Microsoft Word cahangir qahramanov



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix13.12.2017
ölçüsü0,51 Mb.
#15390
1   2   3   4   5   6   7   8   9   ...   18

 

9

istifadə etmək vacib məsələ idi. Gənc tədqiqatçı öz fəaliyyətinin ilk addımından belə bir 



vəzifəni öz üzərinə götürdü və Azərbaycan dili terminoloji sisteminin konkret bir qatının 

ənənəvi-tarixi  inkişaf  xəttindən  sapmaması  üçün  əlindən  gələni  etdi,  fəlsəfə 

terminologiyasının  standartlaşmasının  elmi-nəzəri  prinsiplərini  müvəffəqiyyətlə  əsaslan-

dıra bildi. 

Xalqımızın  tarixinə,  elm  və  mədəniyyət  sərvətinə,  əlyazmalar  irsinə  böyük  maraq 

Cahangir Qəhrəmanovu tezliklə o vaxtlar Azərbaycan EA Respublika Əlyazmalar Fondu 

adlanan xəzinəyə gətirib çıxartdı. Sonralar Cahangir müəllim dəfələrlə etiraf edib deyirdi: 

“Ali məktəbdə müəllimlik illəri mənim üçün çox çətin keçirdi. Hiss edirdim ki, bura mənim 

yerim deyil, mən potensial imkanlarımı burada aça bilməyəcəyəm. Mənim maraq dairəm 

qədim  mənbələr,  tarixi–filoloji  məsələlər  idi.  Bütün  fikrim-zikrim  Əlyazmalar  Fonduna 

keçmək, buradakı abidələri araşdırmaq idi”. 1960-cı ildə  bu arzu və istək axır ki, həyata 

keçir  və  Cahangir  Qəhrəmanov  Respublika  Əlyazmalar  Fondunda  işləməyə  başlayır. 

Sonrakı fəaliyyəti də göstərdi ki, gənc alim səhv etməmişdi, bu müəssisənin də Cahangir 

Qəhrəmanov kimi elm və tədqiqatçılıq alovu ilə alışıb-yanan fədailərə ehtiyacı vardı.       

Bir-birinin ardınca bir neçə kitab təlif və tərtib edib nəşr etdirəndən, bir əlyazmaçı kimi 

imzası tanınandan sonra Cahangir Qəhrəmanov bütün qüvvə və  enerjisini böyük Azər-

baycan  şairi  və  mütəfəkkiri  Seyid  Đmadəddin  Nəsimi  irsinin  tədqiqinə  həsr  edir. 

Ümumiyyətlə,  sovet  hakimiyyəti  illərində  xalqın  klassik  irsinə  partiyanın  və  hökumətin 

qayğısı  haqqında  çox  mədhiyyələr  yazılmışdır.  Ancaq  elə  həmin  sovet  hakimiyyətinin 

gəlişi  illərində  minlərlə  əlyazmalarımıza  od  vurulması,  əlyazma  şəklində  əsrimizə  gəlib 

çıxmış tarixi-mədəni irsimizin tarmar edilməsi üzərindən həmişə sükutla keçilirdi. Bolşe-

vizmin həmin “xidmətlərinin” ağrısını-acısını cəmiyyətdə daha çox əlyazmaşünaslar çək-

miş,  itirilmiş  irsin  həqiqi  dəyərini  onlar  daha  çox  bilmişlər.  20-ci  illərdən  bəri  Salman 

Mümtaz,  Yusif  Vəzir,  Əmin  Abid,  Ə.Dəmirçizadə,  H  Araslı,  K.Məmmədov,  Ə.Mirəh-

mədov, T.Məhərrəmov və bir sıra başqa alimlər klassiklərimizin  əsərlərinin elmi-tənqidi 

mətninin tərtibi sahəsində olduqca səmərəli praktik işlər görmüş, mətnşünaslığın  nəzəri 

problemlərinin  həlli  üçün  zəngin  baza  yaratmışdılar.  Buna  baxmayaraq,  60-cı  illərin 

sonuna  qədər  Azərbaycanda  klassik  ədəbiyyatın  nəşri  işi  əsasən  bir  əlyazma  nüsxəsi 

materialına  söykənirdi. 

           

 

                                                       



Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com




 

10

Ümumiyyətlə  götürdükdə,  elm  aləmində  mövcud  olan  fikrə  görə,  bir-iki  nüsxə 



əsasında  nəşr  olunan  kitablar  orta  əsr  müəllifinin  orijinal  yaradıcılığı  haqqında  tam  və 

mötəbər  təsəvvür  yaratmır.  Çünki  kitab  nəşrinin  mövcud  olmadığı  yüzillərdə  katiblər 

tərəfindən dəfələrlə üzü köçürülmüş əlyazma nüsxələrində meydana çıxan müxtəlif səp-

kili interpolyasiyalar əslində müəllifin öz variantının təhrif edilməsinin, xələfləri tərəfindən 

müəllif  sözünə  çox  vaxt  dərin  məhəbbət  təzahürü  kimi  müdaxilələrin  ortaya  çıxmasının 

məhsulu olurdu. 

Bir  nüsxə  əsasında  buraxılan  kitabda,  təbii  ki,  bu  cür  təhriflər  və  yanlışlıqlar  da  çox 

olurdu.  

Məsələ  bundadır  ki,  heç  də  hər  hansı  müəllifin  əsərlərinin  elmi-tənqidi  mətnini 

hazırlamaq mümkün deyildir, çünki onların əlyazma irsinin böyük bir hissəsi “şanlı muz-

durkomlar” tərəfindən vaxtilə məhv edilmiş, yandırılmışdır. Đndi hansısa yeni bir orta əsr 

şairimizi “kəşf etmək” böyük xoşbəxtlik sayılır.   

Belə  bir  şəraitdə  Cahangir  Qəhrəmanov  Nəsimi  poeziyasının  böyüklüyünü  əks 

etdirən Bakı, Đrəvan, Leninqrad, Daşkənd kitab xəzinələrində mühafizə edilən mükəmməl  

əlyazma  nüsxələri,  əski  çap  kitabları  və  bir  neçə  başqa  mənbə  əsasında  dahi  Nəsimi 

əsərlərinin  elmi-tənqidi  mətnini  orijinalın  öz  əlifbasında  tərtib  edib,  fundamental  bir  üç-

cildlik  nəşr  etdirdi.  Cahangir  Qəhrəmanovun  nəşrinə  qədər  Nəsimi  əsərləri  1844-cü, 

1871-ci və 1880-ci illərdə Đstambulda üç dəfə, 1926-cı ildə isə Bakıda Salman Mümtaz 

tərəfindən  ərəb  əlifbası  ilə  çap  edilmişdi.  Lakin  bunlar  yeganə  əlyazma  divan  nüsxəsi 

əsasında nəşr olunduqlarından böyük şairin Azərbaycan dilində yaratdığı ədəbi-bədii irsi 

bütövlükdə əhatə olunmamış, Nəsiminin dünyagörüşlərini və hürufiliyinin fəlsəfi əsasları-

nı əks etdirən iri həcmli bir sıra qəsidələri, müstəzadları, bir çox qəzəl və rübailəri həmin 

nəşrlərə düşməmişdi. Burada müxtəlif mahiyyətli təhrif və nöqsanlar da özünə geniş yer 

tutmuşdu. 

Cahangir  Qəhrəmanov  Nəsimi  irsi  üzərində  işləyərkən,  bir  tərəfdən,  mətnşünas  və 

ədəbiyyatşünas  kimi  çıxış  etmişsə  də,  əsas  etibarilə  abidələrin  linqvistik,  qrafik  və 

orfoqrafik  xüsusiyyətlərinə  daha  geniş  diqqət  yetirmiş,  beləliklə,  azərbaycanşünaslıq 

elmində linqvistik mətnşünaslığın əsasını qoymuşdur. Sonralar Cahangir müəllim bu isti-

qamətdə işləyən kadr hazırlığına da ciddi fikir vermiş, çoxlu sayda linqvistik mətnşünas 

Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com



 

11

aspirant və dissertantlara rəhbərlik etmiş, beləliklə, bu sahənin milli elmimizdə bərqərar 



olmasına nail olmuşdur. Məhz Nəsimi əsərlərinin Cahangir Qəhrəmanov nəşrindən son-

ra  Azərbaycan  mətnşünaslığında  abidələrin  dil  və  imla  xüsusiyyətlərinin  ön  plana  çə-

kilməsi elmi prinsip kimi etiraf olundu və öz praktik həllini tapmış oldu. 

Mətnşünaslıqda  linqvistik  məsələlərin  əsas  götürülməsinin  başlıca  üstünlüyü 

bundadır ki, belə metodla tərtib edilən elmi-tənqidi mətnlərin dil xüsusiyyətləri cilalanmış 

olur və bu cür kanonik mətnlər milli dil tarixinin tədqiqi üçün də çox mötəbər faktlar verir. 

Cahangir  Qəhrəmanov  Nəsiminin  əlyazmaları  üzərində  işləyərkən  hər  nüsxədəki 

şeirləri,  hər  şeirin  bəndlərini,  misralarını  və  ayrı-ayrı  sözlərini  bircə-bircə  tutuşdurmuş, 

özündən əvvəlki nəşrlərdə təzahür edən xeyli nöqsan və təhrifləri aşkar etmiş və aradan 

qaldırmışdır.  Nəticədə  şairin  167  yeni,  qeyri-mətbu  əsəri  aşkar  edilib  mətnə  salınmış, 

müxtəlif  şeirlərinin əvvəlki nəşrlərə düşməyən 132 beyti bərpa edilmiş, 129 mübahisəli 

şeir  müəyyənləşdirilmişdir.  Beləliklə,  tənqidi  mətnin  tərtibi  nəticəsində  Nəsiminin  2176 

beytlik yeni əsərləri meydana çıxmışdır.

1

                       



Alimin  belə  dərin  tədqiqatı  və  gərgin  əməyi  sayəsində  Seyid  Đmadəddin  Nəsimi 

özünün 600 illik yubileyi günlərində öz xələflərinin qarşısında daha zəngin, daha nəhəng 

şair  və  mütəfəkkir  kimi  ucalmışdır.  Tanınmış  dilçi  alimlərimizdən  biri  vaxtilə  düz  deyirdi 

ki, Cahangir müəllim Nəsimini nəşr etdirənə qədər Azərbaycan öz dahi şairini bu qədər 

yaxşı və ətraflı tanımırdı.  

Nəsimi  kimi  bir  nəhəngin  kamil  tədqiqatçısı  olmaq  artıq  onun  yaradıcılığı  haqqında 

müvəffəqiyyətlə  doktorluq  dissertasiyası  müdafiə  etmiş  Cahangir  Qəhrəmanovun  adını 

bütün respublikada, dünya nəsimişünaslığında şöhrətləndirdi. Bundan sonra alim Nəsimi 

irsinin daha geniş kütlələr arasında populyarlaşmasına girişdi, bir-birinin ardınca Nəsimi 

və onun poetik irsi haqqında məqalələr yazıb nəşr etdirdi, Nəsimi şeirlərindən seçmələri 

kiril əlifbasına transfoneliterasiya edib, irili-xırdalı kitablar halında çap etdirdi. 

Ümumiyyətlə,  Nəsimi  irsi  ilə  məşğul  olduğu  illər  Cahangir  Qəhrəmanovun 

yaradıcılığının  ən  məhsuldar  dövrü  sayıla  bilər.  Məhz  həmin  çağlarda  gərgin  və 

məhsuldar  elmi  fəaliyyətinə  görə  Cahangir  müəllim  “Fədakar  əməyə  görə”  medalı  və 

                                                 

1

 



Bax:

 

Đ



madəddin

 

Nəsimi.



 

Ə

sərləri.



 

Birinci


 

cild.


 

Bakı:


 

Elm, 1973, s.5-84.    

 

Created by Neevia Personal Converter trial version



 http://www.neevia.com


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə