Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   2   3   4   5   6   7   8   9   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



10



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Satıla bilən investisiya qiymətli kağızlar.  Bu kateqoriyaya Bankın qeyri-müəyyən müddət  ərzində 

saxlamaq niyyəti olan və likvidliyin saxlanması üzrə  tələblərdən asılı olaraq və ya faiz dərəcələri, valyuta 

məzənnələri və ya səhmlərin qiymətinin dəyişməsi nəticəsində satıla bilən investisiya qiymətli kağızları 

daxildir.  

Satıla bilən investisiya qiymətli kağızları ədalətli dəyərdə əks etdirilir. Satıla bilən borc qiymətli kağızları üzrə 

faiz gəlirləri effektiv faiz metodu ilə hesablanır və il üzrə  mənfəət və ya zərərdə qeydə alınır.  Ədalətli 

dəyərdəki dəyişikliklərin bütün digər elementləri investisiyanın tanınmasının dayandırılması  və ya 

dəyərsizləşməsi anınadək digər məcmu gəlirlərdə  əks etdirilir. Satıla bilən qiymətli kağızlar üzrə tanınma 

dayandırılarkən əvvəllər digər məcmu gəlir kateqoriyasına aid edilmiş mənfəət və ya zərər kapitaldan il üzrə 

mənfəət və ya zərərə yenidən təsnifləşdirilir.  

Dəyərsizləşmə üzrə zərərlər satıla bilən investisiya qiymətli kağızlarının ilkin uçotundan sonra baş vermiş bir 

və ya bir neçə halın (“zərər halları”) nəticəsində yarandıqda il üzrə mənfəət və ya zərərdə əks etdirilir. Pay 

qiymətli kağızların ədalətli dəyərinin onun alış dəyərindən əhəmiyyətli dərəcədə və ya uzun müddət ərzində 

aşağı olması həmin qiymətli kağızların dəyərsizləşməsini göstərir. Alış dəyəri ilə cari ədalətli dəyər arasında 

fərq kimi müəyyən edilən dəyərsizləşmə üzrə yığılmış zərər, ilkin olaraq mənfəət və ya zərərdə əks etdirilən 

həmin aktivin dəyərsizləşməsi üzrə zərəri çıxmaqla, digər məcmu gəlirlər kateqoriyasından il üzrə mənfəət və 

ya zərərə yenidən təsnifləşdirilir. Pay alətlərinin dəyərsizləşməsi üzrə zərər bərpa edilmir və sonrakı gəlirlər 

digər məcmu gəlirlər kimi qeydə alınır. Satıla bilən qiymətli kağızlar kimi təsnifləşdirilmiş borc alətlərinin 

ədalətli dəyəri hesabat tarixindən sonrakı dövr ərzində artarsa və həmin artım obyektiv olaraq dəyərsizləşmə 

üzrə  zərərin mənfəət və ya zərər kimi uçota alınmasından sonra baş vermiş hadisəyə aid edilə bilərsə, 

dəyərsizləşmə üzrə zərər il üzrə mənfəət və ya zərər hesabına bərpa edilir. 

Repo və  əks-repo müqavilələri.  Qarşı  tərəfi faktiki olaraq kreditorun gəlirliyi ilə  təmin edən qiymətli 

kağızların satılması  və geri alınması razılaşmaları (“repo” müqavilələri) qiymətli kağızarın təminatı üzrə 

vəsaitlərin cəlb edilməsi  əməliyyatları kimi əks etdirilir. Satış  və geri alış müqavilələri  əsasında satılmış 

qiymətli kağızların uçotu dayandırılmır. Alıcının müqavilə  və ya qəbul edilmiş praktikaya uyğun olaraq 

qiymətli kağızları satmaq və ya yenidən girov qoymaq hüququna malik olduğu hallardan başqa, girov 

qoyulan qiymətli kağızlar maliyyə  vəziyyəti haqqında hesabatda yenidən təsnifləşdirilmir. Belə hallarda 

qiymətli kağızlar “repo müqavilələri üzrə debitor borclar” kimi yenidən təsnifləşdirilir. Müvafiq öhdəliklər isə 

“kredit təşkilatlarına və ya müştərilərə ödəniləcək məbləğlər” sətrində əks etdirilir. 

