Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

46 
 
G ü l ü ş. Bəlkə də... Ancaq əxlaq da elastiki bir şeydir. Bunu hər kəs öz arşını 
ilə ölçə bilər. Nəhayət, sözdə bir, işdə başqa adamlar da az deyil. Düşündüklərini 
açıq yazanlarda, heç olmasa, bir səmimiyyət vardır ki, o da, məncə, dəyərsiz 
deyildir. 
Ə b d ü l ə l i b ə y. Əlbəttə, bizi Şura hökumətimizin proqramında gərək bütün 
əvamünnas oxusun. 
G ü n d ü z. Çiçəklər yaramadı, bibi, su dəyən kimi yarpaqları bürüşdü, töküldü, 
ancaq kötükləri qaldı. Gör bir nə oldu? 
G ü l ü ş. Vaxtı keçmiş çiçəklər belə olur, gülüm. Apar qoy bir yana. Siz də 
buyurun içəri, orası daha yaxşıdır. 
 
İçəridə musiqi çalınır. Balaşdan başqa hamı gedir

 
B a l a ş. 
 
Nə bu gün bağda bir gül, nə meyim var mənim
Seyri-gülzardə bihüdə nəyim var mənim. 
Sizi tanrı, yetirin piri-xərabatə məni 
Ki, bu gün saqi əlindən gileyim var mənim. 
Can sənin, cisim sənin, əmr sənin, fel sənin, 
Bilmirəm bu aralıqda nəyim var mənim. 
 
G ü l ü ş (gəlir). Balaş, nə üçün içəri girmirsən? 
B a l a ş. Gülüş, Gülüş, ver mənim ailəmi! Sən mənim həyatımı pozdun. Bu gün 
mənim çocuğum məni tanımır. Ver mənim çocuğumu, ver mənim atamı! Göstər 
mənə, Sevil haradadır? 
G ü l ü ş. Eləmi? Ha... ha... ha... Onları burax. Balaş, bu, həyatın amansız 
qanunudur. Bu gün dünəni bəyənmir, sabah bu günü bəyənmir. Gəl, baharın gözəl 
günəşli bir günü yarpaqlar öpüşür, çiçəklər oynaşır, hər bir şey, bütün aləm çalıb 
oxuyur, eşidirsənmi? 
M u s i q i 
Mən bir güldüm, açılmadan budağımdan dərdilər, 
Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər. 
Çox çəkmədən yazıq soldum, torpaqlara sərdilər, 
Ağla, bülbül, yazıq bülbül, sənə xəzan yaraşır, 
Ağla, könlüm, yazıq könlüm, sənə hicran yaraşır. 
 
B a l a ş. Eşidirsənmi, Gülüş, nə oxuyurlar? Mən indi oraya nə üçün 
gedim, orada mənim kimim vardır? Ah, Gülüş, sən məni məhv etdin. 
G ü l ü ş. Mən... Mən? 


47 
 
B a l a ş. Sən... Sən! Buludlar üzləşirkən, sən onları çaxnaşdırdın. Göylərin 
qüvvələrini bir ildırım kimi başımda partlatdın. Mənim atamı  qışın soyuq 
gecələrində  çılpaq, sən bayıra atdın. Sən mənim ailəmi dağıtdın. Gülüş, bacıcan, 
məhv oluram. Söylə, Allah eşqinə, atam haradadır? Söylə, Sevil haradadır? O 
zavallılar indi haradadır? Sağdırlarmı? Ah... Müqəssir mən özüməm, bacıcan, 
mənə rəhmin gəlsin... Söylə, onlar sağdırlarmı? 
G ü l ü ş. Mən heç bir şey bilmirəm, Balaş, sən pişik kimi qorxaqsan. 
B a l a ş. İndi mən nə etməliyəm, Gülüş? Sən söylə! 
G ü l ü ş. İçəri gəl, Balaş, çocuq olma. Nə edəcəksən, həyat özü göstərər, gəl. 
O x u m a q s ə s i g ə l i r. 
Ey bivəfa yar səni 
Necə salım yada mən? 
Çərxi-fələk qoymadı 
Kam alım dunyada mən. 
Aman, ay aman, zalım yar... 
 
B a l a ş. Burax, Gülüş, gəlmərəm. Orada artıq mənim işim yoxdur. Burax, mən 
gedirəm. 
G ü l ü ş. Çocuq olma, Balaş! Hara getmək istəyirsən? 
B a l a ş. Mən gedib bir tərəfdə oturmaq, düşünmək, ağlamaq, ağlamaq 
istəyirəm. 
G ü l ü ş (gülür). Ha... ha... ha... Ağlamaq istəyirsən? Ha... ha...ha... Get, get, 
düşün, ağla yorulanda yenə gələrsən. 
B a l a ş. Mənə gülürsən, Gülüş. Mən gülüncəm. Gül, ancaq mən ağlamaq, 
ağlamaq istəyirəm, ağlayacağam... Ağlayacağam (Çıxır). 
G ü n d ü z. Bibican, bayıra bir qız gəlmiş, deyəsən səni istəyir. 
 
S e v i l gəlir. 
 
G ü l ü ş. Kimi istəyirsiniz? 
S e v i l. Ha... ha... ha... Gülüşcan! Gülüş! 
G ü l ü ş. Sevil!.. Sən harada idin? Necə də gözəlləşmişsən! Sevil, harada idin? 
S e v i l. Heç sorma, Gülüş! Moskvadan gəlirəm. Mən yeri, göyü, bütün 
dünyanı dolaşmışam, sonra anladaram, mən qatardan indicə düş- 


48 
 
müşəm. Bu gün nə cür olursa-olsun buraya çatmağa can atırdım, gecikərəm deyə 
qatardan düşüb, qaçıb gəlmək istəyirdim. Bu gün mənim oğlumun onilliyidir, 
deyilmi, Guluş? Oğlum sağdırmı? Söylə, sağdırmı? 
G ü n d ü z. Bibican, bəlkə bu qız mənim anamdır? 
G ü l ü ş. Budur, Gündüz, bu sənin anandır! 
 
Qucaqlaşırlar. 
 
G ü n d ü z. Ana! Sən məni qoyub hara getmişdin? 
S e v i l. Mən getmişdim, oğlum, həyatın amansız dalğaları məni yelkənsiz bir 
gəmi kimi alıb aparmışdı. Dayan, mən sənin üçün yaxşı bir şey gətirmişəm 
(Aeroplanı çıxarıb verir). 
G ü n d ü z. Bu nədir, anacan? 
S e v i l. Bunun, bax, burasını burub buraxırlar, uçur. 
G ü n d ü z. Necə uçur? 
S e v i l. Uçur... Uçur, bax belə. 
G ü n d ü z. Bax, bu yaxşı şeydir, bu yaxşıdır. 
G ü l ü ş. Sevil, içəridə qonaqlar vardır. 
S e v i l. Kimdir? 
G ü l ü ş. Gənclər. Bir zaman gördüyün adamlar da vardır. Görsən, hamısını 
tanıyarsan. 
S e v i l. Artıq fərq etməz, kim olur-olsun. İndi mən dünyanın istisoyuğuna 
alışmışam. Bu gün mənim üçün bayramdır. Mən çalmaq, oynamaq, əylənmək 
istəyirəm. Hələ bir dur, görüm kimlərdir (Baxır). Aha, hamısını tanıyıram. Gün 
aydın, köhnə dostlar! Gün aydın, köhnə dostlar! Gün aydın! 
G ü n d ü z. Hara, ana, mən səni qoymaram. 
S e v i l. Getmirəm, oğlum, getmirəm, paltarımı dəyişəcəyəm 
(Keçir o biri otağa). 
Ə b d ü l ə l i b ə y (qonaq otağından çıxır). O qız kimdir? Gözümə tanış 
görünürdü. 
B a b a k i ş i (bayırdan). Keç yoldan, mən çox yaxşı tanıyıram. 
G ü l ü ş. Kimdir? 
B a b a k i ş i. Yoldan keç deyirəm, türkün sözü, vuraram dişlərin tökülər. 
G ü l ü ş. Bunlar kimdir? Kimi istəyirsiniz? 
A t a k i ş i. Gülüş, qızım! Mənəm də, tanımırsan? Bu da Babakişidir. 
 
Qucaqlaşırlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə