Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   2   3   4   5   6   7   8   9   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



8



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Bank aktivdən pul vəsaitləri axınını almaq hüququnu ötürmüş  və aktiv üzrə, demək olar ki, bütün risk və 

səmərələri nə ötürməmiş, nə  də onları özündə saxlamamışdırsa, aktiv, Bankın həmin aktivdə davam edən 

iştirakı müqabilində  əks etdirilir. Ötürülmüş aktiv üzrə  zəmanət formasında aktivdə  iştirakın davam etməsi 

aktivin ilkin balans dəyəri ilə Bankdan tələb oluna biləcək maksimal ödəniş məbləğindən az olanı ilə ölçülür.  

Aktivdə iştirak, ötürülmüş aktiv üzrə yazılı və/və ya satın alınmış opsion (o cümlədən ödənişlər netto-əsasla 

aparılan opsion və ya analoji alət) formasında davam edirsə, Bankın davam edən iştirakının həcmi Bankın 

geri ala bildiyi keçirilmiş aktivin dəyəridir. Lakin ədalətli dəyərlə qiymətləndirilən aktiv üzrə yazılı put-opsionu 

(o cümlədən ödənişlər netto-əsasla aparılan opsion və ya analoji alət) istisna təşkil edir və bu halda Bankın 

davam edən iştirakının həcmi,  ötürülən aktivin ədalətli dəyəri və opsionun icra qiymətindən az olanı ilə 

məhdudlaşır. 

Pul vəsaitləri və onların ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentləri qısa ödəniş müddətinə malik 

pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin cüzi dəyişməsi kimi riskə 

məruz qalan qoyuluşlardır.  Pul vəsaitləri və onların ekvivalentlərinə xarici valyutada olan nağd vəsaitlər, 

xatirə sikkələri, müxbir hesabların bloklaşdırılmamış qalıqları, həmçinin overnayt depozitləri də daxil olmaqla 

3 ay və ya daha az ödəniş müddətinə malik olan depozitlər daxildir. Pul vəsaitləri və onların ekvivalentləri 

amortizasiya edilmiş dəyərlə əks etdirilir. 



Ticarət qiymətli kağızları. Ticarət qiymətli kağızları qiymətlər və ya ticarət marjasında qısamüddətli 

dəyişikliklər hesabına mənfəət əldə etmək məqsədilə alınmış və yaxud qısamüddətli mənfəətin əldə edilməsi 

üçün faktiki olaraq istifadə edilən portfelin bir hissəsini təşkil edən maliyyə aktivləridir. Bank qiymətli kağızları 

aldıqdan sonra onları  qısa müddət  ərzində (yəni, bir ay ərzində) satmaq niyyətində olarsa, həmin qiymətli 

kağızları satış üçün nəzərdə tutulan qiymətli kağızlar kimi təsnifləşdirir. Satış üçün nəzərdə tutulan qeyri-

törəmə maliyyə aktivi yaxın zamanlarda satılmaq məqsədilə saxlanılmadıqda, Bank həmin aktivi mənfəət və 

ya zərər vasitəsilə  ədalətli dəyərlə qiymətləndirilən maliyyə aktivləri kateqoriyasından çıxara bilər. Kreditlər 

və debitor borcları kateqoriyasına aid olmayan maliyyə aktivləri yalnız qeyri-adi xarakter daşıyan və yaxın 

gələcəkdə  təkrarlanması az ehtimal olunan hadisə ilə bağlı yaranan nadir hallarda mənfəət və ya zərər 

vasitəsilə  ədalətli dəyərlə  əks etdirilən maliyyə aktivləri kateqoriyasından çıxarıla bilər. Bank, kreditlər və 

debitor borcları anlayışına cavab verən maliyyə aktivlərini yaxın gələcəkdə  və ya ödəmə müddətinədək 

saxlamaq niyyətində olduqda, həmin aktivlər yenidən təsnifləşdirilə bilər. 

Ticarət qiymətli kağızları ədalətli dəyərdə əks etdirilir. Ticarət qiymətli kağızları üzrə qazanılmış faizlər il üzrə 

məcmu gəlir haqqında hesabatda faiz gəlirləri kimi qeydə alınır. Ədalətli dəyərdəki dəyişikliklərin bütün digər 

komponentləri, eləcə  də uçotdan silinmə  nəticəsində yaranan mənfəət və ya zərər, məcmu gəlir haqqında 

hesabatda yarandığı dövrdə satış üçün nəzərdə tutulan qiymətli kağızlar üzrə xalis mənfəət və ya zərər kimi 

qeydə alınır. 

Kreditlər və debitor borcları. Kreditlər və debitor borcları, o cümlədən dövlətin borc öhdəliyi fəal bazarda 

dövr etməyən, müəyyən və ya müəyyən edilə bilən ödənişli qeyri-törəmə maliyyə aktivləridir. Onlar dərhal və 

ya qısa müddətdə satılmaq üçün nəzərdə tutulmur və ticarət qiymətli kağızları və ya satıla bilən investisiya 

qiymətli kağızları kimi təsnif edilmir. Kreditlər və debitor borcları effektiv faiz dərəcəsi metodundan istifadə 

etməklə amortizasiya edilmiş  dəyərlə  əks etdirilir. Kreditlər və debitor borclarının tanınmasının 

dayandırılması  və ya dəyərsizləşməsi, həmçinin amortizasiyası  nəticəsində yaranan mənfəət və ya zərər 

hesabat ilinin mənfəət və ya zərərində tanınır.. 

Amortizasiya edilmiş  dəyərlə tanınan maliyyə aktivlərinin dəyərsizləşməsi.  Maliyyə aktivinin ilkin 

uçotundan sonra baş vermiş bir və ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış və etibarlı şəkildə 

təxmin edilə bilən maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə daxil olacaq pul vəsaitlərinin məbləğinə və 

ya dövrünə  təsir göstərən dəyərsizləşmə üzrə  zərərlər il üzrə  mənfəət və ya zərərə aid edilir. Ayrıca 

qiymətləndirilən maliyyə aktivi (əhəmiyyətindən asılı olmayaraq) ilə əlaqədar dəyərsizləşmə üzrə zərərin baş 

verməsinə dair Bankda obyektiv dəlil olmadıqda, həmin aktiv analoji kredit riskinə malik olan maliyyə aktivləri 

qrupuna aid edilir və  dəyərsizləşməyə görə birlikdə qiymətləndirilir. Maliyyə aktivinin dəyərsizləşməsi 

məsələsinə baxarkən Bankın nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçmiş statusu və hər hansı girov 

təminatının realizasiya oluna bilməsidir.  



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



9



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas 

meyarlar aşağıda göstərilir: 

-

  hər hansı ödənişin doxsan gündən artıq gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin 



hesablaşma sistemlərindəki gecikmə ilə izah edilə bilməməsi; 

-

 borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Bankın borcalan haqqında maliyyə 



məlumatları ilə təsdiqlənməsi; 

-

 borcalanın müflisləşməsi və  ya  onun  maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə  məruz 



qalması; 

-

 borcalanın kredit reytinqinin aşağı düşməsi; 



-

 müqavilənin ilkin şərtlərinin pozulması; və ya  

-

 borcalana 



təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş 

statusunda mənfi dəyişikliklərin baş verməsi; 

Aktivlər üçün dəyərsizləşmə üzrə  zərərlərin kollektiv şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri 

Bankın daxili kredit reytinqləri sistemi əsasında qruplara bölünür və bu zaman aktivin növü, iqtisadi sektoru, 

coğrafi mövqeyi, girovun növü, ödəniş vaxtının keçib-keçməməsi və digər müvafiq amillər kimi kredit riskinin 

xüsusiyyətləri nəzərə alınır. 

Dəyərsizləşməyə qarşı məcmu şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupundakı pul vəsaitlərinin gələcək 

hərəkəti, həmin aktivlərlə bağlı müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, keçmişdə baş vermiş zərər halları 

nəticəsində yaranacaq vaxtı keçmiş borcların həcminə dair rəhbərlikdə mövcud olan statistikaya və vaxtı 

keçmiş borcların geri qaytarılması nailiyyətinə  əsasən müəyyən edilir. Keçmiş dövrlərə  təsir göstərməyən 

cari  şəraitin təsirini  əks etdirmək və cari dövrdə mövcud olmayan keçmiş hadisələrin təsirini aradan 

qaldırmaq məqsədilə, keçmiş illərin statistikası müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənir. 

Qiymətləndirilmiş  gələcək pul vəsaitləri axınının cari dəyəri maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsi ilə 

diskontlaşdırılır. Kredit dəyişən faiz dərəcəsi ilə verilmişdirsə, dəyərsizləşmə  zərərinin ölçülməsi üçün 

diskontun dərəcəsi, cari effektiv faiz dərəcəsi olacaqdır. Girov qoyulmuş maliyyə aktivləri üzrə 

qiymətləndirilmiş  gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması, girov aktivinin 

özgəninkiləşdirilməsinin mümkün olub-olmamasından asılı olmayaraq, girovun alınması və satılması ilə bağlı 

məsrəflər çıxılmaqla girov aktivinin özgəninkiləşdirilməsindən irəli gələn pul vəsaitlərinin hərəkətini əks etdirir. 

İmkan yarandıqda Bank girova yiyələnmək  əvəzinə amortizasiya edilmiş  dəyərlə uçota alınan maliyyə 

aktivlərini dəyişdirməyə çalışır. Buna müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin uzadılması və yeni 

şərtlərin razılaşdırılması daxildir. Yeni şərtlər müəyyən edildiyi təqdirdə, kredit vaxtı ötmüş hesab olunmur. 

Bütün meyarların qarşılanması  və  gələcək ödənişlərin mümkünlüyündən  əmin olmaq məqsədilə Bank 

rəhbərliyi restrukturizasiya edilmiş kreditləri daim nəzərdən keçirir. Amortizasiya edilmiş dəyərlə uçota alınan 

dəyərsizləşmiş maliyyə aktivi ilə bağlı  şərtlərə yenidən baxılarsa və ya bu şərtlər borcalanın və yaxud 

borcverənin maliyyə  vəziyyətindəki çətinliklərə görə  dəyişərsə, dəyərsizləşmənin uçotu şərtlərin 

dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsaslanır. 

Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə 

(kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) silmək üçün aktivlər üçün dəyərsizləşmə üzrə 

zərərlər ehtiyat hesablarında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivi üzrə  təxmin edilən gələcək pul 

vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması girovun əldə edilməsi və satılması xərcləri çıxılmaqla, girov 

nəticəsində yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini əks etdirir.  

Dəyərsizləşmə üzrə  zərərin məbləği sonrakı dövrdə baş vermiş hadisəyə görə azalarsa və  həmin azalma 

obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit 

reytinqinin artması kimi) aid edilərsə,  əvvəl qeydə alınmış  dəyərsizləşmə üzrə  zərər il üzrə  mənfəət və ya 

zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə bərpa edilir. 

Aktivlər qaytarıla bilmədikdə onlar, aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri 

prosedurların tamamlanmasından və  zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər 

ehtiyatından silinir. Əvvəllər silinmiş məbləğlərin bərpa edilməsi il üzrə mənfəət və ya zərərdə dəyərsizləşmə 

üzrə zərərin azaldılması kimi uçota alınır.  



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə