Microsoft Word cbar 2015 fs 25. 04. 16 aze approved for issuance docx



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix17.09.2018
ölçüsü1,23 Mb.
#68738
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

34 


23

 

İnzibati və sair əməliyyat xərcləri 

Min Azərbaycan Manatı ilə 

2015  

2014

 

   



İşçilər üzrə xərclər 

    16,059    

 14,826 

Tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri 

     9,218   

 7,782 


Proqram təminatı və sair qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri 

     4,626    

 2,939 

Əskinas və sikkələrin istehsalı və nəqli üzrə xərclər 



     3,842    

 9,762 


Regional tikinti və sosial xərclər 

     2,760   

 9,775

Maliyyə Monitorinqi Xidmətinin maliyyələşdirilməsi üzrə xərclər 



     2,395    

 1,543 


Proqram təminatı və serverlərin dəstəklənməsi xərcləri 

     2,380    

 1,958

Mühafizə xidmətləri 



     1,344    

 1,358 


Tikili və avadanlıqların təmir və saxlanma xərcləri 862 

 

2,125



Ofis təchizatı 

        528    

 349 

Rabitə xidmətləri 



        468    

447


Sığorta xidmətləri 

        397    

 213 

Enerji və qızdırıcı sistemlər üzrə xərclər 



        380    

 345 


Hüquq və məsləhət xidmətləri 

        346    

 82 

İcarə haqqı 



        268    

 259 


Ezamiyyə xərcləri 

        156    

 143 

Mətbəə xərcləri 



        139    

 114 


Nümayəndəlik və beynəlxalq tədbirlər üzrə xərclər 

          43    

 242 

Kommunal xidmətlər 



          40    

 41 


Sair xərclər 679 

 

661



Cəmi inzibati və sair əməliyyat xərcləri 

46,930   

 54,964 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

35 


24

 

Risklərin idarə edilməsi 

İdarə Heyətinin 5 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 

Mərkəzi Bankının  əməliyyat risklərinin idarə edilməsi üzrə  Çərçivə  Sənədi”nə  əsasən, Bankın 

üzləşdiyi risklər aşağıdakı dörd kateqoriya üzrə qruplaşdırılmışdır:  



Strateji (siyasət) risklər – pul siyasəti, maliyyə sabitliyi, bank nəzarəti və mandatdan irəli gələn 

digər strateji məsələlərlə əlaqəli risklərdir.  Strateji (siyasət) risklərin idarə edilməsi Bankın İdarə 

Heyəti, Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi, eləcə  də aidiyyəti struktur bölmələr (Pul 

siyasəti, Kredit təşkilatlarının fəaliyyətinə  nəzarət, Prudensial siyasət və metodologiya, Bazar 

əməliyyatları, Strateji idarəetmə və s. departamentlər) tərəfindən həyata keçirilir. 

 

Maliyyə riskləri – Bankın valyuta ehtiyatlarının idarə edilməsi üzrə kredit, bazar və likvidlik 

risklərini əhatə edir. Maliyyə risklərinin idarə edilməsi Bankın İdarə Heyəti, İnvestisiya Komitəsi

Bazar əməliyyatları departamenti tərəfindən müvafiq qayda və prosedurlara uyğun olaraq həyata 

keçirilir. Bazar şəraitindəki dəyişikliklər və risklərin idarə olunması sahəsində qabaqcıl təcrübə 

nəzərə alınaraq, risklərin idarə edilməsi siyasəti və prosedurları müntəzəm olaraq nəzərdən keçirilir. 

Əməliyyat riskləri – Bankın struktur bölmələrinin  əməkdaşlarının və Bankda həyata keçirilən 

layihələrin heyət üzvlərinin məqsədyönlü və ya ehtiyatsız davranışı, daxili proseslərin adekvat 

olmaması, Bankda istismarda olan texniki avadanlıqlarda, habelə informasiya sisteminin proqram 

və texniki platformalarında çatışmazlıqların mövcudluğu, eləcə də kənar hadisələrin baş verməsi 

nəticəsində yaranan risklərdir.  Əməliyyat risklərinin idarə edilməsi Bazel Komitəsinin müvafiq 

prinsiplərinə uyğun olaraq, müdafiənin 3 xətti modeli əsasında həyata keçirilir. Sözügedən modelə 

əsasən müdafiənin birinci xəttini Bankın bütün struktur bölmələri, ikinci xəttini Risklərin idarə 

edilməsi departamenti və üçüncü xəttini Daxili audit departamenti təşkil edir. 

Risklərin idarə edilməsi departamentinin funksiyalarına Bankın Əməliyyat risklərinin idarəedilməsi 

sistemi üzrə («ƏRİE») siyasət və metodoloji sənədlərinin və müvafiq dəstəkləyici sistemlərin 

hazırlanması, təkmilləşdirilməsi, kommunikasiyası  və  təlimi, Bankda ƏRİE prosesinin 

koordinasiyası, fasilitasiyası, monitorinqi və hesabatlığı, habelə Bank üzrə icmal əməliyyat risk 

profilinin hazırlanması daxildir.   

Reputasiya riskləri – Bankın yüksək vəzifəli  şəxslərinin (İdarə Heyətinin üzvləri və Baş 

direktorlar) şəxsi həyatı, davranışı və kommunikasiyası məsələlərindən irəli gələn, habelə Bankın 

məqsədləri və  fəaliyyəti ilə ictimai rəy arasındakı uyğunsuzluqlardan yaranan risklərdir. Strateji 

(siyasət), maliyyə,  əməliyyat risklərinin qeyri-effektiv idarə olunması  nəticəsində yaranan 

reputasiya zərərləri reputasiya riskləri hesab edilmir. Həmin zərərlər müvafiq olaraq, strateji 

(siyasət), maliyyə və əməliyyat risklərinin idarə edilməsi fəaliyyəti çərçivəsində mümkün risk təsir 

kateqoriyalarından biri qismində  nəzərdən keçirilir. Bankın reputasiya riskləri İdarə Heyəti, Baş 

direktorlar və Kommunikasiya departamenti tərəfindən idarə edilir.  



Maliyyə risklərinin idarə edilməsi siyasətləri və prosedurları 

Maliyyə risklərinin idarə edilməsi siyasəti Bankın qarşılaşdığı maliyyə risklərinin 

müəyyənləşdirilməsinə, idarə edilməsinə, müvafiq risk limitlərinin və  nəzarət mexanizmlərinin 

yaradılmasına, eləcə  də risk səviyyələrinin və limitlərin yerinə yetirilməsinin mütəmadi  əsasda 

monitorinqinin təmin olunmasına yönəldilir. 

İdarə Heyəti 

Risklərin idarə edilməsi sisteminə  nəzarətə görə ümumi məsuliyyəti  İdarə Heyəti daşıyır. O, 

risklərin idarə olunmasında ümumi yanaşmanı müəyyənləşdirir, risk tolerantlığı  səviyyələri və 

risklərin idarə edilməsinin əsas prinsiplərinin qəbul edilməsi funksiyalarını həyata keçirir.  




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə