Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   2   3   4   5   6   7   8   9   10   ...   113

25 
 
G ü l ü ş. Heç şübhəsiz, Balaş adamları tək buraxmağa alışmamışdır. 
D i l b ə r. Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. Mən də qorxaq 
deyiləm, yaman da döyüşgənəm: kəlləm bərk, buynuzlarım itidir; ancaq sizə, 
Gülüş, çox tezdir. Gülüşsüz qalmaq da yaxşı deyildir, söz isə ən son gülənindir. 
G ü l ü ş. Sağlığınıza içirəm, Edilya xanım. Mən indilik Gülüşəm, böyüyəndə 
isə qəhqəhə olacağam. Sağlıq olsun! (İçir). 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm. Sağ olun Edilya 
xanım! 
B a l a ş. Müsaidənizlə mən bir neçə kəlmə ərz edəcəyəm. Artıq bu həqiqətdir 
ki, qadın məclis yaraşığıdır, qadınsız cəmiyyət çürük bir ağac kimidir. Doğrudur, 
çadranın özündə  də bir gözəllik vardır, baxiyorsun, uzaqdan gecə qara bir ipəyə 
bürünmüş bir qadın kölgəsi bir xəyal kimi uçuyor, bəşərin məchul varlığı kimi 
bilinməz nerədən gəliyor,nerəyə gediyor. Ancaq burası var ki, başqa millətlər 
teatrlara, müsamirələrə gedəndə, öz arvadları ilə gedirlər, bizlər isə gedib tək 
qalırıq və darıxırıq. Halbuki qadın gözəl bir kukla kimi öz ərini əyləndirməli, onun 
dərdlərini dağıtmalıdır. Çadrasız gəzmək o demək deyil ki, arvad kimin ilə istəsə, 
gəzə bilər.  Əlbəttə,  əri nə desə, onu edəcəkdir. Ona görə  də, içəlim belə azad 
qadınlardan olan Edilyanın sağlığına! 
G ü l ü ş. Ura... Çalğıçılar! 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm. 
M  ə m m ə d ə l i. Mənə elə  gəlir ki, siz də qadın azadlığını astar tərəfdən 
bəxiyələyirsiniz. 
G ü l ü ş. Bir də,  əfəndilər, cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da 
cəmiyyətsiz çürüyür; ancaq nədənsə qardaşımın öz arvadı burada yoxdur? 
B a l a ş. Gülüş! 
G ü l ü ş. Ehtimal ki, Edilya xanım, siz Balaşın arvadı olduğunu bilməmiş 
deyilsiniz. Güman ki, onun da bura gəlməsi heç yaman olmaz və buna etiraz edən 
yoxdur. 
B a l a ş. Əfəndilər, mən rica edərdim... 
G ü l ü ş. Bu saat mən onu çağıraram. 
M ə m m ə d ə l i. Etiraz edən bir nəfər var. 
G ü l ü ş. Kimdir? 
M ə m m ə d ə l i. Mən. 


26 
 
G ü l ü ş. Siz nə sayaq deyirsiniz? 
M ə m m ə d ə l i. Mən deyirəm gəlməsə, xahiş edək gəlsin. 
B a l a ş  (Gülüşü kənara çəkərək). Gülüş, dilini kəs! Mən sənin dilini burub, 
boynuvun sapından çıxararam. 
G ü l ü ş. Gücsüz bir qadını dustaqda saxlayıb, qapıları onun üzünə qapamaq, 
onun günüsünü evə  gətirib, ona güldürmək, mənim atama yaramaz ölü paltarı 
geyindirib heyvan kimi ağzını qapamaq və dilini bağlamaq, sərsəm bir meymun 
kimi, cansız bir marionetka kimi barmaq ucunda oynatmaq! Yox, artıq mən sənin 
üçün dəli Gülüş deyiləm, mən indi bayquş  qəhqəhəsiyəm ki, bütün həyat uzunu 
sənin qulaqlarında partlayacağam (Gedir). 
Ə b d ü l ə l i b ə y. Ağalar, mən də bir neçə kəlmə ərz etmək istəyirəm. O ki 
qaldı  mədəniyyət, biz, əlbəttə, mədəniyyətdən qaça bilmərik. Xaricilər də elmi 
bizdən əxz etmişlər. Qadın da oxusun. Çarşab ki, onun başını əlindən almır. Quran 
oxusun: Quranda yerin altı da yazılıb, üstü də. Biz əgər Quranda yazılanlara 
düzgün əməl etsək, bir zaman islam ordusu Əndəlisə getdiyi kimi, bütün əcnəbilərə 
qalib gələr. O ki qaldı qadına, daşyonan deyil ki, dağa getsin, bağban deyil ki, bağa 
getsin, ona görə içək, ərz olsun... 
M ə m m ə d ə l i. Hə... de Allahın sağlığına. 
Ə b d ü l ə l i b ə y. O ki qaldı qadına, evdə otururdu, indi həyətə də çıxsın; 
ancaq arvad lap göz qabağında olsa, öz bəkarətini itirər. Onun əsl gözəlliyi 
örtüsündədir; yoxsa arvad kişiyə qarışsa, ya arvadlar kişiləşər, yaxud kişilər 
arvadlaşar. Doğru deyilmi? 
M ə m m ə d ə l i. Heç doğru deyil, heç bir şey doğru deyildir. Deyirlər gün var, 
doğru deyildir. Deyirlər ay var, doğru deyildir. İslamın iki şeyi var: bir namazı, bir 
də canamazı. Deyirlər Avropanın mədəniyyəti var, doğru deyildir. Avropanın iki 
şeyi vardır: bir topu, bir də pulu. Hamısı  işlək maldır, sağmal qoyundur. Sən də 
malsan, mən də malam, o da maldır. Sən də qoyunsan, mən də, o da. Biz də 
qoyunuq, siz də qoyunsunuz, onlar da qoyundurlar. Ancaq mən deyirəm ki, 
dünyada mədəniyyət adına bircə  şey vardır: “araq”, budur mədəniyyət! Başın 
ağrıyır – araq iç, gözün ağrıyır – araq iç. Avropalılar rumka ilə içirlər, biz şərqlilər 
kasa ilə içək. Yerdə qalan heç bir şey doğru deyil. Dünyada heç bir şey yoxdur: 
mən də yoxam, sən də yoxsan, o da yoxdur. Heç bir şey yoxdur; ancaq bir araq 
vardır. Sağ olun! 
 
Musiqi. 


27 
 
G ü l ü ş  (Sevili gətirir). Budur, Balaşın xanımı, heç bir rejissor əli 
görməmişdir. 
B a l a ş. Gülüş! 
G ü l ü ş. Keç yoldan, Balaş, əl-ayağa dolaşma! Bu çadranı da al, at o çaxçaya, 
çaxçanı da biryolluq qapa. Gəl, Sevil, gəl. Cəmiyyət adamın başını  hərləndirir. 
Qorxma, ayaqlarını yerə bərk bas, tanış ol. Bu, Edilya xanımdır. Öpüşün. Böyük 
cəmiyyətlərdə qonaqlarla öpüşərlər. Elə! Bu da Əbdüləli bəydir. Yavaş, onu öpmə, 
arvadı dalaşar. Ancaq dul kişilərlə öpüşmək olar, o da gizlində. Bu da öz 
dediyindən, ya Tabaq bəydir, ya Çanaq bəydir, kim nə deyirsə-desin, onun üçün 
fərqi yoxdur. 
M ə m m ə d ə l i. Heç yox, doğru deyil, mənim adım Kasa bəydir. 
G ü l ü ş. Çox gözəl. Bir sözlə, Qab-qacaq bəy. Bu da mənim atamdır, 
əynindəki isə ölü paltarıdır; qorxmayasan, ancaq bir saatlıqdır. 
B a l a ş. Gülüş! 
G ü l ü ş. Indi gəl yanımda otur. 
D i l b ə r. Ancaq Sevilin stəkanı boşdur. 
G ü l ü ş. Sevil onsuz da sərxoşdur. 
M ə m m ə d ə l i. Kasa ver, kasa! 
D i l b ə r. Şah və mat, Gülüşcan, Sevilin stəkanı boşdur. 
B a l a ş. Yox, yox, o içə bilməz. 
S e v i l. Axı mən heç içməmişəm. 
G ü l ü ş. Sən dayan, mən sənin çocuğunu da gətirim. 
A t a k i ş i. Ay qız, Sevil, o stəkandakı nədir? 
S e v i l. Vallah, əmi, heç mən özüm də bilmirəm. 
M ə m m ə d ə l i. Araqdır, araq. Başın ağrıdı – araq iç, gözün ağrıdı – araq iç, 
özü də kasa ilə; kasa lazımdır, kasa... 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm. 
 
Dilbər o biri otaqdan qucağında uşaq olaraq çıxan Gülüşü qarşılayır. 
 
G ü l ü ş. Sizə istimi oldu, xanım? Yaxşı sərin suyumuz var, özü də Həştərxan 
buzundan. 
D i l b ə r. Gülüş, sancmağı burax. Söylə, məndən nə istəyirsən. 
G ü l ü ş. Bu çocuğa mərhəmət! 
D i l b ə r. Mən səni anlamıram. 
G ü l ü ş. Bu məktub kimdəndir? 
D i l b ə r. Mən onu sevirəm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə