Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   2   3   4   5   6   7   8   9   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



5

1 Giriş 

Azərbaycan Respublikası  Mərkəzi Bankının (“Bank”) 31 dekabr 2010-cu il tarixində tamamlanan il üçün 

hazırkı maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmışdır. 

Əsas fəaliyyət. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra “Bank”) Azərbaycan 

Respublikasının mərkəzi bankıdır və Azərbaycan Respublikasının tam mülkiyyətindədir. Bank “Azərbaycan 

Respublikasının Mərkəzi Bankı haqqında” 10 dekabr 2004-cü il tarixli Azərbaycan Respublikası  Qanununa 

(bundan sonra “Qanun”) müvafiq olaraq fəaliyyət göstərir. Bank 18 mart 2009-cu il tarixinədək “Azərbaycan 

Respublikasının Milli Bankı” adı ilə  fəaliyyət göstərmişdir. 18 mart 2009-cu il tarixli  “Azərbaycan 

Respublikasının Konstitutsiyasına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Referendum Aktına və 

“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və 

əlavələr edilməsi barədə 19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 

“Azərbaycan Respublikasının Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” kimi adlandırılmışdır.  

Qanunun 4-cü maddəsinə uyğun olaraq Bankın məqsədləri aşağıdakılardır: 

• Bankın əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyininin təmin edilməsidir; 

• Bankın məqsədi həmçinin Bank və ödəniş sistemlərinin sabitliyinin və inkişafının təmin edilməsidir; 

və  

• Mənfəət götürmək Bankın əsas məqsədi deyildir. 



Qanunun 5-ci maddəsinə uyğun olaraq Bankın əsas funksiyaları aşağıdakılardır: 

• Dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir

• Nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II 

hissəsinə  və Qanuna müvafiq olaraq, pul nişanlarının tədavülə buraxılmasını  və  tədavüldən 

çıxarılmasını həyata keçirir; 

• Manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; 

• Valyuta 

tənzimini və nəzarətini həyata keçirir; 

• Sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir

• Hesabat 

tədiyyə balansını tərtib edir və ölkənin proqnoz tədiyyə balansının hazırlanmasında iştirak 

edir; 


• “Banklar 

haqqında”, “Poçt haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” 

Azərbaycan Respublikası Qanunlarına müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq 

bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə 

nəzarəti həyata keçirir. 

• Ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində  nəzarəti 

həyata keçirir; 

• Qanunvericiliklə nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir. 

Qanunun 14.1-ci Maddəsinə uyğun olaraq Bank müflis elan oluna bilməz. Kapitalda yaranmış  hər hansı 

çatışmazlıq Azərbaycan Respublikası Hökuməti tərəfindən ödənilir. 28 saylı Qeydə baxın. 

Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Azərbaycan Respublikasının tərəfdaş  çıxdığı 

beynəlxalq müqavilələrə müvafiq olaraq, Bank onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici 

dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında 

Azərbaycan Respublikasını təmsil edir. 

Bank fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərin mərkəzi bankları ilə  əməkdaşlıq haqqında 

müqavilələr bağlaya bilər, həmçinin xaricdə yerləşən dövlət və özəl mərkəzi klirinq (prosessinq) idarələri ilə 

öz adından və ona müvafiq səlahiyyətlər verildiyi halda, Azərbaycan dövləti adından klirinq və hesablaşmalar 

haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər. 

Bank pul, valyuta və bank nəzarəti sahələrində  əməkdaşlıq məqsədi daşıyan beynəlxalq və regional 

təşkilatların kapitallarında və fəaliyyətlərində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edə bilər. 

31 dekabr 2010-cu il tarixinə Bankın İdarə Heyəti (“İdarə Heyəti”) aşağıdakı üzvlərdən ibarət olmuşdur: 

Adı 

                           

Vəzifə 

Cənab Elman Rüstəmov    

Sədr  

Cənab Alim Quliyev 



 

Sədrin birinci müavini  

Cənab Aftandil Babayev 

 

Sədr müavini 



Cənab Vadim Xubanov 

 

Sədr müavini  



Cənab Xəqani Abdullayev   

Sədr müavini 




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



6

1 Giriş (davamı) 

Bankın hüquqi ünvanı  və  fəaliyyət göstərdiyi ölkə. Bankın Mərkəzi aparatı bu ünvanda yerləşir: 

Azərbaycan, Bakı, AZ1014, R. Behbudov küçəsi, 32. 31 dekabr 2010-cu il tarixinə Bankın Azərbaycan 

Respublikasında 7 ərazi idarəsi fəaliyyət göstərmişdir (31 dekabr 2009-cu il: 10). 31 dekabr 2010-cu il 

tarixinə Bankın 636 işçisi olmuşdur (31 dekabr 2009-cu il: 635).  



Əməliyyat valyutası.  Hazırkı maliyyə hesabatlarındakı  məbləğlər başqa valyuta göstərilmədiyi halda, 

Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatı ilə (“AZN”) əks olunmuşdur. 



2 Bankın Əməliyyat Mühiti 

Bazar iqtisadiyyatlı yeni ölkə kimi Azərbaycanda inkişaf etmiş biznes və  tənzimləyici infrastruktur getdikcə 

formalaşmaqdadır. Ölkədə ümumi sərmayə mühitinə müsbət təsir göstərən bir sıra inkişaf meylləri davam 

edir. 


Son illər Azərbaycan hökuməti bank işi, hüquq, vergiyə cəlb olunma və tənzimləyici sistemlərin yaradılması 

istiqamətində mühüm islahatlar həyata keçirmişdir. Həmçinin bu tədbirlərə yeni qanunvericilik bazasının 

qəbul edilməsi və mövcud qanunvericiliyə əlavə və düzəlişlərin edilməsi daxildir. Bu addımlar Azərbaycanda 

biznes subyektlərinin məruz qaldığı risklərin azaldılmasına kömək edəcək. 

Biznes mühitinin bütövlükdə  təkmilləşdirilməsinə istiqamətlənmiş islahatların bundan sonra da davam 

edəcəyi gözlənilir. Belə ki, Azərbaycan iqtisadiyyatının gələcək sabitliyi önəmli dərəcədə islahat və 

dəyişikliklərdən, eləcə də hökumətin gördüyü iqtisadi, maliyyə və monetar tədbirlərin effektivliyindən asılıdır. 

Bununla bərabər, Azərbaycan iqtisadiyyatı  tərəfdaş ölkələrdə bazar tənəzzülü və iqtisadi inkişaf tempinin 

aşağı düşməsinə  həssasdır. Dünya iqtisadiyyatının resessiyadan tədricən çıxmağa başlaması, iqtisadi 

canlanma meyllərinin yaranmasına baxmayaraq dünya maliyyə sistemində  əhəmiyyətli risklərin hələ  də 

qalması maliyyə bazarlarında yüksək volatilliyin yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb qlobal fonda 

Azərbaycan iqtisadiyyatında artım və inkişaf prosesləri davam etmiş, dayanıqlı makroiqtisadi sabitlik hökm 

sürmüşdür. Hökumətin həyata keçirdiyi antiböhran tədbirləri çərçivəsində bazarın likvidliyə olan təlabatı 

ödənilmiş, milli valyutanın məzənnəsinin sabitliyi qorunub saxlanılmışdır. 

Qeyd olunanlarla yanaşı, Azərbaycanda həyata keçirilən pul siyasəti və bank əməliyyatları adətən inkişaf 

etmiş bazarlar ücün xarakterik olmayan risklərlə müşayiət oluna bilər. Hazırda makroiqtisadi və maliyyə 

sabitliyinin qorunmasında Bankın rolunu təmin etmək ucun bütün müvafiq tədbirlər görülməkdədir. Lakin, 

qeyd olunan sahələrdə  vəziyyətin gözlənilməz dərəcədə pisləşməsi, xüsusilə  də makrofiskal parametrlərin 

kəskin dəyişilməsi, o cümlədən ifrat fiskal expansiya Bankın maliyyə vəziyyətinə və fəaliyyətinin nəticələrinə 

hazırda dəqiq ölçülə bilinməyən kəmiyyətdə mənfi təsirlər göstərə bilər. 





Əsas Uçot Prinsiplərinin Xülasəsi 

Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları. Hazırkı maliyyə hesabatları maliyyə alətlərinin ədalətli 

dəyərlə ilkin uçotu, satıla bilən maliyyə aktivlərinin və  mənfəət və ya zərər vasitəsilə  ədalətli dəyərlə  əks 

etdirilmiş maliyyə alətlərinin yenidən qiymətləndirilməsi istisna olmaqla, Maliyyə Hesabatlarının Beynəlxalq 

Standartlarına (“MHBS”) uyğun olaraq ilkin dəyər uçotuna əsasən hazırlanmışdır.  

Bu maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot prinsipləri aşağıda göstərilir. Həmin uçot 

prinsipləri başqa cür göstərilmədiyi hallarda bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir (5 saylı Qeydə 

baxın).  

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları. Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli 

dəyərdə və ya amortizasiya edilmiş dəyərlə qeydə alınır. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir. 



Ədalətli dəyər əməliyyatın həyata keçirilməsində maraqlı olan, yaxşı məlumatlandırılmış və bir birindən asılı 

olmayan alıcı  və satıcı arasında aktivin mübadilə edilə biləi və ya öhdəliyin yerinə yetirildiyi məbləğdir. 

Ədalətli dəyər fəal bazarda alınıb satılan maliyyə aktivləri üzrə cari tələb qiymətini və maliyyə öhdəlikləri üzrə 

cari təklif qiymətini  əks etdirir. Bazar riskləri qarşılıqlı  şəkildə  əvəzləşdirilən aktiv və öhdəliklər ilə  əlaqədar 

Bank qarşılıqlı surətdə əvəzləşdirilən risklər üzrə ədalətli dəyər göstəricilərinin müəyyən edilməsi üçün orta 

bazar qiymətlərindən istifadə edə bilər və xalis açıq mövqeyə müvafiq tələb və təklif qiyməti tətbiq edə bilər. 

Maliyyə aləti fəal bazarda o zaman sərbəst surətdə alınıb satıla bilən aktivlər kimi qəbul edilir ki, onların 

qiymətləri haqqında məlumat fond birjasında və ya digər maliyyə təşkilatından sərbəst və müntəzəm şəkildə 

əldə edilə bilsin və bu zaman həmin qiymətlər könüllü şəkildə bazar şərtləri çərçivəsində həyata keçirilən real 

və müntəzəm əməliyyatları əks etdirsin.  




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə