ƏVƏZ MÜƏLLİM
( HACIYEV)
ƏVƏZ MÜƏLLİM
( HACIYEV)
CƏNUB
CƏNUB
Bir az hakim olsan qəlbin səsinə,
Düşərsən eşqimin zümzüməsinə.
Mailəm gözlərin cazibəsinə,
Ay Cənub gözəli, Cənub gözəli.
Xoşbəxtlik, təbəssüm qoy sənin olsun,
Təbrizi sevmişdim, Təbrizin olsun.
Götür Savalanı cehizin olsun,
Ay Cənub gözəli, Cənub gözəli.
Duyub-eşitmişəm əhdi-ədanı,
Əsən küləklərdən aldım sədanı.
Bu yazıq Müəllim alsın qadanı,
Ay Cənub gözəli, Cənub gözəli.
HƏSRƏTİ
HƏSRƏTİ
ƏVƏZ MÜƏLLİM
( HACIYEV)
CƏNUB
HƏSRƏTİ
Bakı - 2017
2
Əvəz Müəllim
Redaktor: Balayar Sadiq
Şair, publisist
AYB-nin üzvü
Əvəz Müəllim, “Cənub həsrəti”
Bakı, “Ecoprint”, 2017, 120 səh.
Şair-publisist Əvəz Müəllimin “Cənub həs-
rəti” adı ilə işıq üzü görən növbəti kitabı uzun
illər onun qəlbində nisgil kimi donub qalmış və
iki əsrdir ki, bölünüb dilim-dilim olmuş “Şimal-
Cənub” adı altında yaşayan Azərbaycan adla-
nan məmləkətin ağrılarının önəmli təcəssüməsi-
dir.
Kitab həmçinin yurd məhəbbəti və parçalan-
mış Azərbaycan dərdi ilə yanaşı yaşayıb-yarat-
mış ulu Şəhriyar sevgisini də özündə əks etdirir.
İnanırıq ki, şairin baxış prizmasından həsrət
şüaları ilə alovlanan Azərbaycan yanğısı elini,
obasını, vətənini,bütöv Azərbaycanını duyub-se-
vən bütün oxucuların qəlbində öz yerini tapa-
raq “Vahid Azərbaycan” alovu iıə şölələnəcək-
dir.
ISBN: 978-9952-29-081-7
© Əvəz Müəllim
3
Cənub həsrəti
Əvəz Müəllim
(Hacıyev Əvəz Dadaşxan oğlu)
Şair-publisist Əvəz Müəllim (Hacıyev)
Azərbaycan Pedaqoji Universitetinin riya-
ziyyat fakültəsini (1977-1981) və C.Qar-
yağdıoğlu adına musiqi kollecini qarmon
ixtisası üzrə bitirmişdir (1985-1989). Əmək
fəaliyyətinə Şamaxı rayonu, Ərəbşalbaş
kənd orta məktəbində müəllim kimi başla-
4
Əvəz Müəllim
mışdır (1981-1985). Sonrakı illərdə Bakı
şəhəri, Qaradağ rayonu 222 saylı orta mək-
təbində riyaziyyat (musiqi) müəllimi işlə-
mişdir (1985-2006).
Hal-hazırda iş fəaliyyətini Bakı şəhəri,
Qaradağ rayonu, 321 saylı orta məktəbdə
davam etdirir.
İlk şeirlərini orta məktəb illərindən yaz-
mağa başlamışdır.
Qəzet və jurnallardakı ədəbi fəaliyyəti
əsəsən 2000-ci ildən ardıcıl və davamlı ol-
muşdur. “Qələm” qəzetində “Elm, təhsil,
incəsənət” üzrə şöbə müdürü işləmişdir.
Müxtəlif qəzet və jurnallarda (“Yurd”,
,”Beyrüs- Səfa”) publisistik yazıları və şeir-
ləri çap olunmuşdur.
Qarışıq janrlardan ibarət “Sənli günlə-
rim” adlı kitabı çapdan çıxmış və oxucular
tərəfindən rəğbətlə qarşılanmışdır (2015).
Bununla birlikdə o, musiqi sahəsindəki
(qarmon) ifaçılıq sənətini də xalq musiqisi-
nin layiqli ifaçısı kimi müntəzəm olaraq da-
vam etdirir.
5
Cənub həsrəti
Müəllifdən:
"Cənub" deyəndə
"Cənub" deyəndə ölkəmizin Güneyini,
yəni, gün düşən-işıqlı tərəfini fikirləşirəm.
Qəlbimdə "Cənub həsrəti"ni vurğulayan-
da isə o işığa qovuşmaq istəyimi hayqıra-
raq dünyaya bəyan etmək istəyirəm.
6
Əvəz Müəllim
BİR GÜN GƏLƏRƏM
Əvəz Müəllimi təzəlikcə tanımışam, Şa-
maxıda «Beytül-səfa» ocağının dirilən təsi-
satından sonra. Professor Seyfəddin Qəni-
nin dəvəti ilə Şamaxıda eyniadlı jurnalın
təqdimat mərasimi keçirilirdi. Hissiyyatı,
həyəcanı, «dərisinə sığmayan» orta yaşına
yetər-yetməz bir şəxs mənə yaxınlaşdı: «Siz
mənim Arazımdan – Dirimdən gəlmisiniz».
«Hə elədir, mən Diriliyəm, Qurbani yur-
dundan, Araz qırağından» – bir az da təəc-
cüblə dilləndim. «Mən Əvəz Müəlliməm.
Mənim Araz həsrətim var, biz qan qardaşı-
yıq». «Az qala deyəcəydim ki, qan qardaşı
olmaq elə dil qardaşı olmaqdan gəlir». Özü
məni qabaqladı: «Mən Araz qanını deyi-
rəm». Bu da mənim Əvəz Müəllimlə ilk ta-
nışlığım və ondan qalan təəssüratım. Sözü-
nü, söhbətini dinlədim, şeirlərini oxudum.
Yanğısına da, ağrısına da sözüm yox, hələ
üstəlik onu da bildim ki, müəllim onun tək-
cə sənəti, peşəsi deyil, həm də ədəbi təxəl-
lüsüdür. Yaxşı, yetərincə, şairanə toxunma-
ları, toxumaları da var: «Müəllim sözünü
Dostları ilə paylaş: |