Azərbaycan Respublikasının Mərkəzi Bankı
31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər
20
4
Pul vəsaitləri və onların ekvivalentləri
Min Azərbaycan Manatı ilə
31.12.2015
31.12.2014
Nağd pul vəsaitləri 597,411
655,106
Qeyri-rezident banklarda yerləşdirilmiş vəsaitlər
- reytinqi AAA
79,552
121,684
- reytinqi AA-dan AA+ dək 4,936,620
3,543,942
- reytinqi A- dan A+ dək 8,077
7,432
- reytinqi BBB-dən BBB+dək 37,559
87,927
Cəmi qeyri-rezident banklarda yerləşdirilmiş vəsaitlər
5,061,808
3,760,985
Pul vəsaitlərinin ekvivalentləri
Qeyri-rezident banklarda yerləşdirilmiş qısa müddətli depozitlər
- reytinqi AAA
13,640
-
- reytinqi A- dan A+ dək
115,314
190,714
Cəmi qeyri-rezident banklarda yerləşdirilmiş qısa müddətli
depozitlər 128,954
190,714
Cəmi pul vəsaitləri və onların ekvivalentləri 5,788,173
4,606,805
Pul vəsaitləri və onların ekvivalentlərinin heç biri dəyərdən düşməmiş və vaxtı keçməmişdir.
31 dekabr 2015 və 2014-cü il tarixlərinə pul vəsaitləri və onların ekvivalentlərinin kredit
keyfiyyətinə görə təhlili "Standard and Poor’s", "Fitch Rating’s" və "Moody’s" agentliklərinin təyin
etdiyi reytinqlərin ən aşağı olanı üzrə göstərilir.
5 Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar
Min Azərbaycan Manatı ilə
31.12.2015
31.12.2014
AKTİVLƏR
Xüsusi Borcalma Hüquqları (XBH) ilə əmanətlər 332,661
174,540
Cəmi aktivlər 332,661
174,540
ÖHDƏLİKLƏR
BVF-nin cari hesabları 666
656
BVF-dən alınmış kreditlər:
Yoxsulluğun Azaldılması və İnkişaf Mexanizmi (YAİM) -
1,463
XBH paylanması:
Ümumi paylanma
258,365
135,546
Xüsusi paylanma
74,296
38,978
Cəmi XBH paylaması 332,661
174,524
Cəmi BVF qarşısında öhdəliklər
333,327
176,643
XBH ilə əmanətlər
XBH ilə əmanətlərə BVF-dən kreditlərin alınması və hesablaşmaların aparılması məqsədilə istifadə
edilən BVF-də yerləşən cari hesab daxildir. XBH ilə əmanətlərlə bağlı hesablanmış faiz aparıcı pul
bazarlarında qısa müddətli bazar faiz dərəcələri əsasında hər həftə BVF tərəfindən müəyyən edilən
dərəcələr istifadə etməklə hesablanır.
Cari hesablar
Bankda BVF ilə xüsusi məqsədlər üçün iki ayrıca hesab aparılır: BVF-nin 1 saylı və BVF-nin 2
saylı hesabları. BVF-nin 1 saylı hesabı BVF-nin əməliyyatları üzrə bağlanmış əqdlər üzrə
komissiyaların ödənilməsi, BVF-nin 2 saylı hesabı isə BVF əməkdaşlarının üzv ölkə ərazisində
təsərrüfat məsrəflərini qarşılamaq üçün istifadə edilir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı
31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər
21
5 Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar, davamı
Borc öhdəlikləri
BVF-dən alınmış borc vəsaiti illik 0.5% faiz hesablanan və ilkin ödəmə müddəti on ilədək olan bir
kreditdən ibarətdir. Ödəmə müddəti 2015-ci ildə başa çatan həmin borc vəsaiti XBH ilə ifadə edilir.
BVF tərəfindən verilmiş kreditlərin saxlanmasında Bank depozitari rolunda çıxış edir. Bankda
saxlanılan borc vəsaitlərinin ödənilməsi üçün hüquqi öhdəlik Azərbaycan Respublikasının
Hökumətinə aiddir və kredit Bank tərəfindən Hökumət qarşısında öhdəlik kimi uçota alınır.
XBH paylanması
XBH paylanması BVF-nin qərarı ilə üzv ölkələrə şərtsiz XBH ilə verilmiş məbləğlərdir. Ümumi
XBH paylanması 28 avqust 2009-cu il tarixindən qüvvəyə minmişdir. Paylanma BVF-nin üzv
ölkələrinin valyuta ehtiyatlarını tamamlamaqla qlobal iqtisadi sistemin likvidliyinin təmin edilməsi
üçün nəzərdə tutulur. Ümumi XBH paylanması BVF üzvlərinə onların mövcud BVF kvotalarına
uyğun olan nisbətlərlə aparılmışdır.
Ayrıca olaraq, 10 avqust 2009-cu ildə qlobal likvidliyi dəstəkləmək məqsədilə BVF-nin Razılaşma
Maddələrinə xüsusi birdəfəlik XBH paylanmasını nəzərdə tutan Dördüncü düzəliş qüvvəyə
minmişdir. Düzəlişə uyğun olaraq BVF üzvlərinə, o cümlədən Azərbaycana, 9 sentyabr 2009-cu il
tarixində xüsusi paylama aparılmışdır.
Üzvlər və nəzərdə tutulmuş mülkiyyətçilər XBH paylamalarından BVF ilə əməliyyatlar aparmaq
üçün istifadə edə bilərlər. Bank paylamanı Azərbaycan Respublikasının Hökuməti qarşısında
valyuta öhdəliyi kimi uçota almışdır.
BVF kvotası və BVF kvotası üzrə buraxılmış qiymətli kağızlar
25 yanvar 1999-cu il tarixindən sabit qalmış 160.9 milyon XBH (348,525 min AZN və 182,847 min
AZN 31 dekabr 2015 və 2014-cü illər üçün müvafiq olaraq) məbləğində BVF kvotası Azərbaycan
Respublikasının BVF-də üzvlük haqqından ibarətdir. Bu məbləğə təminat olaraq Azərbaycan
Respublikasının Hökuməti tərəfindən qiymətli kağız buraxılmış və Bank tərəfindən BVF-nin
xeyrinə saxlanılır.
6 Ticarət qiymətli kağızları
Min Azərbaycan Manatı ilə
31.12.2015
31.12.2014
ABŞ Xəzinədarlıq notları
807,855
156,199
Beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlar
639,306
587,584
Agentlik notları
594,289
1,468,548
Bələdiyyə istiqrazları
303,135
259,413
Korporativ istiqrazlar
287,292
36,075
Böyük Britaniyanın Xəzinədarlıq notları
106,482
356,080
Dövlət istiqrazları
63,389
75,739
Cəmi ticarət qiymətli kağızları
2,801,748
2,939,638
Ticarət qiymətli kağızlarının heç biri dəyərdən düşməmiş və vaxtı keçməmişdir.
Bank ticarət qiymətli kağızlarının müəyyən edilmiş investisiya qaydalarına uyğun olaraq idarə
edilməsi məqsədilə etibarlı menecerlərdən istifadə edir və bu qaydaların tələbinə görə belə qiymətli
kağızların emitentlərinin daimi qeydiyyat ünvanı İƏİT ölkələridir.
Ticarət qiymətli kağızları "Standard and Poor’s", "FitchRatings" və "Moody’s" agentlikləri üzrəən
aşağı "A-" (və ya "A1") kredit reytinqinə malikdir. Bankın kredit riski üzrə məlumat üçün Qeyd
24-ə baxın.