Bankı faktiki olaraq kreditor gəlirliyi ilə  təmin edən geri satış müqavilələri (“əks repo”) əsasında alınmış 

qiymətli kağızlar “rezident banklara verilmiş kreditlər” kimi əks etdirilir. Satış qiyməti ilə geri alış qiyməti 

arasındakı fərq faiz gəliri kimi qeydə alınır və effektiv faiz metoduna əsasən əks repo müqavilələrinin müddəti 

ərzində hesablanır. 



Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları. Bu kateqoriyaya Bankın ödəniş tarixinədək 

saxlamaq niyyəti və imkanı olan sabit və ya müəyyən edilə bilən və müəyyən edilmiş ödəmə müddətinə 

malik olan qeyri-törəmə maliyyə aktivləri daxildir. Rəhbərlik ödəniş tarixinədək saxlanılan qiymətli kağızları 

ilkin uçot zamanı  təsnifləşdirir və  hər bir hesabat dövrünün sonunda bu təsnifləşdiməni yenidən nəzərdən 

keçirir. Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları amortizasiya edilmiş dəyərdə əks etdirilir. 

Torpaq, tikili və avadanlıqlar.  Torpaq, tikili və avadanlıqlar hər hansı  yığılmış amortizasiya və ehtiyac 

yaranarsa, dəyərsizləşmə zərərləri çıxılmaqla, ilkin dəyərdə uçota alınır.  

Kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. Tikili və avadanlıqların əsas hissələrinin 

əvəz edilməsi xərcləri uçot meyarına riayət edildikdə  və  əvəz edilmiş hissələrin tanınması dayandırıldıqda 

kapitallaşdırılır.  



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



11



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Rəhbərlik, hər bir hesabat dövrünün sonunda torpaq, tikili və avadanlıqlar üzrə dəyərsizləşmə əlamətlərinin 

mövcud olub-olmadığını qiymətləndirir. Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa dəyərini təxmin 

edir. Aktivin bərpa dəyəri, onun satış üzrə məsrəfləri çıxılmaqla ədalətli dəyəri və istifadə dəyərindən daha 

yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpa dəyərinə qədər azaldılır və dəyərsizləşmə üzrə zərər 

il üzrə  mənfəət və ya zərərə aid edilir. Aktivin satış üzrə  məsrəfləri çıxılmaqla  ədalətli dəyəri və ya onun 

istifadə  dəyərini qiymətləndirmək üçün istifadə edilmiş  təxminlərdə  dəyişiklik baş verdiyi təqdirdə,  əvvəlki 

illərdə tanınmış dəyərsizləşmə üzrə zərər ləğv edilir. 

Aktiin tanınmasının dayandırılması nəticəsində yaranan mənfəət və ya zərər, gəlirin məbləği ilə balans dəyəri 

arasındakı fərq kimi müəyyən edilir və il üzrə mənfəət və ya zərərə daxil edilir (digər əməliyyat gəliri və ya 

digər əməliyyat xərclərinin tərkibində).  

Amortizasiya. Aktiv üzrə amortizasiya onun istifadəyə hazır olduğu andan hesablanır. Torpaq və başa 

çatdırılmamış tikintilər üçün amortizasiya hesablanmır. Tikili və avadanlıqlar üzrə amortizasiya düz xətt 

metoduna, yəni tikili və avadanlıqların təxmini faydalı xidmət müddəti  ərzində  aşağıdakı illik köhnəlmə 

dərəcələrini tətbiq etməklə aktivlərin ilkin dəyərini onların qalıq dəyərinədək azaltmaqla hesablanır: 

 

%

 

Binalar və qurğular 



Mebel və avadanlıqlar 

20-25 

Kompüter və rabitə avadanlıqları 



25 

Nəqliyyat vasitələri 

15 

 

Aktiv faydalı istifadə muddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı 



ehtimal olunan xərclər cıxıldıqdan sonra, Bank tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğ aktivin 

qalıq dəyəridir. Aktivlərin qalıq dəyəri və faydalı xidmət müddəti hər hesabat dövrünün sonunda nəzərdən 

keçirilir və lazım olduqda dəyişdirilir. 

 

Qeyri-maddi aktivlər. Bankın bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla 

əsasən kapitallaşdırılmış proqram təminatından və lisenziyalardan ibarətdir. 

Proqram təminatı üzrə əldə edilmiş lisenziyalar həmin proqram təminatının alınması və tətbiq edilməsi üçün 

çəkilmiş  xərclərin  əsasında kapitallaşdırılır. Bank tərəfindən nəzarət olunan identifikasiya edilə bilən unikal 

proqram təminatı ilə birbaşa əlaqəli olan tərtibat xərcləri, çəkilmiş xərclərdən artıq olan əlavə iqtisadi səmərə 

gətirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış  xərclərə proqram təminatını  tərtib edən 

işçilərə  sərf olunan xərclər və ümumi təsərrüfat xərclərinin müvafiq hissəsi daxildir. Proqram təminatı ilə 

əlaqədar bütün digər xərclər (məsələn, texniki dəstək xərcləri) çəkildiyi zaman xərcə silinir. Kapitallaşdırılmış 

proqram təminatı  təxmin edilən faydalı xidmət müddəti (10 il) ərzində düz xətt metoduna əsasən 

amortizasiya olunur. 

Əməliyyat icarəsi. Bank icarəçi qismində çıxış etdikdə və icarə obyektlərinin mülkiyyət hüququ ilə əlaqədar 

risk və  gəlirlər icarəyə verən tərəfindən Banka ötürülmədikdə,  əməliyyat icarəsi müqavilələri üzrə  cəmi 

ödənişlər icarə müddəti ərzində düz xətt metoduna əsasən il üzrə mənfəət və ya zərərə (icarə xərclərinə) aid 

edilir. 


Digər müqavilələrdə  nəzərdə tutulan icarə a) müqavilənin yerinə yetirilməsi konkret aktiv və ya aktivlərin 

istifadəsi ilə  əlaqəli olub-olmadıqda və b) müqavilədə aktivdən istifadə hüququnun ötürülməsi nəzərdə 

tutulub-tutulmadıqda ayrılır. 

Maliyyə icarəsi üzrə öhdəliklər. Bank icarəçi qismində çıxış etdikdə və mülkiyyət hüququ ilə əlaqədar bütün 

risk və faydalar Banka keçdikdə, icarəyə verilmiş aktivlər icarə münasibətlərinin yarandığı tarixdən icarəyə 

verilmiş aktivlərin ədalətli dəyəri ilə minimum icarə ödənişlərinin cari dəyərindən daha aşağı olanı ilə torpaq, 

tikili və avadanlıqların tərkibində qeydə alınır. Minimal icarə ödənişinin cari dəyəri hesablanarkən 

diskontlaşdırma amili kimi icarə üzrə daxili faiz dərəcəsi istifadə edilir (həmin dərəcəni müəyyən etmək 

mümkündürsə);  əks halda Bankın borc kapitalı üzrə artan faiz dərəcəsi istifadə edilir. Hər bir icarə ödənişi 

maliyyə icarəsi üzrə borc qalığından daimi faiz dərəcəsinin təmin edilməsi məqsədilə öhdəliyin yerinə 

yetirilməsi və maliyyə xərcləri arasında qismən bölüşdürülür. Gələcək maliyyə xərcləri çıxılmaqla, icarə üzrə 

müvafiq öhdəliklər “digər öhdəliklər” sətrinə daxil edilir. Faiz xərcləri effektiv faiz metoduna əsasən icarənin 

müddəti ərzində il üzrə mənfəət və ya zərərə aid edilir.  




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə