Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   2   3   4   5   6   7   8   9   ...   113

10 
 
yirəm. Ancaq onun dalınca elə bir dəhşət durmuşdur ki, sənin o dəhşətə 
dayana biləcəyinə inanmıram. 
S e v i l. Necə, necə? Təşti-tabağı sındıracaqsan? 
G ü l ü ş. Təşt-tabaq nədir? 
S e v i l. Bilmirəm, sən deyirsən ki, pərdə-mərdəni yırtacağam, təşti-
tabağı sındıracağam. Gülüş, sən allah, bir məni yaxşı-yaxşı başa sal görüm, 
nə edirsən? 
G ü l ü ş. Ah, Sevil, bu saat dünyanın çarxı köhnə oxundan çıxmış. 
Bütün həyat bir zəlzələ keçirməkdədir. 
S e v i l. Nə olub, zəlzələ olacaq dedin? (Gülüş gülür). Sən allah, 
Gülüşcan, gülmə. Bir yaxşı-yaxşı məni başa sal görüm, pərdə-mərdəni 
niyə yırtacaqsan? 
G ü l ü ş. Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz ki, sən 
özün görərsən. 
A t a k i ş i (qucağında uşaq içəridən çıxır). 
 
Ay sənə qurban inəklər, 
Bu balam haçan iməklər. 
Ay sənə qurban ilanlar, 
Bu balam haçan dil anlar. 
 
G ü l ü ş. Ay ata, bunları haradan öyrənmişsən? 
A t a k i ş i. Hey... Qızım, bunları bir zaman sənin anan oxuyardı. 
S e v i l. Nə yaxşı da yadında qalmışdır, ay əmi! 
A t a k i ş i. Çox bilirdim, ancaq hamısı yadımdan çıxıb. 
 
Dağda darılar, 
Sünbülü sarılar. 
Köhnə qarılar 
Bu balama qurban. 
 
İlxıda atlar, 
Çöldə göy otlar, 
Ərsiz arvadlar 
Bu balama qurban

 
G ü l ü ş. Bu yaxşı, nə üçün bəs arvadlar, özü də təkcə ərsizlər, kişilər 
yox? 


11 
 
S e v i l. Çünki kişi evin sütunudur. Arvad nədir, oturub saman çuvalı kimi evin 
bir küncündə, nə ölüyə hay verir, nə diriyə pay. Ancaq, əmi uşaq üçün belə şeylər 
oxuyanda, Balaşın xoşuna gəlmir. Deyir ki, adam yanında oxuma, deyərlər kətti-
küttü havasıdır, vayuşkadır, nədir, ondan oxuyun, deyir. 
A t a k i ş i. Hə, kətti-küttü havası olanda nə olar? Vayuşka nədir? Onun, 
deyəsən, çox oxumaqdan huşu bulaşıbdır. 
S e v i l. Hey yalvardım, öyrətsin, vaxtı olmadı. 
G ü l ü ş. Olmaz, istəməyə vaxt tapar, öyrətməyə yox. 
A t a k i ş i. Yaxşı, acığı gəlir, daha oxumaram. Axşam oldu, bu uşağı tut, mən 
gedim bir vedrə su gətirim. 
S e v i l. Yox əmi! Sənin əlin şikəstdir, mən adam tapıb gətirdərəm. 
A t a k i ş i. Yox, babam, su gətirmək nədir? İşsiz darıxıram. Mən ömrümdə bir 
gün də olsun işsiz qalmamışam. Indi nə edim, zalım oğlunun maşını  əlimi  şikəst 
elədi, atdı məni evin küncünə, yoxsa məni evdə tapmaq olardı?! 
S e v i l. İndi, Allaha şükür, nə olmuşdur ki? 
A t a k i ş i. Bilirsən, qızım, dünyanın işi belədir: adam evə qazanc 
gətirməyəndə, qədir-qiyməti olmur; ana da çox qazanan oğlu çox sevər. Mən belə 
deyildim. Yeniyetmə igid idik, sənin atan Babakişi ilə; yaxşı adamdır; haçandır o 
məlunu görməmişəm. 
S e v i l. Mən də altı ildir görməmişəm. 
A t a k i ş i. Babakişi onda lap sıpa kimi idi. Hə, onunla meşəyə oduna 
gedərdik. Bu sağ əlimi görürsənmi, hansı ağaca atsaydım, bu yoğunluğunda ağacı 
kökündən qoparıb, böyrü üstə yıxardım. O vaxtlar dəyənək iş görərdi, çomağıma 
dağ dayanmazdı. Bir yol ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki 
ay sümüklərinə yağlıxəmir saldılar. Ey... qızım, indi zalım oğlunun maşını  yıxdı 
mənim evimi; oğul möhtacı olub qaldım. Hər çörək yeyəndə elə bil ki, zəhrimar 
yeyirəm. 
S e v i l. Sən allah bəsdir, ay əmi, ürəyim birtəhər oldu. Balaş bu sözləri eşitsə, 
qiyamət qoparar. Adam öz oğlundan kömək görməsə, onda oğul nəyə gərəkdir? 
A t a k i ş i. Doğrudur, qızım, yaxşı-yaman, yenə də oğuldur. Ancaq bilirsən nə 
var? Mən uşaqlıqdan harın yaşamışam, mən Allahıma bəndəlik eləməmişəm, 
dağlarda, düzlərdə, yamaclarda atımın indi də izi qalır. Bircə mənim bu əlim tuta 
idi.  İndi, qızım, mənim təsəllim bir vedrə su, bir qucaq odundur, onu da mənim 
əlimdən almayın. 


12 
 
S e v i l. Sən Allah, bu da sözdür, bu yazıq Balaş gecə-gündüz çalışır, kimin 
üçün qazanır? 
G ü l ü ş. Ata! Sənin sözün doğrudur. Sənin bu qırıq  əlin indiki həyatın 
girdablarından balıq tutmaz. Bu geyim ilə ölümdən başqa heç bir şeyə yaramazsan. 
S e v i l. Necə, ölümdən? 
G ü l ü ş. Bəli, ölümdən. Ancaq sən gənc və sağlamsan. Balaş səni anlamır; o 
səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura 
salacaqdır. Ancaq, qorxma, ata, sən mən deyəni et, mən səni yaşadaram. 
A t a k i ş i. Odur ki, qızım, mən də Allahdan ölüm istəyirəm; kim nə deyir 
desin, arvad mərhəmətinə güvənməkdənsə ölüm yaxşıdır. 
G ü l ü ş. Yox, ata, mən sənə  mərhəmət etməyəcəyəm. Mən səni doktora 
aparacaq, sağaldacaq, işə salacağam; mən sənə qarşı amansız olacağam: yayın isti 
günlərində dil-dodaq yanırkən, mən sənə su daşıtdıracağam; qışın soyuq 
gecələrində  şaxtadan iliklər donurkən, mən sənə odun daşıtdıracağam, ocaq 
qalatdıracağam, səninlə bir yerdə  qızınacağam. Sənin geniş  qəlbinə  mərhəmət 
nankorluqdur. 
S e v i l. Bircə, ay əmi, sən onun sözlərinə qulaq asma; indi, Allaha şükür, nə 
var, evimiz-eşiyimiz, pulumuz, dolanacağımız; bir dur, ay əmi, vedrələri boşaldım. 
G ü l ü ş. Ata! Mən səni dəmir yolunda maşınçılıq kurslarına yazdıracağam, 
gedərsənmi? 
A t a k i ş i. Yox, yox! Maşına yoxam, qızım, şeytan işidir, qorxuram. 
G ü l ü ş. Yox, ata, əsr maşın əsridir, ondan qaçmaq olmaz. Bir gün mədəniyyət 
zəlzələsi bu evi, bu taxçaları, bu boğçaları uçuracaqdır, sən çılpaq çölə düşəcək, 
dəhşətli maşınlar içində qalacaqsan; unutma ki... maşın “metralyoz”
1
 kimi bir 
şeydir, ardında olsan – qulundur, qabağında olsan – ölümündür. Hələlik sağ olun! 
(Getmək istəyir). 
S e v i l. Dayan, dayan! Sən deyirsən ki, zəlzələ olacaq, özün də bu taxçaları-
boğçaları uçuracaqsan. Ay qız, bir məni başa sal görüm, zəlzələ nə vaxt olacaq? 
G ü l ü ş. Hər halda, Sevil, sənin üçün tez-tez olacaq. 
S e v i l. Sən bir tez qayıt, məni başa sal, yoxsa bağrım çatlar, ay qız. Srağagün 
Balaş deyirdi ki, bu gün qonağım olacaq, bəlkə gəldi çıxdı, təkəm, tez qayıt ha... 
                                                            
1
 
Pulemyot
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə