Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə1/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
  1   2   3   4   5   6   7   8   9   ...   108


 
1
Azərbaycanda Atatürk Mərkəzi  
 
 
 
Nizami Cəfərov 
 
 
 
 
 
 
 
 
 
 
ƏDƏBİYYAT SÖHBƏTLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2018 


Nizami Cəfərov 
 
2
 
Redaktor: 
Dəyanət Osmanlı  
 
 
 
 
 
 
 
 
Nizami Cəfərov. 
Ədəbiyyat söhbətləri 
Bakı, “Elm və təhsil”,  2018, 388 səh. 
 
Kitabda akademik, əməkdar elm xadimi Nizami Cəfərovun 
son illərdə yazdığı məqalələr toplanıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
ISBN 978-9952-8142-7-9 
 
 
© «Elm və təhsil», 2018 


Ədəbiyyat söhbətləri 
 
3
 
Ön söz 
 
Adətən, iki-üç yəhudi bir yerə yığışanda onların müsahibə-
si hüquq elmini zənginləşdirir… Iki-üç azərbaycanlının söhbəti 
isə nədən başlanır-başlasın axırda gəlib çıxır ədəbiyyata, ona 
görə də ədəbiyyat söhbəti bizim üçün mənəvi-ruhi özünüifadə-
nin (və özünütəsdiqin!) həm bir millət, həm də bir şəxs səviyyə-
sində, görünür, ən mühüm, ən səciyyəvi təzahürüdür. 
Məsələ yalnız onda deyil ki, rastlaşanda ədəbiyyatdan 
danışırıq, daha çox ondadır ki, ən xırda məişət mövzusundan 
başlamış rəsmi ünsiyyətimizə qədər, demək olar ki, hər yerdə 
nitqimizin bədii-estetik «çəkisi» özünü mütləq göstərir: söhbətin 
süjetindən ifadələrin obrazlılığına, poetik siqlətindən ritm-
intonasiyasına qədər… 
Azərbaycan xalqının «şair xalq» olması barədəki fikir bə-
zən Azərbaycanın özündə də müəyyən ironiya ilə qarşılanır. 
Lakin belə bir ironiya, elə bilirik ki, özünü doğrultmur… Bir 
xalqın ədəbi təfəkkürünün zənginliyindən, bədii söz zövqünün 
zərifliyindən dəyərli nə ola bilər?.. Və məsələnin bir mühüm 
cəhəti də burasındadır ki, Azərbaycan xalqı yalnız «şair xalq» 
deyil, həm də hər şairi, hər şeiri bəyənməyən «tənqidçi xalq»dır 
ki, bu «tənqidçilik» elə «şairlik» qədər təbii bir inersiyadır. Ola 
bilməz ki, xalq böyük bir ədəbiyyat yarada, ancaq həmin ədəbiy-
yatın elminə bələd olmaya… 
Azərbaycan xalqı ədəbiyyat yarada-yarada ədəbiyyat barə-
də düşünməyin ən proqressiv texnologiyalarına yiyələnmiş, özü-
nün ədəbiyyat yaradanları qədər də ədəbiyyat tənqidçilərini 
yetirmişdir. Və heç şübhəsiz, Azərbaycanın ilk ədəbiyyat tənqid-
çiləri də Azərbaycan ədəbiyyatını yaradanların özləri olmuşlar… 
Yeni dövrdən – dahi Mirzə Fətəli Axundzadədən başlaya-
raq ədəbiyyat barədə mühakimə yürütmək, ədəbiyyatı yaratmaq 
qədər mötəbər bir yaradıcılıq qabiliyyəti sayılmış, Azərbaycan 
ədəbiyyatşünaslığının banisi Firidun bəy Köçərli bu sayqını aka-


Nizami Cəfərov 
 
4
demik bir səviyyəyə yüksəltməklə Azərbaycanda klassik ədəbiy-
yatşünaslar nəslinin yetişməsinə əhəmiyyətli təsir göstərmişdir. 
Doğrudur, bu nüfuzlu təsir keçən əsrin 20-ci, 30-cu illərində 
məlum siyasi-ideoloji deformasiyalarla müşayiət olunmuş, lakin 
mahiyyətindəki ideya-estetik obyektivlik heç zaman zədələnmə-
mişdir. 
Azərbaycan xalqı XX əsrdə nəinki Azərbaycan ədəbiyyatı, 
ümumən dünya ədəbiyyatı barədə istənilən mövzuda peşəkar 
söhbətə hazır şəxsiyyətlər yetirmişdir: Salman Mümtaz, Mikayıl 
Rəfili, Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Feyzulla 
Qasımzadə, Həmid Araslı, Mir Cəlal, Cəfər Xəndan, Əkrəm Cə-
fər, Əkbər Ağayev, Kamal Talıbzadə, Pənah Xəlilov, Əziz Mi-
rəhmədov, Məsud Əlioğlu, Bəkir Nəbiyev, Nəriman Həsənzadə, 
Yaşar Qarayev, Tofiq Hacıyev, Anar, Elçin, Isa Həbibbəyli…  
XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyat-
şünaslığının tanınmış nümayəndələrinin sadəcə adlarını sadala-
maq istəsək çox böyük bir siyahı alınar…  
«Ədəbiyyat söhbətləri» başlığı altında toplanmış məqalə-
lər son iki-üç ildə qələmə alınmışdır. Və həmin məqalələrin hər 
biri böyük sələflərin başladığı ədəbiyyat söhbətlərində müəllifin 
mütəvaze bir iştirakıdır ki, bu söhbət neçə ki, Azərbaycan ədə-
biyyatı var davam edəcəkdir… Ümumiyyətlə, elə bir ədəbiyyat 
yaradan xalq təsəvvür eləmək mümkün deyil ki, onun ədəbiyyat 
barədə söz-söhbəti nə zamansa kəsilsin…  
Oxuculara təqdim olunan məqalə və müsahibələrdə söhbət 
bəzən ədəbiyyat hüdudlarından kənara çıxmalı, dil, din, mədə-
niyyət və s. məsələləri əhatə etməli olmuşsa da, kitabın (və söh-
bətlərin) əsas mövzusu dəyişməmişdir… Söhbət ədəbiyyatdan 
gedir… 


Ədəbiyyat söhbətləri 
 
5
 
 Azərbaycan poeziyası 
 
Azərbaycan xalqının istər təsəvvüründə (ümumən dünya-
görüşündə), istərsə də yaradıcılıq təcrübəsində poeziya yalnız 
söz sənəti və ya incəsənət deyil, həm də (əslində, daha çox) dün-
yanı bütün çoxspektrli təzahürlərilə ən kütləvi (və təbii, səmimi) 
dərk etmək üsulu, onun magiyasına üstün gəlmək, nəticə etiba-
rilə, özünü (insanı!) təsdiq etmək metodudur. Odur ki, qədim 
dövrlərdən bəri azərbaycanlı üçün şairlikdən böyük, şairlikdən 
nüfuzlu, hətta şairlikdən müqəddəs məqam ya olmamış, ya da 
çox az olmuşdur. Və təsadüfi deyil ki, bu ənənə son dövrə qədər 
gəlib çıxmış, müasir Azərbaycan poeziyasının banisi, xalq şairi 
Səməd Vurğuna nüfuzlu bir şəxsi həddindən artıq tərifləyəndə 
özündən asılı olmayaraq demişdi ki, bəlkə də elədir, ancaq Şair 
ki deyil. 
Azərbaycan poeziyasını yaradanlar, bir tərəfdən, dünyanı 
dərk etməyin mükəmməl bədii-fəlsəfi nümunələrini verirdilərsə, 
digər tərəfdən, hər biri öz növbəsində epoxasının eyni dərəcədə 
mükəmməl (və parlaq) bir Şair obrazını yadigar qoyub gedirdi-
lər:… Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, Zakir, Seyid Əzim, 
Sabir, Hadi, Cavid, Səməd Vurğun… 
Ümumən dünya poeziyasının şedevrlərinə imza atmış Ni-
zami Gəncəvi «şeirdən ucalıq umma dünyada, çünki Nizamiylə 
qurtardı o da» deyəndən bir-iki əsr sonra onun mütəfəkkir xələfi 
Nəsimi eyni qürurla «həqq mənəm, həqq məndədir, həqq söylə-
rəm» deməkdən çəkinməmişdi. Dahi Füzuli isə Məcnun kimi 
cahanşümül bir obrazı azərbaycanlı (türk) qiyafəsində dünyaya 
yenidən gətirib ardınca söyləmişdi: «Məndə Məcnundan füzun 
aşiqlik istedadı var, aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı 
var»… Və «bənzərəm bir qocaman dağa ki, dəryada durar» de-
yən Sabir də, hər sözə özünəməxsus kinayə ilə yanaşsa da, bu 
sözündəki Şair iddiası hər cür kinayənin fövqündə idi. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə