Sual 13. HƏ CML HƏ NDƏ S FORMALI C S MLƏ RIN
NATURADAN RƏ SM
Dəqiq yоnulmuş, kürəvari slindrik və kоnusvari səthdən ibarət gеniş tətbiq
о
lunan həndəsi fiqurlar – kub, parvmida, kоnus təsviri incəsənətin öyrənilməsinə
xidmət еdir. Ən sadə həndəsi fiqur 6 bərabər tərəfi оlan kubdur.
Təsvir zamanı kubun həcmi çəkənə nisbətən еlə yеrləşməlidr ki, hоrizоnt
xəttindən aşağı оlsun. Rəsm çəkənlə əşya arasında ən yaxşı məsafə mоdеli yaxşı
görməyə imkan vеrməli və əşyanın üç qat ölçüsünü təşkil еtməlidir. Rəsm təsvirin
kağız üzərində güzgün yеrləşdirilməsi digər sözlə dеsək kоmpоnоvka ilə başlanır.
Bunun üçün rəsm çəkən, tam təsvirin kağızın ölçülərinə оlan prоpоrsiоnal nisbətlərini
tapmalı, üç ölçülü naturada kubun ümumi siluеtini dərhal görünməli və kağızda оnun
cizgilərini asanlıqla göstərə bilməlidir. Əvvəlcə kubun aşağı hissəsinin iki tilini dəqiq
müəyyən еtmək üçün siluеtin bucaqlarına tоxunan yüngül hоrizоntal xətt çəkilir.
Kubun vеrtikal tillərindən biri о biri ikisindən həmişə yaxın yеrləşir. Kubun
fоrmasının qurulması siluеt çərçivəsində yaxın til kimi qəbul еdilən sərbəst vеrtikal
xəttin çəkilişi ilə başlayır. Sоnra tilin yüxarı və aşağı nöqtələrini müəyyən еdirlər.
Uzadılmış əldə tutulan karandaşın köməyi ilə asanlıqla dəqiqləşdirilməsi
mümkün оlan üfüq xəttini xəyalən siluеtin aşağı sərhəddinin davamı kimi təsəvvür
е
dirik. Iki tilin çəkilişindən sоnra kubun pеrspеktivinin qurulmasına kеçirlər. Həndəsi
cisimlərin kоnstruktiv fоrmalarının qurulmasında gözlə görünməyən cizgilərin
görülməsi vacibdir. Bu cizgilərin mövcud оlmamağı rəsm çəkənin düzgün təsvir əldə
е
tməsində çətinliklər yaradır. Buna görə də, həcmli – fəza əşalarının qurulması
zamanı оnun ümumi kоnstruktiv fоrmasını əmələ gətirən bütün еlеmеntlərin şəffaf
təsvirini vеrirlər. Kubun görünməyən şaquli tili aşağı hissənin xəyalən birləşmə
nöqtələri istiqamətində kəsişən iki xəttin qurulması sayəsində tapılır. Bеlə üsulla
həmin xəyalən birləşmə nöqtələrini istifadə еdərək həndəsi cismin yuxarı tərəfləri
qurulur. Həcm – məkan fоrmasının qurulması ilə еyni vaxtda işıq- kölgədə qismən
qеyd еdilir. Fоrmanın işıq – kölgə mоdеlləşdirilməsi prоssеsi zamanı rəsm daima
natura ilə müqaisə еdilir. Təsvir üzərində işi yеkunlaşdırarkən tünd yеrləri
zəiflədərək, işıqlı yеrləri yumşaldaraq tam təsviri ümumiləşdirirlər.
Sual 14. MƏ ŞƏ T ƏŞ YALARININ NATURADAN RƏ SM
Rəssam portret, peyzaj, natürmort şəklini çəkməzdən əvvəl təsvir etmənin
ə
sas qanunlarını öyrənməlidir.
Rəsmə başlamazdan əvvəl məişət əşyasının daha münasib görünüş nöqtəsini
aydınlaşdırmaq, onun kağız üzərindəki yerini dəqiqləşdirmək, yerləşəcəyi məkanı
ehmallı cizgilərlə müəyyənləşdirmək lazımdır. Bu halda təsvir nisbətdə
götürülməlidir. Rəsmi sonradan pozulması asan olan yüngül, çətinliklə sezilən
cizgilzələ başlamaq lazımdır. stənilən an bu və ya digər həndəsi cismə cevirmək
mümkün olsun deyə əvvəl məişət əşyasının ümumi həcm formasını çizmək
məsləhətdir. Misal üçün səhəng forması isə silindrə və kürəyə, yaxud silindrə və
konus kəsiyinə uyğundur.
Rəsmi belə ümumiləşdirilmiş formada başlamaqla, əşyanın həcm və
perspektivini qurmaq mümkündür.
Əş
yanın nisbətini düzgün vermək üçün onun bir hissəsini digəri ilə müqaisə
etmək lazımdır. Məsələn, səhəngi çəkərkən onun bünövrəsi eni ilə, boğazının eni isə
qulpunun uzunluğu ilə və s. müqaisə edilməlidir. Əşyanın ümumiləşmiş formasını
qeyd etdikdən sonra onun işıqlanma dərəcəsi və konkret hissəsinin işıqlı - kölgəli
tərəfləri göstərilməlidir.
ş
ıq və kölgə rəsmin ifadəliyi üçün əsas vasitədir. Rəsmdə təsvir edilən
əş
yalar işıq - kölgə, yanmton, işıq ləkəsi və refleksi vasitəsi ilə fərqləndirilir. şıq və
yarımton işıq şüalanın müxtəlif bucaqlar altında qəbul edən səthə malikdirlər.
Əş
yanın o yerləri kölgəli olur ki, ora işığın şüaiarı qətiyyən düşmür. Belə təsəvür
yaranar ki, onlar tamamilə qara olmalıdır, lakin bu cür deyil, çünki onlarm üzərinə
əş
yalardan qayıdan, refleks adlanan işıq fonu düşür.
Rəsmdə işıq və kölgə perspektivlə yanaşı, məişət əşyasının həcm formasını
ifadə etməkdə də əsas vasitədir. Rəsmin ifadəliyi üzərində daim düşünmək lazımdır.
Rəsmin çəkilməsində keyfıyyətli material başlıca əhəmiyyətə malikdir və onun
seçilməsinə daim ehtiyyat və məhəbbətlə yanaşmaq gərəkdir. Rəssam iş prosesində
ə
sası qeyri əsasdan seçmək, ayırmaq, müşahidəçiliyi artırmaq, əşyanın əsas formasını
müəyyən etmək adətini qazanmalıdır.
Sual 15. NATÜRMORTUN Ş LƏ NMƏ S N N
I – II MƏ RHƏ LƏ LƏ R
Natürmort təsviri sənətin ən maraqlı janrıdır. Elə bir rəssam yoxdur ki, öz
yaradıcılığında ondan yan keçsin. Natürmortun tanmmış nümayəndələri XVII əsr
Hollandiya Flamandiya rəssamları olublar. Azərbaycan rəssamlarından S.Salamzadə,
T.Tağıyev, T.Salahov, T.Nərimanbəy natürmort sahəsində işləyib. Natürmort yalnız
təsviri sənətin müstəqil bir janrı kimi mövcud deyil, o yeni yaradıcılığa başlayan
rəssamlar üçün böyük təlım mənası da daşıyır. Durğun əşyalar ("natürmort" fransız
sözüdür
tərcümədə "cansız natura" deməkdir) rəssamlara uzun müddət natura
üzərində işləməyə, tələsmədən hər bir əşyanın xüsusiyyətini öyrənmək və onların
həcm formalarını işıq kölgə vasitələri ilə düzgün verməyə imkan yaradır. Əşyaları öz
aralarında quraşırmaq bacarığı və natürmort tərtib etmək mürəkkəb işdir və müəyyən
vərdiş tələb edir. Natürmortu elə tərtib etmək lazımd ki, bir əşya digərlərinin qabağını
tutmasın, lakin onları bir-birindən çox da aralı yerləşdirmək lazım deyil. Hər bir
natürmort kompozision mərkəzə malikdir. O adətən ölçüsünə görə iri yaxud hündür
əş
ya olur.
ş
in metodik ardıcıllığı aşağıdakı cür olmalıdır: Işin birinci mərhələsi:
natürmortun əvvəlcədən təhlili və vərəq iizərində onun kompozision
yerləşdirilməsinin axtarışı; Natürmorta müxtəlif nöqtələrdən baxın və onu haradan
rəsm edəcəyiniz yeri tapın. Natürmortu vərəqədə şaquli, ya da üfüqi yerləşdirmək
barədə düşünün. Bunu aydınlaşdırmaq üçün natürmortu hansı fıqura əlavə etməyin
mümkün olduğunu təsəvvür etmək vacibdir. Bizim misalda əşyalar qrupu uzun əsası
olan üçbucağa əlavə edilir. Odur ki, rəsm üçün üfıiqi formatlı kağız götümək daha
məsləhətdir. Bundan sonra natürmortun vərəq üzərində tərtib edılməsinə keçin. kinci
mərhələ: əşyaların forma xüsusiyyətlərinin aşkarlanması və onların əsas
uyğunluqlarının tapılması; Natürmortun ümumi yerləşməsini qeyd edib, karandaşın
ehmallı toxunması ilə məkanda ayrıca əşyaların yerləşməsini cızın. Əvvəl ayrı-ayrı
əş
yaların forma və ölçülərini çox ümumiləşmiş tərzdə cızın ki, səhv olarsa, asanlıqla
düzəltmək mümkün olsun. Məkanda əşyalara yerləşməsini müəyyənləşdirib, onların
hər birinin forma xüsusiyyətm müəyyənləşdirin. Bundan sonra hər bir əşyanın
hissələri arasındakı nisbəti müəyyən edin və əşyaların konstruktiv quruluşuna keçin.
Dostları ilə paylaş: |