Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

32 


xəstəliyi və qəm-qüssənin çoxluğu»; Büzurcmehr dedi: «Ölümə 

yaxınlaşmaq və yaxşı əməldən uzaqlaşmaq». 

Hamı Büzürcmehrin sözü ilə razılaşdı... 

 

HİKMƏT. Bir alimdən soruşdular: «Adam nə vaxt yemə-



yə can atar?» Dedi: «Dövlətli acanda, kasıb tapanda»... 

*** 

HİKMƏT.  Bir alim öz oğluna deyirdi: «Səhər ağzına bir 

şey qoymamış evdən çıxma, çünki toxluq səbr və təmkin nişa-

nəsi, aclıq əsəbilik və qanıqaralıq əlamətidir». 

 

Q i t ə 

 

Oruc tutmaqla, xacə, gəl olma tündxasiyyət, 

Həlimliyin hüsnünü unutmamaq yaxşıdır. 

O oruc ki gətirir tündlük, süstlük, nasazlıq, 

O orucu tutmaqdan heç tutmamaq yaxşıdır. 

*** 

HİKMƏT. Süfrə sahibi dəstərxanın qırağında oturub özü-

nü onun ortasında görərsə, ciyərin qanını yemək onun çörəyini 

yeməkdən, ürəyinin qanını içmək onun qəndabını içməkdən 

yaxşıdır. 

 

Q i t ə  



 

Çörək mənim, süfrə mənim deyənin, 

Uzaq olun evindən, həyətindən. 

Bostandakı tərəvəzin xoş olar 

Onun təzə, əmlik quzu ətindən. 

*** 

HİKMƏT. Kimə beş  şey verilibsə, yaxşı yaşamağın 

cilovu da onun əlindədir: 

Birinci – möhkəm sağlamlıq, ikinci – daimi əmin-aman-

lıq, üçüncü – nemət, dördüncü – sədaqətli dost, beşinci – əbədi 

 

33 



rahatlıq. Kimi bunlardan məhrum ediblərsə, yaxşı yaşayış 

qapılarını da onun üzünə bağlayıblar. 




 

34 


Q i t ə  

 

Bütün dünya alimləri bu fikrə olmuş şərik, 

Xoş güzəran, bol həyatın yalnız beşcə şərti var: 

Əmn-amanlıq, can sağlığı, kafi maaş, bir də ki, 

Sədaqətli, səmimi dost, xoşxasiyyət gözəl yar. 

*** 

HİKMƏT. Ölümlə birlikdə zavala uğrayan neməti ağıllı 

adamlar nemət hesab etməmişlər. Ömür nə  qədər uzun olur 

olsun, elə ki, sona çatdı, o uzunluqdan nə fayda?! Nuh

1

 

Əleyhissəlam min il ömür sürmüşdür və indi də beş min ildir 



ki, ölmüşdür. 

O nemət qiymətlidir ki, əbədi olsun, zavalın pozucu əli 

ona çatmasın. 

 

Q i t ə  



 

Arif üçün nemət odur dünyada

Ömür boyu şən yaşaya bir insan. 

Qızıl-gümüş nemət deyil, sən ölsən, 

Fərqlənməz ki, onlar qəbir daşından. 

*** 

HİKMƏT. Büzürcmehrdən soruşdular: «Ən pakizə  şah 

kimdir?» Dedi: «Odur ki, təmiz adamlar ondan arxayın 

olsunlar, xainlər isə ondan qorxsunlar». 

 

B e y t  

 

Şah odur ki, başda ağıl, ürəyində hiss ola, 

                                                           

1

  Нущ – Мяшщур  яфсаняви  Нущ  нязярдя  тутулур.  Дини 



китаблар да «Нущун туфаны» бунун ады иля баьлыдыр. 

Яфсаняйя  эюря  йашы  беш  йцзя  чатдыгда  туфан  баш 

вермишдир. Йягин Ъами дя щямин яфсаняйя эюря Нущун 

500 ил щюкм сцрдцйцнц йазыр. 

 

35 


Yaxşılarla yaxşı ola, pislər ilə pis ola! 

*** 


 

36 


Hekayət. 

İskəndər öz məmurlarından birini böyük və  şərəfli bir 

işdən götürüb, kiçik və hörmətsiz bir vəzifəyə qoydu. Bir gün 

İskəndər o adama rast gəldi və soruşdu: «İşlər necə gedir

vəzifəndən razısanmı?» Cavab verdi: «Şahın ömrü uzun olsun, 

adamı  vəzifə böyüdüb şərəfli edə bilməz, bəlkə adamına görə 

vəzifə böyük və  şərəfli hesab edilər. Deməli, nə  vəzifə olur 

olsun, orda xoşxasiyyətlilik, ədalət və insaf olmalıdır». 

Bu söz İskəndərin xoşuna gəldi, onun əvvəlki vəzifəsini 

özünə qaytardı. 

 

Q i t ə  

 

Sənə böyük mənsəb, məqam gərəksə, 



Çalış elmə, fəzilətə çatasan. 

Heç bir insan mənsəb ilə yüksəlməz

Mənsəbi yüksəldən insandır, insan. 

 

HİKMƏT. Üç iş üç cür adama yaraşmaz: şahlara xəbislik, 



alimlərə varlanmaq üçün hərislik, dövlətlilərə xəsislik. 

 

Q i t ə 



 

Üç şey eybdir üç kəsdə: 

Hökmdarda – xəbislik, 

Alimdə – tamahkarlıq, 

Dövlətlidə – xəsislik. 

 

*** 

HİKMƏT. Ağıllı adamlar deyiblər ki, dünya ədalətlə 

abad, zülmlə bərbad olar. Ədalət sarayı min fərsəng

1

 məsafəyə 



işıq saçar, zülm evi min fərsəng sahəyə qaranlıq yayar. 

                                                           

1

  Фярсянэ – Мясафя  ващиди,  тягрибян 6 –7 км-я 



бярабярдир. 

 

37 



 


 

38 


Q i t ə  

 

Çalış ədalətə ki, sübh tək tülu etsin

Cahana nur yayılsın onun şüasından. 

Ədaləti buraxıb zülmə adət etsən əgər, 

Qaranlığa bürünər, dəhr olar qara zindan. 

*** 

Hekayət. 

Bir qeyrətli dərviş bir qüdrətli  şahla dostluq edir və tez-

tez onun görüşünə gedirdi. Bir gün şahdan özünə qarşı bir 

soyuqluq hiss etdi, ha fikirləşdi, tez-tez görüş  və çox-çox 

söhbətdən başqa bir səbəb tapmadı. Gediş-gəliş ayağını  kəsdi, 

söz-söhbət büsatını yığdı. 

Bir gün şah həmin dərvişə rast gəldi, dayandırıb dedi: 

«Ey dərviş! Səbəb nədir ki, bizdən qaçırsan, söhbətə gəlmirsən

qapı açmırsan?!» 

Dərviş dedi: «Səbəbi odur, bilirəm ki, «nə üçün 

gəlmirsən» sualı «nə üçün gəlirsən» sorğusundan yaxşıdır». 

 

Q i t ə  

 

Bir dövlətli bir dərvişə dedi ki: 

«Bəs çoxdandır neçin bizə gəlmirsən?!» 

Cavab verdi: «Belə deməyin xoşdur 

Hiddət ilə «neçin gəldin» deməkdən». 

 

39 



ÜÇÜNCÜ RÖVZƏ (BAĞ) 

 

HİKMƏT. Şahların varlığı insaf və ədalət üçündür, cəlal 

və əzəmət üçün deyildir... 

 

Hekayət. 

Tarixdə yazılmışdır ki, dünyanın hakimiyyəti beş min il 

mağların və atəşpərəstlərin əlində olmuşdur. Səltənət ona görə 

bu xanədanın  əlində bu qədər çox qalmışdır ki, onlar rəiyyətə 

zülm etməmiş, onlarla ədalətlə rəftar etmişlər... 

 

Q i t ə  

 

Ədalətlə insaf gərəkdir şaha, 

Fərq eləməz kafir olsun, ya dindar. 

Mömin olan zalim şahdan yaxşıdır 

Adil olan dinsiz, kafir hökmdar! 

*** 

HİKMƏT. Padşahın yaxın adamı bilikli həkim

1

 olmalı, 



zarafatcıl nədim

2

 olmamalıdır; çünki birincisindən kamal



ikincisindən zaval artar. 

 

Q i t ə  

 

Alimlərin hər mənalı sözü gövhər kimidir, 



Xoş ona ki, mücrü etmiş sinəsin bu gövhərə 

Ariflərin ürəkləri hikmət xəzinəsidir,  

Yaxşı saxla, qoyma getsin xəzinə uzaq yerə. 

                                                           

1

  Щяким – Классик  Шярг  ядябиййатында  философ, 



щикмят сащиби, алим мянасындз ишлядилир. 

2

  Нядим – Гядимдя,  шащ  сарайларында  хцсуси  вязифя 



сащибиня  дейярдиляр.  Нядимляр  шащын  ян  йахын 

адамлары 

щесаб 

едиляр, 


онун 

мящряманя 

сющбятляриндя,  ейш-ишрят  мяълисляриндя  иштирак 

едярдиляр. 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə