Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   2   3   4   5   6   7   8   9   10   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



12



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Əgər maliyyə icarəsi muddətinin sonunadək Bank tərəfindən mulkiyyət huququnun əldə ediləcəyinə dair 

əsaslı  əminlik yoxdursa, aktiv icarə muddəti və faydalı istifadə muddətindən daha qısa olanı  ərzində 

tamamilə amortizasiya edilir. 

Çəkilmiş ilkin birbaşa xərclər aktivin bir hissəsi kimi tanınır.  İcarə ödənişləri maliyyələşdirmə  xərcləri və 

öhdəliyin ödənilməsi arasında bölüşdürülür. Maliyyələşdirmə xərcləri icarə müddəti ərzində elə bölüşdürülür 

ki, hər bir hesabat dövründə öhdəliklərin qalığına hesablanan daimi dövrü faiz dərəcəsi ilə  xərclərin  əks 

etdirilməsi təmin edilsin.  



Borc öhdəlikləri. Buraxılmış maliyyə alətləri və ya onların komponentləri o halda öhdəlik kimi təsnif edilir ki, 

müqavilə razılaşmasının mahiyyəti ilə Bankın üzərinə  aşağıdakı öhdəliklərdən biri qoyulsun: sahibə pul 

vəsaitləri və ya digər maliyyə aktivini çatdırmaq və ya öhdəliyi müəyyən məbləğdə pul vəsaitinin və ya digər 

maliyyə aktivlərinin müəyyən sayda xüsusi kapital alətlərinə mübadilə etməkdən fərqli olan yolla ödəmək. 

Belə alətlərə hökumət qarşısında öhdəliklər, kredit təşkilatları qarşısında öhdəliklər, sair təşkilatlar qarşısında 

öhdəliklər, buraxılmış borc qiymətli kağızları, digər beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər və 

Beynəlxalq Valyuta Fondu qarşısında öhdəliklər daxildir. Bu öhdəliklər ilk növbədə  əməliyyat ilə birbaşa 

əlaqəli olan xərcləri çıxmaqla ədalətli dəyərdə əks etdirilir. İlkin tanımadan sonra borclar amortizasiya edilmiş 

dəyərlə, effektiv faiz metodundan istifadə etməklə ölçülür. Gəlir və  zərərlər cari ilin mənfəətində borclar 

silindikdə, eləcə də amortizasiyanın hesablanması prosesində əks etdirilir. 



Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması. Maliyyə öhdəliyi müvafiq öhdəlik icra edildikdə, ləğv 

edildikdə və ya vaxtı başa çatdıqda tanınması dayandırılır. 

Mövcud olan bir maliyyə öhdəliyi həmin kreditor qarşısında mühüm fərqli şərtlərlə digəri ilə əvəz edildikdə və 

ya mövcud öhdəliyin şərtlərinə əhəmiyyətli düzəlişlər edildikdə, belə əvəz etmə və ya düzəliş ilkin öhdəliyin 

uçotdan çıxarılmasını və uçotda yeni öhdəliyin əks etdirilməsini tələb edir və müvafiq balans dəyərlərindəki 

fərqlər cari ilin mənfəətində əks etdirilir. 



Dövriyyədə olan əskinaslar və sikkələr. Dövriyyədə olan əskinaslar və sikkələr Qanuna və onun mərkəzi 

bank kimi funksiyasına uyğun olaraq Bank tərəfindən buraxılmış kağız və metal pul nişanlarını  əks etdirir. 

Dövriyyədə olan əskinaslar və sikkələr maliyyə  vəziyyəti haqqında hesabatda nominal dəyərlə, Bankın 

xəzinələrindəki pul vəsaitlərini çıxılmaqla əks etdirilir.  

Əskinas və sikkələrin istehsalı üzrə məsrəflər çəkildikcə xərclərə aid edilir. 

Kredit təşkilatlarının Banka qaytardıqları əskinaslar və sikkələr dövriyyədən çıxarılır və vəziyyətindən və ya 

qanuni ödəniş vasitəsi statusundan asılı olaraq ya Bankın ehtiyat fondlarında saxlanılır və balansdankənar 

hesablarda əks etdirilir, ya da ləğv edilir. 



Kredit təşkilatları qarşısında öhdəliklər. Kredit təşkilatları qarşısında öhdəliklər müxbir banklar tərəfindən 

Banka nağd pul və ya sair aktivlər verildiyi andan qeydə alınır. Qeyri-törəmə maliyyə öhdəlikləri amortizasiya 

edilmiş  dəyərdə qeydə alınır. Bank verdiyi borcları geri aldıqda, həmin borc öhdəlikləri maliyyə  vəziyyəti 

haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş  məbləğ arasındakı  fərq borcun 

ödənilməsi üzrə yaranan gəlir və ya xərclərə aid edilir. 

Hökumət idarələri və sair təşkilatlar qarşısında öhdəliklər. Hökumət idarələri və sair təşkilatlar qarşısında 

öhdəliklər qeyri-törəmə maliyyə öhdəliklərini əks etdirir və amortizasiya dəyərində qeydə alınır.  



Buraxılmış borc qiymətli kağızları. Buraxılmış borc qiymətli kağızlarına Bank tərəfindən buraxılan veksellər 

daxildir. Buraxılmış borc qiymətli kağızları amortizasiya dəyərində əks etdirilir. Bank buraxdığı borc qiymətli 

kağızlarını geri aldıqda, həmin borc öhdəlikləri maliyyə  vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin 

balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun ödənilməsi üzrə yaranan gəlirlərə daxil edilir. 



Törəmə maliyyə alətləri.  Adi fəaliyyətində Bank müxtəlif törəmə maliyyə alətlərindən (misal üçün forvard 

alətlərindən) istifadə edir. Belə maliyyə aktivləri ticarət məqsədləri üçün saxlanılır və  ədalətli dəyərlə  əks 

etdirilir.  Ədalətli dəyər müvafiq cari bazar və müqavilə qiymətləri və digər amillərə  əsaslanan bazar 

kotirovkaları  və ya qiymətləndirmə modelləri  əsasında müəyyən edilir. Müsbət  ədalətli dəyəri olan törəmə 

alətlər aktivlərin tərkibində, mənfi ədalətli dəyəri olanlar isə öhdəliklərin tərkibində əks etdirilir. Bu alətlərdən 

yaranan gəlir və zərərlər, alətin xüsusiyyətindən asılı olaraq, cari ilin mənfəətində ticarət qiymətli kağızlarla 

əməliyyatlar üzrə gəlirlər və ya xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlirlər kimi əks etdirilir. 



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



13



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Öhdəliklər və məsrəflər üzrə ehtiyatlar. Öhdəliklər və məsrəflər üzrə ehtiyatlara qeyri-müəyyən müddət və 

ya məbləğə malik olan qeyri-maliyyə xarakterli öhdəliklər daxildir. Bank keçmiş hadisələr nəticəsində 

yaranan öhdəliklərə malik olduqda (hüquqi və ya işgüzar praktikadan irəli gələn) ehtiyatlar maliyyə 

hesabatlarında əks etdirilir. Bu zaman, həmin öhdəliklərin yerinə yetirilməsi üçün Bankdan iqtisadi resursların 

sərf olunması tələb edilə bilər və öhdəliklərin məbləği kifayət qədər dəqiq ölçülə bilər. 

Nizamnamə kapitalı  və kapital ehtiyatları.  Bankın kapitalı onun nizamnamə kapitalından və kapital 

ehtiyatlarından ibarətdir. 22 saylı Qeydə baxın. 



Gəlir və  xərclərin uçotu. Bütün borc alətləri üzrə faiz gəlirləri və  xərcləri effektiv faiz metodundan istifadə 

etməklə hesablama metodu ilə qeydə alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri 

arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, 

sövdələşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir. 

Effektiv faiz dərəcəsinə aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması  və ya alınması, yaxud 

maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin və ya girovun 

dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi  şərtlərinin razılaşdırılması  və 

sövdələşmə  sənədlərinin hazırlanması haqları) buraxılması ilə  əlaqədar  əldə edilmiş  və ya ödənilmiş 

komissiya haqları daxildir. Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Bank tərəfindən 

əldə edilmiş komissiya haqları, Bankın xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin 

verilməsindən sonra qısa müddət  ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin 

tərkib hissəsi hesab edilir. Bank, kreditlərin verilməsi üzrə öhdəlikləri mənfəət və ya zərər vasitəsilə ədalətli 

dəyərlə qeydə alınan maliyyə öhdəlikləri kimi təsnifləşdirmir. 

Kreditlərin və digər borc alətlərinin vaxtında qaytarılması ilə bağlı  şübhə yarandıqda, onlar dəyərsizləşmə 

məbləğinin müəyyən edilməsi məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün istifadə edilən 

effektiv faiz dərəcəsi əsasında hesablanmış faiz gəlirlərini əks etdirməklə bərpa dəyərinə qədər azaldılır. 

Bütün digər komissiya gəlirləri, digər gəlirlər və digər xərclər adətən göstərilməli olan ümumi xidmətlərdə 

faktiki göstərilmiş xidmətlərin payı kimi müəyyən edilmiş konkret əqdin tamamlanma dərəcəsindən asılı 

olaraq hesablama metodu ilə qeydə alınır. Sindikatlaşdırılmış kreditlər üzrə komissiya haqları, 

sindikatlaşdırma başa çatdıqda və Bank kredit paketinin hər-hansı hissəsini özündə saxlamadıqda və ya 

paketin bir hissəsini əqdin digər iştirakçıları kimi eyni effektiv faiz dərəcəsilə özündə saxladıqda gəlir kimi əks 

etdirilir. 

Üçüncü tərəflər üçün əqdlərin təşkili üzrə komissiya gəlirləri (məsələn, kreditlərin, səhmlərin və digər qiymətli 

kağızların alınması  və yaxud qeyd olunan əməliyyatlar nəticəsində  əldə edilmiş müəssisələrin alqısı  və ya 

satışı) əqd başa çatdıqda qeydə alınır. İnvestisiya portfelinin idarə olunması və digər idarəetmə və məsləhət 

xidmətləri üzrə komissiya gəlirləri xidmətlərin göstərilməsinə dair müqavilələrin  şərtlərinə uyğun olaraq 

adətən sərf edilmiş vaxta proporsional şəkildə əks etdirilir. İnvestisiya fondlarının aktivlərinin idarə olunması 

üzrə komissiya gəlirləri bu cür xidmətlərin göstərildiyi dövr ərzində göstərilmiş xidmətlərə proporsional şəkildə 

qeydə alınır. Eyni prinsip əmlakın idarə edilməsi, maliyyə planlaşdırması  və uzun müddət  ərzində davamlı 

olaraq göstərilən depozitari xidmətləri üçün tətbiq edilir. 



Borc öhdəlikləri üzrə xərclərin kapitallaşdırılması. Nəzərdə tutulan istifadə və ya satış üçün hazır olması 

kifayət qədər vaxt tələb edən aktivin (şərtlərə cavab verən aktiv) əldə edilməsi, inşası  və ya istehsalı ilə 

birbaşa əlaqəli olan borc vəsaitləri üzrə xərclər kapitallaşdırmaya başlanma tarixi 1 yanvar 2009-cu il və ya 

bu tarixdən sonra olarsa, həmin aktivin dəyərini təşkil edir. Borc vəsaitləri üzrə digər xərclər effektiv faiz 

metodundan istifadə etməklə  xərcə silinir. Bank şərtlərə cavab verən aktivlər üzrə  əsaslı  xərclərin 

yaranmadığı  təqdirdə ortaya çıxmayacaq borc vəsaitləri üzrə  xərcləri kapitallaşdırır. Kapitallaşdırmaya 

başlanma tarixi (a) Bankın  şərtlərə cavab verən aktivlər üzrə  əsaslı  xərcləri yarandıqda; (b) borc vəsaitləri 

üzrə xərcləri yarandıqda; və (c) aktivin nəzərdə tutulan istifadə və ya satış üçün hazırlığı üçün zəruri tədbirlər 

gördükdə müəyyən edilir. Şərtlərə cavab verən aktivin nəzərdə tutulan istifadə və ya satış üçün hazırlığı ilə 

bağlı bütün zəruri tədbirlər başa çatdıqda kapitallaşdırma dayandırılır.  

Bank tərəfindən  şərtlərə cavab verən aktivin əldə edilməsi üçün xüsusi kreditlərin cəlb edilməsi və bu cür 

kreditlər hesabına əldə edilmiş vəsaitlərə müvəqqəti investisiya qoyuluşları üzrə gəlirin əldə edilməsi halları 

istisna olmaqla, kapitallaşdırma üçün mövcud olan borc vəsaitləri üzrə xərclərin məbləği hesablanarkən faiz 

və ya digər investisiya gəlirləri çıxılmır. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə