Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   2   3   4   5   6   7   8   9   ...   17

 

16 


BİRİNCİ RÖVZƏ (BAĞ) 

 

Heratın o müdrik qocası

1

...  Əbdüllah  Ənsari öz 



əshabələrinə belə vəsiyyət etmişdir: 

«Hər ağıllı qocadan bir söz öyrənin, bunu bacarmasanız, 

onların adlarını xatırlayın ki, fayda görə biləsiniz». 

 

Rübai 



 

Sənin namü nişanında eşq var, 

Məktubunda, peyğamında eşq var. 

Məhəlləndən keçən olur aşiqin 

Yəqin ki, dam-divarında eşq var. 

 

*** 



 

Bir dəfə  Şibli

2

  əleyhirrəhmənin



3

 başına hava gəlmişdi. 

Onu xəstəxanaya apardılar. Bir dəstə yığılıb görüşünə getdilər. 

Soruşdu: «Siz kimsiniz?» Dedilər: «Sənin dostların». 

Yerdən bir daş götürüb onlara hücum etdi, hamısı qaçdı. 

Şibli dedi: 

«Ey dostluq iddiasında olanlar, geri qayıdın, dost dostdan 

qaçmaz və onun cəfa daşlarından saqınmaz». 

 

                                                           



1

  Щерат  гоъасы – XI ясрин  суфи  шейхи,  философу  вя 

шаири Ябдцллащ Янсари нязярдя тутулур. 1006-ъы илдя 

анадан олмуш, 1088-ъи илдя вяфат етмишдир. 

2

  Шибли – Шибли  Ъяфяр  ибн  Йунис  Баьдади.  Дюврцнцн 



эюркямли  суфиляриндян  олмушдур.  Ярябъя  шерляри 

вардыр. (Юлцмц 945/46). 

3

  Ялейщиррящмя – йяни  она  рящмят,  рящмятлик, 



мярщум.  Гядим  Шярг  ядябиййатында,  йцксяк  инша  иля 

йазылмыш  ясярлярдя  юлмцш  бюйцк  адамлар,  хцсусиля 

суфи,  шейх,  шаир  вя  алимляр  щаггында  беля 

дейилярди. Мясялян: Сяди ялейщиррящмя вя с. 

 

 

17 



Q i t ə  

 

Dost odur ki, pislik görsə dostundan, 

Daha artıq hörmət edə o dosta. 

Min daş dəysə dost əlindən başına, 

Məhəbbətlə qarşı gedə o dosta. 

 

Əbülhəsən Quşçi



1

  əleyhirrəhmə deyibdir: «Dünyada ən 

xoşa gəlməyən o adamdır ki, onun dostluğu ya əvəzə üçün 

olsun, ya qərəzə üçün». 

 

Rübai 

 

Hicran günü dost əlindən çəkən dad, 

Dostluğunda vəslə edən istinad, 

Dost deyildir, nakişidir o kəs ki

Öz dostunu məqsəd üçün edir yad. 

 

Şeyx  Əbusəid  Əbülxeyr



2

  əleyhirrəhmədən soruşdular ki, 

təsəvvüf nədir. Dedi: «Odur ki, başındakını  çıxarasan, 

əlindəkini verəsən, hər nə etsələr dözəsən». 

 

Rübai 

 

Sufilik eyləmək istəsən əgər, 

Başdan çıxmalıdır eyşü işrətlər. 

Var-yoxu verməli, yoxsullaşmalı, 

Dözməli nə yazsa qəzavü qədər. 

 

                                                           



1

  Ябцлщясян  Гушчи – XV ясрин  эюркямли  алимляриндян 

олубдур.  Атасы  Улугбяйин  йанында  рясядханада 

ишлямиш,  юзц  ися  онун  гушчусу  олдуьундан, «Гушчи» 

лягябини  алмышдыр. 1474/75-ъи    иллярдя  вяфат 

етмишдир. 

2

 Шейх Ябусяид Ябулхейр – Яряб щякими (1177–1225).  




 

18 


Şəqiq Bəlxi

1

 deyibdir: «Qaçın dövlətlilərin dostluğundan. 



Elə ki könlünü ona verdin, səxavətindən  şirnikləndin, demək, 

özünə yeni bir allah tapdın…» 

Yusif ibn Hüseyn Ərrazi

2

 əleyhirrəhmə demişdir: «Bütün 



yaxşılıqlar elə bir evdədir ki, onun açarı təvazö və özünü kiçik 

tutmaqdır; bütün pisliklər elə bir evdədir ki, onun açarı «biz, 

biz» və «mən, mən» deməkdir...» 

*** 

Bir dərviş Xacə  Əbdülxaliq  Əcdəvani

3

  əleyhirrəhməyə 



demişdir: «Behişt və  cəhənnəmi seçməkdə allah ixtiyarı  mənə 

versə idi, mən cəhənnəmi seçərdim; çünki behişt nəfsin 

istəyidir, cəhənnəm isə allahın əmri». 

Xacə onun sözünü rədd edərək deyir: «Bəndə hara, 

ixtiyar hara! Hara desə get, gedəcəyik, harda desə qal, 

qalacağıq». 

 

Q i t ə 

 

Ağa buyurmayınca özbaşınalıq etmə, 

Ey özünü bəndə, qul adlandıran avara. 

Oradakı ağanın hökmü, əmri rəvandır, 

Orada bəndə hara, özbaşınalıq hara!? 

 

*** 

Xacə Bahaəddin Nəqşbəndi

4

 əleyhirrəhmədən soruşdular 



                                                           

1

  Шягиг  Бялхи – Суфи  шаирлярдян  олуб,  дюврцнцн 



мцдрик 

алимляриндян 

щесаб 

едилмишдир. 



Чохлу 

щякиманя  сюзляри  вардыр. 752/53-ъц  иллярдя  вяфат 

етмишдир. 

2

  Йусиф    ибн  Щцсейн  Яррази – Ябу  Йягуб  лягяби  иля 



мяшщурдур.  Дюврунцн  эюркямли  шейхляриндян  щесаб 

едилмишдир. (Юлцмц – 954/55). 

3

  Хаъя  Ябдцлхалиг  Яъдявани – Суфи  алимлярдяндир, 



1220/21-ъи иллярдя вяфат етмишдир. 

4

 



Хаъя 

Бащаяддин 

Нягшбянди – Нягшбяндилик 

тяригятинин ясасыны гойанлардан щесаб едилдийиндян, 

 

19 


ki, sizin nəslinizin silsiləsi hara gedib çatır. Dedi: «Heç kəsin 

nəslinin silsiləsi heç yerə gedib çatmaz». 

 

Rübai 

 

Əbada hiylə var, yoxdur bir bəhər, 

Duada riya var, yoxdur bir səmər, 

Sən kəndin kökünə silsilən demə

İnsanın kökündən yoxdur bir xəbər. 

                                                                                                                            

«Нягшбянди» 

лягябини 

газанмышдыр. 1317/18-ъи 

иллярдя вяфат етмишдир. 

 



Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə