Microsoft Word cbar 2015 fs 25. 04. 16 aze approved for issuance docx


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix17.09.2018
ölçüsü1,23 Mb.
#68738
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

18 


3          Əsas uçot siyasətləri, davamı 

Pensiya təminatı və işçilərə digər ödənişlər üzrə öhdəliklər 

Bank, Azərbaycan Respublikasının dövlət pensiya təminatı sistemindən  əlavə  hər hansı  fərdi 

pensiya təminatı sisteminə malik deyildir. Bundan əlavə, Bank əmək fəaliyyəti başa çatdıqdan sonra 

işçilərə ödənişlər və ya hesablama tələb edən digər ödənişlər aparmır. Bank işçilərin fərdi əmək 

haqlarından və hesablanmış əmək haqqı fondundan Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş həcmdə və müddətdə məcburi dövlət sosial sığorta haqlarını tutur və onları dövlət 

pensiya fonduna köçürür. İşçilər təqaüdə  çıxarkən pensiya təminatı üzrə bütün ödənişlər dövlət 

pensiya fondları hesabına həyata keçirilir. 



Nizamnamə fondu və kapital ehtiyatları 

Bankın kapitalı onun Nizamnamə fondundan və kapital ehtiyatlarından ibarətdir.  



Vergilər 

Bank Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, işçilərin əmək haqqı üzrə vergi 

agenti kimi ödəməli olduğu vergilər və sosial ödəmələr istisna olmaqla, bütün vergilərdən azaddır. 

Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutlarında üzvlük 

Bank, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası 

Qanununun 9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Hökumətinin beynəlxalq 

maliyyə təşkilatlarında (misal üçün, BVF, Dünya Bankı) üzvlüyü ilə bağlı əməliyyatlar, o cümlədən 

həmin təşkilatlara üzvlük haqlarının ödənilməsi üzrə vasitəçisi kimi çıxış edir.    

BVF beynəlxalq valyuta münasibətləri sahəsində  əməkdaşlığı, valyuta sisteminin sabitliyini və 

nizamlı valyuta rejimini dəstəkləmək, iqtisadi inkişafı  və yüksək səviyyəli  əmək məşğulluğuna 

şərait yaratmaq, eləcə  də ödəniş balansının tənzimlənməsini asanlaşdırmağa kömək etmək üçün 

ölkələrə müvəqqəti maliyyə yardımını göstərmək məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. 

Prezidentin 1992-ci ildə imzaladığı  Fərmana uyğun olaraq Bank, Azərbaycanın BVF ilə 

münasibətlərində depozitari kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə maliyyə 

agenti kimi çıxış edir. 

BVF resurslarının  əsas mənbəyi kvotalardır (kapitalda iştirak). BVF öz resurslarını üzvü olan 

ölkələrdən əldə edir. Hər bir ölkənin üzvlüyü və ya kvotası, geniş şəkildə ölkənin iqtisadi həcmi 

əsasında və analoji ölkələrin kvotalarını nəzərə almaqla müəyyən edilir. Üzvlərin kvotası BVF ilə 

münasibətlərin əsas maliyyə və təşkilati aspektlərini təsvir edir.   

BVF-yə ödənilən üzvlük haqqı xüsusi borcalma hüquqları (XBH) ilə ifadə edilir və BVF-nin ilin 

sonuna müəyyən etdiyi məzənnə ilə manat ekvivalentində yenidən hesablanır. Azərbaycan 

Respublikası Maliyyə Nazirliyinin BVF kvotası ilə bağlı buraxdığı üzvlük kvotası  və qiymətli 

kağızlar, Bankın aktiv və öhdəliklərini təmsil etmədiyi üçün, maliyyə vəziyyəti haqqında hesabata 

daxil edilmir və maliyyə hesabatlarına dair 5-ci qeyddə açıqlanır. 

Üzv ölkələrin likvidliyini dəstəkləmək məqsədilə BVF-dən alınmış xüsusi paylaşdırmalar Bank 

tərəfindən BVF ilə XBH hesablaşmaları üzrə aktiv kimi və digər tərəfdən Azərbaycan Hökuməti 

qarşısında öhdəlik kimi qəbul edilmişdir. 

 

 



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

19 


3          Əsas uçot siyasətləri, davamı 

Gəlirlərin və xərclərin uçota alınması 

Faiz gəlirləri və faiz xərclərinin uçotu effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablama 

metodu ilə uçota alınır. Bu metoda əsasən faiz gəlirləri və xərclərinə, müqavilə tərəfləri arasında 

ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, 

sövdələşmə xərcləri, habelə bütün digər mükafat və ya güzəştlər daxildir.  

Kreditlərin rəsmiləşdirilməsi və kreditlərin xidmət olunması haqları  və kreditin ümumi 

mənfəətliliyini təmin edən digər haqlar, müvafiq əməliyyat xərcləri ilə birlikdə  təxirə salınaraq 

effektiv faiz dərəcəsi metodu ilə maliyyə aktivin təxmin edilən faydalı istifadə müddəti üzrə faiz 

gəlirlərində amortizasiya olunur. 

Digər haqlar, komissiyalar və digər gəlir və xərc maddələri, il üzrə mənfəət və ya zərərdə müvafiq 

xidmətlər göstərildiyi zaman əks olunur. 

Əməliyyat icarəsi çərçivəsində edilmiş ödənişlər, icarə müqaviləsinin müddəti üzrə düz xətt prinsipi 

əsasında il üzrə mənfəət və ya zərərdə əks olunur.  

Müqayisəli məlumat  

Müqayisəli məlumat cari ilin təqdimatına uyğunlaşdırmaq üçün təkrar təsnifləşdirilir. 31 dekabr 

2014-cü il tarixinə pul vəsaitləri və onların ekvivalentləri kimi təsnif edilmiş 538,044 AZN 

məbləğində qeyri-rezident banklarda yerləşdirilmiş müddətli depozitlər 3 aydan artıq ödəniş 

tarixinə malik olduğundan, qeyri-rezident banklarda yerləşdirilmiş depozitlərə  təkrar təsnif 

edilmişdir.  



Qəbul olunmamış yeni standartlar və onlarla bağlı şərhlər 

31 dekabr 2015-ci il tarixinə qüvvəyə minməmiş bir sıra yeni standartlar, qüvvədə olan standartlara 

düzəlişlər və  şərhlər mövcuddur ki, həmin standartlar və  şərhlər hazırkı maliyyə hesabatları 

hazırlandığı zamanda tətbiq edilməmişdir. Aşağıda qeyd olunan standartların və yeniliklərin Bankın 

maliyyə  vəziyyətinə  və  fəaliyyətinə potensial təsiri ehtimal olunur və  Bank, həmin standartlar 

qüvvəyə mindikdən sonra onları qəbul etmək niyyətindədir. 

  MHBS 9 Maliyyə Alətləri mərhələli surətdə  dərc ediləcək və başlıca olaraq, MUBS 39 

“Maliyyə Alətləri: Tanıma və Qiymətləndirmə”-ni əvəz edəcək. MHBS 9-un birinci mərhələsi 

2009-cu ilin noyabr ayında dərc edilmişdir və maliyyə aktivlərin təsnifləşdirilməsinə  və 

qiymətləndirilməsinə aiddir. Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi ilə 

bağlı ikinci mərhələ 2010-cu ilin oktyabr ayında dərc edilmişdir. MHBS 9-un üçüncü mərhələsi 

2013-cü ilin noyabr ayında dərc edilmişdir və ümumi hedc uçotuna aiddir. Standart 2014-cü ilin 

iyul ayında tamamlanmışdır və son mərhələdə kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların 

yaradılmasının yeni modeli üzrə tələblər müəyyənləşdirilib. Bank hesab edir ki, yeni standartın 

qəbulu maliyyə alətlərinin uçotunda bir sıra dəyişikliklərə  səbəb olacaq və bu dəyişikliklər 

maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bank bu  standartı vaxtından 

əvvəl qəbul etməyi planlaşdırmır və yeni standartın qəbul edilməsi nəticəsində maliyyə 

vəziyyətində və ya fəaliyyətində yarana biləcək təsirləri təhlil etməmişdir. Bu Standart 1 yanvar 

2018-ci il tarixində və ya həmin tarixdən sonra başlayan hesabat dövrləri üçün qüvvəyə minəcək  

və müəyyən istisnalarla retrospektiv şəkildə tətbiq olunacaq.

 

  MHBS-lərə olunan müxtəlif düzəlişlər hər bir standart üzrə ayrıca olaraq nəzərdən keçirilir. 



Qeyd olunan uçot dəyişiklikləri ilə nəticələnən düzəlişlər 1 yanvar 2016-cı il tarixindən sonrakı 

tarixlərə  təsir etdiyi üçün Bank, bu təkmilləşdirmələrin maliyyə  vəziyyətinə  təsirini təhlil 

etməmişdir.

 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə