Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   2   3   4   5   6   7   8   9   ...   17

 

20 


İKİNCİ RÖVZƏ (BAĞ) 

 

...MƏSLƏHƏT.  Həkim o adama deyərlər ki, şeylərin ne-

cə olduğunu mümkün qədər doğru bilsin, əməllərini bacardığı 

qədər düzgün həyata keçirsin. 

 

Rübai 

 

Xoşbəxt odur fani işdən əl çəkə, 

Əbədilik naminə tədbir tökə. 

Nə mümkünsə hamısını öyrənə, 

Öyrəndimi, dərhal toxumun əkə. 

 

*** 



Hekayət. 

İskəndər Rumi

1

 cahangirliyinin ilk illərində böyük hiylə 



işlədərək bir qalanı  fəth etdi və onu viranəyə çevirməyi  əmr 

etdi. Dedilər: «Orda çox bilikli, çətin məsələləri həll edən bir 

alim vardır». Onu çağırtdırdı. Gəldikdə çox çirkin, ürək 

bulandıran, zövq əhlində nifrət oyadan bir sifətə malik 

olduğunu gördü. Dedi: «Bu nə  qəribə sir-sifət, nə eybəcər bir 

xilqətdir». Həkim bu sözdən bərk tutuldu, pərt halda gülə-gülə 

dedi: 

Q i t ə  

 

«Çirkin» deyə vurma mənə tənə sən, 

Ey fəzilət, mərhəmətdən bixəbər. 

Bədən qındır, ruh isə iti qılınc, 

Qılınc kəsər, qında olmaz bir təpər. 

 

Sonra dedi: «Əxlaqı xalq ilə düz gəlməyənin dərisi 



                                                           

1

  Искянддр  Руми – Мяшщур  йунан  сяркярдяси 



Македонийалы  Искяндяр  нязярдя  тутулур  (ер.  яввял 

356–323). 

 

21 


bədəni üçün elə bir dar məngənəyə çevrilər ki, zindan onun 

yanında geniş bir istirahətgaha oxşar». 




 

22 


Q i t ə  

 

Kim edərsə hamı ilə pis rəftar, 

Onu qəmə, qüssəyə düçar bilin. 

Həbsi üçün göstərməyin təşəbbüs, 

Dərisini ona həbsdən dar bilin. 

 

Bir də dedi: «Paxıl rahat olmaz, yaradanını da sakit 



qoymaz, başqalarına nə versə, gözü götürməz, özünə isə layiq 

olmadığı hər şeyi istər». 

 

Q i t ə  

 

Həsədə vərdiş edən hər adamın xasiyyəti 

AldaIn hökmünə də etiraz etməkdir, inan, 

Kimdə nə görsə, o saat deyəcək hardandır? 

Neçin allah ona vermiş, mənə yox, ahü aman! 

 

Bir də dedi: «Ağıllı, səxavətli adamlar mallarını dostlarla 



yeyərlər, ağılsız xəsislər isə (yeməyib) düşmənlərə qoyarlar». 

 

Q i t ə  



 

Səxavətli, hər nə keçsə əlinə, 

Səpər dostun ayağına, nəyi var. 

Nə toplasa təbiəti xəsislər

Ölümündən sonra düşmənə qalar. 

 

Bir də dedi: «Kiçiklərlə şitlik edib zarafatlaşmaq böyük-



lüyü hörmətdən salmaq, rüsvayçılıq tozu qaldırmaqdır...» 

Bir də dedi: «Yumruq vurmağa adət etmiş adamlar zəiflə-

rin təpiyi altında məhv olarlar». 

 

 



23 

Q i t ə  

 

Yaxşı dinlə sən bu sözü, ey könül, 

Onu demiş arif, hüşyar adamlar: 

«Düşmənçilik xəncərini siyirən, 

Düşmənçilik qılıncından məhv olar!» 

 

İskəndər öz qulaqlarının bu hikmət cəvahiri ilə dolduğunu 



hiss etlikdə, onun ağzını, öz qulağı kimi, cəvahirlə doldurdu və 

o qalanı viran etməkdən vaz keçdi. 

HİKMƏT.  Şəfqət saçan yer üzərində  nəsihət toxumun-

dan başqa bir şey əkməmiş Fridun öz övladlarına bu vəsiyyəti 

yazmışdır: «Günlərin səhifəsi ömür səhifəsidir, ona ən gözəl 

əməllər və ən dəyərli əsərlərdən başqa heç nə yazmayın». 

 

Q i t ə  

 

Bu dünyanın səhifəsi adamların ömrüdür, 

 

Fikirləşib tapmış bunu çox ağıllı bir insan. 



Xoşbəxt o vaxt olarsan ki, bu pak, təmiz səhfəyə

Yalnız yaxşı, xeyir əməl, gözəl əsər yazasan! 

 

HİKMƏT.  Alimlərdən biri demişdir ki, hikmət haqqında 



qırx dəftər yazdım, bir fayda görmədim, oradan qırx söz ayır-

dım, ondan da bir bəhrə götürmədim, ondan da dörd söz seçdim 

və istədiyimi onlarda tapdım. Birinci

1



İkinci. Malın nə qədər çox olur olsun, onunla qürrələnmə

çünki gec-tez zamanın gərdişindən puç olub gedəcəkdir. 

 

 

Rübai 

                                                           

1

  Биринъи... – Гадын  ляйагяти  тящгир  едилдийиндян, 



гадынлара  гаршы  етибарсызлыг,  етимадсызлыг  тяблиь 

едилдийиндян, ихтисара салынмышдыр. 




 

24 


 

Sadəlövh adamtək vurulma vara, 

O bənzər tez keçən ağ buludlara. 

Tez ötən şeylərə bel bağlamazlar 

Ağıllı adamlar, düşsə də dara! 

 

Üçüncü. Gizli sirrin varsa, onu heç bir dostuna demə. 



Çox zaman elə olur ki, dostluq dönüb düşmənçiliyə çevrilir və 

dostluq aradan gedir. 

 

Q i t ə 

 

Düşmənlərdən gizli tutmaq istədiyin bir sirri



Yaxşı olar, oğul, onu dosta da deməyəsən. 

Çox görmüşəm bu kəcrəftar fələyin gərdişindən, 

Düşmən dönüb dost olmuşdur, dost isə qəddar düşmən. 

 

Dördüncü. O peşəyə xor baxma ki, onu tərk etdikdə 



acından öləsən, artıqtamahlıqdan qaç, nə  zəruridirsə, ona yol 

aç. 


 

Q i t ə 

 

Lazım olan bir sənəti axtar sən



Veyil-veyil dolanmaq çox yamandır. 

Lazım olan bir sənəti tapdınmı, 

Möhkəm yapış, əldən vermə, amandır. 

 

HİKMƏT.  İbn Müqəffə



1

 deyir ki, hind alimlərinin kitab-

                                                           

1

  Ибн  Мцгяффя – Дюврцнцн  ян  мяшщур  алим  вя 



мцтяръимляриндян  щесаб  едилмишдир.  Мяшщур  «Кялиля 

вя Димня» ясярини орта фарс (пящляви) дилиндян яряб 

дилиня  илк  дяфя  тяръцмя  етмишдир.  Дидактик 

ящямиййятли  орижинал  ясярляри  дя  олмушдур. 36 

йашында 

икян 762/63-ъц 

иллярдя 

тикя-тикя 

 

25 


xanasını yüz dəvəyə yükləyirdilər.  Şah onların azaldılmasını 

xahiş etdi, bir dəvəyə endirdilər, yenə ixtisarını xahiş etdi, dörd 

kəlmə ilə kifayətləndilər. 

Birinci. Şahların ədalətli olmaları. 

                                                                                                                            

доьранылараг, тяндирдя йандырылмышдыр. 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə