Microsoft Word cbar 2015 fs 25. 04. 16 aze approved for issuance docx



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix17.09.2018
ölçüsü1,23 Mb.
#68738
1   2   3   4   5   6   7   8   9   10   ...   24

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

16 




Əsas uçot siyasətləri, davamı 

Amortizasiya edilmiş dəyərlə uçota alınan maliyyə aktivləri 

Amortizasiya edilmiş  dəyərlə uçota alınmış maliyyə aktivlərinə kreditlər və sair debitor borcları  

daxildir. Bank, dəyərdən düşmənin qiymətləndirilməsi məqsədilə kreditləri və debitor borclarını 

mütəmadi olaraq nəzərdən keçirir. 

Bank əvvəlcə hər biri ayrılıqda əhəmiyyətli olan kreditlər və debitor borcların dəyərdən düşməsinin 

obyektiv sübutlarının mövcud olub-olmadığını, sonra isə hər biri ayrılıqda əhəmiyyət kəsb etməyən 

kreditlər və debitor borcların dəyərdən düşməsinin obyektiv sübutlarının mövcud olub-olmadığını 

ayrıca müəyyən edir.  

Ayrılıqda qiymətləndirilmiş kreditlərin və debitor borclarının dəyərdən düşməsi üzrə obyektiv 

sübutların olmadığı müəyyənləşdirilərsə, Bank kreditləri və debitor borclarını oxşar kredit riski 

xüsusiyyətlərinə malik kreditlər və debitor borcları qruplarına daxil edir və kollektiv dəyərdən 

düşmə üzrə qiymətləndirir. Ayrılıqda dəyərdən düşmə üzrə qiymətləndirilən, habelə  dəyərdən 

düşmə üzrə zərərin tanındığı və ya tanınacağı kreditlər və debitor borcları dəyərdən düşmə üzrə 

kollektiv qiymətləndirilməyə əlavə edilmir.  

Kreditlər və ya debitor borcları üzrə  dəyərdən düşmə  nəticəsində  zərərin yarandığına obyektiv 

əsaslar mövcud olduqda, zərərin məbləği, kreditlər və ya debitor borcların balans dəyəri ilə ilkin 

effektiv faiz dərəcəsi həcmində diskontlaşdırılmış  zəmanətlər və girov hesabına qaytarıla bilən 

məbləğlər də daxil olmaqla təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri arasındakı 

fərq kimi əks etdirilir. Müqavilə üzrə gözlənilən pul vəsaitlərinin hərəkəti, müşahidə edilə bilən 

faktlara uyğun cari iqtisadi vəziyyəti özündə  əks etdirən düzəlişləri nəzərə almaqla keçmiş 

təcrübələrə əsaslanaraq qiymətləndirilir. 

Bəzi hallarda kreditlər və ya debitor borclar üzrə  dəyərdən düşmə  nəticəsində yaranmış  zərərin 

təxmin edilməsi üçün tələb olunan, müşahidə edilə bilən məlumatlar məhdud xarakter daşıya, yaxud 

artıq cari vəziyyətə tam aidiyyatı olmaya bilər. Misal üçün, borcalan ciddi maliyyə çətinlikləri ilə 

üzləşir və analoji borcalanlar üzrə çox az miqdarda tarixi məlumat vardır. Bu cür hallarda dəyərdən 

düşmə nəticəsində yaranacaq zərəri hesablamaq üçün Bank öz təcrübəsindən və mühakiməsindən 

istifadə edir.  

Kreditlər və debitor borclarının dəyərdən düşməsi nəticəsində yaranan bütün zərərlər, il üzrə 

mənfəət və ya zərərin tərkibində əks etdirilir və onların təsnifatı yalnız o zaman dəyişdirilə bilər ki, 

qaytarıla bilən məbləğdə sonradan baş vermiş artımın dəyərdən düşməsi nəticəsində yaranmış zərər 

uçota alındıqdan sonra, baş vermiş hadisə ilə bağlılığı obyektiv surətdə təsdiqlənə bilsin. 

Kreditlər qaytarıla bilmədikdə, həmin kredit üzrə yaradılmış müvafiq ehtiyatlar hesabına balansdan 

silinə bilər. Bank kreditləri ümidsiz borc kimi təsnifləşdirdikdə, kreditin qaytarılması üçün bütün 

mümkün tədbirlər görüldükdən sonra kreditin qalığını  və ehtimal olunan kredit zərərləri üzrə 

müvafiq ehtiyatları balansdan silir.  



İlkin dəyər əsasında uçotu aparılan maliyyə aktivləri  

İlkin dəyər  əsasında uçotu aparılan maliyyə aktivlərinə  ədalətli dəyəri etibarlı  şəkildə ölçülə 

bilmədiklərinə görə ədalətli dəyər əsasında uçotu aparılmayan, satış üçün nəzərdə tutulan maliyyə 

aktivlərinə aid edilmiş və bazar qiyməti mövcud olmayan alətlər daxildir. Bu maliyyə aktivlərinin 

dəyərdən düşməsini təsdiqləyən obyektiv sübutlar mövcud olduqda, dəyərdən düşmə nəticəsində 

yaranmış  zərər, maliyyə aktivlərinin balans dəyəri ilə analoji maliyyə aktivləri üzrə cari bazar 

gəlirlilik dərəcəsi  əsasında diskontlaşdırılmış  təxmin edilən gələcək pul axınlarının cari dəyəri 

arasındakı fərq kimi müəyyən edilir. 

Həmin aktivlərin dəyərdən düşməsi nəticəsində yaranan zərər il üzrə  mənfəət və ya zərərin 

tərkibində əks etdirilir və bu təsnifat dəyişdirilə bilməz. 

 



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

17 


 



Əsas uçot siyasətləri, davamı 

Satış üçün nəzərdə tutulan maliyyə aktivləri  

Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin dəyərdən düşməsi nəticəsində yaranan və sair 

məcmu gəlirlərdə əks edilmiş yığılmış zərər, yenidən təsnifləşdirilərək il üzrə mənfəət və ya zərərin 

tərkibinə aid edilir. Sair məcmu gəlirlərdən il üzrə mənfəət və ya zərərin tərkibinə aid edilmiş zərər 

məbləği,  əsas məbləğ üzrə ödənişlər və amortizasiya məbləğini çıxmaqla alış  dəyəri və  əvvəlki 

dövrlərdə mənfəət və ya zərərin tərkibində əks edilmiş dəyərdən düşmə nəticəsində yaranmış zərər 

məbləği çıxılmaqla, ədalətli dəyər arasındakı fərqi təşkil edir. Dəyərdən düşmə üzrə ehtiyatlarda 

pulun gələcək dövrə olan dəyəri ilə əlaqədar  dəyişikliklər faiz gəlirlərinin komponenti kimi əks 

olunur.  

Sonrakı dövrlərdə dəyərdən düşmüş, satış üçün nəzərdə tutulan borc qiymətli kağızların ədalətli 

dəyəri artdıqda və həmin artımın dəyərdən düşməsi nəticəsində yaranmış zərər, il üzrə mənfəət və 

ya zərərin tərkibinə aid edildikdən sonra baş vermiş hər hansı hadisə ilə bağlılığı obyektiv surətdə 

nümayiş oluna bildikdə, dəyərdən düşmə nəticəsində yaranmış zərər bərpa olunur və bərpa olunan 

məbləğ il üzrə mənfəət və ya zərərin tərkibində əks etdirilir.

 

Dövriyyədə olan əskinaslar və sikkələr 

Dövriyyədə olan əskinaslar və sikkələr Mərkəzi Bankın funksiyasına uyğun olaraq Bank tərəfindən 

buraxılmış kağız və metal pul nişanlarını əks etdirir. Dövriyyədə olan əskinaslar və sikkələr maliyyə 

vəziyyəti haqqında hesabatda nominal dəyərlə, Bankın xəzinələrindəki pul vəsaitləri çıxılmaqla əks 

etdirilir.  

Əskinas və sikkələr istehsalçıdan təhvil alındıqdan sonra onların istehsalı üzrə  məsrəflər Bank 

tərəfindən xərclərə aid edilir. 

Kredit təşkilatlarının Banka qaytardıqları  əskinaslar və sikkələr dövriyyədən çıxarılır və 

vəziyyətindən və ya qanuni ödəniş vasitəsi statusundan asılı olaraq Bankın ehtiyat fondlarında 

saxlanılır və balansdankənar hesablarda əks etdirilir və ya ləğv edilir. 



Hökumət idarələri və sair təşkilatlar qarşısında öhdəliklər 

Hökumət idarələri və sair təşkilatlar qarşısında öhdəliklər, qeyri- törəmə maliyyə öhdəliklərini əks 

etdirir və amortizasiya olunmuş dəyərlə uçota alınır.  

Kredit təşkilatları qarşısında öhdəliklər 

Kredit təşkilatları qarşısında öhdəliklər və müxbir banklar tərəfindən Banka nağd pul və ya sair 

aktivlər verildiyi tarixdə uçota alınır. Qeyri-törəmə maliyyə öhdəlikləri amortizasiya edilmiş 

dəyərlə uçota alınır. Bank verdiyi borcları geri aldıqda, həmin borc öhdəlikləri maliyyə vəziyyəti 

haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun 

ödənilməsi üzrə yaranan gəlir və ya xərclərə aid edilir. 




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə