Microsoft Word cahangir qahramanov



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix13.12.2017
ölçüsü0,51 Mb.
#15390
1   2   3   4   5   6   7   8   9   ...   18

 

12

SSRĐ  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  bürünc  medalı  ilə  təltif  edildi,  işlədiyi 



Respublika Əlyazmalar Fondunun direktoru vəzifəsinə irəli çəkildi. 

 

Azərbaycan  və  digər  Đslam  Şərqi  xalqlarının  on  minlərlə  yazılı 



abidələrinin toplanıb mühafizə edildiyi bir akademik müəssisəyə rəhbərlik etmək, bir tə-

rəfdən, böyük şöhrət olsa da, ikinci tərəfdən, məsuliyyət tələb edirdi. Bunu başa düşən 

doktor  Cahangir  Qəhrəmanov  özünün  direktorluq  fəaliyyətinin  lap  əvvəlindən  elmi-

təşkilatçılıq  işinə  ciddi  diqqət  yetirməyə  başlayır.  Əlyazmalar  Fondunun  daha  səmərəli 

və  çevik  işləməsi  üçün  müəssisədə  həmin  illərin  tələbinə  müvafiq  struktur  dəyişiklikləri 

aparır,  kadr  potensialının  zənginləşməsinə,  fondun  yüksək  ixtisaslı  əlyazmaşünaslarla 

təmin  olunmasına  və  kolleksiyasının  böyüməsinə  fikir  verir,  elmi-  tədqiqat  işlərinin  yeni 

səviyyəyə qaldırılması üçün bütün bacarığını sərf edir. 

Keçmiş  SSRĐ-nin  əlyazma  mərkəzlərini  gəzib,  onların  iş  üsulunu  və  struktur 

xüsusiyyətlərini  öyrənən  Cahangir  Qəhrəmanov  zəmanənin  tələblərinə  cavab  verən 

bütün  müsbət  cəhətləri  öyrənir  və  Respublika  Əlyazmalar  Fondunun  müasirləşdiril-

məsinə  tətbiq  edir.  Həmin  illərdə  Əlyazmalar  Fondunun    ayrıca  binası  yox  idi,  azsaylı 

kollektiv fondun materiallari ilə birlikdə Akademiya Rəyasət Heyəti binasının birinci mər-

təbəsində yerləşirdi. Cahangir Qəhrəmanovun Əlyazmalar Fondu ilə bağlı coşub-daşan 

ideyalarının və planlarının gerçəkləşməsi üçün daha yaxşı şərait tələb olunurdu. Gəzdiyi 

yerlərdə əlyazmaların qorunması şəraiti ilə yaxından tanış olmuş Cahangir Qəhrəmanov 

tezliklə Bakının qayalıq yerlərindən birində fonda yeni bina tikilməsi ideyasını irəli sürür. 

Bunun  üçün  plan  lahiyəsi  hazırlanır,  yer  müəyyənləşdirilir,  ancaq  texniki  səbəblərdən 

layihəni həyata keçirmək mümkün olmur (təəssüf ki, bu aktual məsələ indiyə qədər də öz 

həllini  tapmamışdır).  Həmin  illərdə  Azərbaycan  KP  MK  Respublika  Əlyazmalar  Fondu-

nun  fəaliyyətinin  daha  da  yaxşılaşdırılması  haqqında  mühüm  bir  qərar  qəbul  edəndən 

sonra hazırkı Đstiqlaliyyət küçəsi, 8 ünvanında yerləşən gözəl tarixi bina əlyazmalar xəzi-

nəsinin  qorunması  üçün  ayrılır.  Respublikanın  başçısı  H.Ə.Əliyev  yoldaşın  xalqımızın 

minillik  tarixi-yazılı  abidələrinə  necə  böyük  qayğı  göstərdiyini  görən  professor 

C.V.Qəhrəmanov  bundan  ruhlanaraq,  80-ci  illərdə  Əlyazmalar  Fondunun  daha  yüksək 

nailiyyətlər  əldə  etməsi  üçün  bütün  enerjisini  və  bacarığını  sərf  etməyə  başlayır. 

Səmərəli  elmi  və  elmi-təşkilatçılıq  fəaliyyətinə  görə  1981-ci  ildə  Azərbaycan  Respub-

Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com



 

13

likası  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanı,  1982-ci  ildə  “Şərəf nişanı”  ordeni  ilə 



təltif edilir və həmin il ona Respublikanın Əməkdar elm xadimi fəxri adı verilir.                                                       

80-ci  illərin  ortalarında  artıq  Cahangir  Qəhrəmanovun  başçılıq  etdiyi  Respublika 

Əlyazmalar  Fondunun  elmi  kadr  potensialı  yüksək  səviyyəyə  çatmışdı.  Fondun 

kolleksiyası  dünyada  ən  zəngin  xəzinələrdən  biri  hesab  edilir,  respublikanın  yüksək 

səviyyəli  qonaqları  sərgi  zallarını  gəzərək  Azərbaycan  xalqının  bu  milli-mənəvi  sərvəti 

haqqında ən xoş sözlər söyləyirdilər, burada hazırlanıb çap edilən kitablar respublikanın 

elmi ictimaiyyəti arasında səmimi ehtiramla qarşılanırdı. Mərhum alim Aydın Məmmədov 

fondun buraxdığı nəşrlər haqqında yazırdı: “Bu gün Azərbaycan filologiyası məsələləri”, 

“Keçmişimizdən  gələn  səslər”  və  “Əlyazmaları  xəzinəsində”  toplularının...  ümumxalq 

rəğbəti  qazanması,  mütəxəssislərin  və  geniş  oxucu  auditoriyasının  ciddi  marağına 

səbəb  olması  da,  hər  şeydən  əvvəl,  onların  həqiqətçiliyinə,  sarsılmaz  vətəndaşlıq 

mövqeyinə və elmi tutarlılığına olan inam və ehtiramdan irəli gəlir”

2



Artıq elə bir dövr gəlib çatmışdı ki, “sürətləndirmə”, “yeni təfəkkür” və “yenidənqurma” 



bayrağı altında bolşevik imperiyası dağıdılmağa başlamışdı. On illər ərzində qurulan hər 

şey  sıradan  çıxarılır,  guya  ki,  perspektivini  itirmiş  müəssisələr  ixtisar  edilir  və  ya 

birləşdirilirdi.  Belə  bir  vaxtda  professor  C.V.Qəhrəmanov  ömrünün  ahıl  çağlarında  res-

publikanın  sayılan-seçilən  ağsaqqallarından  birinə  çevrilmişdi.  Respublikada  nəzərə 

çarpan  bütün  elmi,  ictimai-siyasi  və  mənəvi  tədbirlərdə  iştirak  edirdi.  Onun  adı  artıq 

Moskva,  Leninqrad,  Zaqafqaziya,  Orta  Asiya,  Türkiyə,  Đran,  Ərəbistan,  Vatikan,  Đsveç, 

ABŞ, Fransa türkoloqları, şərqşünasları və əlyazmaçıları arasında məşhurlaşmışdı. Rəh-

bərlik etdiyi müəssisənin də hörməti onun adı ilə yanaşı yüksəlməkdə idi. Professor Ca-

hangir  Qəhrəmanovun  özünün  hazırladığı  və  ya  onun  yaxından  iştirakı  ilə  hazırlanıb, 

nəşr  edilmiş  kataloqlar  və  Əlyazmalar  Fondu  haqqında  təbliğat  xarakterli  kitablar, 

Kişvəri, Xacə Nəsirəddin Tusi, Əhmədi, Yusif Məddah, Suli Fəqih, Mustafa Zərir, Füzuli, 

Hüseyn  əfəndi  Qayıbov  kimi  bir  sira  ədib  və  şairlərimizin  əlyazma  irsini  əhatə  edən 

sanballı  kitablar  həm  ölkədə,  həm  də  xarici  şərqşünaslıqda  Cahangir  Qəhrəmanovla 

yanaşı,  onu  əhatə  edənlərin  və  Bakının  əlyazmalar  mərkəzinin  də  adını 

                                                 

2

 



Aydın Məmmədov. Sözümüz eşidilənədək. Bakı: Yazıçı, 1988, s.126. 

Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə