Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   2   3   4   5   6   7   8   9   ...   17

 

26 


Məsnəvi 

 

Ədalətli olarsa bu dünyada şəhriyar

Böyüklər də, kiçik də, rahat-farağat yaşar. 

Yox, əgər qəddar olub, ciyərləri dağlasa, 

Göyə fəğan qalxacaq, yer batacaqdır yasa. 

Əyri-üyrü dünyada yaratmaqçın səadət 

Yalnız bir şey lazımdır: hökmdardan ədalət! 

 

İkinci. Rəiyyətin sədaqətli və itaətkar olması. 



 

B   e   y   t  

 

Hökmə tabe olmamaqdır şah zülmünə səbəb, bil! 

Buğda biçməz arpa əkən, bu mümkün bir iş deyil. 

 

Üçüncü.  Bədənin sağlamlığını qorumaq. Acmadıqca  əli 



taama uzatmamalı, yedikdə isə doymadan əli taamdan çəkməli. 

 

Rübai 



 

Xəstəlik törədən amilləri sən

Çalış ki, özündən kənar edəsən. 

Uzaq ol dərmandan

1

, acmamış yemə, 



Doymamış əlini götür süfrədən. 

 

Dördüncü. Üzlərini yad adamlardan gizlətmək və gözləri-



ni yabançı adamlardan çəkmək barədə qadınlara nəsihət. 

 

 



Q i t ə  

 

                                                           



1

  Узаг  ол  дярмандан – орижиналда:  узаг  ол  надан 

щякимлярдян. 

 

27 



Əsl arvad odur ki, naməhrəm bir kişiyə, 

Göz bəbəyi olsa da, üzünü göstərməsin. 

Əgər kişi deyilsə onun qanuni əri

Göy mələyi olsa da, gözünügköstərməsin. 

 

HİKMƏT.  Dörd kəlmə var ki, dörd padşah demiş  və 



sanki dörd kamandan bir ox atmışlar. Kəsra

1

 söyləmişdir: 



«Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox 

olub ki, dediyimdən qan və torpaq içində yatmışam». 

 

Q i t ə  

 

Məclisdə boş danışmaqdan susub durmaq yaxşıdır, 

Hələ peşman olmamışdır sirri gizli saxlayan. 

Lakin sirri faş eyləyib söz gəzdirən adamlar, 

Çox görmüşəm, peşman olmuş yersiz danışmağından. 

 

Qeysər buyurmuşdur: «Mənim demədiyim sözə qüdrətim 



dediyimdən çox çatar, yəni demədiyimi hər vaxt deyə bilərdm, 

lakin dediyimi dana bilmərəm». 

 

Q i t ə  

 

Deyilməsi çətin olan şeyləri 

Asanlıqla demə sən hər yetənə. 

Gizli sözü lazım olsa deyərsən, 

Desən, gizlətməsi düşər çətinə. 

 

Çin xaqanı bu mənanı  aşağıdakı kimi demişdir: «Çox 



vaxt deməyin pərişanlığı deməməyin peşmançılığından ağır 

                                                           

1

  Кясра – Сасани  сцлалясиндян  олан  шащлара  верилян 



лягябдир.  Ясасян  Хосров  Януширяван  вя  ондан  сонра 

эялянляря  аид  едилир.  Ъами  Януширяваны  нязярдя 

тутур. (531–579). 



 

28 


olubdur». 

 

 



29 

Q i t ə 

 

Gizli bir sirr yadına düşən zaman, 



Dərhal onu söyləməyə atma can. 

Qorxuram ki, açıb demək təqsiri 

Ağır olsun gizlətmək günahından. 

 

Hind hökmdarı bu barədə söz açaraq belə demişdir: «Di-



limdən qaçırdığımı bir daha geri qaytara bilmərəm, demədiyi-

min sahibiyəm, istəsəm deyərəm, istəməsəm demərəm». 

 

Q i t ə 

 

Gizlin sirlə deyilmişə fərq qoy sən, 



Bu barədə qəribə bir məsəl var: 

O – qınında saxlanılan xəncərə, 

Bu – kamandan atılmış oxa oxşar. 

 

*** 



Hekayət. 

Hind padşahı Bağdad xəlifəsinə çoxlu hədiyyələrlə 

birlikdə tibb elmində mahir, hikmət elminə vaqif bir filosof da 

göndərdi. Xəlifə  gəldikdə o ayağa qalxıb dedi: «Mən üç şey 

gətirmişəm ki, onlar yalnız soltanlara və xaqanlara layiqdir». 

Xəlifə soruşdu ki, onlar nədir. Dedi: «Birincisi elə bir boyadır 

ki, aq tükü qaraldır, heç vaxt rəngi dəyişmir və tük ağarmır; 

ikincisi elə bir məcundur ki, nə qədər xörək yeyirsən ye, mədə 

ağırlaşmır, kəhlik azmır və  iştah küsmür; üçüncüsü elə bir 

dərmandır ki, beli bərkidir,  şövqi artırır, təkrardan nə qüvvət 

azalır, nə ehtiras zəifləyir». 

Xəlifə bir az fikirləşdikdən sonra dedi: «Mən səni daha 

ağıllı bilir, daha kamallı hesab edirdim. Dediyin boyaya gəldik-

də bilməlisən ki, qürur, təkəbbür, fisq və fücur mayasıdır. Tü-

kün qaralığı zülmət, ağlığı nur əlamətidir. Yalnız nadan adam-



 

30 


lar nuru zülmətlə örtə bilər. 

 

31 



Q i t ə  

 

Ağ tükünü qara rəngə boyayarsa bir axmaq, 

Qocalıqda cavan olmaq xəyalına düşsə gər, 

Dövlət quşu şikarinə çıxan arif  yanında 

Ağ şahinə ola bilməz qara qarğa bərabər! 

 

O dediyin məcuna gəldikdə, bilməlisən, mən elə çox ye-



yən qarınqulu adamlardan deyiləm ki, ondan ləzzət alam. Bun-

dan əlavə, onun daha pis bir cəhəti var: gərək cırtbaşı elə yerə 

qaçasan ki, görməməli şeylər görəsən, eşitməməli səslər eşidə-

sən, xoşa gəlməyən  şeylər iyləyəsən. Ağıllı adamlar demişlər: 

«Aclıq məzacda olan elə bir xəstəlikdir ki, onun əlacı yemək və 

içməkdir. Axmaq o adamdır ki, özünü xəstəliyin ixtiyarına 

verib məzacını korlaya, sonra əziyyət çəkib, çətinliklə onun 

əlacını axtara». 

 

Q i t ə 

 

Xacə saxlar iştahını ancaq ona görə ki, 

Bəlkə iştah gücü ilə rəxnə tapsın məzacı. 

Sonra əlinə keçən hər çiyi, hər bişmişi 

Yeyər ki, bəlkə olsun o rəxnənin əlacı. 

 

Qadınlara qarşı  şövqi artıran dərmana gəldikdə, bilməli-



sən, bu, ağıldan uzaqdır, divanəlik və cünunluqdur; necə ola 

bilər ki, yer üzünün xəlifəsi bir qızcığaz qarşısında diz çöksün, 

ona yaltaqlıq etsin?! 

*** 

Hekayət. 

Kəsranın məclisində üç böyük alim söhbət edirdi: rum 

filosofu, hind həkimi və Büzürcmehr. Söz gəlib dünyada nəyin 

ən dözülməz  şey olduğu məsələsinə çatdı. Rumlu dedi: 

«Qocalıq, süstlük, yoxsulluq və əliboşluq»; hindli dedi: «Canın 



Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə