Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



18

5 Yeni 

və ya Yenidən İşlənmiş Standartların və Onlara Dair Şərhlərin Tətbiqi (davamı) 

Müvafiq hecləşdirilən maddələr – 39 saylı MUBS, Maliyyə alətləri: tanınması  və qiymətləndirilməsi 

Standartına Dəyişiklik (1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlərə retrospektiv qaydada 

tətbiq edilməklə qüvvəyə minir).  Bu dəyişiklik hecləşdirilən risk və ya nağd pul axınlarının bir hissəsi üçün 

hecləşdirmə uçotunun tətbiq edilə bilməsini müəyyən edən prinsiplərin ayrı-ayrı  vəziyyətlərdə necə istifadə 

edildiyini göstərir. Bu dəyişiklik hazırkı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. 



1 saylı MHBS, Beynəlxalq Maliyyə Hesabatı Standartlarının ilk dəfə tətbiq edilməsi (2008-ci ilin dekabr 

ayında edilmiş dəyişikliyi nəzərə alaraq, 1 iyul 2009 və ya bu tarixdən sonra başlayan dövr üçün MHBS-yə 

uyğun hazırlanmış ilk maliyyə hesabatlarına tətbiq edilir). Yenidən işlənmiş 1 saylı MHBS, istifadəçilərin 

Standarta edilmiş  dəyişiklikləri başa düşməsi və  mənimsəməsini asanlaşdırmaq üçün əvvəlki versiyaya 

edilmiş struktur dəyişikliklər ilə birlikdə öz məzmununu saxlamışdır. Yenidən işlənmiş standart hazırkı 

maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. 



MHBS-ni ilk dəfə  tətbiq edən müəssisələr üçün əlavə istisnalar – 1 saylı MHBS-yə  dəyişikliklər, 

MHBS-nin ilk dəfə tətbiq edilməsi (1 yanvar 2010-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 

qüvvəyə minir). Bu dəyişikliklər tam xərc metodundan istifadə edən müəssisələrin neft və qaz aktivlərinin 

uçotu ilə bağlı MHBS-ləri retrospektiv qaydada tətbiq etməkdən, həmçinin, qüvvədə olan icarə müqavilələrinə 

malik olan müəssisələrin həmin müqavilələri, müəssisələrin milli uçot standartlarını  tətbiq edəcəyi təqdirdə 

əldə edəcəkləri nəticələr ilə eyni olduqda, 4 saylı BMHŞK 'Müqavilədə  İcarə  Əlamətlərinin Mövcudluğunun 

Müəyyən Edilməsi”  Şərhinə uyğun olaraq təsnifləşdirməkdən azad edir. Bu dəyişikliklər hazırkı maliyyə 

hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. 

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının təkmilləşdirilməsi (2009-cu ilin aprel ayında dərc 

edilmişdir; 2 saylı MHBS, 38 saylı MUBS, 9 saylı BMHŞK və 16 saylı BMHŞK-ya dəyişikliklər 1 iyul 

2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir; 5 saylı MHBS, 8 saylı 

MHBS, 1 saylı MUBS, 7 saylı MUBS, 17 saylı MUBS, 36 saylı MUBS və 39 saylı MUBS-yə dəyişikliklər 1 

yanvar 2010-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Təkmilləşdirmələr 

aşağıdakı standartlara və onlara dair şərhlərə edilmiş  əsaslı  dəyişikliklər və düzəlişlərdən ibarətdir: 

müəssisələr tərəfindən ümumi nəzarət olunan əməliyyatlara qoyuluşlar və birgə müəssisələrin 

yaradılmasının 2 saylı MHBS-yə  uyğun olmadığının aydınlaşdırılması; 5 saylı MHBS və digər standartlarda 

satış üçün nəzərdə tutulan uzunmüddətli aktivlər (və ya silinmə qruplarının) və ya dayandırılmış əməliyyatlar 

üzrə məlumatların açıqlanması tələblərinin aydınlaşdırılması; 8 saylı MHBS-yə əsasən hesabat verilən bütün 

seqmentlər üzrə cəmi aktiv və öhdəliklərin qiymətləndirilməsi ilə bağlı hesabatın hazırlanması tələbi (yalnız 

bu cür məbləğlər müntəzəm olaraq rəhbər işçiyə  təqdim edildikdə); müəssisənin öz pay alətləri hesabına 

yerinə yetirilmiş  bəzi öhdəliklərin uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilməsi üçün 1 saylı MUBS-yə 

dəyişikliyin edilməsi; yalnız aktivlərin uçota alınmasına təsir göstərən xərclərin investisiya fəaliyyəti kimi 

təsnifləşdirilməsi üçün 1 saylı MUBS-yə  dəyişikliyin edilməsi; hətta lizinq müddətinin sonunda torpaq üzrə 

mülkiyyət hüququnu ötürmədən, bəzi uzunmüddətli torpaq lizinqlərinin 17 saylı MUBS-yə uyğun olaraq 

maliyyə lizinqi kimi təsnifləşdirilməsi; müəssisənin prinsipal və ya agent qismində  fəaliyyət göstərməsini 

müəyyən etmək üçün 18 saylı MUBS-də  əlavə  təlimatın verilməsi; gəlir yaradan vahidin aktivlərin 

birləşməsindən  əvvəl  əməliyyat seqmentindən artıq olmayacağının 36 saylı MUBS-da aydınlaşdırılması; 

müəssisələrin birləşməsi nəticəsində əldə edilmiş qeyri-maddi aktivlərin ədalətli dəyərinin qiymətləndirilməsi 

ilə bağlı 38 saylı MUBS-yə  dəyişikliyin edilməsi; (i) müəssisələrin birləşməsi ilə  nəticələnə bilən opsion 

müqavilələrinin 39 saylı MUBS-yə daxil edilməsi, (ii) nağd pul axınlarının hecləşdirilməsi alətləri üzrə gəlir və 

ya zərərin səhmdar kapitalından il üzrə  mənfəət və ya zərərə köçürülməsi müddətinin aydınlaşdırılması və 

(iii) hətta opsion icra edilərkən borcverənə dəymiş zərər borcalan tərəfindən ödənildikdə, qabaqcadan ödəniş 

opsionunun əsas müqavilə ilə sıx əlaqəli olduğunu göstərmək üçün 39 saylı MUBS-yə dəyişikliyin edilməsi; 

ümumi nəzarət olunan əməliyyatlar zamanı əldə edilmiş müqavilələrdəki əlavə elementli törəmələr və birgə 

müəssisələrin yaradılmasının 9 saylı BMHŞK-a uyğun olmadığının aydınlaşdırılması; və hecinq alətlərinin 

özü hecləşdirilən xarici müəssisə tərəfindən saxlanıla bilməməsi haqqında məhdudiyyətin 16 saylı BMHŞK-

dan çıxarılması. Bundan əlavə, törəmə müəssisə üzərində nəzarətin itirildiyi halda 5 saylı MHBS-yə əsasən 

maddələrin “satış üçün nəzərdə tutulan” kimi təsnifləşdirilməsini nəzərdə tutan 2008-ci ilin may ayında 



Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının  İllik Təkmilləşdirilməsi  çərçivəsində  dərc edilmiş 

dəyişikliklər 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlaya illik dövrlər üçün qüvvəyə minir. Bu dəyişikliklər 

hazırkı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

 

Yuxarıda başqa cür göstərilmədikdə, hazırkı  dəyişikliklər və  şərhlər Bankın maliyyə hesabatlarına 



əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. 

  



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə