Microsoft Word cbar 2015 fs 25. 04. 16 aze approved for issuance docx



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix17.09.2018
ölçüsü1,23 Mb.
#68738
1   2   3   4   5   6   7   8   9   ...   24

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 



1 Giriş, davamı 

Bank pul, valyuta və bank nəzarəti sahələrində əməkdaşlıq məqsədi daşıyan beynəlxalq və regional 

təşkilatların kapitallarında və  fəaliyyətlərində qanunvericilikdə müəyyən edilmiş qaydada iştirak 

edə bilər. 

31 dekabr 2015-ci il tarixində Bankın  İdarə Heyəti (“İdarə Heyəti”) aşağıdakı üzvlərdən ibarət 

olmuşdur: 

Adı

Vəzifəsi 

Cənab Elman Rüstəmov  

Sədr 

Cənab Alim Quliyev 



Sədrin birinci müavini 

Cənab Aftandil Babayev 

Sədr müavini 

Cənab Vadim Xubanov 

Sədr müavini 

Cənab Xəqani Abdullayev 

Sədr müavini 

Bankın mərkəzi aparatı bu ünvanda yerləşir: Rəşid Behbudov küçəsi 32, Bakı  ş, AZ1014, 

Azərbaycan. Bankın Azərbaycan Respublikasında altı ərazi idarəsi fəaliyyət göstərmişdir (2014: 6). 

31 dekabr 2015-ci il  tarixinə Bankın 646 işçisi olmuşdur (2014: 607). 



Əməliyyatvə təqdimat valyutası 

Bankın əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatıdır 

(“AZN”) və maliyyə hesabatlarındakı məbləğlər başqa valyuta göstərilmədiyi halda, min manata 

qədər yuvarlaqlaşdırılaraq AZN-də əks olunmuşdur. 



Bankın əməliyyat mühiti 

2015-ci ildə Mərkəzi Bank qlobal iqtisadiyyatda, o cümlədən dünya enerji bazarlarında və tərəfdaş 

ölkələrdə baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin güclənməsi şəraitində 

fəaliyyət göstərmişdir.  

2015-ci il qlobal iqtisadi artımın zəifləməsi, dünya əmtəə qiymətlərinin kəskin ucuzlaşması, bir sıra 

ölkələrdə valyuta ehtiyatlarının azalması və məzənnələrin qeyri-sabitliyi ilə xarakterik olmuşdur. 

Neftin dünya qiyməti son onilliyin ən aşağı səviyyəsinə enmişdir.  

Uzunmüddətli xarakter daşıyan xarici şokların güclənməsi milli iqtisadiyyatın dayanıqlığının 

möhkəmləndirilməsi çağırışlarını daha da aktuallaşmışdır.  

Yüksək neft qiymətləri dövründə valyuta bazarında yaranmış balansın dəyişməsi və  tərəfdaş 

ölkələrdə baş verən silsilə devalvasiyalar məzənnə siyasətinə  və  məzənnə rejiminə yenidən 

baxılması  zərurətini yaratmışdır. Məzənnə siyasəti və  məzənnə rejimi üzrə  tədiyə balansının 

tarazlaşdırılmasına, ölkənin strateji valyuta ehtiyatlarının qorunmasına və milli iqtisadiyyatın 

rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edən qərarlar qəbul olunmuşdur. 

2015-ci ildə pul siyasətinə dair qərarlar inflyasiyanın gözlənilən dinamikası nəzərə alınmaqla qəbul 

olunmuşdur. Müxtəlif amillərin təsiri ilə hesabat ilində inflyasiya birrəqəmli səviyyədə qalmış və 

ticarət tərəfdaşı ölkələri üzrə orta inflyasiyadan aşağı olmuşdur.  

Ümumilikdə, ölkədə mövcud olan güclü iqtisadi potensial əlverişsiz beynəlxalq iqtisadi 

konyunkturun neqativ təsirlərini minimuma endirməyə imkan vermiş  və stabil inkişaf kursu 

saxlanmışdır.  




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

10 


1 Giriş, davamı 

Qeyd olunanlarla yanaşı, dünya iqtisadiyyatında baş verən proseslər nəticəsində Azərbaycanda 

həyata keçirilən pul siyasəti və bank əməliyyatları bir sıra risklərə  məruz qala bilər. Hazırda 

makroiqtisadi sabitliyin qorunmasında Bankın rolunu təmin etmək üçün müvafiq tədbirlər 

görülməkdədir. Lakin, fəaliyyət mühitinin (o cümlədən qlobal mühitin) kəskin dəyişilməsi Bankın 

maliyyə  vəziyyətinə  və  fəaliyyətinin nəticələrinə hazırda dəqiq ölçülə bilinməyən kəmiyyətdə 

təsirlər göstərə bilər. 

 

2



 

Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları 

Qiymətləndirmə əsasları 

Bu maliyyə hesabatları satış üçün nəzərdə tutulan maliyyə aktivləri, investisiya mülkiyyəti və  

ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə alətləri istisna olmaqla ilkin 

dəyər prinsipi əsasında hazırlanmışdır. Satış üçün nəzərdə tutulan maliyyə aktivləri və  ədalətli 

dəyərinin dəyişməsi mənfəət və ya zərərdə  əks olunan maliyyə alətləri Bank tərəfindən  ədalətli 

dəyər prinsipi əsasında tanınır. 



Ehtimalların və mülahizələrin tətbiqi 

Rəhbərlik, MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanmasında mühasibat siyasətlərini tətbiq 

etməklə yanaşı aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir göstərən mülahizə, 

ehtimal və fərziyyələrdən istifadə edir.  

Ehtimal və mülahizələr mütəmadi olaraq nəzərdən keçirilir və mühasibat təxminlərində 

dəyişikliklər həmin dəyişikliklər edildiyi dövrdə və təsir göstərdikləri hər hansı gələcək dövrlərdə 

əks olunur. 

Ehtimallarda və mühasibat siyasətlərinin tətbiq edilməsində vacib mühakimələr haqqında 

məlumatlar aşağıdakı qeydlərdə əks olunur: 

  kreditlərin dəyərdən düşməsi üzrə ehtimallar – qeyd  9; 

  maliyyə alətlərinin ədalətli dəyərləri üzrə ehtimallar – qeyd  29. 

 

 

 



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

11 


3

 

Əsas uçot siyasətləri 

Aşağıdakı uçot siyasətləri hazırkı maliyyə hesabatlarında əks olunmuş bütün dövrlərə ardıcıl olaraq 

tətbiq olunur. 

Xarici valyuta 

Xarici valyuta ilə  həyata keçirilən  əməliyyatlar  əvvəlcə  əməliyyat tarixində  rəsmi valyuta 

məzənnəsi ilə əməliyyat valyutaya çevrilir. Xarici valyutada olan monetar aktivlər və öhdəliklər 

hesabat dövrünün sonuna rəsmi məzənnədən istifadə etməklə əməliyyat valyutaya çevrilir. Xarici 

valyuta əməliyyatlarının həyata keçirilməsindən yaranan müsbət və mənfi məzənnə fərqləri cari ilin 

mənfəət və ya zərərində (“xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir/ 

(zərər)” sətrində) qeydə alınır. Xarici valyutada ilkin dəyərlə qiymətləndirilən qeyri-monetar 

maddələr  əməliyyatın həyata keçirildiyi tarixə  rəsmi valyuta məzənnələrinə  əsasən funksional  

valyutaya çevrilir. 

31 dekabr 2015-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsi üçün istifadə olunmuş  əsas 

mübadilə məzənnəsi aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.5594 AZN, 1 avro = 1.7046 AZN, 

1 funt sterlinq = 2.3133 AZN və 1 xüsusi borcalma hüquqları = 2.1661 AZN (31 dekabr 2014-cü il: 

1 ABŞ dolları = 0.7844 AZN, 1 avro = 0.9522 AZN, 1 funt sterlinq = 1.2173 AZN və 1 xüsusi 

borcalma hüquqları = 1.1364 AZN).  



Pul vəsaitləri və onların ekvivalentləri  

Pul vəsaitləri və onların ekvivalentləri qısa ödəniş müddətinə malik pul vəsaitlərinin əvvəlcədən 

məlum olan məbləğinə asan çevrilə bilən və  dəyərin cüzi dəyişməsi kimi riskə  məruz qalan 

qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə - xarici valyutada olan nağd vəsaitlər və 

müxbir hesabların bloklaşdırılmamış qalıqları, həmçinin overnayt depozitləri də daxil olmaqla 3 ay 

və ya daha az ödəniş müddətinə malik olan depozitlər daxildir. Pul vəsaitləri və onların 

ekvivalentləri amortizasiya edilmiş dəyərlə əks etdirilir. 



Maliyyə alətləri 

Ticarət qiymətli kağızları 

Ticarət qiymətli kağızları qiymətlər və ya ticarət marjasında qısamüddətli dəyişikliklər hesabına 

mənfəət əldə etmək məqsədilə alınmış maliyyə aktivləri və qısamüddətli mənfəətin əldə edilməsi 

üçün portfelə daxil edilmiş qiymətli kağızlardır. Bank qiymətli kağızları aldıqdan sonra onları qısa 

müddət ərzində satmaq niyyətində olarsa, həmin qiymətli kağızları ticarət qiymətli kağızları kimi 

təsnifləşdirir.  

Satış üçün nəzərdə tutulan maliyyə aktivləri 

Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinə Bankın qeyri-müəyyən müddət ərzində saxlamaq 

niyyəti olan və likvidliyin saxlanması üzrə  tələbləri və ya faiz dərəcələri, valyuta məzənnələri 

habelə səhmlərin qiymətinin dəyişməsindən asılı olaraqsata biləcəyiinvestisiya qiymətli kağızları 

daxildir. Satış üçün nəzərdə tutulan maliyyə aktivləri ədalətli dəyərlə əks etdirilir. 



Ödəniş tarixinədək saxlanılan investisiyalar 

Ödəniş tarixinədək saxlanılan investisiyalar Bankın ödəniş tarixinə  qədər saxlamaq niyyəti və 

imkanı olan sabit və ya müəyyən edilə bilən ödənişlərə və müəyyən edilmiş ödəniş müddətinə malik 

olan qeyri-törəmə maliyyə aktivləridir. Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlar ilkin uçot 

zamanı  təsnifləşdirilir və  hər bir hesabat dövrünün sonunda bu təsnifləşdirmə yenidən nəzərdən 

keçirilir. Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları amortizasiya edilmiş dəyərlə 

əks etdirilir. 




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə