  ilin  üçünjü  yarısında  27,2%-ə 

düşmüşdü. 

25.11.2000-ci  ildə  rəsmi  qəzetdə  açıqlanan  4603  saylı 

Türkiyə  Jümhuriyyəti  Ziraət  Bankı,  Türkiyə  Xalq  Bankı  və 

Türkiyə  Əmlak  Bankı  haqqında  qanun  ilə  bankların  müasir 

bankçılığın  və  beynəlxalq  rəqabətin  əsaslarına  görə  çalışmalarını 

və  özəlləşdirməyə  hazırlığını  təmin  edəjək  şəkildə  yenidən 

qurulmaları  mümkün  olmuşdur.  3.7.2001-ci  ildə  rəsmi  qəzetdə 

yayımlanan  4684  saylı  bəzi  qanun  və  qərarlarda  dəyişiklik 

aparılmasına  aid  qanuni  dövlət  bankları  ilə  bağlı  qanunlarında 

4603 saylı qanunda yer alması lazım olan əsasların əlavə edilməsi 

təmin edilmişdir. Bu qanun ilə Türkiyə Əmlak Bankının bankçılıq 

ilə  bağlı  vəsait  ilə  öhdəliklərinin  Ziraət  Bankının  və  ya  Xalq 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə