Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

ƏBDÜRRƏHMAN 

CAMİ 

 

 



 

 

BAHARİSTAN

 



 



 

 

 



 

 

ƏBDÜRRƏHMAN 

CAMİ 

 

 



 

 

BAHARİSTAN 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2004 

 


 



 



 

 

 

 

 

 

 

ƏBDÜRRƏHMAN CAMİ 



BAHARİSTAN 

 

 

Farscadan tərcümə, 

müqəddimə və qeydlər 

RƏHİM SULTANOVUNDUR 

 

Redaktoru Ə. MÜBARİZ 

 

 



 



TƏRTİBÇİDƏN 

 

 XV 


əsrin görkəmli sənətkarlarından, klassik Şərq 

poeziyasının «son nümayəndəsi» kimi ədəbiyyat tarixinə daxil 

olan  Əbdürrəhman Cami öz yaradıcılığı ilə yalnız fars-tacik 

ədəbiyyatını deyil, bütün Şərq  ədəbiyyatını  zənginləşdirən 

ədəbi irsə malikdir. Əsərlərində bədii ideyaları, ədaləti, saflığı, 

təmiz, ülvi hissləri təbliğ edən  Ə.Caminin  əsərləri məhz bu 

səbəbə görə hələ öz dövründə yüksək qiymətləndirilmiş, fikir-

düşüncə tərzi ilə bütün zamanlarda müasir səslənmiş və onların 

müəllifi  şer-sənət dünyasının korifeyləri cərgəsində özünə 

məxsus fəxri yerlərdən birini tutmuşdur. 

 

Ə.Cami çox  kiçik yaşlarından elmə-təhsilə böyük maraq 



göstərmiş, iti hafizəyə malik olmuş,  Şərq müdriklərinin bir 

çoxu kimi müxtəlif ölkələrə  səyahət edərkən də görüb-

öyrənmək cazibəsindən kənara çıxmamış  və «çox oxuyan çox 

bilməz, çox gəzən çox bilər» məsəlinə riayət etsə də, həm çox 

gəzmiş, həm də çox oxumuşdur. Caminin elmə-təhsilə  şövqü-

həvəsi onu Heratda mədrəsə açmağa sövq etmişdir. O, Şərqin 

müxtəlif yerlərindən həm alimləri ora dəvət etmiş, həm də 

istedadlı gənclərin həmin mədrəsədə təhsil alıb yaşaması üçün 

şəxsi vəsaitini sərf etmişdir. Caminin alimliyi, sənətkarlığı  və 

humanizmi müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir. 

Dəfələrlə Sultan Hüseyn Baykara və Sultanın müdrik vəziri, 

Caminin tələbəsi,  şair  Əlişir Nəvayi onu saraya dəvət etsələr 

də, şair bu dəvətdən imtina etmişdir. Lakin Cami şəxsiyyətini, 

Cami sənətkarlığını yüksək qiymətləndirən Sultan Hüseyn 

Baykara və  Əlişir Nəvayi  şairə  dəvələr yükü qızıl-gümüş 

hədiyyələr göndərmişlər.  Ə.Cami göndərilən bəxşişləri 

təşəkkürlə qəbul etmiş və bütün sərvətini açdığı mədrəsəyə sərf 

etmişdir. 

 Caminin 

bədii yaradıcılığında lirika və didaktika aparıcı 

mövzular sayılır. Və  təsadüfi deyil ki, Sədi  Şirazinin 

«Gülüstan» əsərinə nəzirə yazan bir çox şairlər arasında Cami 




 

də «Baharistan» əsəri ilə görkəmli yerlərdən birini tutur. 



 Müstəqil Azərbaycan Respublikasında kiril əlifbasının 

latın qrafikalı əlifbaya keçməsi ilə əlaqədar gənc nəslin müdrik, 

ölməz sənətkarların sənət incilərindən bəhrələnməsi üçün 

Azərbaycan Respublikasının prezidenti cənab  İ.Əliyevin 

sərəncamı ilə çap olunacaq bədii əsərlərin sırasında Ə.Caminin 

«Baharıstan» əsəri də vardır. 

 

Ə.Caminin «Baharistan» əsərini Azərbaycan dilinə 



görkəmli  şərqşünas alim, prof.R.Sultanov tərcümə etmişdir. 

«Baharistan»  əsərinin altı  və  səkkizinci fəsillərindəki  şerin 

tərcüməsi isə mütərcim M.Soltan tərəfindən edilmişdir. 

 Biz 


Şərqin müdrik söz ustadı  Ə.Caminin «Baharistan» 

əsərini yenidən nəzərdən keçirmiş  və mütərcimlərin üslubuna 

xələl gətirmədən nəşriyyat xətalarını təshih etməyə çalışmışıq. 

Ümid edirik ki, nəfis  şəkildə  tərcümə edilmiş bu əsər 

oxucuların zövqünü, ruhunu oxşayacaq, hikmətli məsləhətləri 

ilə gəncləri düzgün yola istiqamətləndirəcək. 

 

Nüşabə Əlizadə  

 



ƏBDÜRRƏHMAN  CAMİ 

(1414–1492) 

 

Böyük tacik şairi, musiqişünası, filosof və alimi 

Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il 

şəban ayının 8-də

1

, miladi ilə 1414-cü il noyabrın 7-də Cam 



şəhərində (Xorasan) anadan olmuşdur. 

Cami çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsi-

lini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında 

olan Dilgəş  mədrəsəsində oxumuşdur. Burada Caminin 

müəllimi dövrünün məşhur sufilərindən olan görkəmli  ərəbist 

mövlana Cüneydi Üsuli idi. 

Cami son dərəcə istedadlı  və  zəhmətsevən olduğundan, 

kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına ke-

çirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafi-

zəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən 

çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və 

bilikli alimlərindən hesab edilən mövlana Xacə  Əlaəddin  Əli 

Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və 

istedadlı şagird görməmişdir.  

Bir az sonra Cami, Heratda tədris edilən bütün elmlərə 

kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, 

xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək 

üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur 

astronom Uluqbəyin yaxın  əməkdaşlarından olan Qazizadə 

Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu 

mühazirələrə qulaq asır. 

                                                           

1

  Й.  Е.  Бертелс  юзцнцн  «Ъами» (дюврц,  щяйат  вя 



йарадыъылыьы,  рус  дилиндя)  адлы  ясяриндя  бир  йердя 

23  шябан  (сящ. 5), башга  бир  йердя 8 шябан  (сящ. 

59)  эюстярир.  Ханбаба  Мцшар  ися 1963-чц  илдя  няшр 

етдирдийи  «Фарс  вя  ярябъя  чап  олунмуш  китаб 

мцяллифляри» (фарс  дилиндя)  адлы  ясяриндя 22 шябан 

эюстярир (ъилд 3, сящ. 898). Йени щесабла, дцзэцнц 

8 шябан олмалыдыр. 



Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə