Microsoft Word cbar 2015 fs 25. 04. 16 aze approved for issuance docx



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix17.09.2018
ölçüsü1,23 Mb.
#68738
1   2   3   4   5   6   7   8   9   ...   24

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

12 




Əsas uçot siyasətləri, davamı 

Kreditlər və debitor borcları 

Kreditlər və debitor borcları fəal bazarda dövr etməyən, ödənişləri sabit və ya müəyyənləşdirilə 

bilən qeyri-törəmə maliyyə aktivləridir. Onlar dərhal və ya qısa müddətdə satılmaq üçün nəzərdə 

tutulmur və ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan qiymətli kağızlar və ya 

satış üçün nəzərdə tutulan qiymətli kağızlar kimi təsnifləşdirilmir. Bu aktivlər effektiv faiz dərəcəsi 

metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərlə əks olunur. 

Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan, yaxud satış üçün nəzərdə tutulan 

maliyyə aktivlərinin təsnifatı, yalnız həmin aktivlər kredit və debitor borcu meyarlarına cavab 

verdikdə və Bankın onları gələcəkdə və ya ödəniş tarixinədək özündə saxlamaq üçün niyyəti və  

imkanı olduqda dəyişdirilə bilər. 

Kreditlər və debitor borcları kateqoriyasına aid olmayan digər maliyyə aktivləri, yalnız qeyri-adi 

xarakter daşıyan və yaxın gələcəkdə təkrarlanması az ehtimal olunan hadisə ilə bağlı olan hallarda 

ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə aktivləri kateqoriyasından 

çıxarıla bilər. 

Törəmə maliyyə alətləri və  ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə 

alətlərinə aid edilmiş aktivlər ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə 

aktivləri kateqoriyasından çıxarıla bilməz. 



Maliyyə alətlərinin tanınması 

Bank maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maliyyə aktivləri və öhdəliklərini hər hansı 

bir alət üzrə müqavilə bağladığı zaman uçota alır.  

Maliyyə alətlərinin qiymətləndirilməsi 

Maliyyə alətləri ilkin tanınma zamanı onun ədalətli dəyəri və ədalətli dəyərinin dəyişməsi mənfəət 

və ya zərərdə əks olunan maliyyə aktivi və ya öhdəliyi olduqda, həmin maliyyə aktivinin və ya 

öhdəliyinin alınmasına və ya buraxılmasına birbaşa aid edilə bilən  əməliyyat xərcləri  əlavə 

olunmaqla tanınır. 

İlkin tanınmadan sonra maliyyə aktivləri, o cümlədən aktivlərə aid olan törəmə alətləri  ədalətli 

dəyər əsasında qiymətləndirilir.  

Amortizasiya edilmiş  dəyər  əsasında qiymətləndirilən kreditlər, debitor borcları  və ödəniş 

tarixinədək saxlanılan investisiyalar effektiv faiz dərəcəsi metodu ilə qiymətləndirilir. 

Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə öhdəlikləri və uçotu ədalətli 

dəyər əsasında aparılan maliyyə aktivinin tanınma meyarlarına cavab verməməsi ilə əlaqədar həmin 

kateqoriyada təsnifləşdirilən öhdəliklər istisna olmaqla, bütün maliyyə öhdəlikləri amortizasiya 

edilmiş dəyər əsasında qiymətləndirilir. 

Amortizasiya edilmiş dəyər 

Amortizasiya edilmiş dəyər, maliyyə aləti üzrə borcun əsas məbləğinin ödənilməsi çıxılmaqla və 

hesablanmış faizləri daxil edilməklə, maliyyə aktivləri üçün isə  dəyərdən düşmə  zərəri üzrə  hər 

hansı silinməni çıxmaqla ilkin dəyərini əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə 

salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə 

hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz 

xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş diskont və ya mükafat 

(verilmə zamanı  təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilmir və 

maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyərinə daxil edilir.  




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

13 




Əsas uçot siyasətləri, davamı 

 

Sonrakı qiymətləndirmə nəticəsində yaranan mənfəət və zərər 

Maliyyə aktivinin və ya öhdəliyinin ədalətli dəyərində dəyişiklikdən yaranan mənfəət və ya zərər 

aşağıdakı qaydada uçota alınır: 

-

 ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan kateqoriyasına aid edilmiş maliyyə 



aktivinin dəyərindəki dəyişikliklər il üzrə mənfəət və ya zərərə aid edilir. 

-

 satış üçün nəzərdə tutulan maliyyə aktivi üzrə  mənfəət və ya zərər aktivin tanınması 



dayandırılanadək kapitalda sair məcmu gəlir kimi əks olunur (satış üçün nəzərdə tutulan maliyyə 

alətlərinin keyfiyyətinin pisləşməsi nəticəsində yaranan zərər və xarici valyutada qalıqların 

köçürülməsi üzrə mənfəət və ya zərər istisna olmaqla). Aktivin tanınması dayandırıldıqda əvvəlki 

dövrlərdə kapitalda əks edilmiş  yığılmış  mənfəət və ya zərər, il üzrə  mənfəət və ya zərərin 

tərkibinə aid edilir. Satış üçün nəzərdə tutulan maliyyə aktivi üzrə faiz gəlirləri effektiv faiz 

dərəcəsi metodu ilə il üzrə mənfəət və ya zərərin tərkibində tanınır. 

Amortizasiya edilmiş dəyər əsasında tanınmış maliyyə aktivləri və öhdəlikləri üzrə mənfəət və ya 

zərər, maliyyə aktivi və ya öhdəlikləri uçotdan çıxarıldıqda və ya onun keyfiyyəti pisləşdikdə, 

habelə müvafiq amortizasiya hesablanması qaydasında il üzrə mənfəət və ya zərərdə əks etdirilir. 

Maliyyə aktivlərinin tanınmasının dayandırılması 

Bank aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və 

ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda; (b) Bank 

maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya 

ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə 

əlaqədar bütün risk və faydaları  əsaslı  şəkildə başqa tərəfə ötürdükdə  və ya (ii) bu aktivlərin 

mülkiyyət hüququ ilə  əlaqədar bütün risk və faydaları  əsaslı  şəkildə ötürmədikdə  və ya 

saxlamadıqda, lakin, həmin aktivlər üzrə  nəzarət hüququnu itirdikdə. Nəzarət, qarşı  tərəfin öz 

mülkiyyətində olan aktivi satış üzrə  məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə 

satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.  

Bank maliyyə vəziyyəti haqqında hesabatda əks edilmiş aktivlərin ötürülməsini və eyni zamanda, 

ötürülən aktivlərlə bağlı risklərin və faydaların bütövlüklə və ya qismən Bankda qalmasını nəzərdə 

tutan əməliyyatları həyata keçirir. Risk və faydaların bütövlükdə və ya əhəmiyyətli hissəsi Bankda 

qaldığı təqdirdə, ötürülən aktivlərin tanınması dayandırılmır. 

Bank maliyyə aktivinin mülkiyyət hüququ ilə bağlı bütün və ya əksər risk və faydaları özündə 

saxlamamaq və ya ötürməmək şərti ilə əməliyyatlar apardıqda, həmin aktiv üzrə nəzarət hüququnu 

itirdiyi təqdirdə, həmin aktivin tanınmasını dayandırır. 

Bank aktiv üzrə nəzarət hüquqlarının özündə qalmasını nəzərdə tutan əməliyyatlar apararkən, həmin 

aktivdə iştirak etdiyi müddət ərzində onu uçotda saxlayır. Bankın aktivdə iştirak dərəcəsi, ötürülən 

aktivlərin dəyərində baş verən dəyişikliklərin təsirinə nə dərəcədə məruz qalması ilə müəyyən edilir. 

Bank öz borc öhdəliyini geri aldıqda, həmin öhdəlik maliyyə  vəziyyəti haqqında hesabatdan 

çıxarılır və öhdəliyin balans dəyəri ilə ödənilmiş kompensasiya arasındakı fərq il üzrə mənfəət və 

ya zərərə aid edilir. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə