Microsoft Word cahangir qahramanov



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix13.12.2017
ölçüsü0,51 Mb.
#15390
1   2   3   4   5   6   7   8   9   ...   18

 

14

şöhrətləndirmişdi. Ağsaqqal alim artıq neçə il idi ki, başçılıq etdiyi Əlyazmalar Fondunun 



akademik instituta çevrilməsi üçün sözün əsl mənasında mübarizə aparır, Moskva çinov-

niklərinin  qarşısında  bu  cür  yenidənqurmanın  məqsədyönlü  olduğunu  sübut  etməyə 

çalışırdı.  Ancaq  Qorbaçov  yenidənqurması  dövründə,  irili-xırdalı  müəssisələrin 

qapandığı  bir  vaxtda  bu  ideyanı  həyata  keçirmək  müşkül  işə  çevrilmişdi:  “mərkəz”  hər 

dəfə  Azərbaycan  Elmlər  Akademiyasının  təklifini  geri  qaytarırdı.  Nəhayət,  1986-cı  ilin 

payızında  C.V.  Qəhrəmanovun  da  iştirak  etdiyi  nümayəndə  heyəti  Moskvada  Heydər 

Əliyevin  qəbuluna  düşə  bilir.  Görkəmli  siyasi  xadimin  təşkilatçılıq  bacarığından,  sözü-

keçərliyindən, Moskvada yaşasa da, öz ana vətəninin hər bir probleminə maraq göstər-

diyindən, millətinə həyan olduğundan ağızdolusu danışan Cahangir Qəhrəmanov həmin 

görüş haqqında hər dəfə sözünü belə bir nida ilə yekunlaşdırırdı: “Kişi bizi dinləyəndən 

sonra götürüb zəng elədi. Ertəsi gün N. Rıjkov sərəncam imzaladı!” Beləliklə, 1986-cı il 

oktyabrın 26-da Azərbaycan EA Respublika Əlyazmalar Fondunun bazasında Azərbay-

can  EA  Əlyazmalar  Đnstitutu  yaradıldı.  Cahangir  Qəhrəmanovun  və  rəhbərlik  etdiyi  kol-

lektivin uzun illər can atdığı arzu H.Ə.Əliyevin bircə zəngi ilə çin oldu. 

Fondun  belə  çətin  vaxtda  instituta  çevrilməsi  təkcə  bu  müəssisə  kollektivinin 

sevincinə  səbəb  olmamışdı,  həm  də  bütövlükdə  respublikada  şadlıqla  qarşılanmışdı. 

Həmin  illərdə bunu ayrıca  bir  hadisə  kimi  qiymətləndirən  Aydın  Məmmədov  yazırdı:  “O 

xalqın  taleyi  xoşbəxtdir  ki,  onun  tarixini,  onun  taleyini  yüksək  savadlı,  sözün  əsl  mə-

nasında  vətənpərvər  adamlar  həll  eləyirlər.  Məncə,  özünütəsdiqin  ən  böyük,  kəsə  yolu 

kitabxanalarda,  arxivlərdə,  əlyazmaları  arasında  can  çürütməkdir.  Məsələn,  mən 

vətəndaşlığı C.Qəhrəmanovun rəhbərlik etdiyi Respublika Əlyazmalar Fondunu instituta 

çevirməsində görürəm. Bu, böyük xidmətdir”

3

.  


Bundan  sonra  Əlyazmalar  Đnstitutu  öz  fəaliyyətinin  daha  da  məhsuldar  dövrünə 

qədəm qoydu. Đnstitutun çap məhsulları dünyanın daha çox ölkələrinə yayılmağa, doğma 

Azərbaycanın  mədəni-tarixi  irsini  təbliğ  etməyə  başladı.  Đnstitutun  yüksək  ixtisaslı 

kadrlarla  təmin  olunmasına  göstərilən  qayğı  buna  səbəb  oldu  ki,  artıq  hər  il  Cahangir 

Qəhrəmanovun  yetirdiyi  dissertantlar  öz  işlərini  müntəzəm  müdafiə  etməyə  başladılar. 

                                                 

3

 

Aydın Məmmədov. Sözümüz eşidilənədək. Bakı: Yazıçı, 1988, s.206.  



Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com




 

15

Đnstitut  əməkdaşlarının  Əlican  Qövsi  Təbrizi,  Bəvazici,  Ruhi  Bağdadi,  Xəlili,  Rəhməti 



Təbrizi, Əbri Xacə ibn Adili, Möhsün Nəsiri, Cənnəti, Rami Təbrizi, Mirzə Đsmayıl Qasir, 

Həsən  və  başqa  müəlliflərin  həyatı,  yaradıcılığı  və  yazılı  irsi  haqqında  tədqiqatları 

respublika elminə yeni-yeni faktların təqdim olunmasında xüsusi rol oynadı və elmi icti-

maiyyətimiz  tərəfindən  yüksək  qiymətləndirildi.  Əlyazmalar  Đnstitutunun  adı  dillər  əzbəri 

oldu  və  hamı  bu  müəssisəyə  qeyri-rəsmi  söhbətlərdə  “Cahangir  Qəhrəmanovun 

institutu” deməyə başladı. Bu cür epitet qocaman alimin ürəyinə yağ kimi yayılır, Cahan-

gir müəllim bundan ləzzət alır, mənəvi zövqlənirdi.  

90-cı  illərin  əvvəllərindən  Əlyazmalar  Đnstitutunun  xarici  ölkələrin  əlyazma 

kitabxanaları  ilə  möhkəm  əlaqələri  yaradılmağa  başladı  ki,  bunda  da  Cahangir 

Qəhrəmanovun  nüfuzu  mühüm  rol  oynadı.  Respublikamızın  əlyazmaçıları  ıstər  beynəl-

xalq ĐSESKO təşkilatının xətti ilə, istərsə də ayrı-ayrı əlyazma mərkəzlərinin təşəbbüsü 

ilə Türkiyədə, Đranda, Suriyada, Misirdə, Mərakeşdə, Đraqda, Tatarıstanda keçirilən bey-

nəlxalq  simpozium  və  konfranslara  dəvət  olundular,  orada  maraqlı  məruzələrlə  çıxış 

etdilər,  öz  həmkarlarının  işi  ilə  tanış  olmaq,  təcrübə  mübadiləsi  aparmaq  imkanı  əldə 

etdilər.  Đnstitutun  beynəlxalq  arenaya  çıxması  onun  əməkdaşlarının  və  rəhbərliyinin  iş 

təcrübəsini  artırdı,  onların  dünyanın  daha  yaxşı  təmin  olunmuş  əlyazma  xəzinələrinin 

vəziyyətini  öyrənməsi,  məziyyətlərinin  Azərbaycan  EA  Əlyazmalar  Đnstitutunda  tətbiq 

edilməsi üçün yeni ideyalarla zənginləşməsinə kömək etdi.  

Professor  Cahangir  Qəhrəmanovun  Əlyazmalar  Đnstitutunun  gələcəyi  üçün  gözəl 

fikirləri, cəsarətli planları var idi. 1995-ci ilin birinci yarısında Respublika Prezidenti Hey-

dər  Əliyev  cənablarının  Əlyazmalar  Đnstitutuna  göstərdiyi  yeni  qayğı,  institut  binasının 

genişləndirilməsi  barədə  qərarı  qocaman  alimdə  öz  ideyalarını  həyata  keçirmək  üçün 

böyük ruh yüksəkliyi yaratmışdı. Təəssüf ki, “kübarlar xəstəliyi” şəkər böyük alim, gözəl 

və geniş ürəkli insan Cahangir Qəhrəmanova öz yeni planlarını həyata keçirməyə imkan 

vermədi. 

Azərbaycanın  Əməkdar  elm  xadimi,  filologiya  elmləri  doktoru,  professor  Cahangir 

Vahid oğlu Qəhrəmanov bu dünyada 68 il yaşadı. Ömrünün 45 ilini elmə, elmi–tədqiqat-

çılıq  fəaliyyətinə  həsr  etdi,  özündən  sonra  xalqına  bütün  güc  və  bacarığını  sərf  etdiyi 

sanballı və zəngin bir elm ocağı, istedadlı kollektiv qoyub getdi. 

Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com



 

16

Cahangir  Qəhrəmanovun  son  arzusu  ölümündən  bir  il  sonra  həyata  keçdi.  1996-cı 



ilin  yubiley  günlərində  Respublika  Prezidenti  H.Ə.Əliyev  cənablarının  Fərmanı  ilə 

professor     C.V.Qəhrəmanovun yaratdığı Əlyazmalar Đnstitutuna dahi şair və mütəfəkkir 

Məhəmməd Füzulinin adı verildi.                                                                                         

Professor  Cahangir  Qəhrəmanovun  adı  onu  yaxından  tanıyanların  və  şagirdlərinin, 

yaratdığı  kollektiv  üzvlərinin  qəlbində  daim  yaşayır,  onun  irsi  elmin  dolanbac  yolları  ilə 

zirvələr fəth etməyə çalışan yeni-yeni nəsillərə yol göstərir. 

 

MƏMMƏD ADĐLOV 



 

                                                                                                                                                                            

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ƏSƏRLƏRININ BIBLIOQRAFIYASI 



 

Təlif, tərtib və tərcümə etdiyi kitablar 

 

1955 


Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə