Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



14



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Vergilər. Bank, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işçilərin  əmək haqları üzrə vergi 

agenti kimi ödəməli olduğu vergilər və sosial ödəmələr istisna olmaqla, bütün vergilərdən azaddır. 



Pensiya təminatı  və  işçilərə digər ödənişlər üzrə öhdəliklər.  Bank Azərbaycan Respublikasının dövlət 

pensiya təminatı sistemindən əlavə hər hansı fərdi pensiya təminatı sisteminə malik deyildir. Bundan əlavə, 

Bank  əmək fəaliyyəti başa çatdıqdan sonra işçilərə ödənişlər və ya hesablama tələb edən digər ödənişlər 

aparmır. Bank işçilərin fərdi  əmək haqlarından və hesablanmış  əmək haqqı fondundan Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş  həcmdə  və müddətdə  məcburi dövlət sosial sığorta 

haqlarını tutur və onları dövlət pensiya fonduna köçürür. İşçilər təqaüdə çıxarkən pensiya təminatı üzrə bütün 

ödənişlər dövlət pensiya fondları hesabına həyata keçirilir.   

Beynəlxalq Valyuta Fondunda (BVF) və digər beynəlxalq maliyyə institutlarında üzvlük. “Azərbaycan 

Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 

müddəalarına uyğun olaraq Bank Azərbaycan Respublikası Hökumətinin beynəlxalq maliyyə təşkilatlarında 

(misal üçün, BVF, Dünya Bankı) üzvlüyü ilə bağlı  əməliyyatlar, o cümlədən həmin təşkilatlara üzvlük 

haqlarının ödənilməsi üzrə vasitəçisi kimi çıxış edir.    

BVF beynəlxalq valyuta münasibətləri sahəsində əməkdaşlığı, valyuta sisteminin sabitliyini və nizamlı valyuta 

rejimini dəstəkləmək, iqtisadi inkişafı  və yüksək səviyyəli  əmək məşğulluğuna  şərait yaratmaq, eləcə  də 

ödəniş balansının tənzimlənməsini asanlaşdırmağa kömək etmək üçün ölkələrə müvəqqəti maliyyə yardımını 

göstərmək məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Prezidentin 1992-ci ildə imzaladığı  fərmana uyğun 

olaraq Bank Azərbaycanın BVF ilə münasibətlərində depozitor kimi, Azərbaycan Respublikasının Maliyyə 

Nazirliyi isə maliyyə agenti kimi çıxış edir.   

BVF resurslarının əsas mənbəyi kvotalardır (kapitalda iştirak). BVF öz resurslarını üzvü olan ölkələrdən əldə 

edir. Hər bir ölkənin üzvlüyü, və ya kvotası, geniş şəkildə ölkənin iqtisadi həcmi əsasında və analoji ölkələrin 

kvotalarını nəzərə almaqla müəyyən edilir. Üzvlərin kvotası BVF ilə münasibətlərin əsas maliyyə və təşkilati 

aspektlərini təsvir edir.   

BVF-yə ödənilən üzvlük haqqı Xüsusi Borcalma Hüquqları (XBH) ilə ifadə edilir və BVF-nin ilin sonuna 

müəyyən etdiyi məzənnə ilə manatla yenidən hesablanır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin BVF 

kvotası ilə bağlı buraxdığı üzvlük kvotası  və qiymətli kağızlar, Bankın aktiv və öhdəliklərini təmsil etmədiyi 

üçün, maliyyə vəziyyəti haqqında hesabata daxil edilmir, lakin maliyyə hesabatlarına 8-ci Qeyddə açıqlanır. 

Üzv ölkələrin likvidliyini dəstəkləmək məqsədilə BVF-dən alınmış xüsusi paylaşdırmalar Bank tərəfindən BVF 

ilə XBH hesablaşmaları üzrə aktiv kimi və digər tərəfdən Azərbaycan Hökuməti qarşısında öhdəlik kimi qəbul 

edilmişdir. 



Şərti aktivlər və öhdəliklər.  Şərti öhdəliklər maliyyə  vəziyyəti haqqında hesabatda tanınmır, lakin iqtisadi 

səmərəni əks etdirən resursların xaric olması ehtimalı zəif olduğu hal istisna olmaqla, maliyyə hesabatlarına 

qeydlərdə  şərti öhdəlik haqqında məlumat açıqlanır.  Şərti aktivlər maliyyə  vəziyyəti haqqında hesabatda 

aktiv kimi tanınmır, lakin şərti aktiv, iqtisadi səmərələrin Banka daxil olacağı ehtimalı mövcud olduqda, 

maliyyə hesabatlarına qeydlərdə açıqlanır. 

Xarici valyutanın çevrilməsi.  Bankın funksional və  təqdimat valyutası Azərbaycan Respublikasının milli 

valyutası olan Azərbaycan Manatıdır (“AZN”). 

Hazırkı maliyyə hesabatları Bankın funksional və təqdimat valyutası olan Azərbaycan Manatı ilə təqdim edilir. 

Xarici valyuta ilə  həyata keçirilən  əməliyyatlar  əvvəlcə  əməliyyat tarixində  rəsmi valyuta məzənnəsi ilə 

funksional valyutaya çevrilir. Xarici valyutada olan monetar aktivlər və öhdəliklər hesabat dövrünün sonuna 

rəsmi məzənnədən istifadə etməklə funksional valyutaya çevrilir. Xarici valyuta əməliyyatlarının həyata 

keçirilməsindən yaranan müsbət və mənfi məzənnə fərqləri cari ilin mənfəət və ya zərərində “xarici valyuta 

mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir/(zərər)” sətrində qeydə alınır. Xarici valyutada ilkin 

dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr  əməliyyatın həyata keçirildiyi tarixə  rəsmi valyuta 

məzənnələrinə əsasən yerli valyutaya çevrilir. Xarici valyutada ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar 

maddələr  ədalətli dəyərin müəyyən edildiyi tarixdə  rəsmi valyuta məzənnələrinə  əsasən yerli valyutaya 

çevrilir. 

Xarici valyutada ifadə olunan əməliyyatın müqavilə məzənnəsi ilə həmin əməliyyat tarixinə rəsmi məzənnə 

arasında fərqlər xarici valyuta ilə əməliyyatlar üzrə xərcləri çıxmaqla gəlirlərə daxil edilir.  




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



15



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Bank hazırkı maliyyə hesabatlarının hazırlanması üçün 31 dekabr 2010-cu il və 31 dekabr 2009-cu il 

tarixlərinə olan aşağıdakı xarici valyuta məzənnələrindən istifadə etmişdir: 

 

2010 2009

 

 

1 ABŞ dolları 



0.7979 AZN 

0.8031 AZN 

1 Avro 

1.0560 AZN 



1.1292 AZN 

1 Funt sterlinq 

1.2377 AZN 

1.2759 AZN 

1 Xüsusi Borcalma Hüquqları 

1.2234 AZN 

1.2603 AZN 

 

 



Fidusiar aktivlər.  Bankın öz adından, lakin üçüncü şəxslərin tapşırığı ilə  və onların hesabına saxlanılan 

aktivlər maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir. Bu cür əməliyyatlardan əldə edilmiş komissiya 

haqları haqq və komissiya gəlirləri kimi göstərilir.  

Əvəzləşdirmə. Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında 

hesabata daxil edilməsi, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 

hüquq, eləcə  də  əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək 

niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. 



İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar. Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial 

Müdafiə Fonduna ödənişlər, məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində 

olmayan imtiyazlar Bankın işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Bankın yerli 

qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdən 

başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan 

yaranan öhdəliyi yoxdur.  



Uçot təxminlərində dəyişikliklər. 2009-cu ildə Bankın əmlakı ilə bağlı əvvəlki təxminlərə yenidən baxılmış 

və 1 yanvar 2010-cu il tarixindən “Binalar və qurğular” maddəsi üzrə illik köhnəlmə dərəcəsi 5%-dən 3%-dək 

azaldılmışdır. Faydalı xidmət müddəti üzrə  təxminlərdə  dəyişiklik baş verməsəydi, 31 dekabr 2010-cu il 

tarixində tamamlan il üzrə hesablanmış köhnəlmə məbləği 482 min AZN çox olardı. 



Hesabatların təsdiqlənməsindən sonra ona dəyişikliklərin edilməsi. Bankın İdarə Heyəti hazırkı maliyyə 

hesabatlarını təsdiqlədikdən sonra ona dəyişiklik etmək səlahiyyətinə malikdir. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə