Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

44 


Həccac

1

 ovlaqda öz ordusundan ayrı düşdü, bir təpə 



üstünə  gəlib gördü ki, bir ərəb öz çuxasını  həşəratdan 

təmizləyir, dəvələri onun yan-yörəsində otlayır. Dəvələr 

Həccacı gördükdə hürkdülər. Ərəb başını qaldırıb qəzəblə dedi: 

«Bu biyabanda belə göz qamaşdıran paltarla gəzən kimsə, allah 

ona lənət eləsin». 

Həccac heç nə deməyib irəli gəldi və dedi: «Salam olsun 

sənə, ey ərəb». 

Ərəb dedi: «Sənə nə salam olsun, nə savab». 

Həccac su istədi.  Ərəb dedi: «Aşağı en, zəhmət və 

əziyyətlə özün iç. Mən nə sənin dostun, nə də nökərinəm». 

Həccac aşağı enib su içdi, sonra ərəbə dedi: «Ey ərəb, 

adamların ən yaxşısı kimdir?» 

Ərəb dedi: «Səndən iraq, peyğəmbər Ə. S.»

2



Əbutalib oğlu  Əli haqqında soruşdu. Dedi: «Əzəmət və 

alicənablığının tərifi ağıza sığışmır». Sonra dedi: «Əbdülməlik 

ibn Mərvan

3

 haqqında nə deyə bilərsən?». 



Ərəb cavab vermədi. 

Həccac dedi: «Ey ərəb, mənə cavab ver». Ərəb dedi: «Pis 

adamdır». Soruşdu: «Nə üçün?» Dedi: «Elə bir iş tutub ki, 

məşriqdən məğribə  qədər xalq cana doymuşdur». Dedi: «O 

hansı işdir?» dedi: «Bu murdar və qəddar Həccacı müsəlmanla-

ra əmir təyin etmişdir». 

Həccac heç nə demədi. 

Birdən bir quş uçub civildədi. Ərəb üzünü Həccaca tutub 

                                                           

1

  Щяъъаъ – Щяъъаъ  ибн  Йусиф  ялсягяфи.  Ямяви 



хялифяляринин  ян  мяшщуру  вя  ян  гяддары  щесаб 

едилир. 20 ил  щакимиййят

 

башында  олмуш  вя 120 



миндян

 

чох адам едам етдирмишдир (661–715). 



2

 Я. С. – Ялейщиссялам. 

3

  Ябдцлмялик  Ибн  Мярван – Ямявилярин  бешинъи 



хялифясидир, 644/45–705/6-ъы  иллярдя  йашамыш, 21 

иля йахын хялифялик етмиш, чох залым олмуш, юзцндян 

даща  гяддар  олан  Йусиф  оьлу  Щяъъаъын  щакимиййят 

башына кечмясиня имкан йаратмышдыр.  

 

45 


soruşdu: «A kişi, sən kimsən?» Dedi: «Bu nə sorğu-sualdır?». 

Ərəb dedi: «Bu quş  mənə  xəbər verdi ki, bura bir qoşun 

yaxınlaşır və onun əmiri sənsən». 

Bu sözləri deməkdə idi ki, Həccacın qoşunu gəlib çatdı. 

Ona baş əydilər. Ərəb bunu gördükdə rəngi qaçdı. 

Həccac  əmr etdi ərəbi də özləri ilə aparsınlar. Sabahısı 

gün səhər süfrə saldırdı. Camaat yığıldıqda, Həccac həmin 

ərəbi də çağırdı.  Ərəb içəri girib dedi: «Ey əmir, sənə salam 

olsun». Həccac dedi: «Mən sən deyən kimi deməyəcəyəm. 

Sənə  də salam olsun». Sonra dedi: «Yemək istəyirsənmi?» 

Dedi: «Taam sizinkidir, icazə versəniz yeyərəm». Dedi: «İcazə 

verirəm». 

Ərəb  əlini uzadıb yeməyə başlarkən dedi: «Bismillah, 

inşallah, taamdan sonra da nə olsa, xeyir olacaqdır». 

Həccac dedi: «Heç bilirsənmi ki, dünən mənim başıma nə 

gəlib?»  Ərəb dedi: «Allah xatirinə, dünən səninlə  mənim 

aramda olan sirri bu gün açma». Sonra Həccac dedi: «Onda 

gərək iki şeydən birini qəbul edəsən: ya mənim yanımda qal, 

səni yaxın adamlarımdan biri edim, ya səni  Əbdülməlik ibn 

Mərvanın yanına göndərim, onun haqqında dediklərini də ona 

xəbər verim». Ərəb dedi: «Başqa bir iş də eləmək olar». Dedi 

«O hansıdır?» Dedi: «Odur ki, qoyasan, mən sağ-salamat öz 

vətənimə qayıdam, nə mən sənin zünü görəm, nə sən mənim». 

Həccac güldü, dedi ona min dirhəm verib vətəninə yola 

salsınlar. 

 

Q i t ə 



 

Arif  gərək xoş bir söz söyləməklə 

Zalimləri adil etsin hər zaman. 

Səxavətli ehsandan əl çəkibsə, 

Öz yoluna qaytarsın onu haman! 

 

*** 




 

46 


Hekayət. 

Yəzdgörd


1

  oğlu Bəhramı

2

 öz hərəmxanasının namünasib 



bir yerində gördü, ona əmr etdi: «Xaricə çıx, hacibə

3

 otuz şallaq 



vur, onu hərəmxanadan qov, yerinə filankəsi qoy». Bəhram, 

atası necə buyurmuşdusa, elə də etdi, lakin on üç yaşlı bir uşaq 

olduğundan, atasının nə üçün hacibə  qəzəbi tutduğunu başa 

düşmədi. 

Sonra, bir gün Bəhram yenə  də  hərəmxanaya gəlib içəri 

girmək istərkən ikinci hacib əlini onun sinəsinə qoyub geri 

qaytardı. Dedi: «Bundan sonra səni buralarda görsəm, otuz 

şallaq əvvəlki hacibə xəyanət etdiyin üçün, otuz şallaq da mənə 

xəyanət etmək istədiyin üçün vuraram». 

Bu xəbər Yəzdgördə çatdı. İkinci hacibi çağırıb təriflədi, 

hədiyyə verib, xələt bağışladı və vəzifəsini artırdı. 

 

Q i t ə  



 

Şahı elə qorumaq lazımdır ki, heç zaman

Astanadan keçməsin nə qul, nə də ki, azad. 

Dövlət sirri kimidir hərəm, gərək oraya 

Yel də əsə bilməsin, quş da salmasın qanad. 

 

*** 



Hekayət. 

Hörmüz ibn Şapurun

4

  vəziri ona məktub yazdı ki, dərya 



sövdəgərləri çoxlu cavahir gətirmişlər, onları yüz min dinara 

                                                           

1

 Йяздэцрд – Сасаниляр сцлалясинин сон щюкмдары III 



Йяздэцрд нязярдя тутулур. (632–653). 

2

  Бящрам – Сасани  шащларындан  Бящрам-Эур  нязярдя 



тутулур. (421–438/9). 

3

  Щаъиб – Сарай  хидмятчиси,  щярямхана  бахыъысы, 



пярдядар. 

4

  Шащпур,  Шапур – Цмумиййятля  шащ  оьлу.  Иранда  бир 



нечя  шащын  ады  олмушдур.  Ян  мяшщуру  Ярдяшир 

Бабяканын оьлу Ы Шапурдур. 

 

47 


şah üçün almışam. İndi eşidirəm ki, şah onları istəmir, əgər bu 

doğrudursa, filan tacir yüz min dinar qazancına istəyir. Hörmüz 

cavabında yazdı ki, yüz min və yüz-yüz min dinar olsa belə, 

yenə də lazım deyil. Biz sövdəgərliklə məşğul olsaq, bəs şahlığı 

kim edəcəkdir və ya tacirlər nə ilə məşğul olacaqdır? 

 

Q i t ə 



 

Sultanların şəninə belə işlər yaraşmaz, 

Dövlət yığmaq qəsdilə tacir olsun hökmdar. 

Şah edərsə alveri özünə sənət, peşə, 

Bəs sövdəgər, tacirlər nə ilə məşğul olar?! 

*** 

Hekayət. 

Əmirəlmöminin Ömər

1

... öz xəlifəliyi dövründə Mədinə-



yi-Münəvvərə

2

  şəhərində bir divarə suvaq çəkirdi. Bir yəhudi 



yaxınlaşıb  şikayət etdi ki, Bəsrə

3

 hakimi məndən yüz min 



dinarlıq mal alıb, indi pulunu vermir, get-gələ salır. Ömər dedi: 

«Kağızın varmı?» Dedi: «Yox». Ömər yerdən bir saxsı götürüb 

üstünə yazdı: «Səndən  şikayət edən çox, razı qalan isə heç 

yoxdur. Ya zülmdən  əl çək, ya hakimiyyətdən!» Axırda yazdı 

ki, «Ömər Xəttab oğlu». Nə möhür vurdu, nə imza atdı. Lakin 

onun zəhmi adamları elə basmışdı ki, o saxsını Bəsrə hakiminə 

verdikdə, atdan düşüb yeri öpdü, dərhal yəhudinin pulunu 

verdi. Yəhudi heç atdan da düşmədi. 

                                                           

1

  Юмяр–  Юмяр    ибн  Хяттаб, 634–644-ъц  иллярдя 



хялифялик етмиш вя хялафяти хейли эенишляндирмишдир 

(580–644). 

2

  Мядиняйи-Мцняввяра – Мядиня  шящяринин  адыдыр. 



Шяргдя,  хцсусиля  дини  ядябиййатда,  мцгяддяс  щесаб 

едилян 


шящярлярин 

адлары 


бу 

«мцгяддяслийи» 

билдирмяк  цчцн  ъцт  дейилир.  Мясялян  Мяккяйи-

Мцяззямя, 

Мяшщяди-Мцгяддяс, 

Бейтялмцгяддяс, 

Кярбялайи-Мцялла вя с. 

3

 Бясря – Ирагда шящяр адыдыр. 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə