Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



21



Yeni Uçot Qaydaları (davamı) 

hesabat dövrü ərzində əldə edilmiş məbləği yox, hesabat tarixinə istifadə hüququndan məhrum edilmiş girov 

təminatının məbləğini açıqlaması aydınlaşdırılır; yenidən işlənmiş 1 saylı MUBS səhmdar 

kapitalındadəyişikliklər haqqında hesabatın təqdim edilməsi və məzmunu ilə bağlı tələbləri əks etdirir (Bank 

bu dəyişikliyi vaxtında  əvvəl qəbul etmişdir); yenidən işlənmiş 27 saylı MUBS (2008-ci ilin yanvar ayında 

edilmiş  dəyişiklikləri nəzərə alaraq) bu standarta edilmiş  dəyişikliklər nəticəsində 27 saylı MUBS, 28 saylı 

MUBS və 31 saylı MUBS standartlarında yaranan dəyişikliklər ilə bağlı keçid qaydalarını aydınlaşdırır; 

yenidən işlənmiş 34 saylı MUBS-də  yığcam aralıq maliyyə hesabatlarında açıqlanmalı olan əhəmiyyətli 

hadisələr və əməliyyatlara dair əlavə nümunələr, o cümlədən ədalətli dəyərlə qiymətləndirmə iyerarxiyasının 

səviyyələri arasında yerdəyişmələr, maliyyə aktivlərinin təsnifatındakı dəyişikliklər və ya müəssisənin maliyyə 

alətlərinin ədalətli dəyərinə təsir göstərən faəliyyət şəraiti və iqtisadi vəziyyətdəki dəyişikliklər əks etdirilir; və 

yenidən işlənmiş 13 saylı BMHŞK emükafatlandırma ilə bağlı  ödənişlərin  ədalətli dəyərinin 

qiymətləndirilməsi üsulunu müəyyənləşdirir. Bank 5 saylı Qeyddə göstərildiyi kimi bu dəyişikliklərin onun 

maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edəcəyini gözləmir.

 

Əsas aktivlərin balans dəyərinin ödənilməsi – 12 saylı MUBS-yə Dəyişiklik (2010-cu ilin dekabr ayında 

dərc edilmişdir və 1 yanvar 2012-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu 

dəyişiklik  ədalətli dəyərlə uçota alınan investisiya mülkiyyətinin dəyərinin satış hesabına tam şəkildə 

ödənilməsi ilə bağlı  təkzib edilməz ehtimal irəli sürür. Həmin ehtimal investisiya mülkiyyətinin satış 

nəticəsində deyil, onun müəyyən dövr ərzində istifadə edilməsi nəticəsində praktiki olaraq bütün iqtisadi 

faydaların  əldə edilməsinə yönəldilən biznes modeli çərçivəsində saxlanıldığı halda təkzib edilir. 16 saylı 

MUBS-yə uyğun olaraq yenidən qiymətləndirmə modeli ilə qiymətləndirilən amortizasiya edilməyən aktivlərlə 

bağlı analoji məsələləri nəzərdə tutan Şərhlər üzrə Daimi Komitənin (ŞDK) 21 saylı Şərhi “Mənfəət Vergisi - 



Yenidən Qiymətləndirilmiş Amortizasiya Edilməyən Aktivlərin Ödənilməsi”  ədalətli dəyərlə qiymətləndirilən 

investisiya mülkiyyətinin 12 saylı MUBS-dən çıxarılmasından sonra bu standarta daxil edilmişdir. 



Hiperinflyasiya iqtisadiyyatı  və MHBS-ni ilk dəfə  qəbul edən müəssisələr üçün dəqiq müəyyən 

edilmiş tarixlərin ləğv edilməsi – 1 saylı MHBS-yə Dəyişiklik (2010-cu ilin dekabr ayında dərc edilmişdir 

və 1 iyul 2011-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Hiperinflyasiya ilə bağlı 

olan hazırkı  dəyişiklik müəyyən müddət  ərzində hiperinflyasiya iqtisadiyyatı  şəraitində  fəaliyyət göstərən 

müəssisənin MHBS-yə uyğun maliyyə hesabatlarının təqdimatını bərpa etdiyi və ya belə hesabatları ilk dəfə 

təqdim etdiyi hallar üçün əlavə istisna yaradır. Bu istisna müəssisələrə aktiv və öhdəlikləri  ədalətli dəyərlə 

qiymətləndirmək və MHBS-yə uyğun hazırlanmış açılış maliyyə vəziyyəti haqqında hesabatda həmin aktiv və 

öhdəliklərin ədalətli dəyərini təxmin edilən dəyər qismində istifadə etmək imkanı yaradır.  

 

Mühasibat Uçotunun Beynəlxalq Standartları  Şurası (MUBSŞ) maliyyə aktivləri və öhdəlikləri ilə bağlı bir 



istisna və bir azadetmə üzrə müəyyən edilmiş tarixlərə istinadların aradan qaldırılması  məqsədilə 1 saylı 

MHBS-yə dəyişikliklər etmişdir. Birinci dəyişikliyə əsasən MHBS-ni ilk dəfə qəbul edən müəssisələr uçotun 

dayandırılması ilə bağlı MHBS-nin tələblərini 1 yanvar 2004-cü il tarixindən deyil, perspektiv olaraq MHBS-yə 

keçid tarixindən yerinə yetirməlidir.  İkinci dəyişiklik  ədalətli dəyəri ilkin uçot zamanı qiymətləndirmə 

metodlarının vasitəsilə müəyyən edilən maliyyə aktivləri və öhdəliklərinə aiddir və müvafiq metodun 25 

oktyabr 2002-ci il tarixindən və ya 1 yanvar 2004-cu il tarixindən deyil, perspektiv olaraq MHBS-yə keçid 

tarixindən tətbiq edilməsinə icazə verir. Bu, MHBS-ni ilk dəfə  qəbul edən müəssisələrin MHBS-yə keçid 

tarixindən  əvvəlki dövrlər üçün bəzi maliyyə aktiv və öhdəliklərinin  ədalətli dəyərini ilkin uçot zamanı 

müəyyən etməyəcəyini bildirir. Həmin dəyişiklikləri əks etdirən düzəlişlər də 9 saylı MHBS-yə daxil edilmişdir. 

Bank bu dəyişikliklərin onun maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edəcəyini gözləmir.  

Yuxarıda qeyd olunan yeni standartlar və  şərhlərin Bankın maliyyə hesabatlarına  əhəmiyyətli təsiri 

gözlənilmir. 



7 Pul 

Vəsaitləri və Onların Ekvivalentləri  

Min Azərbaycan Manatı ilə 

31/12/2010 31/12/2009

 

 



Nağd pul 

105,849 105,207

Qeyri-rezident kredit təşkilatlarında yerləşdirilmiş vəsaitlər

3,657,606 2,882,237

 

 

 



 

Cəmi pul vəsaitləri və onların ekvivalentləri

3,763,455 2,987,444

 

 




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



22

7 Pul 

Vəsaitləri və Onların Ekvivalentləri (davamı) 

31 dekabr 2010-cu il tarixinə pul vəsaitləri və onların ekvivalentlərinə beynəlxalq miqyasda tanınmış İqtisadi 

Əməkdaşlıq və  İnkişaf Təşkilatı (“İƏİT”) daxil olan iki ölkənin bankında yerləşdirilmiş 3,335,107 min AZN 

məbləğində vəsait daxildir (31 dekabr 2009-cu il: beynəlxalq miqyasda tanınmış İƏİT-yə daxil olan iki ölkənin 

bankında yerləşdirilmiş 2,820,164 min AZN). 

31 dekabr 2010-cu il tarixinə pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı 

cədvəldə Standard and Poor’s, Fitch Ratings və Moody’s agentliklərinin təyin etdiyi reytinqlərin  ən aşağı 

olanı üzrə göstərilir: 



Min Azərbaycan Manatı ilə 

Qeyri-rezident 

kredit 

təşkilatlarında 

yerləşdirilmiş 

vəsaitlər 

Cəmi 

 

 



Vaxtı keçməmiş və dəyərsizləşməmiş 

 

- AAA reytinqli 

3,205,276 3,205,276

- AA- reytinqindən AA+ reytinqinə qədər 229,262 

229,262

- A- reytinqindən A+ reytinqinə qədər 223,068 



223,068

 

 

 

 

Cəmi pul vəsaitləri və onların ekvivalentləri,  

nağd pul çıxılmaqla 

3,657,606 3,657,606

 

 



31 dekabr 2009-cu il tarixinə pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı 

cədvəldə Standard and Poor’s, Fitch Ratings və Moody’s agentliklərinin təyin etdiyi reytinqlərin  ən aşağı 

olanı üzrə göstərilir: 

Min Azərbaycan Manatı ilə 

Qeyri-rezident 

kredit 

təşkilatlarında 

yerləşdirilmiş 

vəsaitlər 

Cəmi 

 

 



Vaxtı keçməmiş və dəyərsizləşməmiş 

 

- AAA reytinqli 

2,874,195 2,874,195

- AA- reytinqindən AA+ reytinqinə qədər 6,035 

6,035

- A- reytinqindən A+ reytinqinə qədər 66 



66

- Reytinqsiz 

1,941 1,941

 

 

 

 

Cəmi pul vəsaitləri və onların ekvivalentləri,  

nağd pul çıxılmaqla 

2,882,237 2,882,237

 

 



Aşağıda pul vəsaitlərinin hərəkəti haqqında hesabata daxil edilməyən və pul vəsaitləri və onların 

ekvivalentlərinin istifadəsini tələb etməyən maliyyələşdirmə əməliyyatı göstərilmişdir: 



Min Azərbaycan Manatı ilə 

31/12/2010 31/12/2009

 

 

Nağdsız şəkildə maliyyələşdirmə əməliyyatları 



 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin borc öhdəliyi formasında 

kapital qoyuluşu  

- 209,517

 

 

 

 



Nağdsız şəkildə maliyyələşdirmə əməliyyatları

- 209,517

 

 

2009-cu ildə Bankın nağdsız şəkildə həyata keçirdiyi əməliyyat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 

nominal dəyəri 255,400 min AZN olan faiz hesablanmayan borc öhdəliyi formasında kapital qoyuluşu ilə 

təmsil olunmuşdur. 22 saylı Qeydə baxın.  

Pul vəsaitləri və onların ekvivalentlərinin faiz dərəcəsi, valyuta və coğrafi təhlili 27 saylı Qeyddə göstərilir. 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə