Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   2   3   4   5   6   7   8   9   ...   113

19 
 
Ə b d ü l ə l i b ə y. O da doğrudur, mən də bu saat onu düşünürdüm. Xaricilər 
də  hələ  mədəniyyəti bizdən  əxz eləmişlər. Biz islam mədəniyyətini işlətməmişik. 
Ərz olsun, pas atıb qalmışdır. Biz onu yaxşılaşdırmalıyıq. Mən demirəm, 
xaricilərdən mədəniyyət almayaq. Nə eybi var: namazdır, bu vaxta qədər yerdə 
qılırdıq, indi stol üstə qılarıq, bu vaxtadək xalçanı yerə salırdıq, indi divara vurarıq. 
M ə m m ə d ə l i. Heç yox: bu vaxtadək arağı gizlin içirdik, indi aşkar içirik, bu 
vaxta qədər rumka ilə içirdik, indi kasa ilə içirik. 
B a l a ş. Müsaidəniz ilə bir neçə kəlmə mən də ərz edim. 
D i l b ə r. Burada deyişməkdən isə, o biri otaqları  gəzib baxsaq, yaxşı 
olmazdımı? 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm. 
B a l a ş. Rica edirəm, buyurun! 
M ə m m ə d ə l i. Heç doğru deyil. 
Ə b d ü l ə l i b ə y. Nə doğru deyil? 
M ə m m ə d ə l i. Hə... Bilmirəm, sən nəyi deyirdin? 
Ə b d ü l ə l i b ə y. Mən heç nəyi. 
M ə m m ə d ə l i. Mən də heç nəyi. 
Ə b d ü l ə l i b ə y. Edilya! Dayınızın kağızını unutmayın ha... 
D i l b ə r. Aha, yaxşı yadıma düşdü. Balaş, bir az toxtayın (Axtarır). Nə oldu, o 
kağız nə oldu? Alın, buna qol çəkin. 
B a l a ş. Dilbər! Mən bu işlə tanışam, bu çoxdankı bir işdir, on iki min 
manatlıq bir məsələdir. 
D i l b ə r. Qol çək. 
B a l a ş. Edilya!.. 
D i l b ə r. Bu işə mənim dayım da qarışıbdır, ponimayeş? 
B a l a ş. Edilya!.. 
D i l b ə r. Nu, dovolno! Mən söz vermişəm, bitdi, getdi. Gərək düzəlsin
vəssalam. 
B a l a ş. Yaxşı, Edilya, mən sizin sözünüzdən çıxa bilmərəm, qol çəkirəm; 
ancaq bu iş ortalığa çıxsa, oğurluq kimi bir şeydir. 
D i l b ə r. Niçeqo podobnoqo; özləri min iş görürlər, karvanı malı ilə yeyirlər, 
sarvanı şalı ilə. Çəkdiniz? Di yaxşı, indi gəl! 
B a l a ş. Ancaq, Edilya! Doğrusu, mən layiq bilməzdim ki, belə bir məclisə, 
mən rica edirəm mümkün isə... 
D i l b ə r. Yenə külfətinizimi deyirsən? 
B a l a ş. Əvət, çünki heç yeri deyildi, çünki xəstədir, bir də... 


20 
 
D i l b ə r. Qoy bacın gəlsin, arvadın istəməz; amma atan mütləq gəlməlidir
olmaz ki, dayım gəlsin, onu görməsin. 
B a l a ş. Dilbər!.. 
D i l b ə r. Mənim sözüm dəyişməzdir. İstəyirsiniz, etməyə də bilərsiniz, ancaq 
mən burada dayanmaram və bir də səninlə görüşmərik (Keçir o biri otağa). 
B a l a ş. Sevil!.. Sevil!.. 
S e v i l. Nə istəyirsən, Balaş? 
B a l a ş. Kişi haraya getdi? 
S e v i l. Yerini salmışam, çoxdan yatıbdır, vallah. Heç həyətəzada 
çıxmamışdır. 
B a l a ş. Heç bilmirəm nə edim! Qonaqlar da onu görmək istəyirlər, mən də 
qalmışam belə. 
S e v i l. Bilmirəm, özün bil, deyirsən gedim çağırım. 
B a l a ş. Vallah, heç özüm də bilmirəm nə edim. Di yaxşı, çağır 
görək nə olar. 
S e v i l gedir, A t a k i ş i n i çağırır. 
B a l a ş. Indi nə edim, qonaqlar da səni görmək istəyir, özüm də qalmışam 
belə. 
A t a k i ş i. Görsünlər də. 
B a l a ş. Axı belə olmaz, bu paltarda yaramaz, gərək belə olsun ki, bir az abırlı 
olsun. 
A t a k i ş i. Indi olanı budur də, özün bir bax gör. 
B a l a ş. Sən bir dayan, bir baxım görüm bəlkə nimdaş bir şey tapa bildim. 
 
Balaş gedir. Bu aralıq D i l b ə r o biri otaqdan, 
 
S e v i l isə o biri otaqdan çıxıb üz-üzə gəlir və qışqıraraq qayıdırlar. 
D i l b ə r. Balaş, bəs nə oldu? 
S e v i l. Ay əmi, bəs nə oldu? 
B a l a ş (əlində paltar qayıdır). Hə, bircə o çuxanı çıxar. 
A t a k i ş i. Nə edirsən, Balaş? 
B a l a ş. Sən bircə bu çul-çuxanı çıxar. 
A t a k i ş i. Balaş, oğlum, sən olasan öz Allahın, qoy mən gedim, bir yana 
çəkilim, öz dərdimi çəkim, mən iş adamıyam, onlar mənim əynimdə davam etməz. 
B a l a ş. A kişi, bu bir şey deyildir, bir saatlıq gey, sonra yenə də çıxar; axı bu 
paltarlar ilə adam arasına çıxmaq olmaz. 


21 
 
A t a k i ş i. Oğlum, başına dolanım, onda məni öldür, bir söz demərəm, bu ki 
ölü paltarıdır, kişi dünən ölüb, meyiti heç soyumamışdır. 
B a l a ş. İndi mən yazıq başıma nə kül töküm! Öz ailəmdə belə kimsə məni 
anlamır, kimsə  mənim mövqeyimi belə düşünmür. Siz məni bu evdə adam 
bilirsinizsə, necə mən deyirəm, elə də olmalıdır. 
A t a k i ş i. Yaxşı, oğlum, acıqlanma, necə deyirsən, hələ edim də. 
B a l a ş. Acıqlanmıram, ancaq yaxşı deyil, tez bu çuxanı çıxar. 
A t a k i ş i. Bu mənim əynimə gəlməz. 
B a l a ş. Bir saatlıq eybi yoxdur, sonra çıxar, tulla. Dayan, hə, belə... Özün də 
yaxşı-yaxşı  nəzakətli, danışanda bir az incə-incə, zərif danışarsan.  Əfəndilər, 
gəlişinizdən pək məmnunum, deyərsən, hə... Məmnunəm yox, osmanlı sayağı – 
axırda num. Məsələn, aparmaram yox, aparmarım. Burasını özüm də yaxşı 
bilmirəm ki, “marım” deyirlər, ya “mazım”. Məsələn, aparardıq yox, aparıyordız. 
Zəhrimar nə çox dızıldadı. Nə isə, yaxşısı budur ki, sən dinməz-söyləməz otur, heç 
ağzını açıb danışma. Deyərəm laldır. 
A t a k i ş i. Laldır? 
B a l a ş. Hə... hə... Laldır, o yaxşıdır. 
D i l b ə r (səsi gəlir). Balaş, nə oldu? 
B a l a ş. Gəldim; sən dur, bu saat gəlirəm (Sevil gəlir, Atakişini bu paltarda 
görüb qışqırır, qayıdır). Yavaş, yavaş, niyə bağırırsan? 
S e v i l. Ölü gəlib, ölü... 
 
P ə r d ə 
 
İKİNCİ PƏRDƏ 
 
Yenə də həmin ev. 
 
B a l a ş. Edilya! Bağışlayın, mən sizi bu qədər tək buraxdım. 
D i l b ə r. Bizim gələcək həyatımız bu gecədən asılıdır. Balaş, gərək bunların 
yanında öz məhəbbət və iltifatınızı mənə göstərəsiniz. 
B a l a ş (Dilbərin əllərini tutur). Mən sizin ayaqlarınızdayam. Mən heç bir vaxt 
sənin əmrindən çıxmamışam və çıxmayacağıma and içirəm. 
D i l b ə r. Atanız buraya gələcəkdir? 
B a l a ş. Əmr etsəniz, bütün ailəmiz o gözəl əllərinizdən öpər. Ancaq, Dilbər, 
mənim atam laldır, onun buraya gəlməsi... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə