Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



43

26 

İnzibati və Digər Əməliyyat Xərcləri

 

Min Azərbaycan Manatı ilə 

Qeyd

2010 2009

 

 



   

İşçilər üzrə xərclər  

12,021 

11,300


Əskinas və sikkələrin istehsalı və nəqli üzrə xərclər   5,115 

 

3,904



Tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri 12 

5,028 


6,653

Mühafizə xərcləri  

1,334 

1,381


Qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri 12 

1,224 


1,087

Rabitə xidmətləri  

550 

534


Proqram təminatı üzrə xərclər  

482 


488

Ofis təchizatı  

420 

603


Torpaq, tikili və avadanlığın təmir və saxlanma xərcləri  

365 


387

Sığorta xərcləri  

236 

129


Isitmə və işıqlandırma xərcləri  

248 


246

Ezamiyyə xərcləri  

185 

160


Xeyriyyə məqsədləri üçün ayırmalar  

93 


89

Mətbəə xərcləri  

87 

88

Hüquq və məsləhət xidmətləri  



68 

948


Kommunal xidmətlər üzrə xərclər  

34 


40

İcarə haqqı  

34 

14

Azərbaycan İpoteka Fondu və Maliyyə Monitorinqi Xidməti üçün 



inzibati binaların alınması üzrə xərclər  

13,250



Digər  

3,529 


839

 

 



 

 

 



 

 

 

Cəmi inzibati və digər əməliyyat xərcləri  

31,053 

42,140

 

 



 

İşçilər üzrə xərclərə yerli qanunvericiliyə müvafiq olaraq hesablanmış 2,059 min AZN (2009: 1,955 min AZN) 

məbləğində sosial sığorta ayırmaları daxildir.  

2009-cu ildə Azərbaycan İpoteka Fondu və Maliyyə Monitorinqi Xidməti üçün inzibati binaların alınması üzrə 

xərclər müvafiq olaraq 8,833 min AZN və 4,417 min AZN təşkil etmişdir.  

27 Maliyyə Risklərinin İdarə Edilməsi 

Bank fəaliyyəti zamanı müxtəlif risklərə  məruz qalır. Risklərin idarə edilməsi bankın fəaliyyətinin mühüm 

hissəsini təşkil edir. Bank, riskləri daimi müəyyən etmə, ölçmə və müşahidə etmə prosesləri, eləcə də kredit 

limitlərinin müəyyən edilməsi və digər daxili nəzarət tədbirləri vasitəsilə idarə edir. Bankın hər bir əməkdaşı 

onun vəzifələri ilə bağlı risklərə görə  məsuliyyət daşıyır. Bank kredit riski, likvidlik riski və bazar risklərinə 

məruz qalır. Bank əməliyyat risklərinə də məruz qalır.  

Müstəqil riskə  nəzarət prosesinə mühitdə, texnologiyada və  sənayedə  dəyişikliklər kimi biznes riskləri daxil 

deyildir. Onlar Bankın strateji planlaşdırma prosesi vasitəsilə nəzarət altında saxlanılır.  

İdarə Heyəti risklərin müəyyən edilməsi və nəzarət edilməsinə görə ümumi məsuliyyət daşıyır, lakin müxtəlif 

risklərin idarə olunması və izlənməsi üçün məsuliyyəti ayrıca struktur bölmələr daşıyır: 



İdarə heyəti.  İdarə Heyəti risklərin idarə olunmasında ümumi yanaşma, risk tolerantlığı  səviyyələri və 

risklərin idarə edilməsinin əsas prinsiplərinin qəbul edilməsi üçün məsuliyyətlidir. 



İnvestisiya komitəsi.  İnvestisiya Komitəsi “Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta aktivlərinin 

idarə edilməsi Qaydaları”na uyğun olaraq Bankın valyuta aktivlərinin idarə edilməsində  məqbul limitlərin 

müəyyən edilməsində məsuliyyətlidir. 

Risklərin idarə edilməsi  şöbəsi.  Bazar  əməliyyatları departamentinin Risklərin idarə edilməsi  şöbəsi 

“Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi Qaydaları”, “Azərbaycan 

Respublikası  Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsinin  Əsas  İstiqamətləri” və “Azərbaycan 

Respublikası Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi üzrə Əməliyyat İnvestisiya Strategiyası”na 

uyğun olaraq valyuta aktivlərinin idarə edilməsində qəbul olunmuş limitlərə daimi nəzarəti həyata keçirir.



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



44

27 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı) 

Daxili audit.  Daxili Audit hər il Bankda risklərin idarə olunması proseslərinin audit yoxlamasını apararaq, 

həm prosedurların münasibliyini, həm də Bankın prosedurlara riayət etməsini yoxlayır. Daxili Audit bütün 

qiymətləndirmələrin nəticələrini rəhbərliklə müzakirə edir və  nəticə  və tövsiyələr haqqında Bankın Sədrinə 

hesabat verir. 



Risklərin qiymətləndirilməsi və hesabatlıq sistemləri.  Əməliyyatların strukturundan asılı olaraq Bankda 

risklərin idarə olunması  mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş metodlarla aparılır. Maliyyə riskinin idarə 

olunması mərkəzləşdirilmiş qaydada aparılır, əməliyyat riskinin idarə olunması isə mərkəzləşdirilməyib. 

Əməliyyatlar İdarə Heyətinin üzvləri arasında nəzarət prinsipinə əsaslanaraq bölüşdürülür. Hər bir heyət üzvü 

özünün məsuliyyət daşıdığı sektorda əməliyyatlara nəzarət etməlidir. 

Risklərin idarə olunması müxtəlif departamentlər tərəfindən həyata keçirilir. Bundan əlavə, Bankda 

əməliyyatları və nəzarəti həyata keçirmək üçün xüsusi komitə və komissiyalar da fəaliyyət göstərir, məsələn 

İnvestisiya Komitəsi, Kredit Komitəsi və Bankın rəsmi məzənnələrinin müəyyən edilməsi üzrə Daimi 

Komissiya və sair. 

Valyuta ehtiyatları üzrə risklər Bankın risklərinin mühüm hissəsini təşkil edir. Bu risklərin idarə olunması üzrə 

səlahiyyətlərin bölgüsü, prosedurlar və hesabatlılıq  “Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta 

aktivlərinin idarə edilməsi Qaydaları”nda müəyyən olunmuşdur.  İdarə olunan risklər üzrə  məqbul limitlər  

“Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi Qaydaları”, “Azərbaycan 

Respublikası  Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsinin  Əsas  İstiqamətləri”, “Azərbaycan 

Respublikası Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi üzrə Əməliyyat İnvestisiya Strategiyası” və 

xarici menecerlər tərəfindən vəsaitlərin idarə edilməsi üzrə  “İnvestisiya qaydaları”nda öz əksini tapır. 

Qaydalara uyğun olaraq məqbul limitlər  İnvestisiya Komitəsi tərəfindən müəyyən edilərək,  İdarə Heyəti 

tərəfindən təsdiq olunur. Risklərə daimi nəzarət Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi 

şöbəsi və Ödəniş sistemləri və hesablaşmalar Departamentinin Maliyyə bazarlarında  əməliyyatlar  şöbəsi 

tərəfindən aparılır. 

Əməliyyat risklərinin idarə olunması İdarə Heyəti və Daxili audit departamenti tərəfindən aparılır. İdarə Heyəti 

əməliyyat riskinin məhdudlaşdırılması  məqsədilə  əməliyyat prosedur və qaydalarını  təsdiq edir. Daxili audit 

departamenti mütəmadi olaraq əməliyyat prosedurlarının icra olunmasına nəzarət edir və  İdarə Heyətinə 

hesabat verir. 

 

Həddindən artıq risk konsentrasiyası.  Konsentrasiya - qarşı  tərəflər oxşar fəaliyyət ilə  məşğul olduqda, 

eyni coğrafi regionda fəaliyyət göstərdikdə  və ya onların müqavilə üzrə öhdəliklərini yerinə yetirmək 

qabiliyyətini iqtisadi, siyasi və yaxud digər  şərtlərdəki dəyişikliklərin təsirinə eyni dərəcədə  məruz qoyacaq 

analoji iqtisadi xüsusiyyətlər olduqda yaranır. Konsentrasiya riski Bankın müəyyən iqtisadi sektor və ya 

coğrafi mövqeyə təsir göstərən hadisələrə nisbi həssaslığını göstərir.  

Həddindən artıq risk konsentrasiyasına məruz qalmamaq üçün Bank daxili prosedurlarında müxtəlif 

xüsusiyyətlərə malik olan portfellərin idarə edilməsi qaydaları ilə təmin olunur.  

Kredit riskiMaliyyə aləti üzrə əməliyyat aparan bir tərəf öz öhdəliyini yerinə yetirməməsi nəticəsində digər 

tərəfə maliyyə  zərəri vurduqda, Bank kredit riskinə  məruz qalır. Kredit riski Bankın qarşı  tərəflərlə  həyata 

keçirdiyi kredit və digər  əməliyyatlar nəticəsində ortaya çıxır ki, bu da maliyyə aktivlərinin yaranmasına, o 

cümlədən borcalanın və ya qarşı tərəfin müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsinə gətirib çıxarır.  

Kredit riski investisiya aktivlərinin lazımi qaydada seçilməsi, investisiya aktivlərinin kredit keyfiyyəti və hər bir 

investisiya aktivi üzrə investisiya məbləğinə limitlərin müəyyən edilməsi vasitəsilə idarə olunur və  nəzarət 

edilir.   

Bank məruz qaldığı kredit riskinə bir borcalan və ya borcalanlar qrupu, eləcə  də coğrafi və ya fəaliyyət 

seqmentləri üzrə limitlər müəyyən etməklə nəzarət edir. Kredit riski səviyyəsinin məhsul, borcalan və sənaye 

sahələri üzrə limitləri müntəzəm olaraq İdarə Heyəti tərəfindən təsdiqlənir. Bu cür risklərə gündəlik nəzarət 

olunur və onlar mütəmadi olaraq nəzərdən keçirilir. 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə